Ulu Öndər Heydər Əliyevin milli dirçəliş konsepsiyası dövlətçilik siyasətinin tərkib hissəsi kimi

 

 

XX əsrdə Ulu Öndərin milli dirçəliş konsepsiyası dövlətçiliyimizin inkişafına təkan verdi. AMEA-nın müxbir üzvü Yaqub Mahmudov yazır ki, Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti yaşadığımız eranın XX və XXI yüzilliklərinin, ikinciüçüncü minilliklərinin qovşağında xalqımızın mənəvi sərvətlər xəzinəsinə daxil olmuş nadir incidir.

"Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında" adı ilə dünyanın müxtəlif ölkələrinə səpələnmiş 60 milyonluq xalqımıza ünvanlanmış bu müraciət, heç şübhəsiz, gələcək qərinələrdə, minilliklərdə də öz qiymətini, aktuallığını saxlayacaq misilsiz elmi-nəzəri ümumiləşdirmədir.

Dünyanın ən nadir tarixi şəxsiyyətlərindən birinin təfəkküründən süzülüb gələn, zəngin dövlətçilik təcrübəsinə malik olan dahi dövlət xadiminin həyat təcrübəsinə və şəxsi müşahidələrinə əsaslanan bu qiymətli əsər zaman-zaman tarixçilər, filosoflar, ədəbiyyatşünaslar, dilçilər, mədəniyyətşünaslar, sosioloqlar, iqtisadçılar və başqa sahələrdən olan alimlərin, yaradıcı ziyalıların neçə-neçə nəsilləri tərəfindən öyrəniləcək, tədqiq olunacaq, yeni-yeni əsərlərin meydana gəlməsinə yol açacaq, xalqımızın işıqlı gələcəyə gedən yoluna nur çiləyəcəkdir.

Ulu keçmişimizinmüasir tariximizin ensiklopedik şərhini, gələcək inkişafımızın elmi-nəzəri proqnozlarını verən bu əsərdə xalqımızın keçdiyi tarixi yola dərindən nəzər salınır, mühüm tarixi proseslərə, hadisələrə, tarixi şəxsiyyətlərə obyektiv qiymət verilir, prinsipial münasibət bildirilir. Bu baxımdan, "Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında" adlı irihəcmli müraciət bütün tarix elmimiz üçün örnək ola biləcək çox dəyərli bir tarix əsəri, onun müəllifi isə bütün tarixçilərimizin Öndəri olan qüdrətli bir tarixçidir.

Heydər Əliyev təfəkkürünün məhsulu olan bu qiymətli əsərdə tariximizin bir çox problemləri ilə bağlı olaraq tədqiqatçılara konkretprinsipial istiqamət verilir. Onların bəzilərinə nəzər salaq. ıBöyük dövlət xadimi, hər şeydən əvvəl, bəşəriyyətin yaxın keçmişinə yenicə ayrıldığımız XX yüzilliyə son dərəcə sərrast və konkret qiymət verir. Özübu qiymətləndirmə zamanı ayrı-ayrı siyasi hadisələr, proseslər deyil, müasir dünyamızda insanlığı irəli aparan başlıca amil, daha doğrusu, sürətli elmi-texniki tərəqqi ön plana çəkilir, sonra isə başqa amillər sıralanır. Həm də bu sıralanma zamanı yeni suveren dövlətlərin yaranması kimi mühüm tarixi reallıq xüsusi qeyd olunur.

Azərbaycan Prezidentinin yenicə ayrıldığımız XX yüzilliyə verdiyi qiymət tarixi reallığı zərgər dəqiqliyi ilə əks etdirir: "Başa vurduğumuz yüzillik bəşəriyyətin yaddaşında sürətli elmi-texniki tərəqqi ilə və iki dünya müharibəsində tökülmüş qanlarla, imperiyaların süqutuyeni suveren dövlətlərin yaranması ilə, "soyuq müharibə"nin doğurduğu gərginliklə, sülh, sabitlik və əmin-amanlıq naminə göstərilən kollektiv səylərlə qalacaqdır".

Doğma xalqımızın, müstəqil Azərbaycanımızın gələcəyini düşünən dövlət xadimi hazırkı dövrə qiymət verərkən və müasir mərhələdə bəşəriyyətin başlıca inkişaf meyillərini müəyyən edərkən də öz narahatlığını unutmur. Müasir dünyada gedən obyektivqanunauyğun proseslərə dərindən bələd olan Ulu Öndər Heydər Əliyev real gerçəkliyə əsaslanan belə bir elmi nəticəyə gəlir ki, hazırkı dünyanın başlıca inkişaf meyilləri mədəni inteqrasiya və qloballaşmadır. Xalqının taleyi ilə yaşayan Böyük Azərbaycanlı qeyd edir ki, müasir mərhələdə bəşəriyyətin qaçılmaz inkişaf yolu olan inteqrasiyaqloballaşmada hər bir ölkənin səciyyəvi milli cəhətləri də nəzərə alınmalıdır. Ölkə başçısı, əlbəttə, doğma yurdunu düşünərək, bu mühüm məsələnin üzərində xüsusi olaraq dayanır və göstərir ki, qloballaşmanın bir çox ölkələr üçün yaratdığı problemlər bizidüşündürür.

Böyük dövlət xadimi aşağıdakı uzaqgörən fikirləri ilə öz həmvətənlərinə, ümumiyyətlə, gələcək nəsillərə xəbərdarlıq edir ki, müasir dünyaya qovuşarkən ulularımızın bizə əmanət qoyduğu milli-mənəvi dəyərləri itirməsinlər, onu göz bəbəyi kimi qorusunlar, müqəddəs tariximizi əcnəbilərin ayaqları altına atmasınlar, başqa sözlə, müasir dünyaya inteqrasiya prosesində xalqımız özünün milli-mədəni varlığını qoruyub saxlaya bilsin. Böyük Azərbaycanlının zamanı qabaqlayaraq irəli sürdüyü müdrikuzaqgöran ideya millətimiz üçün, bütün gələcək nəsillərdən ötrü dahiyanə xəbərdarlıqdır!

Y.Mahmudovun fikrincə, dünya inkişafının indiki mərhələsinin başlıca meyilləri mədəni inteqrasiya və qloballaşmadır. Əgər bəşəriyyət XX əsri elmi inkişafın nailiyyətlərinin yaratdığı xoş ümidlərlə qarşılamışdısa, qloballaşma prosesi çox vaxt heçnikbinlik doğurmur. Bu mürəkkəb və birmənalı qiymətləndirilməyən prosesin perspektivləri hamımızı düşündürür. Qloballaşma dövlətlərin sabit inkişafının, bütövlüyünün və idarəetmə sistemlərinin stabilliyinin təmin olunmasına, iqtisadi münasibətlərdə ayrıseçkiliyin aradan qaldırılmasına, xalqların rifah halının yüksəldilməsinə kömək etməlidir. Sözsüz ki, beynəlxalq hüquq prinsipləri və normalarının aliliyi, dəyişikliklərin təkamül xarakteri, qarşılıqlı etimad və ümumbəşəri dəyərlərə sədaqətlə yanaşı, hər bir ölkənin səciyyəvi milli cəhətlərinin də nəzərə alınması bu prosesin müəyyənedici istiqamətləri olmalıdır. Təbii ki, qloballaşmanın bir çox ölkələr üçün yaratdığı problemlər bizidüşündürür.

İnteqrasiyaqloballaşma problemləri ilə bağlı olaraq dünya xalqları və ölkələrinin taleyi üçün ümumi narahatlıq keçirən böyük dövlət adamı öz xalqının, öz ölkəsinin gələcəyi üçün xüsusi narahatlıq keçirir. Dahi şəxsiyyət xüsusi olaraq vurğulayır ki, xalqımız dünyada öz yerini tutmaq üçün bir çox sahələrdə sıçrayışa nail olmalı, qabaqcıl texnologiyalara yiyələnməli, ən müasir proqramlar həyata keçirməlidir: "Azərbaycan hələ də müasir texnologiyaların mənimsənilməsi və geniş istifadə olunması yolunda bir çox çətinliklərlə qarşılaşır. Bəşəriyyətin qədəm qoyduğu müasir inkişaf mərhələsində öz layiqli yerimizi tapmaq üçün gərək biz zamanın tələbləri ilə uyğunlaşa bilək, qarşımızda duran bir çox ciddi problemləri həll etməyə qadir olaq, ümdə vəzifələrimizə uyğun müvafiq proqramları həyata keçirməyə nail ola bilək".

XX yüzilliyin xalqımızın tarixindəki yerini zərgər dəqiqliyi ilə müəyyən edən böyük siyasətçi müstəqil Azərbaycan dövlətinin yaradılmasını ən böyük nailiyyət hesab edir, ölkəmizin demokratik, hüquqi, dünyəvi dövlət kimi dünyaya qovuşmasını yüksək qiymətləndirir.

Yeri gəlmişkən, müxtəlif güc mərkəzlərinin qarşılaşdığı, dinlərin, mədəniyyətlərin, etnosların qovuşduğu Azərbaycanın strateji inkişaf yolunun düzgün müəyyən olunması kimi çox böyük tarixi xidmət məhz Heydər Əliyevə məxsusdur. Demokratik, hüquqi, dünyəvi dövlət yaratmaq! - Azərbaycanın bundan başqa doğru-düzgün, perspektivli inkişaf yolu yoxdur. Daha doğrusu, Azərbaycandan ötrü bu yolun alternativi yoxdur!

Heydər Əliyevin xalqa müraciətində XX yüzillikdəki ən mühüm tarixi nailiyyətimizə və Azərbaycanın müasir durumuna xüsusi diqqət yetirir. Müraciətdə qeyd olunduğu kimi, tarixən qısa müddət ərzində ən müasir demokratik, hüquqi, dünyəvi dövlətin möhkəm təməlləri qoyulmuş, dünyanın ən mütərəqqi təməl qanunlarından biri olan Konstitusiyamız qəbul olunmuş, hakimiyyətin ayrı-ayrı qollarının formalaşdırılmasına başlanmış, həyatın bütün sahələrində əsaslı islahatlar həyata keçirilmişdir: "XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyəti, şübhəsiz ki, müstəqil Azərbaycan dövlətinin yaradılmasıdır. Öz müstəqilliyini bərpa edən Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlətin möhkəm təməlini qoymuşdur. Məhz bu müddət ərzində Azərbaycan xalqı öz müstəqil dövlətinin Konstitusiyasını qəbul etmiş, qanunvericiliyini, hakimiyyətin bölünmə prinsiplərini, hüquq normalarını dünya standartlarına uyğunlaşdıraraq digər dövlətlərlə hərtərəfli əməkdaşlığa hazır olduğunu nümayiş etdirmişdir. Bu illər ərzində yaşayışımızın bütün sahələrini əhatə edən köklü dəyişikliklər və dərin islahatlar həyata keçirilmişdir".

AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov göstərir ki, industrial cəmiyyətdə mühəndis-texniki işçilərin bir qismi, kadr çatışmayan yeni sahələrdə yaxşı mütəxəssis olan adamlar onlarla müqayisədə daha ağır işdə çalışan adamlara nisbətən qat-qat artıq maaş alırlar ki, bu da fəhlə sinfinin daxilində texniki təbəqələşmə ilə paralel surətdə sosial-iqtisadi təbəqələşmənin yaranmasına səbəb olur. "Hər şey insan naminə" prinsipi əsas tutulmadıqda aşağıdakı mülahizələr hakim kəsilir: xüsusi ixtisaslaşma tələb etməyən ağır işi görməyə adam çoxdur, yeni texnikanı işə salan, onun fəaliyyətinə nəzarət edən adamlara isə ehtiyac vardır. Deməli, ikincilərə müvəqqəti də olsa, yaxşı şərait yaratmaq, birinciləri isə bacardıqca daha çoxdaha ağır vəziyyətdə işlətmək və onlar gücdən düşdükdə yeniləri ilə əvəz etmək lazımdır. Bu mülahizə xüsusi ixtisaslaşma kursu keçməyən, yalnız "qara əməklə" məşğul olan fəhlələrin maddi şəraitini daha da pisləşdirir, onların bir insan kimi inkişafını hər cür məhdudlaşdırmış olur.

XX əsrin son rübündə kompüterləşmənin sürətli inkişafı, iqtisadiyyatın və ictimai həyatın bütün sahələrinə nüfuz etməsi, xüsusən internet şəbəkəsinin geniş yayılması qloballaşma üçün texnoloji bazis hazırlamış olur. Bu sahədə yüksək texniki inkişaf səviyyəsində olan dövlətlər öz yüksək ixtisaslı mütəxəssislərinin köməyi ilə dünyada gedən proseslərə daha operativeffektli təsir etmək imkanı qazandılar.

İndi elektron poçtuinternet nəinki kommunikasiyanın ən səmərəli və sürətli vasitələrinə çevrilmişdir. Nəinki beynəlxalq iqtisadi əlaqələrin gediş-gəlişsiz qat-qat operativ olan üsullarını yaratmışdır, həm də millətlərin mədəni-mənəvi inkişaf istiqamətlərinə təsir göstərmək imkanına malikdir. Bu sonuncu amil, yəni internetin maarifləndirmək funksiyası ilə yanaşı, ideoloji, mədəni-mənəvi təsir (habelə diversiya) funksiyası qloballaşma prosesində çox önəmli yer tutur.

Azərbaycan da elə müstəqilliyinin ilk illərindən bu problemlərlə rastlaşmış, Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində qloballaşmanın iqtisadi inteqrasiya istiqamətində açdığı imkanlardan uğurla istifadə etməyə çalışmış, "Əsrin kontraktı", "Böyük İpək yolunun bərpası" kimi planetar miqyaslı iqtisadi hadisələrin mərkəzində dayanmağa nail olmuşdur. Bununla belə, iqtisadi inteqrasiya proseslərində bundan sonra da yaxşı ölçülüb-biçilmiş, incə siyasət aparılmasına böyük ehtiyac vardır. Bundan əlavə, qloballaşmanın ideoloji və mədəni-mənəvi təxribat aspektləri neytrallaşdırılmalı, əksinə, möhtərəm Heydər Əliyevin dediyi kimi, Qərb dünyasından məhz tərəqqiyə xidmət edən müsbət mədəni amillər əxz olunmalı, Şərq və Qərb dəyərləri arasında optimal nisbət gözlənilməli, pozitiv balans yaradılmalıdır.

Müasir texnikanın neqativ planda açdığı geniş imkanlar beynəlxalq miqyasda terrorizmin yeni formalarının üzə çıxmasına da səbəb olurdünya ictimaiyyəti qarşısında bu istiqamətdə səyləri birləşdirmək vəzifəsi qoyur.

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2014.- 12 iyun.- S.15.