Azərbaycan Polisi-illərdən və nəsillərdən
yadigar...
...Görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətimizin mühüm sütunlarından saydığı, onun müəyyən etdiyi hüquq-mühafizə siyasəti kursunun fəal iştirakçılarından biri, cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması kimi məsul vəzifələri yerinə yetirən, konstitusiya-dövlət quruluşunun müdafiəsində mühüm xidmətləri olan, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə işidlik və şücaət göstərmiş, yaşı yüzü haqlamağa barmaqla sayılacaq illər qalmış Azərbaycan Polisinin yaranmasından 96 il ötür.
Bu
sıradan bir tarix deyil. 96 il bundan öncə azadlıq
adlı ucalığa doğru yürüyən
babalarımız üçrəngli bayrağın sevdası
ilə qarşılarını kəsən bütün əngəllərdən
üzüağ, alnıaçıq çıxmağı
bacardılar. Çünki tarix onlara çox şey öyrətmişdi.
Haqqı bulmaq, haqqa varmaq nə qədər çətin olsa
da, o gələcək nəsillər üçün hava, su
kimi lazım idi. Gələcəyini özgür görməyən
bir millətin sabahına günəş doğa bilərdimi?
Bu sulların bir cavabı vardı: Ya şəhid olmalı, ya
da qazi.
Azərbaycan
Polisinin keçdiyi tarixi yol haqqında çox yazılıb,
çox deyilib. Ancaq hələ tarixə dönəsi,
yazılası, gələcəyə miras üçün
qalacaq elə şanlı səhifələr var ki...
Və bu
gün Azərbaycanımızın gələcəyinə ümidlə
baxdığı hər bir insanına tarixi həqiqətləri
çatdırmağın şərəfli bir iş
olduğunu anlamağın, yorulmadan qələmə
sarılmağın özü də Vətən
qarşısında həmişə xatırlanacaq vəfa
borcu və tarixi bir işdir.
XX əsrdə
yenidən müstəqilliyinə qovuşmuş, olumla
ölüm arasında qalan, torpaqlarının itirmək təklükəsi
ilə ağır günlar yaşayan, (qəribə səslənsə
də, onu demək həqiqətin üstündən xətt
çəkməz) ordusu olmayan bir dövlətin
torpaqlarını onun polisinin qoruması ilk baxışdan qəribə
görünsə də bu bir həqiqətdir. Torpaqlarımızın
azadlığı uğurunda əlinə silah alıb erməni
millətçilərinə qarşı döyüşən
oğullara silahdan istifadə qaydalarını, ilk
döyüş taktikasını da məhz polisdə can qoyan
oğullarımız öyrətdi.
Xalqın
təkidli tələbindən sonra həyatını belə
risq altına ataraq siyasət meydanına atılan ulu öndərin
ən yaxın silahdaşı, səsinə ilk öncə səs
verən, tapşırıqlarına əməl edən də
yenə Azərbaycan Polisi idi. Çünki ideoloji baxımdan
hazırlıqlı, silahın dilini bilən həmkarlarımız
düşmənə qarşı, sözün əsl mənasında,
rəşadətlə vuruşaraq elə bir qəhrəmanlığa
imza atdılar ki, bu gün də onların adı gələndə
fəxarət hissi ilə sinəmiz qabarır, ruhları
qarşısında baş əyirik.
Ölüm
qorxusunu ürəklərində çoxdan
“öldürmüş” həmkarlarımızın
şücaətləri bəlkə də cild-cild kitablara sığmaz. Onlar öz
qanlarıyla Azərbaycan Polisinin döyüş tarixini
yazdılar. Həmin döyüşlərdə 1695 həmkarımız
və hərbi qulluqçumuz şəhidlik zirvəsinə
ucaldı, 1710 nəfər ağır xəsarət aldı.
Göstərdikləri fədakarlığa və şücaətlərə
görə 68 nəfərə “Azərbaycanın Milli Qəhrəmanı”
adı verildi. Onlar bizə gözlərini qırpmadan, uf demədən
ömrünü Vətənə
bağışlamağın əlifbasını öyrətdilər,
bayraq kimi gözümüzdə müqəddəslik
timsalına çevrildilər...
Ötən
il Azərbaycan Polisinin 95-ci ildönümü ilə
bağlı keçirilən tədbirdə ona ən böyük qiyməti, dəyəri
yenə də ölkə Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı cənab İlham Əliyev verdi. Onun Polis
Akademiyasında etdiyi proqram xarakterli çıxışı
Azərbaycan Polisinin gələcək hədəflərini
müəyyənləşdirməsinin, demək olar ki, əsasını
qoydu. Ölkə başçısının bu gün polisə
qara yaxanlardan, onun xidmətini, fəaliyyətini haqsız yerə
tənqid edən qaragüruhçulardan fərqli olaraq dediyi:
“Polis orqanlarının inkişafı, polisdə sağlam
ab-havanın yaranması, polis orqanlarının öz vəzifə
borcunu ləyaqətlə yerinə yetirməsi-bütün bu
məsələlər ölkəmizin ümumu
inkişafına çox müsbət təsir göstərmişdir”,-
fikri bir daha onu təsdiq edir ki, utopiyadan uzaq, öz
“qızıl vaxtını” dövlətinin və
xalqının rifahı, inkişafı naminə xərcləyən,
həqiqəti olduğu kimi deməyi bacaran İlham Əliyev
Azərbaycanımızın inkişafı üçün
atılan hər bir addımı, göstərilən ən
kiçik xidməti belə diqqətdən kənarda qoymur, əksinə
ona dəstək və yardımçı olur.
“Azərbaycan
Polisinin çox böyük və şərəfli yolu var.
Bu yol Azərbaycan dövlətçiliyinin yoludur”,-deyən,
ölkə başçısı polisin sabitliyin keşiyində
ayıq-sayıq durmasının əsas səbəblərindən biri kimi uğurla aparılan dövlət
siyasəti ilə bağlayır: “Azərbaycanda bax,
bugünkü vəziyyətin, sabitliyin, inkişafın, gələcəyə
inamın təməlində dövlət siyasəti
dayanır. Düzgün, müdrik dövlət siyasəti ki,
bu siyasətin mərkəzində Azərbaycan vətəndaşıdır.
Eyni zamanda, polis işçilərinin fəaliyyəti,
onların peşəkarlığı, ictimai asayişin onlar
tərəfindən qorunması bu sabitliyi daha da möhkəmləndirir.
Mən çox şadam ki, Azərbaycanda polis orqanlarında
islahatlar uğurla gedir, peşəkarlıq artır”.
Qeyd
olunmalıdır ki, polisin sabitliyin keşiyində
ayıq-sayıq durması, cinayətkarlıqla mübarizədə
dönməzlik nümayiş etdirməsi həm də ondan xəbər
verir ki, işləmək, çalışmaq, bilik və
bacarığını nümayiş etdirmək
üçün hər cür şərait yaradılıb,
müasir avadanlıqlarla tam təchiz olunmuş xidməti
binalar istifadəyə verilib. Yəni baş vermiş cinayətin
üstünün qısa zamanda açılması peşəkarlıqla
yanaşı, texniki təminatın da göstəricisidir.
Aparılan
islahatlar, əldə olunan nailiyyətlər, vətəndaş-polis
münasibətlərinin qurulması onu deməyə əsas
verir ki, vətəndaşların üzləşdikləri
problemlərin həlli DİN rəhbərliyinin diqqətindədir
və prioritetdir. Ölkə başçısı
bütün çıxışlarında bu məsələyə
xüsusi önəm verir və məmurları canla-başla
xalqa xidmət etməyə çağırır: “ Bir daha
demək istəyirəm - mütləq Vətənə sədaqət,
xalqa sədaqət, xalqa xidmət etmək lazımdır. Hər
bir vəzifə sahibi bilməlidir ki, o, xalqa xidmət etmək
üçün bu vəzifəni tutub, o cümlədən də
mən. Bu vəzifəni mən, ancaq xalqa xidmət etmək
üçün icra edirəm. Hər bir vəzifəli şəxs
öz məsuliyyətini dərk etməlidir, Vətən
üçün, xalq üçün
çalışmalıdır. Bax, əgər hər bir yerdə,
hər bir səviyyədə bu prinsiplər tam
üstünlük təşkil etsə, onda ölkəmiz daha
da sürətlə qabağa gedəcəkdir”.
Yeri gəlmişkən,
onu da qeyd edək ki, ötən il, Azərbaycan Polisinin 95 illik
yubileyinə həsr olunmuş mərasimdə ölkə
başçısının polis və vətəndaş
münasibətlərinə toxunması diqqətçəkən,
günümüz üçün aktual məsələlərdən
idi. Cənab İlham Əliyevin cəmiyyət dəstəkli
polisə olan inamın yaradılması sabitliyin
qorunmasının, cinayətkarlıqla və terrorçuluqla
və digər qanunazidd əməllərlə mübarizənin
əsasıdır,-deməsindən sonra əlavə şərhə
ehtiyac qalmır.
Hafiz Təmirov,
polis kapitanı
Səs.-2014.- 3 iyul.- S.5.