İlham Əliyev: “Xarici siyasətimiz daxili siyasətimizin davamıdır”

 

İyulun 7-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müşavirədə iştirak edib.  Müşavirəni açan xarici işlər naziri Elmar Məmmədyarov ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulanbu gündavaminkişaf etdirilən uğurlu xarici siyasət strategiyasının Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun gündən-günə artması, dövlətimizin etibarlı tərəfdaş kimi tanınması, beynəlxalq təşkilatların fəal üzvü, habelə region və bütünlükdə beynəlxalq ictimaiyyət üçün əhəmiyyətli tədbir və layihələrin təşəbbüskarı olması ilə nəticələndiyini bildirdi.

Nazir diplomatik xidmət orqanları rəhbərlərinin son müşavirəsindən keçən müddətdə Xarici İşlər Nazirliyi sisteminin fəaliyyəti barədə məlumat verdi. Diqqətə çatdırdı ki, hazırda Azərbaycan Respublikasının xarici ölkələrdə 57 səfirliyi, 5 beynəlxalq təşkilat yanında daimi nümayəndəliyi, 9 baş konsulluğu, 7 təmsilçilik ofisi və 7 fəxri konsulluğu fəaliyyət göstərir. Respublikamızda isə 58 dövlətin səfirliyi, 4 baş konsulluq, 10 fəxri konsulluq və 20 beynəlxalq təşkilatın nümayəndəliyi mövcuddur. Xarici işlər naziri vurğuladı ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli xarici siyasətin  prioritet məsələsi olaraq qalmaqdadır. Nazir əminliklə bildirdi ki, dövlətimizin milli maraqlarının təmin olunması məqsədini güdən xarici siyasət kursunun həyata keçirilməsi ilə əlaqədar verilən tapşırıqların icrasının layiqincə təmin edilməsi üçün diplomatik xidmət orqanlarının əməkdaşları səy və bacarıqlarını əsirgəməyəcəklər. Prezident İlham Əliyev müşavirədə nitq söyləyib. Dövlətimizin başçısı qeyd edib ki,  xarici siyasətimiz daxili siyasətimizin davamıdır. Bu gün Azərbaycanın xarici siyasəti prinsipiallığı və müstəqilliyi ilə seçilir. Bunun əsas səbəbi, əlbəttə ki, güclü siyasi iradənin mövcudluğudur. Prezident İlham Əliyev diqqətə çatdırıb ki, güclü siyasi iradə olmasa, heç bir ölkə müstəqil siyasət apara bilməz:

Bu siyasi iradə vardır. Bu siyasi iradə özünü həm daxili, həm xarici siyasət məsələlərində göstərmişdir. Eyni zamanda, ölkəmizin uğurlu inkişafı və son illərdə iqtisadi müstəqilliyimizin tam şəkildə təmin olunması bizə imkan verir ki, xarici arenada da öz sözümüzü deyək, öz maraqlarımızı müdafiə edək.

Ona görə, son illərdə həm siyasi, həm iqtisadi islahatların aparılması ölkəmizin çox böyük inkişafına səbəb olmuşdur. Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, gələcəyini özü müəyyən edir, tam şəkildə müstəqil siyasət aparır. Azərbaycanda iqtisadi müstəqillik tam təmin edilibdir. Azərbaycan özünü təmin edən ölkədir.

Yəni, bu daxili amillər, iqtisadi gücümüz, dünyada artan nüfuzumuz bizə imkan verir ki, bundan sonra da prinsipial xarici siyasətimizi aparaq. Deyə bilərəm ki, bu siyasət beynəlxalq birlik tərəfindən də təqdirlə qarşılanır. Azərbaycanın beynəlxalq nüfuzu, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır.

Bir sözlə, beynəlxalq imicimiz çox müsbətdir. Bunun müxtəlif amilləri vardır. Bir daha demək istəyirəm ki, ilk növbədə, ölkəmizin uğurlu inkişafı, prinsipial mövqeyi, ədaləti, hüququ hər şeydən üstün tutmağımız, eyni zamanda, əlbəttə ki, bizim diplomatik orqanların uğurlu fəaliyyəti də burada çox mühüm rol oynamışdır. Buna görə mən Xarici İşlər Nazirliyinin bütün əməkdaşlarını təbrik etmək istəyirəm. Azərbaycanın çox uğurlu xarici siyasəti vardır və əminəm ki, gələcək illərdə ölkəmizin artan gücünüfuzu hesabına biz beynəlxalq arenada mövqeyimizi daha da möhkəmləndirəcəyik.”

Prezident İlham Əliyev qeyd edib ki, xarici siyasətlə bağlı əsas məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasıdır. Dövlət başçısı qeyd edib ki, son müşavirədən keçən dövr ərzində bu sahədə heç bir irəliləyiş olmayıb: “Bunun başlıca səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi və münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq cəhdləridir.

Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət və bu məsələ ilə birbaşa məşğul olan vasitəçilər tərəfindən Ermənistana heç bir ciddi siqnal verilməmişdir. Bizdə belə fikir yaranır ki, məsələ ilə məşğul olan vasitəçilər bu vəziyyəti daha çox bu şəkildə saxlamaqda maraqlıdırlar. Onların əsas marağı ondan ibarətdir ki, bölgədə sabitlik pozulmasın, müharibə olmasın. Bizsülh istəyirik. Ancaq dəfələrlə bəyan etmişəm ki, biz torpaqlarımızı, haqq-ədalətin bərpasını, beynəlxalq hüququn təntənəsini istəyirik.

Son illər ərzində Ermənistanın bu mövqeyi imkan vermir ki, məsələ danışıqlar yolu ilə həllini tapsın. Əlbəttə ki, məsələnin həlli başqa yolla da mümkündür. Biz bunu heç vaxt inkar etməmişik və açıq bəyan etmişik ki, hərbi yol da istisna edilmir. Çünki son aylarda, illərdə beynəlxalq arenada müşahidə olunan mənzərə onu göstərir ki, əfsuslar olsun, beynəlxalq hüquq işləmir. Güc amili əsas rol oynayır. “Kim güclüdür, o da haqlıdır” prinsipi əfsuslar olsun ki, beynəlxalq əlaqələrin konstruksiyasına böyük zərbə vurmuşdur.

Yəni, bu, reallıqdır. Biz real dünyada yaşayırıq və reallıqlarla hesablaşmalıyıq. Ona görə bizim ordu quruculuğu ilə bağlı ardıcıl siyasətimiz bu gün bir daha göstərir ki, nə qədər düzgün və nə qədər vaxtında atılan addımlar idi. Bu gün biz hərbi potensialımızı gücləndirərək məsələni hərb yolu ilə də həll edə bilərik. Sadəcə olaraq hesab edirik ki, hələ danışıqlar potensialı tükənməyib. Biz siyasi, iqtisadi, o cümlədən hərbi təzyiqlərdən istifadə edərək çalışacağıq ki, məsələ dinc yolla həll edilsin. Ancaq həll edilsin. Bu məsələ dondurulmuş vəziyyətdə qala bilməz. Bunu hər kəs bilməlidir. Bu məsələ ilə məşğul olan vasitəçilər də bunu bilməlidirlər və bilirlər.

Hesab edirəm ki, son vaxtlar vasitəçilərin fəaliyyətində müşahidə edilən fəallıq bizim artan iqtisadi və hərbi gücümüzlə əlaqəli olan məsələdir. Çünki onlar da Ermənistan kimi çox yaxşı dərk edirlər ki, istənilən vaxtda biz hərbi gücümüzdən istifadə edərək Qarabağ məsələsini birdəfəlik həll edə bilərik. Bu gün güc amili, bir daha demək istəyirəm ki, həlledici rol oynayır. Biz daha da güclü olmalıyıq, oluruq. İqtisadi, siyasi və hərbi potensialımız kifayət qədər güclüdür və danışıqlarda bu amil müsbət rolunu oynayacaqdır.

Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Tarixihüquqi nöqteyi-nəzərdən Qarabağ həmişə Azərbaycan torpağı olmuşdur. Azərbaycan xalqı Dağlıq Qarabağdaişğal edilmiş digər torpaqlarda əsrlər boyu yaşamış, yaratmışdır. Bütün tarixi abidələrimiz, toponimlərimiz, kəndlərin, şəhərlərin adları Azərbaycan mənşəlidir. Bu, həqiqətdir. Əlbəttə ki, biz bunu bilirik, dünya da bunu bilir və bilməlidir.  Hesab edirəm ki, diplomatların fəaliyyəti ilk növbədə bu istiqamətə yönəlməlidir. Çünki hələ ki, geniş dünya ictimaiyyəti Qarabağla bağlı həqiqətləri bilmir. Erməni lobbisi çalışır ki, faktları dünya ictimaiyyətinə təhrif edilmiş şəkildə çatdırsın. Biz isə çalışmalıyıq ki, real faktları dünya ictimaiyyətinə çatdıraq, o cümlədən İrəvan xanlığı ilə bağlı olan həqiqətləri çatdırmalıyıq.”

Prezident İlham Əliyev qeyd edib ki, beynəlxalq hüquqda tarixi amillər öz rolunu oynayıb, presedent hüququ vardır. Ona görə bizim mövqeyimizi möhkəmləndirən kifayət qədər çox amillər var: tarixi, hüquqisiyasi. Bir sözlə, həm tarixi, həm hüquqi tərəf bizim mövqeyimizi dəstəkləyir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, erməni silahlı qüvvələrinin torpaqlarımızdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib: “Siz bunu yaxşı bilirsiniz. Digər beynəlxalq təşkilatlar qərar və qətnamələr qəbul etmişlər. Yəni, bu, artıq çox möhkəm hüquqi zəmindir. Düzdür, bu, hələ ki, real nəticəyə çevrilməmişdir. Ancaq bu tarixihüquqi zəmin vardır. Belə olan halda təbii ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılması qətiyyən mümkün deyildir. Əlbəttə ki, Azərbaycan dövləti buna heç vaxt imkan verməyəcək və heç bir ölkə qondarma “Dağlıq Qarabağ respublikasını” müstəqil qurum kimi tanımayacaqdır. Orada keçirilən qanunsuz referendumlar dünya birliyi tərəfindən tanınmayıb və tanınmayacaqdır. Məsələnin həlli ölkəmizin ərazi bütövlüyü çərçivəsində olacaqdır. Başqa variant yoxdur! Mən bunu bir daha bəyan etmək istəyirəm. Heç vaxt Azərbaycan ərazisində ikinci erməni dövləti yaradıla bilməz! Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir! Biz sadəcə olaraq istəyirik ki, bunu nə qədər mümkündürsə tez edək. Ancaq edəcəyik.

Onu da qeyd etməliyəm ki, əlbəttə, bu münaqişədən xalqımız, qaçqınlar və köçkünlər əziyyət çəkir. Ancaq biz məsələni köklü şəkildə həll etməliyik. Yəni, məsələnin yarımçıq şəkildə həll edilməsi, sadəcə, bir mərhələ ola bilər və təbii ki, mərhələli həll üstünlük təşkil edir və edəcəkdir. Ancaq biz əsas hədəfi yaddan çıxarmamalıyıq. Azərbaycanlılar işğal edilmiş torpaqlara, Dağlıq Qarabağa, - o da işğal edilmiş torpaqdır, - qayıtmalıdırlar. Azərbaycan öz suverenliyini bərpa etməlidir. Erməni xalqı Azərbaycan dövləti çərçivəsində yüksək muxtariyyət statusuna malik olan şəraitdə yaşaya bilər. Biz bunu təklif etmişikbu yanaşma dünyadaAvropada ən müsbət təcrübəyə əsaslanır. Siz diplomatlar yaxşı bilirsinizbiz bu məsələni öyrənmişik - dünyada, Avropada nə qədər muxtariyyətlər vardır. Orada bütün məsələlər çox gözəl tənzimlənir. Bizim məsələdə də bu yanaşma üstünlük təşkil etməlidir.”

Avropa ölkələrinin ənənəvi tərəfdaşlarımız olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev ikitərəfli əlaqələrin inkişafı üçün gözəl imkanların olduğunu söylədi, Asiya dövlətləri ilə də əməkdaşlığın son illərdə sürətlə inkişaf etdiyini bildirdi. Dövlətimizin başçısı beynəlxalq təşkilatlarla əməkdaşlıqdan da danışdı, diaspor təşkilatları ilə səfirliklərimizin birgə fəaliyyətinin önəmini qeyd etdi. Prezident İlham Əliyev, həmçinin enerji diplomatiyasındakı uğurlara diqqəti cəlb etdi, bu imkanların xarici siyasətimizə müsbət təsir göstərdiyini dedi. Bildirdi ki, ölkəmizin bütün istiqamətlərdə düşünülmüş konseptual yanaşmaya söykənən siyasəti vardır və uğurlarımız buna əsaslanır.

Azərbaycan Prezidenti diplomatlara fəaliyyətlərində yeni uğurlar arzuladı. Sonda xatirə şəkli çəkdirildi.

 

Səs.-2014.- 8 iyul.- S.3-4.