Azərbaycanın inkişafı prosesində
qadınlar da yaxından iştirak
edir
YAP Qadınlar Şurasının sədr müavini, Milli Məclisin deputatı Sevinc Hüseynova
- Sevinc xanım, bir neçə gün öncə YAP Qadınlar Şurasının ümumrespublika konfransı keçirildi. Konfransın qadınların ictimai-siyasi fəallığının daha da artırılması baxımından əhəmiyyəti nədən ibarətdir?
- Yeni Azərbaycan Partiyası cəmiyyətin siyasi avanqardı, respublikamızın ən nüfuzlu siyasi qüvvəsidir. Bunun əsas səbəbi qazanılmış uğurlar və YAP-ın sıralarındakı yüz minlərlə məsləkli, əqidəli insanların birləşməsidir. Bizim, doğrudan da, geniş potensialımız var. Bəlkə, elə buna görə də, Azərbaycan qadını gələcək taleyini daim inandığı, etimad bəslədiyi siyasi qüvvəyə etibar edib.
Partiyamızın sıralarında təmsil olunan şəxslərin 40 faizindən çoxu qadınlardan ibarətdir. Bu, onların siyasi fəallığının göstəricisi olmaqla yanaşı, Ulu öndər Heydər Əliyevin qurucusu olduğu partiyaya olan böyük inam və etimadın nümunəsidir. Çünki qadınlarımız YAP-ın ümumxalq partiyası olaraq daim xalqın maraqlarını ifadə etdiyini aydın şəkildə dərk edirlər. Təsadüfi deyil ki, cəmiyyətimizin nüfuzlu, tanınmış ziyalı qadınları YAP-ın sıralarında cəmləşiblər. Bütövlükdə isə hesab edirəm ki, qadınlarımızın ictimai proseslərdə fəallığı daha da artır.
Partiyamızın qurucusu, Ulu öndər Heydər Əliyev daim Azərbaycan qadınına böyük hörmət göstərməklə yanaşı, onun cəmiyyətdə layiqli yer tutmasına çalışmış, bu zərif zümrənin YAP-ın həyatında da fəal iştirakını təmin etmişdi. Qadınların hər zaman aparıcı qüvvə olduğunu bildirən Ümummilli liderimiz onların milli xüsüsiyyətlərini olduqca yüksək dəyərləndirib. Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas fəaliyyəti hesab edən qadınlarımız öz mövqelərinə sadiqdirlər və ictimai-siyasi proseslərin fəal iştirakçısı kimi çıxış edirlər. Qadınlar partiyamızın sıralarında böyük üstünlük təşkil edirlər. Onların əksəriyyəti ziyalılardır.
Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyasının V Qurultayında Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva partiyamızın Sədrinin müavini seçildi. Bu hadisə bütün qadınlarımızın böyük sevincinə səbəb oldu. Eyni zamanda, bu amil bizim üzərimizə böyük vəzifələr qoyur ki, qadınlar Mehriban xanım Əliyevanın fəaliyyətindən daim örnək götürməlidirlər. Tərəddüdsüz qeyd etmək olar ki, dünya miqyasında Azərbaycan mədəniyyətinin və tarixinin misilsiz təbliğatçısı rolunu oynayan, Azərbaycan qadınına yeni nüfuz və imic qazandıran birinci xanım Mehriban Əliyeva həm də öz xeyriyyəçiliyi və humanizmi ilə nurlu əməllər sahibidir.
Ümumilikdə, Azərbaycanda gender bərabərliyi
tam təmin
olunub. Hətta beynəlxalq səviyyədə
də ölkəmizdəki
bu sahədəki vəziyyət yüksək
qiymətləndirilir və
model kimi təqdim edilir. Buna nümunə kimi iki il
öncə Almaniyanın
Konrad Adenaur Fondunun təşkilatçılığı
ilə keçirilən
Cənubi Qafqaz ölkələrinin qadınlarının
konfransını xatırlatmaq
istəyirəm. Həmin
konfransda Azərbaycan,
Gürcüstan və
Emənistanın iqtidar
partiyalarının qadın
təmsilçiləri iştirak
edirdilər. Tədbirdə
fondun rəhbərliyi
Azərbaycanda gender məsələlərini
yüksək qiymətləndirdilər
və bunun digər ölkələrdə
də təbliğ etdiklərini vurğuladılar.
- YAP Qadınlar Şurası müxtəlif layihələr
həyata keçirir.
Bu layihələr gələcəkdə
də davam etdiriləcəkmi?
- Yeni Azərbaycan Partiyası uğurlu fəaliyyəti ilə ictimaiyyətin güclü
dəstəyini qazanıb.
Partiyanın həyata
keçirdiyi bir sıra layihələr isə bu dəstəyi
daha da gücləndirir.
YAP-ın müxtəlif
sahələri özündə
ehtiva edən müxtəlif səpkili layihələrində cəmiyyətin
bütün təbəqələri
əhatə olunub. Cəmiyyət üzvləri
Yeni Azərbaycan Partiyası tərəfindən
atılan bu addımları həmişə
yüksək qiymətləndirib,
bu cür aksiyalarda böyük fəallıq nümayiş
etdirmişlər. Partiya
sıralarında qadınlar
da kifayət qədər fəaldırlar.
Eyni zamanda, qadınlarımız Azərbaycanın
inkişaf prosesində
yaxından iştirak edirlər.
YAP Qadınlar Şurasının
ümumrespublika konfransında
da qadınların partiyada fəaliyyəti geniş müzakirə edildi. Və sevindirici haldır ki, bu fəaliyyət
yüksək qiymətləndirildi.
Yeri gəlmişkən,
mənə göstərilən
etimada görə partiyamızın rəhbərliyinə
təşəkkür edirəm
və əmin edirəm ki, bu etimadı fəaliyyətim ilə doğrultmağa çalışacam.
Ümumiyyətlə, YAP Qadınlar Şurası bir sıra vacib layihələr həyata keçirir. Gələcəkdə
bu layihələrin daha da genişləndirilməsi
mümkündür. İnanıram ki, partiyamız gələcəkdə də
bu layihələrə
ciddi şəkildə
dəstək verəcək.
Onu da qeyd etmək
istəyirəm ki, YAP
üzvü olan qadınların timsalında
mövcud intellektual potensal qarşıdan gələn bələdiyyə
seçkilərində də
güclü bir amil kimi çıxış
edəcək. Partiyamızın
Qadınlar Şurası
seçki proseslərində
də fəal iştirak edir. Bu məsələ bizim cari il
üçün nəzərdə
tutduğumuz işlər
planında xüsusi yer tutur. Bilirsiniz
ki, bələdiyyə
seçkiləri bu ilin sonlarında keçiriləcək və
biz partiyamızın fəal
qadınlarının bu
seçkilərdə iştirakına
maraqlıyıq. Bilirsiniz
ki, bundan əvvəlki seçkilərdə
qadınların bələdiyyələrdə
təmsilçiliyi 3-4 faizdən
30 faizə qədər
yüksəlib. Amma bizim bundan artıq
nəticələr əldə
etmək potensialımız
var. Ona görə də, çalışacağıq
ki, seçkilərdə
ölkəmizin qadınları
daha mütəşəkkil
surətdə təmsil
olunsunlar.
- Sevinc xanım, bu gün Azərbaycan
özünün yüksək
inkişaf mərhələsini
yaşayır, bütün
sahələrdə uğurlar
qazanılır. Bu baxımdan,
sosial sahədə həyata keçirilən
dövlət siyasətini
necə qiymətləndirirsiniz?
- Ümumiyyətlə, ölkəmizdə
bütün sahələrdə,
o cümlədən, sosial
sahədə uğurlu
dövlət siyasəti
həyata keçirilir.
Məhz bu səbəbdən də reallaşdırılan siyasət,
aparılan islahatlar öz müsbət nəticələrini göstərir.
Artıq Azərbaycanın
inkişaf modeli dünyanın bir sıra dövlətləri
üçün nümunəyə
çevrilib, həmin
dövlətlər ölkəmizin
təcrübəsindən yararlanmağa
çalışırlar. Həqiqətən
də, dövlətimizin
sosial siyasəti nəticəsində əhalinin
rifahı xeyli yüksəlib, yoxsulluğun
səviyyəsi əhəmiyyətli
dərəcədə aşağı
düşüb. Son illər
yüzminlərlə yeni
iş yeri açılıb ki, bu da işsizliyin
aradan qaldırılmasında
müstəsna rol oynayır. Bir sözlə, Azərbaycanda
sosial dövlət quruculuğu uğurla həyata keçirilir. Xalqın güzəranının
yaxşılaşdırılması üçün bütün
imkanlardan yüksək
səviyyədə istifadə
edilir. Bütövlükdə,
son illər ərzində
çox ciddi sosial tədbirlər həyata keçirilib. Azərbaycanda sosial müdafiə sistemi yenilənib, yeni islahatlar aparılıb. Sosial sığortanın həmrəylik prinsipindən
fərdi uçot prinsipinə keçilib, sosial müdafiədə ünvanlılığa üstünlük
verilib, eləcə də, ötən il pensiya islahatları
nəticəsində 800 min insanın təqaüdləri
əhəmiyyətli dərəcədə
artdı. Sosial müdafiəyə ayrılan
dövlət büdcəsinin
həcmi artırıldı.
Beləliklə, Azərbaycanda
insanların sosial müdafiəsi hiss olunan dərəcədə güclənir.
Bu da ondan irəli gəlir ki, Azərbaycanda əhalinin sosial rifahının gücləndirilməsi
dövlət siyasətinin
prioritetlərindən biridir.
- Azərbaycanda regionların
sosial-iqtisadi inkişafı
ilə bağlı Dövlət Proqramı həyata keçirilməkdədir.
Bu proqramın icrası
nəticəsində bölgələrimizdə
böyük abadlıq
və quruculuq işləri görülür.
Millət vəkili seçildiyiniz Gədəbəy
rayonunda bu baxımdan vəziyyət necədir?
- Regionların sosial-iqtisadi inkişafı döalət
proqramları
çərçivəsində bölgələrimizdə böyük
işlər həyata
keçirilib və keçirilməkdədir. Həm
bu prosesin birinci mərhələsində,
həm də hazırki mərhələdə
görülən işlər
yüksək qiymətə
layiqdir. Bu dövlət
proqramları regionlarda
infrastrukturun yaradılması,
qeyri-neft sektorunun inkişafı, regionlarda daimi iş yerlərinin
yaradılması əhalinin
sosial-rifah halının
yüksəlməsinə birbaşa
təsir göstərən
amillərdən biri olub. Eyni zamanda,
daha bir mühüm strateji məsələ ölkəmizdə
işsizliyin azaldılması,
məşğulluq siyasətinin
müəyyənləşdirilməsi və həyata keçirilməsi ilə bağlıdır. Regionların
inkişafı Azərbaycan
Prezidenti İlham Əliyevin xüsusi diqqət mərkəzindədir.
Dövlət başçısı
Azərbaycanda regionların
tarazlı və davamlı sosial-iqtisadi tərəqqisi, yeni iş yerlərinin açılması, infrastrukturun
yenilənməsi, bölgələrin
investisiya cəlbediciliyinin
artırılmasını vacib
hesab edərək bu prosesə şəxsən nəzarət
edir. Regionların sosial-iqtisadi inkişafı
proqramı çərçivəsində
millət vəkili seçildiyim Gədəbəy
rayonunda da xeyli işlər görülüb. Belə
ki, rayonda xeyli sayda ümumtəhsil
məktəbləri tikilib
istifadəyə verilib.
Eləcə də, yol infrastrukturu yenidən qurulur. Rayonumuza gedən magistral yol sərhəd
kəndi olan Qaravəllər kəndinə
kimi yenidən qurularaq istifadəyə verilib, eləcə də kəndarası yollar da inşa
edilir. Əvvəllər
Gədəbəy yalnız
aqrar rayon kimi tanınırdısa, artıq
rayonumuzda sənaye sahələri inkişaf edir. Belə ki, Gədəbəydə
qızıl istehsal edən Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin
zavodu fəaliyyət göstərir. Bu da ölkəmizin qızıl
ehtiyatlarının formalaşmasında
müstəsna rol oynayır. Eyni zamanda, rayonun yaşayış məntəqələrinin
elektrik enerjisi ilə təmin edilməsi sahəsində
də ciddi işlər görülür.
Eyni zamanda, rayonda qazlaşma işləri gedir, amma bu işlərin
daha sürətləndirilməsi yaxşı olardı. Hesab
edirəm ki, regionların sosial-iqtisadi inkişafı sahəsində
aparılan işlərin səmərəliliyinin daha da
artırılması üçün dağlıq rayonlarda,
xüsusilə təhsil və səhiyyə sahələrində
gənc kadrların çalışmaları
üçün stimullaşdırıcı addımlar
atılmalıdır.
yap.org.az
Səs.- 2014.- 6 iyun.- S.7.