Şəkidə TÜRKSOY rəssamlarının sərgisi açılıb

 

 

Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətindən APA-ya verilən məlumata görə,  mərasimdə şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərəkİpək Yolu” V Beynəlxalq musiqi festivalı çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.

 TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirib ki, on yeddi il ərzində türk dünyasının müxtəlif ölkələrinin ev sahibliyi etdiyi XVII “TÜRKSOY- Rəssamlar görüşü” ilk dəfə olaraq Azərbaycanda - Şəkidə gerçəkləşdirilir.

 Türk dünyasının 14 ölkəsini təmsil edən 17 rəssam bir araya gələrək iki həftə ərzində öz yaradıcılıqlarını davam etdirirlər. Baş katib bildirib ki, rəsmlərdə Şəkinin təbiət gözəllikləri, tarixi abidələri, sakinləri, sənətkarları, sadə insanları əks olunub.

 Əsərlərin bir qismi festivalda nümayiş etdirildikdən sonra şəhər icra hakimiyyətinə hədiyyə olunacaq, digər qismi isə TÜRKSOY-un kolleksiyasında saxlanılacaq.

 Tədbirdə iştirak edən hər bir rəssama TÜRKSOY-un sertifikatları şəhər İcra Hakimiyyətinin hədiyyələri təqdim olunu

 

Səs.-2014.- 4 iyul.- S.12.