Ulu Öndər Heydər Əliyev dövlətçilik siyasəti və
formalaşdırdığı mənəvi-əxlaqi sistem
Ulu Öndər Heydər Əliyev dövlət quruculuğunda iştirak edən kadrların tərbiyəsinə ciddi fikir verirdi. Heydər Əliyevin tərbiyə sistemindəki müddəalarının əksəriyyəti "Dövlət qulluqçularının etik davranışı haqqında" Azərbaycan Respublikasının Qanununda (31 may 2007-ci il) öz əksini tapmışdır.
Qanunun məqsədi:
- dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunu artırmaq, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadını yüksəltmək;
- dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətinin səmərəsini və şəffaflığını artırmaq;
- dövlət orqanlarında korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısını almaq;
- dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasını təmin etmək;
- dövlət qulluqçularından gözlənilən davranış barədə vətəndaşları məlumatlandırmaq;
- dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsir imkanlarını genişləndirmək.
Etik davranış qaydalarından qanuna bunlar daxil edilmişdir:
- vicdanlı davranış;
- peşəkarlıq və fərdi məsuliyyətin artırılması;
- loyallıq;
- ictimai etimad;
- insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna hörmət;
- mədəni davranış;
- əmr, sərəncam və tapşırıqların yerinə yetirilməsi;
- qərəzsizlik;
- maddi və qeyri-maddi (mənəvi) nemətlərin, imtiyazların və ya güzəştlərin qeyri-qanuni yolla əldə edilməsinə yol verilməməsi;
- korrupsiyanın qarşısının alınması;
- hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər;
- maraqların toqquşmasının qarşısını almaq;
- əmlakdan qanun çərçivəsində istifadə etmək;
- məlumatlardan düzgün istifadə etmək;
- nümunəvi ictimai və siyasi fəaliyyət göstərmək.
Qanunda etik davranış qaydalarının həyata keçirilməsi üçün müəyyən tədbirlər, tələblər, nəzarət formaları da əks olunmuşdur. Dövlət qulluqçularının davranışının təhlili və qiymətləndirilməsi, etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlərin görülməsi, etik davranış qaydalarının pozulmasının nəticələrinin aradan qaldırılması və digər məsələlər də bu qanunda öz əksini tapmışdır.
Dövlət qulluqçusu vəzifəsindən asılı olmayaraq, qanunda nəzərədə tutulmuş etik qaydalarını pozmağa görə məsuliyyət daşıyır (inzibati məsuliyyət də bura daxildir). Milli kadrların, o cümlədən dövlət qulluqçularının davranışlarını xalqın tələbləri səviyyəsində qurmaq üçün etik normaları gözləmək tələbinin əhəmiyyəti var. Lakin etik normalar mənəvi keyfiyyətin yalnız bir parametridir. Onun ədalətlilik, saf niyyətlilik, təmizlik, nəfs toxluğu və onlarla digər parametrləri var ki, təkcə dövlət qulluqçuları deyil, bütün milli kadrlar, o cümlədən, regional və yerli özünüidarəetmə orqanlarında, özəl sahələrdə çalışan bütün şəxslər tərəfindən düzgün yerinə yetirilməsinə böyük ehtiyac var.
Professor Z.Qaralovun qeyd etdiyi kimi, indiyə qədər mövcud olan, mütərəqqi hesab edilən tərbiyə sistemlərinin heç biri özünün nəzəri səviyyəsinə münasib olan praktik tətbiqini tapa bilməmişdir. Bunun səbəbini öyrənmək məqsədilə çox araşdırmalar aparılıb. Lakin bu tədqiqatlardan heç biri tərbiyə nəzəriyyələrindən kənara çıxmaların obyektiv səbəblərini tam aşkarlaya bilməyib. Problem bu gün də aktuallığını saxlayır.
Biz problemin araşdırılmasına fərqli metodla yanaşdıq - normal mənəvi dəyərlərdən ayrı-ayrı insanların, ilk növbədə, yüksək vəzifə və mövqe sahiblərinin kəskin şəkildə kənara çıxmalarının real səbəblərini öyrənməyə çalışdıq. Bu zaman tarixi təcrübəyə, ayrı-ayrı adamların fəaliyyətinin müqayisəli təhlilinə istinad etdik. Müəyyənləşdirdik ki, insanı düz yoldan azdıra bilən 4 güclü təsir vasitəsi mövcud olub və indi də fəaliyyətdədirlər.
Birinci, insanın nəfsidir. Nəfsin insanı hansı fəlakətlərə sürükləməsi Quranda, Məhəmməd Peyğəmbərin hədislərində, islamın mənəviyyat elmində, sonralar isə Nizami Gəncəvinin "Xəmsə"sində, Nəsirəddin Tusinin "Əxlaqi Nasiri" əsərində geniş əksini tapmışdır.
Heydər Əliyev insan nəfsinin həm onun yüksəltməsinə (əgər iradə nəfsə üstün gələrsə), həm də məhvinə (nəfsin qulu olsa) səbəb ola biləcəyini dəfələrlə qeyd edirdi. Nəfs, insanı bütün istək və arzularını, o cümlədən, insanlığa, sağlam ənənəvi normalara, qanunlara zidd olan tələbatını həyata keçirməyə sövq edən ən güclü vasitədir. Ona görə də, insanlara bir nömrəli borc kimi öz nəfsinə qalib gəlməsi tövsiyə olunur. Məsləhət görülür ki, bütün istəklər, bunları həyata keçirmək üçün istifadə edilən vasitələr və metodlar yalnız sağlam mənəviyyat, ictimai həyatda hökm sürən qayda-qanun çərçivəsində olsun. İnsan antiinsani istəklərini reallaşdırmaqdan daim çəkinməli, özünü məhdudlaşdırmağı bacarmalıdır. Hər istəyin dalınca getmək olmaz. Hər bir istək ictimai və mənəvi normalarla tutuşdurulmalıdır. Kənaraçıxmalar varsa istək fəaliyyətə çevrilməməlidir. Hər adam nəfsinin ağası olmalıdır. Nəfsinin qulu olanlar heç bir tərbiyə sistemi ilə islah edilə bilməz.
İkincisi,
ciddi təhlil aparmadan verilən vədlərə
inanmaqdır. Vədlər, bir qayda olaraq, cəmiyyətdə
müəyyən sahəyə və ya bir çox sahələrə
rəhbərlik məsuliyyətini üzərinə
götürmüş şəxslər tərəfindən
verilən ümidlərdən ibarət olur. Onların
çoxu insanlarda özlərinə qarşı inam yaratmaq,
müəyyən müddət həmin vədlərə
inananları tabeliklərində saxlamaq niyyəti
daşıyır.
Bunları
çox gözəl bilən Heydər Əliyevin nəinki
özü əsassız vədlərə uymadı, eyni
zamanda, yüksək vəzifələrə təyin etdiyi
insanları da bu fikirdən çəkindirir, yalnız real
imkanlar çərçivəsində real məsələləri
həll etməyi, əsaslandırılmış perspektiv
planlar həyata keçirməyi tələb edirdi. Ona görə
də, hamı Onun özünə, dediklərinə,
planlarına, rəhbərlik etdiyi dövlətə
inanırdı.
Üçüncü,
tərifə inanmaqdır. Tərifə inanan şəxs nəticədə
özünə obyektiv qiymət vermək
bacarığını itirir. Bu, insanın öz
davranışında xeyirlə şəri, yaxşı ilə
pisi, düzgün olanla düzgün olmayanı,
doğruçu ilə yalançını, ədalətlə
ədalətsizliyi, sağlam əxlaqla əxlaqsızlığı,
dərin düşüncə ilə səthi
düşüncəni, ümumiyyətlə, insanlığa
məxsus olan, bəyənilən keyfiyyətlə, pislənən
xasiyyətləri bir-birindən seçməsinə
maneçilik törədir. Tərifin törədicisi, xidmətçisi
yaltaqlıqdır. Yaltaqlıq sağalmaz mənəvi xəstəlikdir.
Kim bu xəstəliyə tutulursa, düzgün yolda olmayan
şəxsləri tərifləməklə onları
uçurumun qarşısına sürükləyirlər.
Heydər
Əliyev öz kadrlarına ciddi tapşırırdı ki,
özünüzü təriflətməyin, yaltaqlıqla sizə
yanaşmalara qəti yol verməyin. Həmişə
gördüyünüz işləri insanlıq borcunu yerinə
yetirmək kimi qəbul edin, şəninizə tərif
yazdırmayın. Əgər kim özünü təriflədirsə,
deməli, tapşırılan vəzifəni yerinə yetirə
bilmir. Real görülən işi deyil, arzu olunanı
başqasının dili və ya qələmi ilə ictimaiyyətə
təqdim etməyə çalışır. Deməli, belə
şəxs məsul vəzifəyə layiq sayıla bilməz.
Dəfələrlə
şahidi olmuşam ki, O, prezident olanda "Sizə Milli Qəhrəman
adı verilməlidir", "Sizi Milli Elmlər
Akademiyasının akademiki seçmişik", "Sizə
generalissimus adı verilməlidir" və s. təkliflərlə
müraciət edirdilər. O, belə deyirdi: "Məni xalq
ölkənin Prezidenti seçib. Bu inam mənim ən yüksək
mükafatımdır. Yadda saxlayın ki, mən
öz-özümü mükafatlandıra bilmərəm. Buna
mənim mənəviyyatım yol verməz..."
Dördüncü,
icazəyə (tam sərbəstliyə) sevinməkdir. İcazə
- yol verilən sərbəstliyin, azadlığın simvoludur.
Fərdlərin çoxu belə sərbəstliyə can
atır. İnsanları tam sərbəstliyə can atmağa
vadar edən qüvvələrin əsas məqsədi,
onların özbaşınalığa, ictimai qaydalara məhəl
qoymamağa səmtləndirməkdir. Onları xeyirxahlıq
yolundan azdıraraq bədxahlıq, ziyankarlıq yoluna
keçirmək məqsədini qarşıya qoyur.
Bəllidir
ki, istənilən cəmiyyətdə, xüsusilə,
sivilizasiyanın inkişaf etdiyi indiki şəraitdə
"mütləq azadlıq" söhbəti
ağılabatan deyil. Misal var ki, "azadlıq həddini
aşanda özbaşınalıq yaranar". Qarşı
çıxanların, özlərini məndən
uzaqlaşdıranların, hətta açıq pislik edənlərin
hamısını bağışlayıram, əfv edirəm.
Biz yeni dünya qururuq, hamımız əl-ələ verib
suveren ölkəmizi inkişaf etdirməliyik. Bütün
fikrimiz, əməlimiz, münasibətlərimiz bu vəzifəyə
xidmətə yönəldilməlidir..."
İntiqam
hissi ilə yaşayanlar, peşəkar ziyalılara, Heydər Əliyevə
sadiq insanlara qarşı xəyanət yolu tutanlar, nüfuzlu
şəxsiyyətləri ləkələmək
üçün hər cür şər-böhtan yolu
tutanlar, eqoistlər, mənsəbpərəstlər, nəfsinin
qulu olanlar və insanlığa zərər vuran hər kəs
Heydər Əliyevin insanlarla rəftar etmək təcrübəsini
öyrənməli, əməllərini o istiqamətə
yönəltməlidirlər. Özünü əvvəlcə
"mələk donunda" göstərən, lakin müəyyən
vəzifə alandan sonra bu vəzifədən sui-istifadə edən,
gizli və qeyri-qanuni yollarla maddi imkanlarını genişləndirən,
mənəvi dəyərlərə, sağlam əxlaq
normalarına məhəl qoymayaraq öz iddiaları ilə
yaşayanları Heydər Əliyev
"qudurmuşlar" adlandırır, onları
"göylərdən yerə enməyə" dəvət
edirdi. Əslində bu, yolunu azmışların yenidən tərbiyəsi
demək idi.
Təhsil-tərbiyə
müsəssisələrində istifadə edilən tərbiyə
sistemlərindən fərqli olaraq, Heydər Əliyevin
formalaşdırdığı tərbiyə sistemi
bütün yaş dövrlərini əhatə edir. Onun mahiyyəti
insanlara ləyaqətlə xidmət göstərəcək
yüksək mənəviyyat daşıyıcıları
olan şəxsiyyətlər yetişdirməkdir. Z.Qaralovun
fikrincə, tərbiyə sistemində sosial-iqtisadi, ictimai-siyasi
sferalarda məsul vəzifələr tapşırılan milli
kadrlarla tərbiyə işi xüsusi mərhələ hesab
olunur. Bu mərhələdəki tərbiyə işinin məzmununa
bunlar daxildir:
1.
İdarəetmə və özünüidarəetmə
sistemlərində işləməyə meyilli gəncləri
seçmək, onların hazırlığına kömək
edən tərbiyəedici-öyrədici proqram həyata
keçirmək.
2.
Kadrların peşə və siyasi hazırlıq səviyyəsini,
mənəvi keyfiyyətlərini nəzərə alaraq, daha təcrübəli,
inanılmış kadrların rəhbərliyi altında
onları müvafiq vəzifələrə təyin etmək,
tapşırıqlar vermək, işləri üzərində
nəzarət qoymaq, vaxtaşırı hesabatlarını dinləmək
və qiymətləndirmək.
3. Gənc
kadrlara verilən vəzifə tapşırıqlarını
tədricən mürəkkəbləşdirmək, tələbatı
artırmaq, onları müstəqil işə hazırlamaq məqsədilə
digər tədbirlər həyata keçirmək.
4. Vəzifələrini
normal yerinə yetirən, sağlam həyat tərzi ilə fəaliyyət
göstərməyi öyrənmiş, insanların
etimadını qazanmış, yaxşı idarəetmə məktəbi
keçmiş kadrları müstəqil işə keçirmək.
Bu zaman həmin kadrlar qarşısında daha yüksək məsuliyyət
qoyulur və fəaliyyətləri daimi nəzarətə
götürülür. Xidmət keyfiyyətindən
asılı olaraq bu kadrlar vəzifə pillələri ilə
yüksələ də, geriyə yuvarlana da bilərlər.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Xalq Cəbhəsi.-
2014.- 11 iyun.- S.15.