Bəşəriyyət tarixində ən dəhşətli kütləvi terror - Xocalı soyqırımı

 

Leyla Əliyeva: “Bu gün dünyada özgə torpaqlarının işğalına, təcavüzə və kütləvi qətllərə yer yoxdur

Xocalı faciəsi tarixin amansız soyqırımı kimi Azərbaycanın XX əsr salnaməsinin silinməz hissəsidir. Bu soyqırımı ifadəsinin arxasındakı böyük məna yükü onun bəşəriyyət üçün nə qədər amansız və təhlükəli olduğunu göstərir. Dünya tarixində az sayda yaşanılan soyqırımı insanlığa qarşı bir siyasət olduğundan, irqindən-dinindən asılı olmayaraq, birmənalı qəbul edilirbunu törədənlərə yüzilliklərin məsafəsində lənətlər yağdırılıb, siyasi toqquşmalarda psixoloji anları yaşadanlar tarixin tribunasında cavab verməli olurlar. Qətiyyətlə demək olar ki, Xocalı faciəsi öz miqyasına və qəddarlığına görə bəşəriyyət əleyhinə olan ən ağır cinayətlərlə bir sıradadır. Xocalı faciəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli səhifəsini təşkil edir.  

Dövlət səviyyəsində görülən tədbirlər, eləcə də mövcud hüquqi çərçivələr Xocalı şəhərində azərbaycanlılara qarşı törədilmiş soyqırımına görə cinayətkarların cəzalandırılmasının labüdlüyünə olan inamı gücləndirir.

Xocalı faciəsinə, Ermənistan-Azərbaycan münaqişəsinə dair informasiya materiallarının yayılmasında Heydər Əliyev Fondunun fəal mövqeyinixüsusi qeyd etməliyik. Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülən “Xocalıya ədalət” beynəlxalq məlumatlandırma kampaniyası Xocalı soyqırımı və Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində səmərəli fəaliyyətdədir. Belə ki, “Xocalıya ədalət” kampaniyası Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırmaq məqsədini qarşıya qoyduğundan hazırda bu kampaniya əksər  ölkələrdə keçirilironun nəticəsi olaraq İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı Xocalıda törədilmiş vəhşilikləri soyqırımı kimi tanıyıb. Bundan əlavə, Xocalı dəhşətləri MeksikaPakistan parlamentləri tərəfindən də soyqırımı kimi qəbul olunub. Faciənin mənəvi və siyasi-hüquqi cəhətdən tanınmasına yönəlmiş bu kampaniya uğurla həyata keçirilir.

“Xocalıya ədalət” kampaniyası çərçivəsində yaradılan sayt uğurlu layihələr sırasındadır ki, burada “Xocalı soyqırımı, Xocalıya ədalət” şüarı altında “Qarabağ”, “Xocalı”, “Fotoarxiv”, “Videoarxiv” və “Müraciətlər” bölmələri var.  Qarabağ” bölməsində Qarabağın tarixi, ermənilərin Qarabağa köçürülməsi, erməni təcavüzü və sair materiallar yerləşdirilib. “Xocalı” bölməsində isə “Xocalının alınmasına səbəb olan amillər”, “Şahidlərin gördükləri”, “Azad dəhliz”, “366-cı motoatıcı alayının rolu” və “Xocalıda soyqırımı qurbanları” adlı materiallar var. Bütün buya digər materiallar, fotovideomateriallar Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rola malikdir. Münaqişə nəticəsində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarlarının Azərbaycanın Xocalı şəhərini zəbt edərək, şəhərin 613 dinc sakinini, o cümlədən 106 qadını, 63 uşağı və 70 nəfər ahıl insanı amansızlıqla qətlə yetirməsi müxtəlif vasitələrlə dünya ictimaiyyətinə ötürülür. Bildiyimiz kimi, Heydər Əliyev Fondunun dəstəyi ilə Böyük Britaniya, Litva, EstoniyaFinlandiya kinematoqrafçılarından ibarət yaradıcı qrupun çəkdiyi “Sonu olmayan dəhliz” adlı sənədli filmi 1992-ci ilin 26 fevral gecəsində baş vermiş insan faciəsindən, Xocalı soyqırımından bəhs edir. Bu film  Xocalıda törədilən həmin dəhşətli hadisələri dəqiqliyi ilə və faktlarla əks etdirir. Böyük məharət və zəhmət hesabına ekranlaşdırılan filmdə müxtəlif insan taleləri ilə bərabər, SSRİ-nin süqutu dövrünə və Qarabağ münaqişəsinə dair şahidlərin xatirələri də öz əksini tapıb. Təbii ki, belə bir filmin avropalı kinematoqrafçıların əli ilə ərsəyə gəlməsi elə dünya ictimaiyyətini məlumatlandırmaq istiqamətində görülən işlərin davamıdır.

“Xocalıya ədalət” kampaniyası çərçivəsində Leyla Əliyevanın ideya müəllifi olduğu, ingilisrus dillərində hazırlanan “Xocalı. 20 il, 10 hekayət. Bunlar həqiqət ola bilərdi...” kitabları  bu dəhşətli faciədən söz açır. ABŞ-ın Vest Virciniya ştatında, İsrailin Afula şəhərində, Romadaonlarla belə xarici ölkələrdə “Xocalıya ədalət” kampaniyası çərçivəsində təşkil olunan müxtəlif məzmunlu tədbirlər Azərbaycan həqiqətləri ilə insanları üz-üzə qoyur. Leyla Əliyeva çıxışlarının birində belə deyir: “Biz çox ümid edirik ki, dünya birliyi səsimizi eşidəcək və bu problem tezliklə öz ədalətli həllini tapacaqdır, çünki bu gün dünyada özgə torpaqlarının işğalına, təcavüzə və kütləvi qətllərə yer yoxdur. Mən inanıram ki, azərbaycanlılar lap yaxın gələcəkdə öz doğma torpaqlarına qayıdacaqlar”.

Azərbaycan xalqı Xocalı faciəsinin 22-ci ildönümü ərəfəsindədir. Unudulmayan, ağrılı tariximizi qeyd edir və “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində bununla əlaqədar dünya ölkələrində müxtəlif tədbirlər keçirilir. Belə ki, İsrailin Lod şəhərində Heydər Əliyev Fondunun və şəhər bələdiyyəsinin dəstəyi ilə “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası tərəfindən “Xocalıya ədalət” adlı fotosərgi erməni cəlladlarının soyuq qış gecəsində 613 nəfəri məhv etdikləri, çoxlarını görünməmiş işgəncələrə, təhqir və həqarətlərə məruz qoyduqları Xocalı qırğınının bütün bəşəriyyətə qarşı yönəlmiş cinayət olduğunu bir daha nümayiş etdirir. İsrail parlamentinin deputatı Şuli Mualem fotosərgidə gördüklərindən dəhşətə gəldiyini gizlədə bilməmişdir: “İnanıram ki, Xocalı ədaləti zəfər çalacaq, azərbaycanlı qaçqınların hüquqları bərpa olunacaq”.

Tədbirdə Lod şəhərinin meri Yair Revivo isə çıxışında  Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini pislədiyini bildirib. Bütün bunlar göstərir ki, Leyla xanım Əliyevanın rəhbərliyi ilə aparılan “Xocalıya ədalət” kampaniyası beynəlxalq aləmdə böyük rezonans doğurur. Bu gün artıq Xocalı soyqırımına beynəlxalq aləmdə hüquqi-siyasi qiymət verilir.

 

Nəzakət ƏLƏDDİNQIZI

Səs.- 2014.- 7 fevral.- S.5.