Qürurlu və fərəhli tarix
Ulu Öndər Heydər Əliyev 34 illik hakimiyyəti dövründə
Azərbaycanın xoşbəxt
gələcəyinin təməlini
qoyub
Azərbaycanın XX əsrin 60-cı illərindən başlayan
və XXI əsrin əvvəlinə qədər
34 illik tarixi əhəmiyyət kəsb
edən bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. O öz
vətənini, millətini
ürəkdən sevən
bir Şəxsiyyət,
Lider kimi bütün bu dövr ərzində Azərbaycanın taleyüklü
məsuliyyətini öz
çiyinlərində daşımış,
onu bir dövlət
və xalqımızı
bir millət kimi tarixin agır
və təlatümlü
sınaqlarından çıxarmış,
müasir müstəqil
Azərbaycan dövlətinin,
onun xoşbəxt gələcəyinin bünövrəsini
qoymuşdur. Həmin illər ərzində
Azərbaycanın sosial-iqtisadi
həyatının dirçəlişi,
milli-mənəvi və
mədəni dəyərlərinin
inkişaf etdirilərək
dünya ictimayyətinə
çatdırılması məhz Onun titanik fəaliyyətinin nəticəsidir.
Öz şüurlu həyatını
Azərbaycan xalqının
xoşbəxt gələcəyinə
həsr etmiş Ümummilli Liderimiz Heydər Əliyevin öz vətəni, xalqı qarşısındakı
əvəzsiz xidmətləri
haqqında yüzlərlə
kitablar yazılsa da, düşünürəm
ki, bu, yenə
də azdır.
Bildiyimiz kimi, Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik
etdiyi ilk dövrlərdə
ölkənin sosial-iqtisadi
həyatı bütün
sahələrdə geridə
qalırdı. Həmin zamanlar
Sov. İKP MK-da
belə düşünürdülər
ki, Azərbaycanın neft ehtiyatları, tükənməkdə, iqtisadi,
sənaye, eləcə
də aqrar sahələrindəki potensial
vəziyyəti isə
yox səviyyəsindədir.
Hətta
belə bir amildən çıxışlar
edilirdi ki, bütün bu kimi sahələrə yönəldiləcək sərmayə
iqtisadi cəhətdən
faydasız olacaqdır.
Amma bu yanlış fikir idi və
bu yanlış fikri alt-üst edən də məhz Dahi rəhbərimiz Heydər Əliyev oldu. Məhz belə bir vaxtda
Heydər Əliyevin respublikanın rəhbərliyinə
gəlməsi Azərbaycanın
həyatında inkişafın
başlanğıc nöqtəsi
oldu. Respublikanın hərtərəfli, dinamik inkişafı ilə bağlı kompleks proqramlar işlənib hazırlandı.
Azərbaycan iqtisadiyyatının
hərtərəfli və
intensiv inkişaf etdirilməsi naminə beş xüsusi qərar qəbul edildi ki, bu qərarlar respublikanın və xalqımızın mənafeyi
baxımından böyük
tarixi əhəmiyyət
kəsb edirdi. Heydər Əliyevin uzaqgörən siyasəti,
təşkilatçılıq qabiliyyəti və yorulmaz fəaliyyəti nəticəsində respublika
sürətli inkişaf
yoluna qədəm qoydu. Əldə olunmuş nailiyyətlər
Azərbaycanı keçmiş
SSRİ-nin iqtisadi, sənaye və kənd təsərrüfatı
cəhətdindən ən
qabaqcıl respublikalarından
birinə çevirdi.
Məhz həmin dövrdə yaranmış
güclü iqtisadi potensial SSRİ-nin dağıldığı dövrdə
və ondan sonrakı illərdə də Azərbaycanın ayaq üstə durmasına
səbəb oldu.
Çünki Ulu Öndər
Heydər Əliyev dərindən dərk edirdi ki, hər
bir millətin siyasi azadlığını
təmin etmək üçün ən vacib şərt onun iqtisadi azadlığıdır.
Bu prizmadan baxdıqda
görünür ki, Azərbaycanın dövlət
müstəqilliyi, iqtisadiyyatının
sərbəst idarə
edilməsi və dünya iqtisadiyyatına inteqrasiya prosesi hələ 1970-ci illərin
sonu 1980-ci illərin əvvəllərində təməli
qoyulmuş siyasi-iqtisadi
potensiala əsaslanır.
Ümumiyyətlə, o illər ərzində
Azərbaycanda 200-dən çox
iri və orta sənaye müəssisəsi istifadəyə
verildi ki, bu da əvvəlki
illərdə yaradılmış
istehsal sahələrinin
sayından xeyli miqdarda fərqlənirdi.
Ulu Öndərin uzaqgörən
siyasətinə qarşı
təzyiqlərin olmasına
baxmayaraq, o vaxt Naxçıvan Muxtar Respublikasının elektrik
enerjisinə olan ehtiyacını ödəmək
məqsədilə 1971-ci ildə
Araz çayı üzərində gücü
22 MVt olan “Araz” SES tikilib istifadəyə verildi.
Gənclik şəhəri olan Sumqayıtın artan sənaye potensialını və əhalinin elektrik enerjisinə olan tələbatını ödəmək
üçün mövcud
elektrik stansiyasının
gücü artırılaraq
220 MVt-a çatdırıldı.
Hazırda erməni faşistlərinin
işğalı altında
olan Qarabağ bölgəsinin əhalisini
və kənd təsərrüfatını elektrik
enerjisi ilə təmin etmək üçün Tərtər
çayı üzərində
gücü 50 MVt olan Sərsəng SES istifadəyə verildi.
Həmin dövrdə 3,5 milyard kVt-saat elektrik enerjisini qonşu respublikalardan idxal etmək zorunda olan respublikamızı
bu asılılıqdan
azad etmək üçün tezliklə
Şəmkir SES və
indiki Azərbaycan
İES-in inşa edilməsinə
başlamaq qərarı
verildi. Lakin bu
qədər böyük
bir layihəni həyata keçirmək
o qədər də asan deyildi. Ulu
öndərin Sovetlər
Birliyinin rəhbərləri
ilə apardığı
gərgin görüşlərin
nəticəsi olaraq
80-ci illərdə gücü
80 MVt olan Şəmkir SES və Cənubi Qafqazda ən böyük elektrik stansiyası sayılan, gücü 2400
MVt olan Azərbaycan İES tikilib istismara verildi. Ulu öndər Heydər Əliyevin elektroenergetika sənayesi sahəsində
həyata keçirdiyi
mühüm layihələr
Azərbaycan elektroenergetika
sisteminin müstəqil
fəaliyyət göstərməsinə
səbəb olmuşdur.
Kənd təsərrüfatı sahəsində
həyata keçirilən
tədbirlər yüksək
nailiyyətlər əldə
etməyə imkan verdi. Bu müddət
ərzində üzüm
istehsalı 272 min tondan
1 milyon 481 min tona, pambıq istehsalı 335
min tondan 830 min tona, tərəvəz istehsalı
400 min tondan 850 min tona qədər yüksəlmişdi.
Respublikanın milli gəliri 2,5 dəfə artmışdı.
Ümumiyyətlə, aqrar sahədə
əldə edilən ardıcıl uğurlar Azərbacanı respublikalar
içində ilk yerə
çıxardı.
Digər tərəfdən ölkəmiz aqrar sektorun
inkişafında texniki baxımdan da möhtəşəm
uğurlara imza atmışdır. Belə ki, respublikamızda fəaliyyətə başlayan maşınqayırma müəssisələrində
kənd təsərrüfatına lazım olan
bütün texniki
avadanlıqlar istehsal olunur,
hətta qonşu respublikalarla
yanaşı, xarici ölkələrə
də göndərilirdi.
Paytaxt Bakı şəhərində, Sumqayıtda, Gəncədə, Mingəçevirdə, Naxçıvanda, digər şəhər və rayonlarda abadlıq, quruculuq işləri sürətlə həyata keçirilirdi. 1969-1986-cı illər ərzində təxminən 18 milyon kvadratmetr mənzil tikilmişdir ki, bu da 1920-1983-cü illərdə istifadəyə verilmiş mənzil fondunun 33 faizinə bərabər idi. Kəndlərin abadlaşması, yolların yenidən qurulması, elektrik enerjisi, qaz təchizatı və içməli su xətlərinin çəkilməsi əhalinin rahatlığının təmin olunmasında əhəmiyyətli rol oynayırdı.
Respublikanın ümumi həyatında davamlı inkişafa nail olmaq üçün təhsilin, elmin, səhiyyənin hərtərəfli inkişafını təmin etmək məqsədilə mühüm tədbirlər planı həyata keçirilirdi. Keçmiş SSRİ-nin ən nüfuzlu ali təhsil ocaqlarında təhsil almaq üçün hər il 800-dən çox Azərbaycan məktəblərini bitirmiş məzun həmin universitetlərdə ali təhsil almaq üçün göndərilirdi ki, onların əksəriyyəti azərbaycanlılar idi. Heydər Əliyevin Azərbaycanın gələcəyinə hesablanmış bu addımları ölkənin elmi və kadr potensialının artmasına, xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini təbliğ etməklə Azərbaycan haqqında müsbət təsəvvürlərin formalaşmasına və bu gün keçmiş İttifaq məkanında Azərbaycan diasporunun yaranmasına səbəb olmuşdur. Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin məzunları bu gün ordumuzun ən layiqli hərbi komandirləri kimi ordu sıralarında xidmət edirlər.
Xalqın milli dirçəlişi və milli özünüdərki məsələsində Azərbaycan dilinə böyük əhəmiyyət verən Heydər Əliyevin qayğısı sayəsində uzun illərdən bəri ana dilimizə olan soyuq münasibətə son qoyulmuşdur. Məhz onun təşəbbüsünün nəticəsi olaraq Azərbaycan Respublikasının 1978-ci ildə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdir.
Ulu Öndər Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı dövrdə də Azərbaycana qayğısını əsirgəməmişdir. Sovetlər İttifaqı kimi nəhəng bir dövlətin rəhbərlərindən biri kimi öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmişdir. XX əsrin ən nəhəng layihəsi kimi tanınan “Baykal-Amur Magistralı” (BAM) tikintisinin müvəffəqiyyətlə başa çatması Onun adı ilə bağlıdır.
Ulu Öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra ictimai-siyasi sabitliyin təmin olunması üçün mühüm tədbirlər həyata keçirdi ki, bu da ölkədə mövcud olan özbaşınalığın, xoşagəlməz durumun aradan qaldırılmasına rəvac verdi. Qısa müddət ərzində görülən işlər cəbhədə atəşkəsin əldə olunması, milli-etnik ədavətin alovlanması meyillərini aradan qaldırdı ki, bu da dünya şöhrətli şirkətlərin Azərbaycana olan etibarının artmasına gətirib çıxartdı. Neft strategiyasının əsasını qoyan “Əsrin müqaviləsi”nin imzalanması isə Azərbaycanın gələcək inkişafının təməlini qoymuş oldu.
Xalqımız Heydər Əliyev ideyalarına, onun daxili və xarici siyasətinə böyük inam hissi ilə 15 iyun 2003-cü il prezident seçkilərində İlham Əliyevə səs verərək onu Azərbaycan Respublikasının Prezidenti seçdi. Cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunun layiqli davamçısı kimi xalqı parlaq gələcəyə aparan yolda böyük bacarıq, yorulmaz iradə və siyasi çeviklik nümayiş etdirdi. Ölkəmizi qısa vaxt ərzində dünyanın sürətlə inkişaf etməkdə olan ölkələri sırasına çıxartdı. Cənab Prezident İlham Əliyevin əhalinin firavan yaşaması, iqtisadiyyatın güclənməsi və ölkəmizin beynəlxalq nüfuzunun sürətlə artması istiqamətində möhtəşəm fəaliyyəti xalqın ona olan inamını, etimadını daha da artırdı, 2008 və 2013-cü illərdə keçirilən prezident seçkilərində İlham Əliyev yüksək səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müasir müstəqil Azərbaycan dövləti möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında inamla gələcəyə addımlayır. Bu, həm də Ulu Öndər Heydər Əliyevin arzularının qürurlu və fərəhli təntənəsidir
İbrahim Cəfərov, Azərbaycan
Dövlət
Aqrar Universitetinin rektoru,
professor
Səs.-2014.- 15 iyul.- S.6.