Regionların inkişafı dövlətin inkişafıdır

 

 

İlham Əliyev: "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı, əslində, ölkəmizin uğurlu, dayanıqlı inkişafı, iqtisadiyyatımızın şaxələndirilməsi üçün ən vacib və ən əsas iqtisadi alətə çevrilmişdir"

 

 

Müasir dövrümüzdə iqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsi və əhalinin sosial həyat səviyyəsinin yüksəldilməsi dövlətimizin qarşısında vacib vəzifə kimi durur. Bu baxımdan, bilavasitə, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə regionların davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi ilə bağlı hazırlanan və müvəffəqiyyətlə həyata keçirilən dövlət proqramları olduqca təqdirəlayiqdir. 

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda iştirak edən Prezident İlham Əliyev dövlət proqramlarının qəbul olunmasının səbələrini açıqlayarkən bildirmişdir ki, bu proqramlar artıq 9 ildir ki, uğurla icra edilir: "Hesab edirəm ki, Proqramın qəbul olunması ölkə iqtisadiyyatı, sosial məsələlərin həlli üçün çox əhəmiyyətli idi. Proqramın icrası onu göstərir ki, 2004-cü ildə bəyan etdiyimiz niyyətimiz artıq reallığa çevrilir. 2004-cü ilin əvvəlində Proqramın qəbul edilməsinin bir neçə səbəbi var idi. İlk növbədə, bölgələrin inkişafı, əlbəttə ki, diqqət mərkəzində duran vəzifə idi. Bölgələrin inkişafı üçün infrastruktur layihələrinin icrası məsələləri qarşıda dayanmışdı. Eyni zamanda, sahibkarlığın inkişafı, dövlət dəstəyinin gücləndirilməsi və bütün bu məsələlərin bir-biri ilə əlaqəli şəkildə həll edilməsi Proqramın əsas mahiyyətini təşkil edirdi. Yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, yerlərinin yaradılması və beləliklə, yoxsulluğun, işsizliyin aradan qaldırılması məsələləri də böyük əhəmiyyət kəsb edirdi. Yəni, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı, əslində, ölkəmizin uğurlu, dayanıqlı inkişafı, iqtisadiyyatımızın şaxələndirilməsi üçün ən vacib və ən əsas iqtisadi alətə çevrilmişdir".

Qeyd edək ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)" icrasında hər bir bölgənin özünəməxsusluğuna, regionların sosial-iqtisadi inkişaf potensialını şərtləndirən mühüm meyar kimi insan amilinə xüsusi diqqət yetirilib.

 

Birinci Dövlət Proqramı - ilkin uğurlar, ilkin nəticələr

 

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda iştirak edən Prezident İlham Əliyev bildirib ki, müasir dövrdə ölkəmizin sürətli inkişafına nail olmaq üçün kifayət qədər geniş proqramlar icra edilir: "Bu proqramların içində ən önəmlisi və ən vacibi 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramıdır. Dövlət Proqramının icrasının nəticələri onu göstərir ki, həqiqətən də aparılan tədbirlər, həyata keçirilən hər bir layihə həm keyfiyyət, həm də kəmiyyətinə görə istənilən səviyyədən də yaxşı başa çatdırılmaqdadır".

Qeyd edək ki, "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)" uğurlu icrası nəticəsində ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində yüksək artım əldə edilmiş, beş il ərzində ümumi daxili məhsulun real həcmi 2,6 dəfə artaraq 38 milyard manata çatmış, qeyri-neft sektoru 1,8 dəfə, əhalinin gəlirləri 4 dəfə artmış, yoxsulluq səviyyəsi 13,2 faizədək azalmışdır. Bu dövrdə muzdla işləyənlərin orta aylıq əmək haqqı 3,5 dəfə artaraq inflyasiya səviyyəsini 1,7 dəfə üstələmiş və 268 manata çatmışdır. Beş il ərzində ölkədə 9 elektrik stansiyası, 1000 km-dən çox magistral yol çəkilmiş və ya əsaslı təmir edilmiş, 600 km respublika əhəmiyyətli və 2700 km yerli əhəmiyyətli yollarda təmir işləri aparılmış, 69 yeni körpü tikilmiş, 34 körpü təmir edilmişdir. Həmçinin, Naxçıvan, Gəncə, Lənkəran və Zaqatala şəhərlərində müasir standartlara uyğun yeni hava limanları tikilərək istifadəyə verilmiş, metro nəqliyyatı sahəsində Bakıda "Nəsimi" stansiyası inşa olunmuş, "İçərişəhər" və "28 May" stansiyaları yenidən qurulmuşdur. Dövlət Proqramı çərçivəsində regionlarda əlillər və şəhid ailələri üçün 33 yaşayış binası, əlillər üçün 7 bərpa mərkəzi inşa edilmiş, regionlarda 636 yeni məktəb tikilmiş, 192 məktəb əsaslı təmir olunmuş, ayrı-ayrı məktəblərdə 243 yeni sinif otağı tikilib istifadəyə verilmişdir. Yalnız Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində ötən müddətdə 238 məktəb binası tikilmiş, regionlarda 18 müasir olimpiya kompleksi tikilib istifadəyə verilmişdir. Beş il ərzində ölkə üzrə 6991 sahibkarlıq subyektinə 323,4 milyon manat kredit verilmiş, nəticədə 68,2 mindən çox yeni yeri yaradılmışdır. Ümumilikdə, 2004-2008-ci illər ərzində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 766 mindən çox yeni, o cümlədən, 547,5 min daimi yeri açılmış, 27,5 mindən çox yeni müəssisə yaradılmışdır.

 

İkinci Dövlət Proqramı - potensial uğurların davamı

 

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev bildirmişdir ki, son doqquz il ərzində 2500-ə yaxın məktəb, 500-dən çox tibb müəssisəsi, 35 Olimpiya İdman Kompleksi və digər sosialyönümlü obyektlər istifadəyə verilmişdir. Əhalinin məşğulluğunun artırılması və yoxsulluğun azaldılması sahəsində mühüm irəliləyişlər əldə olunub.

İkinci Dövlət Proqramı çərçivəsində ölkədə 1 milyondan çox yerinin yaradılması, iqtisadi fəal əhalinin sayının 4,5 milyon nəfəri ötməsi, yoxsulluğun səviyyəsinin 6  faizə qədər enməsi, minlərlə yeni müəssisənin yaradılması birbaşa bu proqramın icrasının məntiqi nəticəsidir. Məhz ölkə başçısı cənab İlham Əliyevin dediyi kimi, bu Dövlət Proqramının nəticəsi Azərbaycanda bütün infrastrukturun dünya səviyyəsinə çatmasına və Avropa Birliyinin meyarlarına bərabər olmasına şərait yaradacaqdır: "İnfrastruktur layihələrinin icrası məsələləri daim diqqət mərkəzində olmuşdur. İnfrastruktur layihələri regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tərkib hissəsidir".

Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində ölkə iqtisadiyyatının bütün sahələri və regionlar üzrə bu vaxta qədər həll olunmamış bütün məsələlərin, o cümlədən, bütün bölgələrdə hər bir kəndin konkret problemlərinin, əhalini narahat edən məsələlərin əks olunması prioritet vəzifə kimi qarşıya qoyulmuşdur. Azərbaycan dövləti sahibkarlara siyasi dəstəkdən başqa, iqtisadi dəstək də verir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu günə qədər, əgər 2012-ci ili də nəzərə alsaq, güzəştli şərtlərlə 900 milyon manat kredit verilmişdir. Ümumiyyətlə, ancaq dövlət xətti ilə ölkə iqtisadiyyatına 7 milyard manat investisiya qoyuluşu gözlənilir. Onlardan 5,7 milyard manatı Dövlət İnvestisiya Proqramı, yəni büdcə hesabına 1,3 milyard dövlət zəmanətli kreditlər hesabına qoyulacaqdır. Bu, çox böyük məbləğdir.

 

Üçüncü Dövlət Proqramı- uğurlu perspektivlər

 

Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda regionların sosial-iqtisadi inkişafı ilə bağlı yeni dövlət proqramının hazırlanacağını bəyan etmişdir. Ölkə Prezidenti İlham Əliyevin sözlərinə görə, 2009-2013-cü illərə dair regional inkişaf proqramının icrası başa çatdıqdan sonra yeni proqram hazırlanacaq: "Əlbəttə ki, bu il ikinci Dövlət Proqramı başa çatandan sonra yeni proqramlar ortaya qoyulacaqdır. Yəni, dövlət üzərinə düşən bütün vəzifələri icra edir...Gələcək planlarımızla bağlı deyim ki, artıq bu ilin sonunda ikinci Dövlət Proqramı başa çatır. Yenə də demək istəyirəm, əminəm proqram uğurla başa çatacaqdır. Ancaq biz gələcəyə baxmalıyıq və baxırıq. Hesab edirəm ki, artıq üçüncü Dövlət Proqramının hazırlanması ilə bağlı işlər başlamalıdır. Əminəm ki, 2014-cü ildə üçüncü Dövlət Proqramı - beşillik proqram qəbul ediləcəkdir. O proqramda edə bilmədiyimiz, yəni, çatdıra bilmədiyimiz məsələlər öz əksini tapacaqdır və beləliklə, ölkəmizin uğurlu, dayanıqlı inkişafı təmin ediləcəkdir".

Bütün bunlar onu göstərir ki, ölkəmizin iqtisadi inkişafı artıq yeni keyfiyyət mərhələsinə daxil olub. Yeni mərhələnin əsas hədəfi, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir.

 

R.HÜSEYNOVA

Səs.-2014.- 4 iyul.- S.2.