Siyavuş Novruzov: “Səfirlərimiz

 Azərbaycanda gedən prosesləri hərtərəfli bilməlidirlər”

 

 

Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzovun SƏS TV-yə müsahibəsi:

- Siyavuş müəllim, bu gün Bakıda Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin beşinci müşavirəsi öz işinə başlayıb. Ümumiyyətlə, həmin müşavirənin ölkəmiz üçün əhəmiyyəti barəsində nə deyə bilərsiniz?

 - Ümumiyyətlə, diplomatik xidmət orqanlarının rəhbərlərinin növbəti müşavirəsi sözün həqiqi mənasında çox orijinal məsələdir. Təbii ki, bu, bizim ölkəyə xas olan amildir. Çünki diplomatik korpusun nümayəndələri, səfirlər Azərbaycan dövlətinin xarici ölkələrdəki təmsilçiləridir. Diplomatik xidmət orqanlarının rəhbərlərinin iki ildən bir toplanıb belə bir tədbir keçirməsi və cənab Prezidentin, eləcə də ayrı-ayrı struktur rəhbərlərinin onlarla görüşü, çıxışları, sual-cavablar, Azərbaycanın daxili siyasəti, ölkəmizin sosial-iqtisadi inkişafı, o cümlədən dövlətimizdə həyata keçirilən islahatlar barəsində aparılan müzakirələr təqdirəlayiq haldır. Ölkəmizdə aparılan islahatlar barəsində diplomatik korpusun nümayəndələrinin məlumatlandırılması vacib şərtlərdən biridir. Məsələn, bir neçə il bundan öncə belə bir görüş Naxçıvan Muxtar Respublikasında keçirildi. Bildiyiniz kimi də Naxçıvan MR-sı blokadada olan tarixi Azərbaycan ərazisidir. Buna baxmayaraq Azərbaycanın xarici ölkələrdəki səfirləri həmin tədbirdə iştirak etdilər. Onlar Naxçıvanda aparılan abadlıq-quruculuq işləri ilə yaxından tanış oldular, eləcə də Naxçıvanla bağlı tarixi mənbələr, digər məsələlər barəsində kifayət qədər həm nəzəri, həm də praktik məlumatlara sahib oldular. Təbii ki, onların getdikləri ölkələrdə keçirəcəkləri görüşlərdə Bakıda və Azərbaycanın regionlarında aparılan geniş quruculuq işləri barədə kifayət qədər məlumat verə biləcəklər. Bununla belə onlar ölkəmizdə gedən proseslərlə birbaşa tanış olur, görür və hadisələrin şahidi olurlar.

 Hesab edirəm ki, bu təqdirəlayiq bir haldır. Düşünürəm ki, gələcəkdə səfirliyin əməkdaşlarına bu praktikanı daha geniş şəkildə tətbiq etmək lazımdır. Səfirlərimiz Azərbaycanda gedən prosesləri hərtərəfli bilməlidirlər. Elə insan var 5 il orada qalır, işləyir, amma Azərbaycanın daxilində gedən proseslərdən heç bir xəbəri olmur. Bu baxımdan da onlar hər bir şeyi bilməlidir ki, ölkəmizi təmsil edəndə, Azərbaycanın haqq işinin müdafiəsində kifayət qədər hazırlıqlı olsunlar.

- Artıq Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ənənəvi “Yay məktəbi”nə start verildi. Ümumiyyətlə, hakim partiya gənclərin asudə vaxtını daha səmərəli təşkili üçün onlarla ideoloji aparır. Amma bəzi siyasi təşkilatlar var ki, onlar gənclərin etimadından sui-istifadə edərək onlardan öz çirkin əməllərində alət kimi istifadə edirlər. Bu barədə sizdüşünürsünüz?

- YAP mütəmadi olaraq gənclərə diqqət və qayğı göstərir. Məsələn, ötən bələdiyyə seçkilərində hakim partiya tərəfindən təşəbbüs irəli sürüldü. Bununla da seçkilərdə partiya tərəfindən irəli sürülən namizədlərin təxminən 30 faizə yaxınını gənclər, 30 faizini isə qadınlar təşkil etdi. Təbii ki, bu ilbiz həmin təşəbbüsü davam etdirəcəyik. Çalışacağıq ki, gənclərin seçkili orqanlarda təmsilçiliyini daha artıq təmin edək. Çünki onlar gənc nəsildir və onların əksəriyyəti müstəqil Azərbaycanda doğulub. Bu baxımdan da biz gənclər üçün çox ciddi proqramlar hazırlayırıq və bunu həyata keçiririk. Hətta deyərdim ki, gənclərin özləri bu proqramların böyük əksəriyyətini həyata keçirirlər. Bildiyiniz kimi YAP GB-nın Baş ofisi mövcuddur. Gün ərzində yüzlərlə gənc ora gələrək digərləri ilə ünsiyyət qururinformasiya-kommunikasiya texnologiyalarının digər sahələrini öyrənirlər. Eləcə də həmin ofisdə xarici dil kursları və siyasi liderlərin hazırlanması ilə bağlı kurslar fəaliyyət göstərir. Bir sözlə ora həddindən artıq tələbat var. Bildiyiniz kimi biz hər il ənənəyə uyğun olara həm yay, həm də qış məktəbləri təşkil edirik. Bir ay davam edən “Yay məktəbi”ndə gənclər qruplara bölünür və hər qrup bir həftə ərzində həm istirahət edir, həm də müxtəlif sahələrdə məruzələrə, fikir mübadiləsinə, intellektual oyunlara, idman yarışlarına qatılırlar. Bu il nəzərdə tutmuşuq ki, 800-dən artıq Azərbaycan gənci “Yay məktəbi”ndə iştirak etsin. Bura həm Azərbaycanın regionlarından, həm də paytaxt Bakıdan, Abşeron rayonundan, Sumqayıt şəhərindən gənclər cəlb olunub. Eləcə də burada YAP GB-nin ayrı-ayrı institut, rayon və şəhər təşkilatının nümayəndələri təmsil olunurlar. Artıq iki qrup olmaqla 150-yə yaxın gənc ötən gündən etibarən onlar üçün müəyyən olunmuşYay məktəbləri”nə yola düşüblər. Gənclər üçün hazırlanan proqramın bu dəfəki özəlliyi ondan ibarətdir ki, burada həm moderatorluq, həm də müxtəlif mövzuların müzakirəsi gənclərin özlərinə həvalə olunub. Bura müxtəlif sahələr daxildir. Misal olaraq, Azərbaycan cəmiyyətini narahat edən dini baxışlar, gənclərin vətənpərvəlik mövzusu ilə bağlı və s. məsələləri göstərə bilərik. Bununla belə hakim partiyanın tanınmış üzvlərinin, Milli Məclisdə təmsil olunan deputatlarının, ayrı-ayrı dövlət strukturunda çalışan yaradıcı insanların gənclər qarşısında çıxışları, fikir mübadiləsi, sual-cavabları, görüşləri və s. nəzərdə tutulub. Təbii ki, bu da dövlətimiz, xalqımız üçün güclü, siyasi cəhətdən yetkin, əqidə cəhətdən möhkəm gənclərin yetişdirilməsi məqsədindən irəli gəlir.

 Lakin biz siyasi arenanın digər qütbünə nəzər salsaq görərik ki, onlar gəncləri təxribata sövq edir, dövlət strukturlarına, eləcə də vətəninə, Azərbaycançılığa qarşı nifrət aşılayırlar. Təbii ki, onlar bundan da sui-istifadə edərək gənclərə müxtəlif vədlər verməklə, onları şirinlikləşdirməklə qanunsuz hərəkətlərə yönəldirlər. Təbii ki, burada erməni lobbisinin, eləcə də ayrı-ayrı kəşfiyyat orqanlarının, dövlətlərin əli var. Bu gün Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Bir sözlə, tamam başqa bir dindən olan ölkə Azərbaycanın ərazisini işğal edib. Bəzi gənclər Dağlıq Qarabağın azad olunması uğrunda mübarizə aparmaq əvəzinə, gedib yad ölkələrdə mənasız müharibələrdə iştirak edirlər və bunu dinlə pərdələməyə çalışırlar. Belə insanlara deyə bilərəm ki, onlar sadəcə, özlərini aldadırlar. Artıq Azərbaycan cəmiyyətinə bəllidir ki, onlar xaricə hansı məqsədlərlə gedib müharibəyə qoşulurlar. Bu gün onların ailələri Azərbaycanda gözü yaşlı qalıb. Hətta elələri də var ki, aiəsini də götürüb ora gedib. Hesab edirəm ki, bunlara cəmiyyət tərəfindən ciddi təpki olmalıdır. Təbii ki, Azərbayanın hüquq-mühafizə, təhlükəsizlik orqanları məsələ ilə bağlı ciddi aparırlar. Hamı qanun qarşısında bərabərdir. İlk növbədə həmin insanları bu yola sürükləyənlər məsuliyyətə cəlb olunmalıdır. Onların valideyinləri dövlətdən, hüquq-mühafizə orqanlarından, məhkəmələrdən deyil, onu bu yola sövq edənlərin yaxasından yapışmalıdır. Məhz bu baxımdan biz hakim partiya olaraq onlara nümunə göstəririk.

- Bu yaxınlarda Avropa Şurası Parlament Assambleyasının sessiyası keçirildi. Həmin iclasda Azərbaycan Prezidenti İlham Əliyevin məlum çıxışı oldu. Təəssüf ki, bəzi dairələr bundan istifadə edərək bu iclasın işinə mane olmağa çalışırdılar. Siz bu məsələləri necə xarakterizə edərdiniz?

- Ümumiyyətlə, Prezident İlham Əliyev tək bu tədbirdə deyil, eləcə də digər beynəlxalq tədbirlərdə Azərbaycanı çox yüksək səviyyədə təmsil edibbu günedir. Dövlət başçısı Azərbaycanın maraqlarını, xalqın, cəmiyyətin mövqeyini bütün dünya dövlətlərinə və dünya ictimaiyyətinə çatdırır. Azərbaycanda gedən iqtisadi islahatlar, ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolu, bu gün inkişaf edən Azərbaycanın tolerantlıqda, eləcə də digər məsələlərdə dünyanın mərkəzinə çevrilməsi buna bariz nümunədir. Bu gün dünyanın ən mötəbər tədbirlərinin əksəriyyətinin Azərbaycanda keçirilməsi və s. ölkəmizdə olan ictimai-siyasi sabitlikdən, inkişafdan, tərəqqidən xəbər verir. Bildiyiniz kimi Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan prezidentinin Praqada keçirilən “Şərq Tərəfdaşlığı” sammitində çıxışını sərt şəkildə tənqid etdi. Dövlət başçısı dedi: “Bilirsiniz ki, Türkiyə burda təmsil olunmur, bundan istifadə edirsiniz. Amma mən burdayam sizə cavab verirəm”. Bütün bunlar erməni lobbisini və Azərbaycanı istəməyən qüvvələri narahat edir. Hesab edirəm ki, özünü azərbaycanlı adlandıran şəxs Dağlıq Qarabağ probleminin müzakirəsi aparılanda, ölkəmizə qarşı ikili standartlar tətbiq olunanda, azərbaycanlılara qarşı soyqırımı məsələsi ortaya qoyulanda xoşagəlməz hadisələrin, məsələn, bir qrup gəncin AŞPA-nın iclasında ağzını-gözünü bağlayıb müxtəlif oyunlar çıxarması kimi hadisələrin baş verməsi bilavasitə erməni lobbisinə xidmət edən hallardır. Biz bu məsələ ətrafında kifayət qədər araşdırma aparmışıq. Həmin insanların bir hissəsi Cənubi Azərbaycandan olan şəxslərdir, digər qrupu isə erməni adı altında siyasi sığınacaq alıb gedən insanlardır. Təbii ki, digərləri də Azərbaycan Xalq Cəbhəsinə və ayrı-ayrı müxalifət partiyalarında təmsil olunan, dövlət əleyhinə ermənilərlə birgə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələridir. Onlar üçün milli və dövlətçilik marağı deyilən bir məfhum yoxdur.

- Rusiyalı bəzi siyasətçilər bildirirlər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində yeganə imkan Rusiyanın Krımı və cənub-şərqi Ukraynanı öz nəzarətinə keçirməsindən sonra reallaşa bilər. Siz bu barədə nə düşünürsünüz ?

- Hesab edirəm ki, Dağlıq Qarabağ məsələsi ilə Krımda baş verən hadisələri eyniləşdirmək olmaz. Bunlar tamam başqa məsələlərdir. Dağlıq Qarabağ Azərbaycanın əzəli və qədimi torpağıdır. Çox təəssüf ki, burada ermənilər yaşayır. Təbii ki, biz ermənilərin də öz müqəddəratını təyin etməsi məsələsi ilə bağlı fikirlərimizi dəfələrlə demişik. Dünyada 2 mindən artıq xalq var. Lakin həmin xalqların cəmi         200-ə yaxını özünə dövlət qura bilib. Məsələn, elə xalq var onun dövləti yoxdur, amma çalışır ki, öz dövlətini qursun və müqəddəratını təyin etsin. Bu başqa bir məsələ. Amma erməni xalqı öz müqəddəratını artıq bir dəfə, həm də Azərbaycan torpaqlarında - İrəvan xanlığının coğrafi ərazisində təyin edib. Bu gün Koliforniyada kompakt şəkildə Dağlıq Qarabağdakı ermənilərin sayından 10 dəfə çox erməni yaşayır. Gərək kaliforniyalı ermənilər də elan etsinlər ki, biz burada özümüzə dövlət yaradırıq. Bununla belə Rusiyanın ərazisində - Şimali Qafqazda kifayət qədər erməni var. Fransada bir milyondan artıq erməni yaşayır. Bu xalq elədir ki, harada günü yaxşı keçirsə oranı da özünə vətən hesab edir. Bu gün siz Ermənistan dövlətinə nəzər salsanız görərsiniz ki, xarici ölkə səfirliklərinin önündə uzun növbələr var. Təbii ki, işğalçı ölkənin əhalisi oranı tərk edir. Ümumiyyətlə, onlarda vətən, millət anlayışı deyilən bir şey yoxdur. Bu baxımdan hesab edirəm ki, Dağlıq Qarabağ məsələsini Krımla eyniləşdirmək olmaz.

 Bildiyiniz kimi 20 ildən artıqdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk Qrupu fəaliyyət göstərir. ABŞ, RusiyaFransa eyni dərəcədə bu məsələyə məsuliyyət daşıyırlar. Bunlar 20 il ərzində hələ bir addım da olsun heç bir uğurlu addım atmayıb. Biz də beynəlxalq hüququn prinsiplərini əlimizdə rəhbər tutaraq hümanitar təmizləmə əməliyyatı ilə ermənilər tərəfindən işğal olunmuş ərazilərimizi istənilən formada azad edə bilərik. Çünki beynəlxalq hüquqBMT-nin bizə vermiş olduğu 4 qətnamə bizim tərəfimizdədir.

- Ötən gün Azad Demokratlar Partiyasının təsis qurultayı keçirilib. Həmin qurultayda Sülhədddin Əkbər partiyanın sədri seçilib. Bu barədə fikirlərinizi öyrənmək istərdik.

- Hər bir siyasi partiya yaradılanda onun məqsəd, vəzifələri olmalı, eləcə də o ideya, ideologiyanı dəstəkləyən sosial bazaelektorat olmalıdır. İstənilən partiyanın sosial bazası və elektoratı olmadığı təqdirdə onun adını nə qoyursan qoy və hansı vəzifəni seçirsən seç, bunun heç bir əhəmiyyəti yoxdur. Təbii ki, Sülhəddin Əkbər də fəaliyyəti dövründə bir neçə partiya dəyişib. Onun təmsil olunduğu partiyaların çeşidi nə qədər çox olsa da, mahiyyəti dəyişməyib. Mahiyyət dəyişmirsə və insanların bu partiyaya etimadı yoxdursa, ona hansı adı qoyursan qoy, kim rəhbərlik edir etsin heç bir ictimai fikri formalaşdırmaq imkanına malik olmayacaq. Azərbaycanın müstəqillik əldə etməsindən bu yana siyasi partiya sədrlərinin kim olduğu, necə fəaliyyət göstərdiyi hər kəsə bəllidir. Eləcə də onların cəmiyyət üçün nə qədər əhəmiyyətli olduğunu, cəmiyyətin maraqlarının hansı səviyyədə təmsil edə bildiklərini görüblər. Təbii ki, insanlar bundan sonra hansı partiyaya üz tutduqlarını özləri müəyyənləşdirirlər.

- Yəqin YAP-ın fəaliyyəti, cəmiyyətdə mövqeyi əksəriyyətin maraqlarını təmin etdiyindən hər kəs hakim partiyada təmsil olunmaq istəyir.

- Bu gün Yeni Azərbaycan Partiyasının sıralarında 600 mindən artıq insan təmsil olunur. Qeyd edim ki, sıralarımız getdikcə genişlənir. Bu gün YAP-a üzv olmaq üçün müraciət edənlərin sayı günbəgün artır. İl ərzində təxminən 35-40 minə yaxın insan hakim partiyaya üzv olur. Ona görə də biz tədricən qəbul qaydalarını sərtləşdiririk. Çünki insanlar görür ki, burada hər bir insan üçün perspektivsiyasi meydan mövcuddur. Eləcə də burada siyasi fikirləri bölüşmək, insanlarla ünsiyyət qurmaq və cəmiyyət həyatında aktiv iştirak etmək üçün hər bir şərait var. Əgər biz digər partiyalara nəzər salsaq görərik ki, rəhbərlik etdikləri siyasi təşkilatı bir-iki nəfər özlərinin monopoliyasına çeviriblər. Belə ki, həmin partiya sadəcə olaraq 3-5 şəxsin təsiri altındadır. Təbii ki, onlar bu təsir dairəsindən də kənara çıxa bilmirlər. Orada nə gənclər üçün fəaliyyət meydanı var, nə partiyadaxili islahatlar həyata keçirilir, nə də partiyanın ayrı-ayrı strukturları fəaliyyət göstərir. Sadəcə 3-5 nəfər təmsil etdikləri partiyanın adından mətbuat orqanlarında çıxış etməklə işlərini yekunlaşmış kimi göstərirlər. Azərbaycanda siyasi partiyaların əksəriyyəti bu vəziyyətdədir. O baxımdan da hesab edirəm ki, Sülhəddin Əkbərin hansı partiya yaratmasından asılı olmayaraq o partiya heç bir sosial bazayaelektorata malik olmayacaq.

 

Səs.-2014.- 8 iyul.- S.7.