"MÜSTƏQİLLİYİMİZ DÖNMƏZDİR VƏ ƏBƏDİDİR"

 

 

 

 HEYDƏR ƏLİYEV      

 

Ulu Öndər Heydər Əliyev 15 iyun 1993-cü ildə, Azərbaycan təlatümlü günlərini yaşadığı  bir  vaxtda  xalqın məruz  qaldığı  məşəqqətlərdən  qurtarmaq  üçün xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtdı. Ölkəmiz on il ərzində Onun rəhbərliyi altında yaşayıb möhkəmlənmişdir. Böyük Öndərin on illik yorulmaz fəaliyyəti nəticəsində xalqımızın vətəndaş müharibəsindən xilas oldu. Bu müddət ərzində respublikamız dövlət qürucUluğunda, iqtisadisosial sahədə böyük uğurlar qazanıb, mürəkkəb siyasisosial problemləri həll edib. Ölkəmizdə etibarlı siyasi sabitlik yaradılıb, müharibə şəraitində iqtisadi inkişafımız bütün dünyada əks-səda yaradıb.

Qazanılmış uğurlar xalqımıza və cəmiyyətimizə asanlıqla başa gəlməmişdir. Azərbaycan tarixinə müstəqilliyin Heydər Əliyev dövrü kimi daxil olmuş 1993-2003-cü illər ikinci dəfə müstəqillik qazanmış dövlətimizin təşəkkül dövrü idi.

Tarixin həmin dönəmində çevik siyasi addımlar atmaq, o cümlədən Ermənistan ilə müharibəni sabitləşdirmək, daxili çəkişmələri aradan qaldırmaq və beynəlxalq əlaqələri nizamlamaq qarşıda duran ümdə vəzifələr idi. Ölkənin ağır siyasi iqtisadi vəziyyətinə baxmayaraq 1993-cü ilin böhranlı payız aylarında daxili qüvvələrin cəbhəyə səfərbər edilməsi üçün təşkilatçılıq işləri həyata keçirilirdi, ordumuzun əks hücum planları hazırlanırdı. Heydər Əliyevə inanan, vaxtilə onun tərəfindən sovetlərin hərbi məktəblərinə göndərdiyi zabit kadrları kütləvi surətdə vətənə qayıdıb torpaqlarımızın müdafiəsinə qalxdılar. Onların vətən qarşısında öz borclarını icra etmələri üçün heç bir maneə yox idi. Qısa vaxtda Azərbaycan ordusunun bütün cəbhəboyu hücumları öz nəticəsini verdi, ordumuzun gücünü görəndən sonra ermənilər atəşkəsə razı oldular. Heydər Əliyevin rəhbərlik etdiyi ölkədə onların torpaq işğal etmək şansları puça çıxdı.

Xalqımızın 1993-cü il böhranından çıxması 1995-ci ilə qədər daxili çəkişmələrə, qəsdlərə qarşı mübarizəsi müstəqil dövlətimizin yaşamasının sınaq dörü oldu.   Bu tarixi sınaqdan xalqımız Ulu Öndər Heydər Əliyevin siyasi, iqtisadi və hərbi müdrikliyi sayəsində uğurla çıxdı, dölətçiliyimizi dağılmaqdan xilas etdi. Bu Heydər Əliyevin tarixi şücaəti idiOnun bu fədakarlığı xalqın yaddaşında daima yaşayacaqdır.

Müdrik İnsan Heydər Əlyev həmişə olduğu kimi xalqın tərəqqisini bacarıqlı kadr potensialında və güclü iqtisadiyyatda görürdü. Müstəqil dövlətin qurulması, möhkəmlənməsi və inkişaf etməsi üçün məhz bu amillərin vacibliyini yaxşı dərk edirdi. Onun məhşur bir kəlamında dediyi kimi "İqtisadiyyatı güclü olan dövlət hər seyə qadirdir"  Bu baxımdan Heydər Əliyev qısa bir vaxtda nəinki müstəqil dövləti müxtəlif məkrli xəyanətlərdən qorudu, üstəlik onu sabitləşdirib möhkımləndirdi. Azərbaycanın müstəqilliyini dönməz və əbədi etdi. Dövlətimiz dünyəvi, demokratikhüquqi konsepsiyasinı yaratdı və Onun rəhbərliyi altında olkəmizin müstəqilliyini təsbit edən 1995-ci il Konstitusiyası yarandı, ölkədə bazar iqtisadiyyatına  keçid üçün hüquqi bazanı təmin etdi.

Ulu Öndər tərəfindən yaradılan Azərbaycan Konstitusiyası dövlət mülkiyyəti üzərində dövlətsizləşdirmə siyasətini özündə ehtiva edir. Bunun nəticəsində yaranmış yeni iqtisadi sistemin tərkib hissəsi olan xüsusi mülkiyyətin dövlət mülkiyyətindən daha səmərəli idarə olunduğunu və cəmiyyətin maraqları üçün daha əhəmiyyətli olduğunu təsdiq edir. Ölkədə məhsul istehsalında və büdcəyə ödəmələrdə xüsusi mülkiyyətin payı ildən-ilə artır.

Ölkədə həyata keçirilən sosial-iqtisadi reformalar nəticəsində iqtisadi dirçəliş özünü göstərməyə başladı: sənaye istehsalı, tikinti, kənd təsərrüfatı dirçəldi. Dirçəlişin əsas şərtlərindən biri ölkə ərazisində keçirilən özəlləşdirmə prosesi idi. Yeni mülkiyyətçi təbəqə formalaşdı və investisiya mühitinin yeni əlverişli mərhələyə daxil olması təmin edildi. Özəlləşdirmə siyasəti ardıcıl və qətiyyətlə aparıldı ki, bu da qısa müddət ərzində ölkədə ortakiçik müəssisələr, vətəndaşların mənzilləri özəlləşdirildi. Torpaq islahatlarının aparılması üçün zəruri  olan çoxlu qanunlar qəbul edilməsi kənd təsərrüfatı torpaqlarının vətəndaşlar tərəfindən özəlləşdirilməsinə əsaslı zəmin yaratdı. Kəndin yeni iqtisadi münasibətlərə tərəf dönüşü müstəqilliyimizin böyük nailiyyəti  oldu. Yaranan yeni  sahibkarlar sinfi müstəqil dövlətimizin iqtisadi dayaqlarından biri oldu.

Ulu Öndər Heydər Əlyevin dünya miqyasında böyük siyasi xadim kimi tanınması Azərbaycan diplomatiyasının uğur qazanmasında əhəmiyyətli rol oynadı. Dünyanın ən böyük dövlətlərinin prezidentləri, həmin dövlətlərlə müqayisədə əhalisinin sayına və ərazisinin miqyasına görə çox kiçik görünən yeni müstəqillik qazanmış Azərbaycan  Respublikasının Prezidenti Heydər Əliyev ilə bərabər hüquqi danışıqlar apardılar. Bu Böyük Şəxsiyyət Heydər Əliyev nüfuzunun siyasi gücünü göstərirdi. Azərbaycan Respublikasının beynəlxalq aləm tərəfindən qəbul olunması təsdiq edildi. Dahi Lider Heydər Əliyev siyasi dühası və müstəqil dövlətimizin tarixindəki mühüm xidməti onun ardıcıl olaraq diplomatik qələbələr qazanmaq, ikili standartlar siyasətini neytrallaşdırmaq üçün lazımi yollar tapması idi. O, beynəlxalq təzyiqləri daxildə siyasi çevriliş cəhdlərini səbrlə və məharətlə aradan qaldırırdı. İstər neft strategiyasında , istər müstəqil xaricidaxili siyasətin yeridilməsində ona kifayət qədər müqavimət göstərən qüvvələr ortaya gəlirdi. Amma xalqın müdrik oğlu seçdiyi müstəqillik kursunu ləyaqətlə irəli aparır və uğur qazanırdı. Xarici siyasərdə hər hansı ifrata varmanı dözümsüzlüyü yolverilməz hesab edirdi.

Ulu Öndər Heydər Əliyevin xarici siyasət kursunaneft strategiyasına bu gün  heyran qalmamaq çətindir. Müharibə şəraitində olan ölkəyə dünyanın ən nüfuzlu investorlarını cəlb etmək, dəyəri milyardlarla ölçülən layihələri reallaşdırmaq böyük diplomatik məharətin nəticəsi idi. Lakin bu layihələrin baş tutmasını istəməyən bütün qüvvələrin planları alt-üst oldu. Xəzərin neft ehtiyatlarının istismarı üçün külli miqdarda vəsait xərcləndi. Əsrin ən əhəmiyyətli layihəsi olan Bakı-Tbilisi-Ceyhan boru xətti qısa bir zamanda tikilib istifadəyə verildi. Bu gün artıq vətəndaşlarımız bu strategiyanın bəhrəsini öz  ailələrinin büdcələrində hiss edirlər.

Bu gün möhtərəm Prezident İlham Əliyevin yeritdiyi sosial yönümlü siyasətin iqtisadi bünövrəsi Ulu Öndər tərəfindən qoyulmuşdur. Ulu Öndərin siyasi varisi ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə davam edən qurucUluq işləri vətənimizi, onun hər bir bölgəsini, xüsusilə Azərbaycanın paytaxtı Bakı şəhərini günü-gündən yeniləşdirir və heyran qoyacaq dərəcədə gözəlləşdirir. Onun həyata keirdiyi sosial-lqtisadi tədbirlər nəticəsində ölkəmizdə işsizlik problemi minumuma enmiş, xalqımızın həyat şəraiti və maddi rifah halı xeyli dərəcədə yüksəlmişdir. Cənab Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi daxilixarici siyasət Heydər Əliyevin vəsiyyətlərinin təzahürüdür.         Ulu Öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlar qazanacaq, onun əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır.

 

MUXTAR NAĞIYEV, 

YAP Səbail rayon təşkilatının sədr müavini

Səs.- 2014.- 10 iyun.- S.6.