Ulu Öndər Heydər Əliyev dövlət qulluqçularının etnik davranış qaydaları haqqında

 

 

 

Ulu Öndər Heydər Əliyev dövlət  quruculuğunda iştirak edən kadrların tərbiyəsinə ciddi fikir verirdi. Heydər Əliyevin tərbiyə sistemindəki müddəalarının əksəriyyəti "Dövlət qulluqçularının etik davranışı haqqında" Azərbaycan Respublikasının Qanununda (31 may 2007-ci il) öz əksini tapmışdır.

Qanunun məqsədi:

- dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunu artırmaq, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadını yüksəltmək;

- dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətinin səmərəsini və şəffaflığını artırmaq;

- dövlət orqanlarında korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısını almaq;

- dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasını təmin etmək;

- dövlət qulluqçularından gözlənilən davranış barədə vətəndaşları məlumatlandırmaq;

- dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsir imkanlarını genişləndirmək.

Etik davranış qaydalarından qanuna bunlar daxil edilmişdir:

- vicdanlı davranış;

- peşəkarlıq və fərdi məsuliyyətin artırılması;

- loyallıq;

- ictimai etimad;

-  insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna hörmət;

- mədəni davranış;

- əmr, sərəncam və tapşırıqların yerinə yetirilməsi;

- qərəzsizlik;

- maddiqeyri-maddi (mənəvi) nemətlərin, imtiyazların və ya güzəştlərin qeyri-qanuni yolla əldə edilməsinə yol verilməməsi;

- korrupsiyanın qarşısının alınması;

- hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər;

- maraqların toqquşmasının qarşısını almaq;

- əmlakdan qanun çərçivəsində istifadə etmək;

- məlumatlardan düzgün istifadə etmək;

- nümunəvi ictimaisiyasi fəaliyyət göstərmək.

Qanunda etik davranış qaydalarının həyata keçirilməsi üçün müəyyən tədbirlər, tələblər, nəzarət formaları da əks olunmuşdur. Dövlət qulluqçularının davranışının təhlili və qiymətləndirilməsi, etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlərin görülməsi, etik davranış qaydalarının pozulmasının nəticələrinin aradan qaldırılması və digər məsələlər də bu qanunda öz əksini tapmışdır.

Dövlət qulluqçusu vəzifəsindən asılı olmayaraq, qanunda nəzərədə  tutulmuş etik qaydalarını pozmağa görə məsuliyyət daşıyır (inzibati məsuliyyət də bura daxildir). Milli  kadrların, o cümlədən dövlət qulluqçularının davranışlarını xalqın tələbləri səviyyəsində qurmaq üçün etik normaları gözləmək tələbinin əhəmiyyəti var. Lakin etik normalar mənəvi keyfiyyətin yalnız bir parametridir. Onun ədalətlilik, saf niyyətlilik, təmizlik, nəfs toxluğuonlarla digər parametrləri var ki, təkcə dövlət qulluqçuları deyil, bütün milli kadrlar, o cümlədən, regionalyerli özünüidarəetmə orqanlarında, özəl sahələrdə çalışan bütün şəxslər tərəfindən düzgün yerinə yetirilməsinə böyük ehtiyac var.

Professor Z.Qaralovun qeyd etdiyi kimi, indiyə qədər mövcud olan, mütərəqqi hesab edilən tərbiyə sistemlərinin heç biri özünün nəzəri səviyyəsinə münasib olan praktik tətbiqini tapa bilməmişdir. Bunun səbəbini öyrənmək məqsədilə çox araşdırmalar aparılıb. Lakin bu tədqiqatlardan heç biri tərbiyə nəzəriyyələrindən kənara çıxmaların obyektiv səbəblərini tam aşkarlaya bilməyib. Problem bu gün də aktuallığını saxlayır.

Biz problemin araşdırılmasına fərqli metodla yanaşdıq - normal mənəvi dəyərlərdən ayrı-ayrı insanların, ilk növbədə, yüksək vəzifə və mövqe sahiblərinin kəskin şəkildə kənara çıxmalarının real səbəblərini öyrənməyə çalışdıq. Bu zaman tarixi təcrübəyə, ayrı-ayrı adamların fəaliyyətinin müqayisəli təhlilinə istinad etdik. Müəyyənləşdirdik ki, insanı düz yoldan azdıra bilən 4 güclü təsir vasitəsi mövcud olubindi də fəaliyyətdədirlər.

Birinci, insanın nəfsidir. Nəfsin insanı hansı fəlakətlərə sürükləməsi Quranda, Məhəmməd Peyğəmbərin hədislərində, islamın mənəviyyat elmində, sonralar isə Nizami Gəncəvinin "Xəmsə"sində, Nəsirəddin Tusinin "Əxlaqi Nasiri" əsərində geniş əksini tapmışdır.

Heydər Əliyev insan nəfsinin həm onun yüksəltməsinə (əgər iradə nəfsə üstün gələrsə), həm də məhvinə (nəfsin qulu olsa) səbəb ola biləcəyini dəfələrlə qeyd edirdi. Nəfs, insanı bütün istək və arzularını, o cümlədən, insanlığa, sağlam ənənəvi normalara, qanunlara zidd olan tələbatını həyata keçirməyə sövq edən ən güclü vasitədir. Ona görə də, insanlara bir nömrəli borc kimi öz nəfsinə qalib gəlməsi tövsiyə olunur. Məsləhət görülür ki, bütün istəklər, bunları həyata keçirmək üçün istifadə edilən vasitələr və metodlar yalnız sağlam mənəviyyat, ictimai həyatda hökm sürən qayda-qanun çərçivəsində olsun. İnsan antiinsani istəklərini reallaşdırmaqdan daim çəkinməli, özünü məhdudlaşdırmağı bacarmalıdır. Hər istəyin dalınca getmək olmaz. Hər bir istək ictimai və mənəvi normalarla tutuşdurulmalıdır. Kənaraçıxmalar varsa istək fəaliyyətə çevrilməməlidir. Hər adam nəfsinin ağası olmalıdır. Nəfsinin qulu olanlar heç bir tərbiyə sistemi ilə islah edilə bilməz.

İkincisi, ciddi təhlil aparmadan verilən vədlərə inanmaqdır. Vədlər, bir qayda olaraq, cəmiyyətdə müəyyən sahəyə ya bir çox sahələrə rəhbərlik məsuliyyətini üzərinə götürmüş şəxslər tərəfindən verilən ümidlərdən ibarət olur. Onların çoxu insanlarda özlərinə qarşı inam yaratmaq, müəyyən müddət həmin vədlərə inananları tabeliklərində saxlamaq niyyəti daşıyır.

Bunları çox gözəl bilən Heydər Əliyevin nəinki özü əsassız vədlərə uymadı, eyni zamanda, yüksək vəzifələrə təyin etdiyi insanları da bu fikirdən çəkindirir, yalnız real imkanlar çərçivəsində real məsələləri həll etməyi, əsaslandırılmış perspektiv planlar həyata keçirməyi tələb edirdi. Ona görə , hamı Onun özünə, dediklərinə, planlarına, rəhbərlik etdiyi dövlətə inanırdı.

Üçüncü, tərifə inanmaqdır. Tərifə inanan şəxs nəticədə özünə obyektiv qiymət vermək bacarığını itirir. Bu, insanın öz davranışında xeyirlə şəri, yaxşı ilə pisi, düzgün olanla düzgün olmayanı, doğruçu ilə yalançını, ədalətlə ədalətsizliyi, sağlam əxlaqla əxlaqsızlığı, dərin düşüncə ilə səthi düşüncəni, ümumiyyətlə, insanlığa məxsus olan, bəyənilən keyfiyyətlə, pislənən xasiyyətləri bir-birindən seçməsinə maneçilik törədir. Tərifin törədicisi, xidmətçisi yaltaqlıqdır. Yaltaqlıq sağalmaz mənəvi xəstəlikdir. Kim bu xəstəliyə tutulursa, düzgün yolda olmayan şəxsləri tərifləməklə onları uçurumun qarşısına sürükləyirlər.

Heydər Əliyev öz kadrlarına ciddi tapşırırdı ki, özünüzü təriflətməyin, yaltaqlıqla sizə yanaşmalara qəti yol verməyin. Həmişə gördüyünüz işləri insanlıq borcunu yerinə yetirmək kimi qəbul edin, şəninizə tərif yazdırmayın. Əgər kim özünü təriflədirsə, deməli, tapşırılan vəzifəni yerinə yetirə bilmir. Real görülən işi deyil, arzu olunanı başqasının dili ya qələmi ilə ictimaiyyətə təqdim etməyə çalışır. Deməli, belə şəxs məsul vəzifəyə layiq sayıla bilməz.

Dəfələrlə şahidi olmuşam ki, O, prezident olanda "Sizə Milli Qəhrəman adı verilməlidir", "Sizi Milli Elmlər Akademiyasının akademiki seçmişik", "Sizə generalissimus adı verilməlidir" s. təkliflərlə müraciət edirdilər. O, belə deyirdi: "Məni xalq ölkənin Prezidenti seçib. Bu inam mənim ən yüksək mükafatımdır. Yadda saxlayın ki, mən öz-özümü mükafatlandıra bilmərəm. Buna mənim mənəviyyatım yol verməz..."

Dördüncü, icazəyə (tam sərbəstliyə) sevinməkdir. İcazə - yol verilən sərbəstliyin, azadlığın simvoludur. Fərdlərin çoxu belə sərbəstliyə can atır. İnsanları tam sərbəstliyə can atmağa vadar edən qüvvələrin əsas məqsədi, onların özbaşınalığa, ictimai qaydalara məhəl qoymamağa səmtləndirməkdir. Onları xeyirxahlıq yolundan azdıraraq bədxahlıq, ziyankarlıq yoluna keçirmək məqsədini qarşıya qoyur.

Bəllidir ki, istənilən cəmiyyətdə, xüsusilə, sivilizasiyanın inkişaf etdiyi indiki şəraitdə "mütləq azadlıq" söhbəti ağılabatan deyil. Misal var ki, "azadlıq həddini aşanda özbaşınalıq yaranar". Qarşı çıxanların, özlərini məndən uzaqlaşdıranların, hətta açıq pislik edənlərin hamısını bağışlayıram, əfv edirəm. Biz yeni dünya qururuq, hamımız əl-ələ verib suveren ölkəmizi inkişaf etdirməliyik. Bütün fikrimiz, əməlimiz, münasibətlərimiz bu vəzifəyə xidmətə yönəldilməlidir..."

İntiqam hissi ilə yaşayanlar, peşəkar ziyalılara, Heydər Əliyevə sadiq insanlara qarşı xəyanət yolu tutanlar, nüfuzlu şəxsiyyətləri ləkələmək üçün hər cür şər-böhtan yolu tutanlar, eqoistlər, mənsəbpərəstlər, nəfsinin qulu olanlar insanlığa zərər vuran hər kəs Heydər Əliyevin insanlarla rəftar etmək təcrübəsini öyrənməli, əməllərini o istiqamətə yönəltməlidirlər. Özünü əvvəlcə "mələk donunda" göstərən, lakin müəyyən vəzifə alandan sonra bu vəzifədən sui-istifadə edən, gizli qeyri-qanuni yollarla maddi imkanlarını genişləndirən, mənəvi dəyərlərə, sağlam əxlaq normalarına məhəl qoymayaraq öz iddiaları ilə yaşayanları Heydər Əliyev  "qudurmuşlar" adlandırır, onları "göylərdən yerə enməyə" dəvət edirdi. Əslində bu, yolunu azmışların yenidən tərbiyəsi demək idi.

Təhsil-tərbiyə müsəssisələrində istifadə edilən tərbiyə sistemlərindən fərqli olaraq, Heydər Əliyevin formalaşdırdığı tərbiyə sistemi bütün yaş dövrlərini əhatə edir. Onun mahiyyəti insanlara ləyaqətlə xidmət göstərəcək yüksək mənəviyyat daşıyıcıları olan şəxsiyyətlər yetişdirməkdir. Z.Qaralovun fikrincə, tərbiyə sistemində sosial-iqtisadi, ictimai-siyasi sferalarda məsul vəzifələr tapşırılan milli kadrlarla tərbiyə işi xüsusi mərhələ hesab olunur. Bu mərhələdəki tərbiyə işinin məzmununa bunlar daxildir:

1. İdarəetmə özünüidarəetmə sistemlərində işləməyə meyilli gəncləri seçmək, onların hazırlığına kömək edən tərbiyəedici-öyrədici proqram həyata keçirmək.

2. Kadrların peşə siyasi hazırlıq səviyyəsini, mənəvi keyfiyyətlərini nəzərə alaraq, daha təcrübəli, inanılmış kadrların rəhbərliyi altında onları müvafiq vəzifələrə təyin etmək, tapşırıqlar vermək, işləri üzərində nəzarət qoymaq, vaxtaşırı hesabatlarını dinləmək qiymətləndirmək.

3. Gənc kadrlara verilən vəzifə tapşırıqlarını tədricən mürəkkəbləşdirmək, tələbatı artırmaq, onları müstəqil işə hazırlamaq məqsədilə digər tədbirlər həyata keçirmək.

4. Vəzifələrini normal yerinə yetirən, sağlam həyat tərzi ilə fəaliyyət göstərməyi öyrənmiş, insanların etimadını qazanmış, yaxşı idarəetmə məktəbi keçmiş kadrları müstəqil işə keçirmək. Bu zaman həmin kadrlar qarşısında daha yüksək məsuliyyət qoyulur fəaliyyətləri daimi nəzarətə götürülür. Xidmət keyfiyyətindən asılı olaraq bu kadrlar vəzifə pillələri ilə yüksələ , geriyə yuvarlana da bilərlər.

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2014.- 10 iyun.- S.15.