Ulu Öndər Heydər Əliyevin mədəni-mənəvi irsə qayğısı dövlətçilik münasibəti kimi

 

 

 

Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasəti və fəaliyyətində milli-mədəni və mənəvi irsə münasibəti mühüm yer tutur: "Müstəqil dövlətimiz üçün  taleyüklü məsələlərin həyata keçirilməsi tariximizin bir çox qaranlıq səhifələrini açmaqla kimliyimizi tam müəyyən etməyi, milli kökləri ilə bağlı yeni təfəkkürlü gənc nəsil yetişdirilməsini zəruri edir. Keçid dövrünün çətinliklərinə, ağır proseslərinə baxmayaraq, biz öz tarixi keçmişimizin çox dəyərli səhifələrini qısa bir müddətdə aça bilmişxalqa göstərməyə nail olmuşuq. Xalqımızın hər bir övladı öz tarixi keçmişini, varisi olduğu mədəni irsi daha dərindən öyrənərək, böyük qürur hissi duymağa başlayır və sözsüz ki, bununla fəxr edir".

AMEA-nın müxbir üzvü Yaqub Mahmudov yazır ki, məhz o zaman - 1993-cü ilin iyun günlərində Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş baş verdi. Müdrik siyasətçi bir neçə gedişdən sonra vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Xaricidaxili düşmənlərin Azərbaycanı parçalayıb yox etmək, müstəqil dövlətimizi aradan qaldırmaq planı puça çıxdı. Dövlətimizin və xalqımızın tarixi müqəddəratının idarəçilik sükanı dahi dövlət adamının əlinə keçdi. Vətən, millət, bütün xalqımız məkrli düşmənlərin hazırladığı fəlakət uçurumuna yuvarlanmadı, fəlakətdən, ölüm qəzasından yan keçdi. Qurtuluş savaşında qələbəyə doğru dönüş başlandı.

Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra öz xalqı üçün, doğma vətəni üçün nələr etdi? Yaxud 1993-cü ilin 15 iyun gününüüçün Qurtuluş günü adlandırmaq lazım idi?! Görülən işlərin hamısını sadalamaq mümkün olmasa da, gəlin, heç olmasa, onların ən mühümlərini, ən böyüklərini sıraya düzək. Ən başlıcası: azadlıq, müstəqillik həm hər bir ayrıca vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, minlərlə şəhid vermişik bu yolda. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmayan yerdə azadlıq və müstəqillik də yoxdur. Dövləti olmayan xalq ölümə məhkumdur. Azərbaycan dövləti bizim "olum, ya ölüm" məsələmizdir. Prezident Heydər Əliyevin qədirbilən xalqımız qarşısında, tariximiz qarşısında ən böyük xidməti budur ki, bu böyük düha torpaqlarımıza yiyələnmək üstündə ən kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etdi, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtardı. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın və müstəqilliyimizin qorunub saxlanması deməkdir, Qurtuluş deməkdir!

Azərbaycan dövlətçiliyi və Prezident Heydər Əliyevin qətiyyəti 1994-cü ilin oktyabr və 1995-ci ilin mart qəsdləri zamanı ağır sınaqlardan uğurla çıxdı. Heydər Əliyev andına sadiq qalan, dar ayaqda Vətənin müstəqilliyi, xalqın azadlığı naminə həlak olmağa hazır olan Prezident olduğunu nümayiş etdirdi. Dar ayaqda xalqını, Vətənini qoyub qaçmadı. Dövlət başçısının qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı. Azərbaycan qanlı burulğandan çıxdı. Sabitlik və əmin-amanlıq yarandı. Böyük dövlət xadimi kimi Heydər Əliyevin digər tarixi qələbəsi məhz budur - sabitlikdir. Ölkədə sabitlik yaratmaqla Heydər Əliyevin öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi. Ulu Öndər Heydər Əliyev demişdir: "Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır..."

Y.Mahmudov yazır ki, Heydər Əliyev müharibə məsələsində düzgün mövqe tutdu. Müdrik bir strateq kimi real vəziyyətlə hesablaşdı. Məkrli düşmənlərimizin və onların beynəlxalq havadarlarının gücünü, planlarını, Azərbaycanın düşdüyü qanlı burulğanın nə qədər təhlükəli olduğunu nəzərə aldı. Vəziyyəti düzgün qiymətləndirdi. Real vəziyyətdən çıxış edərək atəşkəs rejiminə nail oldu. Bununla Azərbaycanın gənc, sağlam qüvvələrinin mənasız yerə qırılmasının qarşısını aldı - genefondumuzu xilas etdi. Bu, Azərbaycan xalqının yaşaması, gələcəyi deməkdir...

Prezident Heydər Əliyev xalqı, yurdu milli-mənəvi parçalanmadan, iflasa uğramaqdan xilas etdi. Özündən əvvəlki "rəhbərlərin" tarixi keçmişin ibrət dərslərinə, dəyişən dünyanın real həqiqətlərinə, daxili həyatın və beynəlxalq vəziyyətin gerçəkliklərinə deyil, emosiyalara əsaslanaraq qəbul etdikləri səhv qərarların icrasını dayandırdı. Torpağımızın, xalqımızın, dilimizin üzərindəki əzəli və əbədi "Azərbaycan" möhürü özümüzə qaytarıldı. Bununla Vətənçilik, xalqımızın adı və dili, qüdrətimizin və vahidliyimizin əsası olan islam-türk birliyi bərpa olundu, reallaşmaqda olan etnik toqquşmalar ehtimalı aradan qaldırıldı. Düşmənlərimizin oxu bu məsələdə də daşa dəydi.

Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artmaqdadır. Azərbaycan Respublikası bütün dünyada demokratik, hüquqi, dünyəvi dövlət nüfuzu qazanmışdır. Heydər Əliyev zəkasının məhsulu olan təməl qanunumuz dünyanın ən demokratik, ən mükəmməl konstitusiyalarından biridir və beynəlxalq aləmdə vətənimizə böyük rəğbət qazandırır. Yurdumuzda hökmranlıq edən sabitlik, həyata keçirilən daxili islahatlar xarici ölkələrlə əlaqələrimizin genişlənməsinə müsbət təsir göstərir. Özünün xarici siyasətini bərabərlik və qarşılıqlı mənafe prinsipləri əsasında quran Azərbaycan Respublikası dünyanın bütün dövlətləri üçün açıq ölkəyə çevrilmişdir.

Ulu Öndər Heydər Əliyevin xarici siyasət sahəsində ən mühüm uğurlarından biribudur ki, o, Azərbaycanı türk dünyasından təcrid olunmuş vəziyyətdən çıxardı. Bizimlə birlikdə azadlığa çıxmış qardaş Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanla ənənəvi dostluq münasibətlərimiz bərpa olundu. Hazırda Azərbaycan Respublikası qardaş türk dövlətləri ailəsinin bərabərhüquqlu üzvü, Heydər Əliyev isə bütün türk dünyasının müdrik yolgöstərəni, zəmanəmizin Atatürküdür!

Professor Zahid Qaralov göstərir ki, Heydər Əliyevə görə əxlaqın ali idealı - müstəqil, suveren, insanları maddi və mənəvi cəhətdən zəngin Azərbaycan cəmiyyətidir. Heydər Əliyevin əxlaq sistemində ictimai-faydalı və məhsuldar əmək (zəhmət), əmin-amanlıq, sülh və barışıq, hərtərəfli azadlıq, maddi və mədəni nemətlərdən istifadədə hüquq bərabərliyi, demokratik cəmiyyətin yaratdığı mühitdən bərabər faydalanmaq, dözümlülük - tolerantlıq, xalqların dostluğu və qardaşlığı, birgəyaşayış normalarına hamının hörmət və qayğı ilə yanaşması, sağlam ideyalılıq əsas prinsiplər hesab olunur.

Şəxsiyyəti səciyyələndirən əxlaqi keyfiyyətlər - inam, vətənpərvərlik, milli və ümumbəşəri dəyərlərə ehtiram, insansevərlik, humanizm, kollegiallıq, sosial fəallıq, əməyə yaradıcı münasibət, şüurlu intizam, sülh, barış, sağlam təfəkkür, dözümlülük, insanlarda müşahidə olunan mənfiliklərin aradan qaldırılmasına yardım, insanlığa zidd ideologiya və əxlaqa qarşı fəal mübarizə, yaradıcılığa meyil, əqidə saflığı, iradə möhkəmliyi, toxniyyətlilik, nəfs toxluğu, halallıq və b. yuxarıda göstərilən prinsiplər əsasında yaranır. Heydər Əliyevin ideologiyasından yaranan bu əxlaq sistemi Azərbaycanın bu günü, gələcəyi üçün həyati əhəmiyyətli bir sistemdir. Ona sahib olmaq, əməli fəaliyyətə və inama çevirmək, təbliğ etmək, zənginləşdirmək bütün nəsillərin müqəddəs vəzifəsi, borcu hesab olunur.

İnsan şüuru prinsiplərdə aşkarlanır. Elmi prinsiplərə əsaslanan şüurdan xeyirli düşüncə, saf əxlaq və nümunəvi davranış yaranır. Mənəvi şüur, mənəvi dəyərlər, mənəvi hisslər fərdləri həmişə seçim qarşısında qoyur. Belə ki, insan "Qarşıya çıxan mühüm problemin çoxvariantlı həlli yollarından hansı daha optimaldır" sualına müstəqil cavab axtarmalı olur. Bu zaman ictimaiyyətin maraqlarına daha çox uyğun olan düzgün cavabı o şəxslər tapa bilər ki, onların ideyaları, əqidələri yüksək elmi mənbələrdən, sağlam mənəviyyatdan yoğrulmuş, çətin sınaqlardan keçmişdir. Bunları nəzərə alaraq, Heydər Əliyev həmişə çalışırdı ki, böyüyən nəsillər saf əqidə sahibi olsunlar, daim inkişaf etsinlər. O, təhsil sisteminin, mədəni-maarif müəssisələrinin, ictimai-siyasi mühitin imkanlarının bu istiqamətə yönəldilməsinə xüsusi əhəmiyyət verirdi.

Heydər Əliyev yaxşı bilirdi ki, insan qrupları və fərdlər buya digər hadisələri, adamların xeyir və şər baxımından hərəkətlərini və davranışlarını qiymətləndirməyə imkan verən, həyatın məqsədini anlamağa kömək göstərən iki mənbəyə həmişə istinad edir: milli və ümumbəşəri dəyərlərə, şəxsiyyət idealına. Milli və ümumbəşəri dəyərlər insanların mənəvi və əxlaqi keyfiyyətlərinin formalaşmasında xüsusi rol oynadığı kimi, şəxsiyyət idealı onların həyatda daha uğurlu yol seçmələrinə, həyatın mahiyyətini düzgün dərk etmələrinə güclü təsir göstərir. Ona görə də Heydər Əliyev daim milli və ümumbəşəri dəyərlərdən faydalanmağı, onlara ehtiramla yanaşmağı insanlara tövsiyə etməklə yanaşı, özünün şəxsi davranışı nümunəsi ilə onların əxlaq saflığının təmin olunmasına çalışırdı. Onun fikrincə, insanın təfəkkürü, nitqi və davranışı eyni istiqamətli, eyni məqsədli - xeyir mənbəyi olmalıdır. İnsan xeyirə nə qədər çox yaxınlaşarsa, o qədər də şərdən uzaqlaşar, başqalarına nümunə olar. Bir şəxsiyyətin böyük zəhmət hesabına yaratdığı bu mənəvi zənginlik tükənməz tərbiyə mənbəyi olaraq, bütün təhsil, təlim-tərbiyə sistemlərinin məzmununda, forma və metodlarında öz yerini tutmağa layiqdir.

Z.Qaralovun fikrincə, Heydər Əliyev həqiqi mənada şəxsiyyət idealıdır. Özünü cəmiyyətdə ləyaqətli şəxsiyyət kimi tanıtmaq istəyən hər kəs (bizcə, bunu hamı istərdi) Heydər Əliyevi ideal götürməklə, ona bərabərləşmək, onun yüksəldiyi səviyyəyə yüksəlmək yolunu tutarsa, bütün davranışlarını ona uyğunlaşdırarsa, daim öyrənməyə zəhmətini əsirgəməzsə, müəyyən müddət içərisində o, arzusuna çata biləcək. Əhali arasında özünü nüfuz sahibi kimi tanıda biləcək. Özünütərbiyədə və özünüqiymətləndirmədə, özünütəkmilləşdirmədə Heydər Əliyevin təcrübəsinə müntəzəm istinad edənlər xalq arasında ləyaqətlə qarşılanacaq, həyatını düzgün qura biləcək.

Heydər Əliyev özünün bütün varlığını, həyat fəaliyyətini, arzu və istəklərini, gördüyü işlərin mahiyyətini çılpaqlığı ilə özünün çoxsaylı məruzələrində, çıxışlarında, yazılarında, müsahibələrində bütövlükdə əks etdirmişdir. Bunları diqqətlə öyrənən, incələyən hər kəs onun elmi-nəzəri irsinə, zəngin həyat təcrübəsinə bələd olacaq, onları mənimsəyəcək. Heydər Əliyevin son 60 ildə yaratdığı zəngin intellektual potensialın, elmi-nəzəri irsin, təcrübənin müxtəlif tərəflərini əks etdirən yazıları toplayaraq çoxcildli fundamental əsərlər silsiləsi yaradılmalı və böyük tirajla çap olunaraq insanların istifadəsinə verilməsi işi gecikdirilməməlidir. Elə etmək lazımdır ki, hər bir ailə, kitabxana, təhsil müəssisəsi, ziyalı bu nemətə sahib olsun.

Bizə görə, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi bu işin yaxın gələcəkdə öhdəsindən gələ biləcəkdir. Heydər Əliyevin elmi-nəzəri irsinin hərtərəfli, dərin sistemli tədqiqatının təşkili günün aktual məsələsidir. Heydər Əliyevin yaratdığı ideoloji-siyasi-əxlaqi sistemi Onun dünyasını dəyişəndən sonrakı müddətdə davam etdirilməkdədir.

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2014.- 13 iyun.- S.15.