Ulu Öndər Heydər Əliyevin modernləşmə
siyasətinin dövlətçiliyimizin inkişafına təsiri
Modernləşmə Azərbaycanda ictimai həyatın bütün sahələrinin yeniləşməsi, müasirləşməsi məhz Ulu Öndərin hakimiyyəti illərində daha da güclənmişdir. Professor Füzuli Qurbanov yazır: "Biz müasirləşmə prosesini nəzərdə tuturuq. Öncə, "müasirləşmə" anlayışının dəqiq fəlsəfi dərki olmalıdır. Yəni aydınlaşmalıdır ki, fəlsəfi səviyyədə konkret cəmiyyət üçün müasirlik nə deməkdir. Hesab edirik ki, bunun üzərində Azərbaycan filosoflarının düşünməsinin faydası vardır. Burada bəzi məqamlar üzərində dayanmaq istərdik. Müstəqilliyini yeni əldə etmiş dövlətlər üçün müasirləşmə siyasi, sosial-mədəni, iqtisadi, hərbi və idarəetmə sferalarının hər birində köklü dəyişikliklərin edilməsini nəzərdə tutur. Bu yeniliklər dövlətin idarə edilməsində demokratik prinsiplərin bərqərar olmasını, insan haqlarına tam əməl edilməsini, cəmiyyətin şəffaflığına nail olunmasını, hüququn aliliyinin təmin edilməsini, bazar iqtisadiyyatı sisteminin formalaşmasını, mənəvi-əxlaqi davranışlarında milli ilə beynəlmiləlin sintezini daşıyan insan tipinin yetişdirilməsini əhatə edir. Özlüyündə bu proses mürəkkəbdir və uzun zaman ola bilər. Onun reallaşdırılması hakimiyyətlə cəmiyyətin qarşılıqlı əməkdaşlığını tələb edir. Müasirləşmə ənənədən imtina deyil. Əslində məsələni bu cür qoymaq cəmiyyəti müasirləşmədən məhrum etməkdir. Çünki yeniləşmə özlüyündə keçilmiş yolu da nəzərdə tutur. Yəni yeniləşmə həmişə nələrəsə görə müasirləşmədir. Ona görə də ənənənin müasirləşmədə yeri şübhə doğurmamalıdır. Ancaq o başqa məsələdir ki, konkret cəmiyyətdə yeni sosial-mədəni, iqtisadi, mənəvi-əxlaqi meyarlarla ənənəvi meyarların nisbəti necə olmalıdır. Problemin bu tərəfi kreativ xarakter daşıyır - hər bir konkret hal üçün ayrıca araşdırılmalı və uyğun nəticələr çıxarılmalıdır".
Bunlardan bir vacib nəticə çıxarmaq olar. Müasirləşmə
hər bir halda yeni insan tərbiyəsi ilə sıx
bağlı olan məsələdir. Fərdin
maraqlarını nəzərə almayan yenilik cəmiyyətdə
əbədiyaşar ola bilmir. Burada fərd-kollektiv münasibətlərin
bütün çalarları diqqət mərkəzində
olmalıdır. Yəni müasirləşmə
faktiki olaraq həmişə aparılan, mürəkkəb və
özünü təşkil ıedən açıq
prosesdir. O, keçmişlə indinin, köhnə ilə
yeninin sərhədində mövcud olur. Müasirliyin
mənası bu "zonada" yaranır. Həmin
prosesin sonu yoxdur. Bu mənada əbədi
müasirlik mövcud deyil - o, zaman çərçivəsində
dəyişə bilir.
Beləliklə, Heydər Əliyevin dövlətçilik
konsepsiyası müasir dövrün ziddiyyətlərini,
aparıcı faktorlarını və perspektivini nəzərə
almaqla ciddi elmi əsas üzərində bərqərar olub. Bu, elə bir
açıq sistemdir ki, daim inkişaf etdirilməli, müxtəlif
səviyyələrdə baş verən dəyişikliklərə
çevik reaksiyası olmalıdır. Bu səbəbdən
həmin konsepsiyanın həmişəyaşar
olacağını demək mümkündür.
Professor
İlham Məmmədzadə qeyd edir ki, ölkənin
inkişafının hazırkı mərhələsındə
əsas hədəf çoxşaxəli, səmərəli və
innovasiya yönümlü iqtisadiyyatın
formalaşdırılması, sosial sahədə önləyici
inkişaf trendinin təmin olunması və əhalinin
rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara
uyğun səviyyəyə çatdırılması, habelə
elmin, mədəniyyətin inkişafında, ictimai həyatın
bütün istiqamətlərində yeni nailiyyətlərin əldə
olunmasıdır. Sərəncama əsasən, Azərbaycan
Respublikası Prezidenti Administrasiyası 2020-ci ilədək
dövrü əhatə edən "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasını
hazırlamışdır. Şübhə etmədən
demək olar ki, ölkə başçısının Sərəncamı
təsdiqlənmiş bu konsepsiya Azərbaycanın inkişaf
etmiş ölkələr sırasına yüksəlməsində
mühüm rol oynayacaqdır.
Keyfiyyətcə yeni mərhələdə, eyni zamanda,
Azərbaycanın modernləşməsi mərhələsi
uğurla başa çatdırılmalıdır. Şübhəsiz,
modernləşmə dedikdə, kosmetik deyil, keyfiyyətcə
təkmilləşdirməni, iqtisadiyyatın xarakterinin mahiyyətcə
dəyişdirilməsini başa düşmək
lazımdır. Bu, ilk növbədə,
iqtisadiyyatı bazar prinsiplərinə keçirməkdən,
sərt bürokratik nəzarətdən xilas etməkdən, sərmayə
mühitini yaxşılaşdırmaqdan, büdcə siyasətini
sağlamlaşdırmaqdan ibarətdir. Eyni
zamanda, cəmiyyətin varlı və yoxsul təbəqələri
arasında aralıq mövqe tutan orta sinfin yaradılması
üçün dövlətin məqsədyönlü səyləri
olmadan modernləşmə mümkün deyildir.
Demokratik inkişaf və modernləşmə yalnız
yüksək maddi rifah şəraitində özünə
möhkəm ictimai dayaqlar tapa bilir. Təsadüfi deyildir
ki, Prezident İlham Əliyevin fəaliyyətində
iqtisadiyyat həyata keçirilən islahatların əsas
ağırlıq mərkəzini - nüvəsini təşkil
etmişdir. Bu da kifayət qədər əsaslı
yanaşma olaraq Azərbaycanın dövlət müstəqilliyinin
iqtisadi bazasını möhkəmlətmək, cəmiyyətin
davamlı inkişafı üçün zəmin
hazırlamaq məqsədindən irəli gəlmişdir.
Dövlət başçısının iqtisadi siyasəti nəticəsində
son illər vətəndaşların yaşayış tərzində,
sosial rifah halında özünü qabarıq göstərməyə
başlayan müsbət keyfiyyət dəyişiklikləri, hər
bir hüquqi dövlətdə ictimai-siyasi sabitliyin
başlıca təminatçısı sayılan orta təbəqənin
- milli sahibkarlar ordusunun mövqelərinin ildən-ilə
möhkəmlənməsi ümumbəşəri xarakter
daşıyan demokratik-hüquqi normaların ictimai rəydə
düzgün dərk olunmasına, qavranılmasına və
qiymətləndirilməsinə əlverişli şərait
formalaşdırır.
İ.Məmmədzadə
yazır: "Son 10 ildə Azərbaycanda həyata keçirilən
islahatların insan və vətəndaş amilinin yüksəlişinə
xidmət etdiyini xüsusi vurğulamağa ehtiyac yoxdur. Respublikanın iqtisadi cəhətdən inkişaf
etmiş dövlətə çevrilməsi məqsədinin
özü də, ilk növbədə ölkə vətəndaşların
sosial rifah səviyyəsinin yüksəldilməsi məqsədinə
hesablanmışdır. Üstəlik, sosialyönümlülük respublıkanın milli-iqtisadi
inkişaf modelinin əsas xüsusiyyətlərindən
biridir. Bu
baxımdan, Azərbaycanın inkişaf modeli İsveç modelinə nisbətən
daha yaxındır. İsveç modelində
sosial siyasət vacib yer tutur və işçi qüvvəsinin
(əsasən yüksək ixtisaslı) təkrar istehsalı
üçün qismən normal şəraitin
yaradılmasını təmin etməklə, sosial gərginliyin
azaldılmasında, sinfi antoqonizm və münaqişələrin
neytrallaşdırılmasında mühüm rol
oynayır."
Ümumiyyətlə,
müasir dövrdə sosial ədalət meyarını rəhbər
tutan hər bir dövlətin qarşıya qoyduğu ən ali məqsəd vətəndaş amilinin tərəqqisi,
insanlar üçün maksimum firavan yaşayış şəraitinin
təmin edilməsidir. Neft gəlirlərinin iqtisadiyyatın
vacib sahələrinə, xüsusən də qeyri-neft
sektoruna, istehsal sahibkarlığına yönəldilməsi,
yeni müəssisələrin açılması yolu ilə
işsizlik probleminin aradan qaldırılması, bir sözlə,
əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi
Azərbaycanda həyata keçirilən sosialyönümlü
iqtisadi siyasətin ana axarını təşkil edir. Dövlət
başçısı iqtisadi inkişafa yalnız neft amili
hesabına nail olmağı məqbul saymayaraq tarazlı və
davamlı tərəqqi naminə qeyri-neft sektoruna xüsusi
diqqət yetirilməsinin vacibliyini önə çəkir. Bu siyasət neftdən asılılığı
azaltmaqla ölkədəki dinamik iqtisadi inkişaf tempini sabit
saxlamağa imkan verən fundamental əsasların
yaradılmasını nəzərdə tutur.
İ.Məmmədzadənin fikrincə, Ulu Öndər
Heydər Əliyevin irəli sürdüyü milli ideya ötən
20 ildə xalqımızın inkişaf və təraqqisində
lokomotiv rolunu oynamış, onun firavan gələcəyi
üçün uğurlu təməl
hazırlamışdır. Bu manada, müstəqil
Azərbaycan qarşısında duran ümummilli məqsədləri
dəqiq müəyyən edərək, onların gerçəkləşdirilməsi
istiqamətində ardıcıl, sistemli fəaliyyət
göstərən ölkə kimi dünyanın yeni iqtisadi
fenomeninə çevrilmişdir. Ümumi
şəkildə ifadə etsək, bu gün ölkədə
həyata keçirilən siyasətin ən başlıca məqsədi
modernləşmə mərhələsini də sürətlə
başa vuraraq Azərbaycanı inkişaf etmiş ölkələr
səviyyəsində yüksəltmək, demokratik
idealların cəmiyyətdə tam möhkəmlənməsinə
nail olmaq, yeni düşüncəli vətəndaş
yetişdirməkdir. Yeni dövrün milli
ideallarına çevrilən bu məqsədlərin
reallığa adekvatlığı isə qətiyyən
şübhə doğurmur.
Professor
Azər Mustafayevin fikrincə, siyasət dünyasının ən
nəhəng korifeylərini öz aydın və parlaq zəkası,
müqayisəolunmaz zəngin siyasi və dövlətçilik
təcrübəsi ilə arxada və kölgədə qoyan
Ulu Öndər Heydər Əliyev öz
qayıdışı ilə qeyri-sabit, xaos və hərc-mərclik
məngənəsində boğulan torpaqlarını və
milli mənliyini, ləyaqətini müharibə aparmaya-aparmaya
müharibə adı altında itirən, son nəticədə
bir millət və dövlət olaraq dünyanın siyasi-mənəvi
xəritəsindən silinmək təhlükəsi
qarşısında duran ölkədən işıqlı,
xoşbəxt gələcəyə qəlbən inanan insanların
məmləkətinə çevirdi. Daha dəqiq
desək, cahanşümul bir dövlət yaratdı.
Siyasi
düşüncə və fəaliyyət praktikasında ilk
dəfə olaraq Şərq müdrikliyini və Qərb
praqmatizminin ən parlaq ənənələrini özündə
əxz etdirmiş Ulu Öndər məqsədyönlü,
ağır zəhmət tələb edən əməyi nəticəsində
ölkə daxilində təlatümlərlə və çəkişmələrlə
müşahidə olunan siyasi stabilliyi bərpa etdi, qardaş
qırğınına səbəb ola biləcək təlatümlü
və son dərəcə qorxulu vəziyyət həddinə
çatmış vətəndaş müharibəsinin
qarşısını aldı, respublikamızda o zamanlar
tüğyan edən qeyri-stabil siyasi vəziyyəti
düzgün qiymətləndirərək öz sələflərinin
daxili və xarici siyasət kursunda buraxdıqları səhvləri
aradan qaldırdı, ölkəmizin və
xalqımızın milli maraqlarına və mənafelərinə
uyğun, obyektiv reallıqdan, zərurətdən doğan
müstəqil dövlət quruculuğunun hərtərəfli,
ölçülüb-biçilmiş,
balanslaşdırılmış siyasi konsepsiya və
platformasını işləyib
hazırladı.
G.e. üzrə fəlsəfə doktoru
Ş.Bağırovun qeyd etdiyi kimi, şübhəsiz,
qabağıgörmə - bu, liderlik keyfiyyətidir, lakin bunun əhəmiyyəti
nədədir?
Şübhəsiz ki, qabağıgörmə
adamlarda motivasiya yaradır, onların hərəkətlərinə
təkan verir. Lakin liderlik hərəkatın istiqamətini
təyin etməklə bağlıdır va
burada təkcə qabağıgörmə azdır, inam (ideya,
arzu, dəyərlərlə davranışın eyniləşdirilməsi
və s.) lazımdır. Qeyd edək ki,
inamın psixoloji əsası daha yaxşı olmağa cəhd
kimi özünü göstərir, o, təbiətcə
subyektivdir və özünütəlqinə əsaslanır,
buna görə də emosional şəkildə ifadə olunur.
Qabağıgörmənin özü
güclü emosiya doğura bilər, lakin onda, konkret
reallaşma planı-istiqamət yoxdur. Bu
cür modeldə "lider-ardıcıllar" münasibəti
yalnız təşkilati-liderlik prosesində olur. Rəhbərlik qabiliyyəti olmadan insandakı
qabağıgörmə görücü təxəyyülü
olaraq qalacaq. Deməli, liderlik cizgilərinə-nüfuzediciliyə
malik olmaq özlüyündə liderlik deyil.
A.Kuzmıçev
yazır: "Liderlik rəhbərlik etməyi bacarmaqdan
çox, öz nümunəvi keyfiyyətləri ilə
arxasınca aparmaq qabiliyyətidir. Liderlik
özünün müasir anlamında birbaşa təsir deyil,
intensiv təsir də deyil. Lider
hamının ürəkdən istədiyi məqsədə
çatmaq işində seçilir. Bu, ona
görə baş verir ki, o, adamların ən dərin məsləklərinə
toxunur. Bütün bununla belə, paradoksal
görünsə də, inandırmaq xüsusiyyəti bir o qədər
də vacib deyil. Əlbəttə, liderin
bunu bacarması yaxşıdır".
G.e. üzrə fəlsəfə doktoru Ş.Bağırov göstərir ki, burada idarəçilik fəaliyyətində liderlik fenomeninə ümumi şərhi verildi, ancaq bu nəzəri nəticələri özünəməxsus xüsusiyyətləri olan siyasi idarəetmə modelinə də aid etmək olarmı? Biz hesab edirik ki, bu nəzəriyyənin heç də bütün müddəalarını gerçəkliklə əlaqələndirmək olmaz. Hal-hazırkı dövrdə hər hansı siyasi sahə (ölkə prezidenti, ərazi icra nümayəndəsi, şəhər meri, partiya rəhbəri) üçün yüksək mənsəbli inzibatçını siyasi lider adlandırırlar. Bu vəzifələrin seçkili xarakteri də işin mahiyyətini dəyişmir. Əlbəttə, seçki kampaniyası zamanı siyasətçi siyasi islahatlar ideyasını "sataraq" "bazar lideri" ola bilər. Lakin o öz vəzifəsini tutan kimi, adi siyasi menecerə çevriləcək. "İnzibatçılıq" və "menecment" kateqoriyalarına münasibətdə iki mövqeyə rast gəlmək olur. Müəlliflərin bir qismi onları sinonim kimi işlədir. Digərləri inzibatçılıq dedikdə strateji planlaşdırma, idarəetmədə hakimiyyətin ideologiyasının və siyasi kursunun işlənib hazırlanmasını, menecment dedikdə isə məqsədə çatmaqda konkret idarəçilik praktikası kimi rəhbərlik başa düşürlər. Hər bir halda siyasi menecmenti, bizim fikrimizcə, dəyərlərlə ontoloji əlaqəsi olan liderlik ilə müqayisə etmək olar. Siyasətdə də novator arxasınca apararaq yol göstərir".
Vahid Ömərov,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2014.- 3
iyun.- S.15.