Türkiyə KİV-ləri Azərbaycanın
diplomatik xidmət
orqanları rəhbərlərinin
beşinci müşavirəsindən bəhs edir
Türkiyə
kütləvi informasiya vasitələri Prezident İlham
Əliyevin iştirakı ilə iyulun 7-də
keçirilmiş Azərbaycan Respublikasının diplomatik
xidmət orqanları rəhbərlərinin beşinci
müşavirəsi haqqında informasiyalar
yaymışdır.
Anadolu Agentliyi, TRT kanalı və digər nüfuzlu KİV-lər tərəfindən yayılmış informasiyalarda bildirilir ki, Prezident İlham Əliyev müşavirədə çıxış edərək diplomatik nümayəndəliklərin rəhbərlərinə Azərbaycan xarici siyasətinin gələcək fəaliyyət istiqamətləri ilə bağlı tapşırıqlar vermişdir. Bildirilir ki, Azərbaycanın xarici siyasəti ilə bağlı əsas məsələnin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi olduğunu söyləyən Prezident bu istiqamətdə heç bir nəticənin olmamasının başlıca səbəbi kimi Ermənistanın qeyri-konstruktiv mövqeyini və münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq cəhdlərini göstərmişdir. Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin sayı, fəaliyyət istiqamətləri və qarşıda duran əsas hədəflərdən bəhs olunan informasiyalarda qeyd edilir ki, Prezident İlham Əliyev müşavirədə Dağlıq Qarabağ münaqişəsi, o cümlədən İrəvan xanlığı ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasının ölkə diplomatiyasının əsas vəzifələrindən biri olduğunu vurğulamışdır.
İnformasiyalarla aşağıdakı linklərdən tanış olmaq mümkündür:
http://www.aa.com.tr/tr/haberler/355345—savas-ihtimalini-goz-ardi-etmiyoruz
http://www.trthaber.com/haber/dunya/savas-ihtimalini-goz-ardi-etmiyoruz-134956.html
http://www.telehaber.com/haberler/haber-6235981/
http://www.ajans34.com/guncel/quot-savas-ihtimalini-goz-ardi-etmiyoruz-quot-h98738.html.
Səs.-2014.- 9 iyul.- S.3.