Ulu Öndər Heydər Əliyevin milli ideyamilli ideologiyanın gerçəkləşdirilməsi dövlətçiliyimizin inkişafında həlledici amil oldu

 

 

 

Milli ideologiya - milli etnik ideyanın, yaxud ideyaların ideologiyaya çevrilməsi nəticəsində yaranır. Azərbaycan milli ideyasının tarixi qədimdir. Bu, Azərbaycan vətəninə bağlılıq şüurudur. Azərbaycan ərazisində yaşayan aborigen əhali çox zaman "türk", "tatar", "müsəlman", bəzən "fars" və s. adlandırılmışdır. "Azərbaycan" termini XX əsrin əvvələrinin məhsuludur. Azərbaycan münəvvərləri başa düşmüşlər ki, Qafqazda, İranda və Azərbaycanda yaşayan türk əsilli insanları, əslində, "azərbaycanlı" adlandırmaq lazımdır və bu ad artıq coğrafi bir məfhumdan kənara çıxaraq siyasi-ideoloji bir məna kəsb etmişdir.

Fəlsəfə üzrə elmlər doktoru, professor Əlikram Tağıyev yazır ki, azərbaycanlıların tarixən "türk" adlandırılması onun "azərbaycanlı" adlandırılması üçün heç bir ziddiyyət və problem yaratmır. Bu, elə əslində Azərbaycan türkü deməkdir. Osmanlıların "türk" adını qəbul etmələrinə görə, lüzümsuz paralelizimə yol verməmək üçün bizim "azərbaycanlı" termini qəbul etməyimiz tamamilə təbiidir. Ona görə "azərbaycanlı" istilahının "türk"ə qarşı dura biləcəyi ehtimalı sıfıra yaxındır. Bugünkü Anadolu türklərilə azərbaycanlılar arasında nə qədər yaxınlıq, oxşarlıq əlamətləri olsa da müəyyən fərqlər də mövcuddur. Bu fərqlər tarixən, sosial-siyasi, iqtisadi və mədəni amillərin təsiri altında formalaşmışdır. Bu günonlar bir reallıqdır.

Bu gün "azərbaycanlı" adlanmağımız heçümumi türk adımızdan imtina etmək deyildir. İkinci bir tərəfdən, bir sıra qonşu xalqlar da bizi türk kimi tanıyır. Daha aydın desək, hər iki termin eyni bir mənanı ifadə edironlar heçbir-biri ilə əkslik təşkil etmirlər. Azərbaycanlıların milli ideyası onun milli idealının tərcümanı olmuşdur. Milli idealımız isə müstəqil, vahid, bütöv, azadsuveren Azərbaycandır. Milli ideyamilli ideologiya problemləri Azərbaycan milli ideologiyasının formalaşmasında Ümummilli Lider Heydər Əliyevin rolu Azərbaycan alimləri tərəfindən hərtərəfli şəkildə tədqiq olunmuşdur. Azərbaycan alimlərindən R.Mehdiyev, Ə.Həsənov, S.Xəlilov, V.Arzumanlı, V.Həbiboğlu, İ.Məmmədzadə, Ə.Abbasov, A.Mustafayev, Z.Quluzadə, A.Şükürov və başqaları öz əsərlərində müxtəlif sahələri tədqiq etmişlər.

Onların əsərlərində qeyd olunur ki, milli ideyanın milli ideologiyaya çevrilməsi momenti vardır. Bu moment həmişə nədənsə Şimali Azərbaycanda izlənir və bir qayda olaraq Cənubi Azərbaycan tədqiqatdan kənarda qalır. Bunu onunla izah etmək olur ki, şimalda xalq müstəqillik əldə etmiş, cənubda isə o hələ vahid İran dövlətinin tərkibində yaşayır. Halbuki cəmi bir əsrdə Cənubi Azərbaycan xalqı üç dəfə azadlıq bayrağını qaldırmış, amma hər dəfə də qan içində boğulmuşdur. İstər Səttarxan hərəkatı, istər Şeyx Məhəmməd Xiyabani və istərsə də 21 Azər hərəkatının son məqsədi azadlıq, demokratiyasosial tərəqqi ideyasını gerçəkləşdirmək olmuşdur. Amma onlar irtica tərəfindən məğlubiyyətə uğradılmışdır. Cənublular İran İslam İnqilabından da çox şey gözləmiş, onun nəticələrindən bəhrələnmək istəsələr də, bu ideyaları da səmərəsiz qalmışdır. Paniranizm hər dəfə azərbaycanlıları boğmuş, azərbaycanlıların bir millət olmaq hüququnu tapdamış, onların milli ideyalarının reallaşmasına əngəllər törətmişdir. Bu tarixən də belə olmuşindinin özündə də belədir.

Milli ideyalar əvvəlcə etnik ideya kimi yaranıb püxtələşir və sonradan artıq siyasi xarakter kəsb edərək milli ideologiyaya çevrilir. Azərbaycançılıq - bizim milli amalımız və ideologiyamızdır. O, bu gün artıq milli-etnik ideyadan - milli dövlət ideologiyasına çevrilmişdir. Onun bu şəklə düşməsi Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyətinin və məqsədəuyğun hərəkətinin nəticəsidir. Milli ideyalar xaotik şəkildə uzun illər xalqın içərisində yaşayır və sonradan onun qabaqcıl siyasət adamları və ziyalıları tərəfindən yenidən işlədilərək formulə edilir və sistemə salınır. Milli ideyanın milli ideologiyaya çevrilməsi üçün millət olmaq xüsusi rol oynayır. Millətin özünəməxsus müəyyən ərazisi, dövləti, ədəbi dili, şəxsiyyət səviyyəsi, tarixi yaddaşı, millət uğrunda hər cür mərhumiyyətlərə dözən, onun fanatı olan mərd oğlanları olmalıdır.

Bu təbii-tarixi şərtlərdir və millətin özünü tanıtması, dünya millətləri içərisində özünəməxsus müəyyən bir yeri tutması üçün zəruridir. Məsələn, əgər XX əsrin əvvəllərində yaranmış bu təbii-tarixi şərtlər olmasaydı, azərbaycanlılar dünya millətləri birliyinə "siyasi bir millət" kimi daxil ola bilməzdi. Siyasi bir millət olan azərbaycanlılar artıq XX əsrin əvvəllərindən etibarən özlərinə  məxsus yeni bir ideoloji görüşə malik oldular. Bu, çox vacib bir amil idionsuz biz ideya düşmənlərimiz qarşısında əliyalın qala bilərdik. Ona görə də bütün vasitələrlə Azərbaycan ideyası indi də təbliğ olunmalı, böyüməkdə olan nəslin şüuruna yeridilməlidir. Təbii ki, milli ideologiyamız boş, zəminsiz yerdə yarana bilməzdi. Onun beşiyi başında qədim dövr Azərbaycan dövlətçiliyi (Manna, Midiya, Albaniya), orta əsrlərdə Atabəylər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşar və Qacar dövlətləri, xanlıqlar dövrü dövlət təsisatları dayanmışdı. Əgər onların dövründə zəngin dövlətçilik ənənələri olmasaydı, nə Cumhuriyyət, nə Sovet Azərbaycanı, nə də müstəqil respublikamız yaranıb fəaliyyət göstərə bilməzdi.

Heydər Əliyev milli ideologiyanın təcəssümüdür. Onun şəxsiyyəti, fəaliyyəti, siyasi-əxlaqi keyfiyyətləri, elmi-nəzəri irsi əsil azərbaycançılıq nümunəsidir. Heydər Əliyev milli ideologiyanın təməlini, guşə daşını qoymuşdurindibu ideya bu möhkəm təməl, özül üzərində qərar tutmuşdur. Heydər Əliyev böyük hərflərlə yazılan azərbaycanlı idi. O demişdir: "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam." Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətləri əvəzsizdir. İstər iqtisadi, istər siyasi-hərbi-ideoloji, istər xaricidaxili, istər sosial-mədəni-mənəvi sahələrdə qazanılan uğurlar bilavasitə Onun adı ilə bağlıdır.

Professor Azər Mustafayev göstərir ki, "müstəqilliyimiz və Heydər Əliyev - müasir siyasi ədəbiyyatda sanki sinonimi xatırladan bu anlayışlar mahiyyət və məzmun, məna çalarları və keyfiyyət baxımından bir-birini əlaqələndirən, dialektik vəhdətdə öz əksini tapmış elə dəyərlərdir ki, bunları bir-birindən ayırmaq, təcrid etmək qeyri-mümkündür. Əgər mümkündürsə, bu uçuruma aparan yol və nəticəsiz sonluq deməkdir".

Yeri gəlmişkən göstərmək lazımdır ki, Ulu Öndər Heydər Əliyev həm milli dövlət müstəqilliyimizin bayraqdarı, həm də dövlət təhlükəsizliyimizin qarantı və təminatçısı olmuşdur. Müstəqilliyimizin bayraqdarı olan Heydər Əliyevin həyatda ən böyük qələbəsi bəlkə də xalqlazamanla bir olmasıdır. Ulu Öndərin həyatının, ömür-gün yolununsiyasi fəaliyyətinin bu məqamı araşdırılarkən, ilk baxışda o qədər də nəzərə çarpmayan, əslində, Heydər Əliyev siyasi irsində metodoloji, prinsipial yer tutan bir məsələni xüsusi olaraq vurğulamaq istərdim. Siyasi fikir tarixində və praktikasında analoqu olmayan, unikal bir hadisədir ki, şəxsiyyət xalqın dalınca deyil, xalq onun arxasınca gedir. Bu isə hər bir siyasi liderə nəsib olmayan böyük bir səadət və unikal bir hadisədir.

Qlobal düşüncə tərzinə malik olan, siyasi uzaqgörənliyi və müdrikliyi ilə seçilən Heydər Əliyev üçün böyük siyasət hər şey -yaşadığı mühit, fəaliyyət meydanı, alın yazısı və həyat amalı demək idi. O, dünya siyasətini formalaşdıran əksər məşhur dövlət xadimlərini öz əzəməti, fitri istedadı ilə daima kölgədə qoyduğuna görə onların bir çoxu Ulu Öndərin fonunda solğun görünürdü. Çünki siyasətdə - bənzərsizlik, real ictimai həyatda - praqmatizm, dövlət quruculuğu və idarəçilikdə özünəməxsus qeyri-adilik Heydər Əliyev siyasətinin ana xəttini təşkil etmişdir.

Zəmanəmizin bənzərsiz möcüzəsi sayılan Ulu Öndər Heydər Əliyevi öz sələflərindən və müasirlərindən fərqləndirən və bu farqlənmədə ona üstünlük verən belə bir prinsipial cəhət də ondan ibarətdir ki, o, siyasi fikir tarixini təkcə öz möhtəşəm, öz müqəddəs adı ilə deyil, həm də özündən sanra gələcək, zəfər salnaməmizin ən parlaq səhifələrini öz əməlləri ilə zənginləşdirəcək İlham Əliyev kimi siyasi varisi siyasət arenasina çıxarmasıdır. Bu mənada dünyamızı öz dühası və fitri istedadı ilə fəth edən qüdrətli şəxsiyyət - Ulu Öndər Heydər Əliyev güclü və xoşbəxt Azərbaycan naminə zülməti işığa çevirən, məşəqqətli və ildırımlı yollardan uğurla keçən təkrarsız və bənzərsiz insandır.

Beləliklə, xalqların müstəqillik və milli-azadlıq hərəkatında milli liderlərin oynadığı müstəsna rolu təhlil edərkən, biz bir daha əmin oluruq ki, müstəqilliyimizi əldə edib qoruyub saxlamağı və yaşatmağı özünün ən ali və müqəddəs vəzifəsi hesab edən Ulu Öndər Heydər Əliyev "Azərbaycanımızın müstəqilliyi bizim tarixi nailiyyətimizdir" və ya "Azərbaycanımızın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir" sözlərini deməklə, taleyin ən çətin məqamında, milli oyanış və dirçəliş anında qərinələri fəth etməyə hazır olan bir tarixi şəxsiyyət kimi Özünün ölçüyəgəlməz düşüncə tərzi və siyasi fəaliyyəti ilə əbədiyaşarlıq haqqını qazanmış, siyasət Olimpinin ən yüksək zirvəsində duran bir azadlıq carçısı kimi dövlətçiliyimizin məşəli tək əbədiyaşar simvoluna, dövlət müstəqilliyimizin önündə gedən  Öndərinə çevrilmişdir.

Professor Ə.Tağıyev göstərir ki, azərbaycançılıq - Azərbaycanda yaşayan aborigen xalqların vahid yaşamaq ideyası və siyasətidir. Azərbaycançılığın vahid dövlət ideologiyasına çevrilməsi prosesi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin azərbaycançılıq siyasəti - ölkədə yaşayan bütün etnosların özlərinə məxsus olan etnik ideyalara xələl gətirmədən vahid milli azərbaycançılıq ideologiya şəklində və səviyyəsində çevrilməsi deməkdir. Milli ideyalar əvvəlcə etnik ideya kimi yaranıb püxtələşir və sonradan artıq siyasi xarakter kəsb edərək milli ideologiyaya çevrilir. Azərbaycançılıq - bizim milli amalımız və ideologiyamızdır. O, bu gün artıq milli-etnik ideyadan - milli dövlət ideologiyasına çevrilmişdir. Onun bu şəklə düşməsi Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyətinin və məqsədəuyğun hərəkətinin nəticəsidir.

Bu gün "azərbaycanlı" adlanmağımız heçümumi türk adımızdan imtina etmək deyildir. İkinci bir tərəfdən, bir sıra qonşu xalqlar da bizi türk kimi tanıyır. Daha aydın desək, hər iki termin eyni bir mənanı ifadə edironlar heçbir-biri ilə əksilik təşkil etmirlər. Azərbaycanlıların milli ideyası onun milli idealının tərcümanı olmuşdur. Milli idealımız isə müstəqil, vahid, bütöv, azadsuveren Azərbaycandır. Milli ideyamilli ideologiya problemləri Azərbaycan milli ideologiyasının formalaşmasında Ümummilli Lider Heydər Əliyevin rolu Azərbaycan alimləri tərəfindən hərtərəfli şəkildə tədqiq olunmuşdur.

Heydər Əliyev milli ideologiyayanın təcəssümüdür. Onun şəxsiyyəti, fəaliyyəti, siyasi əxlaqi keyfiyyətləri, elmi-nəzəri irsi əsil azərbaycançılıq nümunəsidir. Heydər Əliyev milli ideologiyanın təməlini, guşə daşını qoymuşdurindibu ideya bu möhkəm təməl, özül üzərində qərar tutmuşdur. Azərbaycançılıq, başqa sözlə desək, Azərbaycanizm ölkədə yaşayan bütün millət və xalqların maraq və mənafelərini eyni dərəcədə ifadə edir, onların son məqsədlərini əks etdirir. Bu ideologiya milləti təşkil edən ayrı-ayrı etnosların azadlıq və bərabərlik arzularının tərcümanıdır.

Azərbaycanlıların siyasi bir millət olaraq tarix səhnəsinə çıxması, onun dünya birliyi xalqları tərəfindən qəbul edilməsi onların müstəqil və suveren bir subyekt kimi başa düşülməsinə zəmin yaradır. Bütün bu yuxarıda deyilənlər azərbaycançılıq fəlsəfəsinin mahiyyətini təşkil edir.

Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2013-cü il tarixli Sərəncamında deyilir: "Azərbaycan məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur."

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2014.- 4 iyun.- S.15.