Azərbaycan sülhsevər siyasət həyata keçirir

 

 

Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Asəf Hacıyev

- Asəf müəllim, son illər Azərbaycanda mötəbər  beynəlxalq təşkilatların tədbirlərinin keçirilməsi ənənə halını alıb. Sizcə, bu, hansı amillərlə əlaqədardır?

- Hazırda dünyada, eləcə də regionumuzda ciddi proseslər baş verməkdədir. Təbii ki, belə bir zamanda düzgün siyasət yeridərək milli maraqlarımızı qorumaq ən başlıca məsələdir. Bu mənada Prezident İlham Əliyev tərəfindən çox uğurlu siyasət həyata keçirilir ki, bu siyasət nəinki milli maraqlarımızı təmin edir, eyni zamanda Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırır. Prezidentimizin Avropa Şurası Parlament Assambleyasında çıxışı hər birimizdə qürur hissi doğurdu. Əsas məqam o idi ki, cənab Prezident Azərbaycanın tam müstəqil ölkə olduğunu bütün Avropaya nümayiş etdirdi. Yəni Azərbaycan heç kimin təsiri altında qərarlar qəbul etmir, bizim üçün «böyük qardaş» anlayışı yoxdur. Azərbaycan, işğalçı Ermənistan istisna olmaqla, bütün dövlətlərlə normal, bərabərhüquqlu əməkdaşlıq edir.

Təbii ki, Azərbaycanın inkişafı, mövcud olan sabitlik və əminamanlıq beynəlxalq təşkilatların öz tədbirlərini Azərbaycanda keçirməyə sövq edir. Bakıda ATƏT Parlament Assambleyasının yay sessiyası, ondan bir neçə gün əvvəl isə NATO-nun tədbirinin keçirilməsi buna sübutdur. Həmin tədbirlərdə Azərbaycan nümayəndələri ölkəmizi layiqincə təmsil etdilər. Onlar Azərbaycanın inkişafını təbliğ etməklə yanaşı, ölkəmizə qarşı ikili standartlara qarşı etirazlarını bildirib, eləcə də, Ermənistanın işğalçılıq siyasətini beynəlxalq tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

- Qeyd etdiniz ki, belə bir şəraitdə hələ də ölkəmizə qarşı ikili standartlar mövcuddur. Bu ədalətsizliyə qarşı hansı addımlar atılmalıdır?

- Təbii ki, ölkəmizə qarşı ikili stanldartlar varbunun səbəbləri mövcuddur. Keçmiş SSRİ  dağıldıqdan sonra respublikamız informasiya blokadasında idi. Dünya birtərəfli informasiya alırdı. Amma Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra müstəqil ölkəmiz ayağa qalxmağa başladı, iqtisadiyyat inkişaf etdi, müasir informasiya texnologiyalarından səmərəli istifadə olundus. addımlar atıldı. Artıq informasiya müharibəsində Azərbaycan işğalçı Ermənistanı üstələyib. Bunun nəticəsidir ki, bəzi beynəlxalq təşkilatlarda, ölkələrin parlamentlərində Dağlıq Qarabağ problemi ilə bağlı obyektiv sənədlər qəbul edirlər.

Azərbaycan doğru yol tutubbu yol ilə gedir. İndi dünyada gücə hörmət edirlər. 100 il öncə güc tank-top, təyyarə idisə, bu gün güc iqtisadiyyatın, informasiya-kommunikasiya texnologiyalarının inkişafında özünü ifadə edir. Bu baxımdan, Azərbaycan doğru yoldadır. Cənubi Qafqaz regionunun iqtisadiyyatının 75-80 faizi Azərbaycana məxsusdur. Amma bununla arxayınlaşmaq olmaz. Əsas odur ki, Azərbaycan inkişaf edir. Prezident İlham Əliyevin siyasəti Azərbaycanı böyük addımlarla irəli aparır. Azərbaycan dünyanın ən inkişaf edən ölkələri sırasındadır. Azərbaycanın əsas hədəfi odur ki, inkişaf etmiş ölkələrin sırasına qoşulsun. Yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizə enib. Dünyada, xüsusilə Asiyada ölkəmizin bu nəticəyə gəlib çıxmasını təəccüblə qarşılayır və bizim inkişaf modelimizdən istifadə etməyə çalışırlar.

Təbii ki, belə bir şəraitdə Azərbaycanın güclənməsini istəməyən xarici qüvvələr var ki, ikili standartlardan istifadə edir, ölkəmiz haqda mənfi rəy yaratmağa cəhd göstərirlər. Amma onlar istədiklərinə nail ola bilmirlər və bizim dinamik inkişafımız belə qüvvələrə tutarlı cavabdır.

- ATƏT PA-nın Bakıda keçirilən yay sessiyasında erməni deputatlar sülh şəraitində yaşamağın zəruriliyini vurğulayıblar. Sizcə, onlar bu fikirlərində nə qədər səmimidirlər?

- Bir neçə il əvvəl ermənilər deyirdi ki, Dağlıq Qarabağ ya Ermənistana birləşdirilməli, ya da müstəqil olmalıdır. Amma indi belə fikirlər səslənir ki, sülh şəraitində yaşamaq istəyirik. Yəni bir tərəfdən, Ermənistan çox ağır vəziyyətdə yaşayır, digər tərəfdən bilirlər ki, Azərbaycan sürətlə inkişaf edir. Bu inkişafa qoşulmaq lazımdır. Təbii ki, insanların düşüncəsini dəyişmək zaman tələb edir. Çünki bugünkü Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsi üzərində hakimiyyətə gəlib. Ermənilər başa düşürlər ki, dünya Dağlıq Qarabağın nə müstəqilliyini, nə də Ermənistana birləşməsini qəbul etmədi. Dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Ona görə də, Ermənistan cəmiyyətində anlayırlar ki, apardıqları siyasətin sonu yoxdur. Bakıda ATƏT PA-nın sessiyasında «biz sülh şəraitində yaşamalıyıq» mesajı da bunun göstəricisidir. Bütün bunlara baxmayaraq biz öz haqq işimizi davam etdirməliyik. ATƏT PA-nın sessiyasına  gəlincə, ATƏT-in fəaliyyətdə olan sədri özünün geniş çıxışının böyük hissəsini Ukrayna məsələsinə həsr etdi. Dağlıq Qarabağ probleminə gəlincə isə bir neçə kəlmə söz dedi. O bildirdi ki, «Minsk qrupu işləyir, kompromis olmalıdır, xalqlar birbirinə yaxın olmalıdır» və s. Yəni bu ümumi sözləri tez-tez eşidirik.  kompromis olmalıdır? Prezidentimiz deyib ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək, heç kimə bir qarış torpağı verilməyəcək. ATƏT PA-nın keçmiş sədri Joao Suareş isə çıxışında haqlı olaraq Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının vacibliyini vurğuladı. İclasdan sonra ona yaxınlaşıb bu çıxışına görə təşəkkür etdim O isə mənə dedi ki, bu məsələdə heç kimin tərəfini tutmayıb, sadəcə, reallıqları ifadə edib. Göründüyü kimi Avropada obyektiv düşünən insanların sayı artmaqdadır. Ona görə də,  Avropanın siyasi mühiti ilə işimizi davam etdirməliyik ki, belə insanların sayı daha da artsın. Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu artıb, ölkəmizə hörmətlə yanaşırlar. Bu, neftqaza görə deyil, ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rol oynasa da, həmçinin, dünya tərəfindən qəbul olunan siyasət həyata keçirir. Azərbaycan sülhsevər siyasət həyata keçirir. Ona görə də, bizim beynəlxalq əlaqələrimiz güclənir.

- Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrinin bugünkü səviyyəsi haqqında nə deyə bilərsiniz?

- Partiyamız bir neçə istiqamətdə beynəlxalq əlaqələrini inkişaf etdirir. İlk növbədə, deyim ki, YAP Avropanın müxtəlif siyasi təşkilatları ilə əməkdaşlıq edir. Onlardan biri də Mərkəzçi Beynəlxalq Demokratlar Təşkilatıdır. Bundan əlavə, partiyamızın Avropa Xalqları Partiyası ilə də yaxşı münasibətləri var. Biz hər iki təşkilatla sıx əməkdaşlıq edirik.

Asiya istiqamətində isə Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) üzvüyük. İCAPP-a 350-yə yaxın siyasi partiya daxildir. Onlar həm müxalifəti, həm də iqtidarı təmsil edirlər. İCAPP-ın rəhbər orqanı olan Daimi komitənin 22 üzvü var ki, YAP onların sırasındadır. Bu qurumda həmçinin, Yaponiya, Cənubi Koreya, Vyetnam, Rusiyas. kimi böyük ölkələrin partiyaları var. MDB-dən isə bu təşkilatda yalnız Azərbaycan, Rusiya və Qazaxıstanın siyasi partiyaları təmsil olunur. Təbii ki, bu amil partiyamızın gücününnüfuzunun ifadəsidir. Yəni bütün bunlar göstərir ki, YAP-ın beynəlxalq əlaqələri bir çox istiqamətlərdə inkişaf etməkdədir. Sentyabr ayında Şri-Lankada təşkilatın Baş Assambleyası keçiriləcək. YAP nümayəndə heyəti bu tədbirdə iştirak edəcək. Həmin toplantıda biz çıxış edərək ölkəmizin reallıqları, o cümlədən Dağlıq Qarabağ problemi ilə bağlı vəziyyəti dünya ictimaiyyətinin diqqətinə çatdıracağıq.

Ümumiyyətlə, Azərbaycan həm Avropa, həm də Asiya üçün çox cəlbedici ölkədir. Çünki bu gün ölkəmiz hərtərfli inkişaf edirbu inkişaf digər dövlətlərdə maraqla qarşılanır. Bəzi ölkələr Azərbaycanın inkişaf təcrübəsini öyrənməyə çalışırlar. Bu mənada inkişafın Azərbaycan modelini bir çox dövlətlər öyrənmək istəyirlər. Bu modeldən istifadə etməyə çalışırlar. İnkişafın Azərbaycan modelinin xüsusiyyəti ondan ibarətdir ki, hər sahədə paralel inkişaf müşahidə olunur. Digər tərəfdən, bu modelin kökündə xalqla hakimiyyət, partiyamız arasında birlik dayanır. Bu birlik inkişaf prosesində böyük sıçrayışlara gətirib çıxarır.

- Asəf müəllim, bugünlərdə Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağı keçirildi. Sizi AMEA-nın həqiqi üzvü seçilməyiniz münasibətilə təbrik edir, elmi fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. AMEA-nın ümumi yığıncağında qəbul olunmuş qərarlar elmin inkişafına nə dərəcədə təsir göstərəcək?

- Təbrik üçün təşəkkür edirəm. Bilirsiniz ki, sözügedən iclasda AMEA-nın  həqiqi və müxbir üzvlüyünə seçkilər keçirilib. Akademiyanın həqiqi üzvlüyünə 43, müxbir üzvlüyünə isə 265 nəfər namizəd irəli sürülmüşdü. Səsvermə nəticəsində 26 həqiqi və 50 müxbir üzv seçilib. Seçkilər istər hüquqi, istərsə də texniki baxımdan müasir tələblərə uyğun və şəffaf şəkildə keçirildi. Təbii ki, seçkinin nəticələri həmn insanların elmi fəaliyyətinə verilən qiymətdir. Eyni zamanda mən bir məqamı da vurğulamaq istəyirəm ki, AMEA-nın yeni seçilmiş həqiqi və müxbir üzvlərinin əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləridir.

 Ümumiyyətlə,  Azərbaycan elmində bu gün canlanma müşahidə olunur. AMEA-nın yeni rəhbərliyi elmin inkişafı istiqamətində çox fəal şəkildə çalışır. Ölkəmizdə elmin inkişafına qayğının əsasını Heydər Əliyev siyasəti təşkil edir. Çünki akademiyanın ən ağır günlərində Heydər Əliyev demişdi ki, Elmlər Akademiyası Azərbaycanın milli sərvətidir, qorunub saxlanılmalıdır. Bu gün elm sahəsində ciddi inkişaf gedir. Prezident İlham Əliyev xüsusi diqqəti sayəsində elmimiz uğurlar qazanmaqdadır. Bir müddət öncə AMEA-nın yeni kitabxanası istifadəyə verildi. Bu kitabxana müasir standartlara tam cavab verir, orada işləmək üçün çox gözəl şərait yaradılıb. Bu, dövlətin elmə qayğısının bariz göstəricisidir.

AMEA-nın ümumi yığıncağında bir sıra məsələlər müzakirə olundu, akademiyanın yeni nizamnaməsi qəbul edildi. Çünki bu inkişaf şəraitində nizamnamənin də yeniləşməsi zərurət idi. Bundan əlavə, yığıncaqda “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ilə qədər İnkişaf Konsepsiyası” müzakirə edilərək qəbul olundu. Konsepsiyada elmi fəaliyyətin yeni əsaslarla təşkili, tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsi, yüksək ixtisaslı kadrların hazırlanması, elmi işçilərin sosial təminatının yaxşılaşdırılması və elmi infrastrukturun müasirləşdirilməsi kimi mühüm məsələlər nəzərdə tutulur. Maliyyələşdirmə mexanizmləri, maddi-texnikinormativ-hüquqi bazanın təkmilləşdirilməsi, həmçinin beynəlxalq elm məkanına inteqrasiya da konsepsiyada elmin inkişafına xidmət edən hədəflərdəndir.

 

Səs.-2014.- 3 iyul.- S.6.