Ulu Öndər Heydər Əliyevin Azərbaycan elitasının formalaşmasında rolu dövlətçiliyimizin inkişaf amili kimi

 

 

 

Sosiolojipolitoloji kateqoriya kimi mütərəqqi amillərlə zənginləşən "elita" anlayışı yalnız ötən əsrin əvvəllərindən etibarən mahiyyət baxımından transformasiyaya məruz qalaraq cəmiyyətdaxili sinfisosial qütbləşmə müstəvisindən nisbətən ayrılmış, nəzəri cəhətdən də olsa yeni, perspektivli sosioloji məfhuma çevrilmişdir. Bununla belə, bu, hələ də sosiologiyanın və sosial psixologiyanın az öyrənilən tədqiqat istiqaməti olaraq qalmaqdadır.  Halbuki müasir ictimai elmlər arasında məhz elitologiyaonun bazası üzərində qurulan personologiya kimi tədqiqat sahələrinin cəmiyyət daxilində gedən proseslərin öyrənilməsində və proqnozlaşdırılmasında, xüsusilə də gənclər arasında  gələcəyin yeni, müasir tələblərə cavab verən liderlərinin aşkarlanmasında və formalaşdırılmasında mühüm rolu vardır.

Politoloji ədəbiyyatda göstərilir ki, ilk dəfə olaraq tanınmış tədqiqatçı V.Paretto tərəfindən elmi terminologiyaya gətirilərək, cəmiyyətin həm sosial-siyasi, həm də sosioloji baxımdan dərk olunmasına,  şəxsiyyətlərin yetişməsi, lider-ardıcıllar prinsipinin  araşdırılmasına, ictimai-sosial proseslərin tənzimlənməsinə, demokratik prinsiplərin, o cümlədən insan hüquqları və əsas azadlıqları kimi dəyərlərin reallaşdırılmasına yönəldilən elitologiya unikalperspektivli tədqiqat sahəsi olaraq istənilən konkret cəmiyyət və ya sosial qrup daxilindən çıxıb formalaşan, sosiumu məqsədli şəkildə inkişafa aparan fenomenal liderlər intellektual şəxsiyyətlər qrupunu toplum və fərdi qayda halında öyrənən elmdir. Lakin ayrı-ayrı siyasisosial qrupları təmsil edərək V.Parelttonun mövqeyinin əleyhinə çıxan opponentlərinin fikrincə, guya elitologiya prinsipcə insanların cəmiyyət daxilində hüquq bərabərliyinə xələl gətirərək, onların əsas hüquq və azadlıqlarına zidd mövqedə dayanır və müxtəlif sosial qruplar daxilində, eləcə də onlar arasında qarşıdurmanı kəskinləşdirir, sinfi təbəqələşmənin dərinləşdirilməsinə şərait yaradır. Məsələn, Q.Moska, S.MorrB.Xendriksin qənaətlərinə görə, elitologiya totalitarizmə hüquqi, siyasi və mədəni bəraət verməklə cəmiyyətin idarə olunmasında ayrı-ayrı sosial təbəqələrin aparıcı rolunu inkar edir.

Aşkar göründüyü kimi, "elita" termininə və "elitologiya" anlayışına belə yanlış münasibətin kökündə obyektiv elmi yanaşma deyil, ilk növbədə müxtəlif və əsas etibarilə bir-birinə qarşı antoqonist mövqedə dayanan sosial sistemlərin, siyasi ideyaların daşıyıcıları olan tədqiqatçıların siyasi mövqeləri dayanır. Məsələn, kommunizm ideologiyasına söykənən sosioloqlar, "elita" qrupunu kapitalizm cəmiyyətində bir ovuc şəxsin dövlət sərvətlərini zəbt edərək ölkənin maddi nemətlərini öz əllərində cəmləşdirib inhisarlaşdıran, sıravi vətəndaşları dövlətin idarə olunmasından kənarlaşdıran "mənəviyyatsız zümrə " adlandırırdılarsa, Qərb tədqiqatçıları adekvat olaraq bu fikrə alternativ mövqe nümayiş etdirirmişlər. Onlar "kommunist cəmiyyətinin psevdo-elitası" anlayışını irəli sürərək kommunizm ideoloqlarının yozumunu siyasi səhv adlandırır və "saxta elitar təbəqə" dedikdə SSRİ məkanında zor gücünə hakimiyyətə yiyələnmiş pariya-sovet nomenklaturasını misal çəkirdilər.

Müasir radikal "demokratlar" isə öz növbələrində, görkəmli fransız maarifçisi Jan-Jak Russonun fikirlərini təhrif edərək elitanı "mövcud hakimiyyət" anlayışı ilə eyniləşdirir, onun mahiyyətcə "xalqın suveren hüquqlarını qəsb edən qrup" olduğunu göstərirdilər. Göründüyü kimi, sosial-siyasi mənsubiyyət, ideoloji mövqe müxtəlifliyi terminin izahında tərəflər arasında ciddi fikir ayrılığına səbəb olmuşdur. Belə olan təqdirdə əsil obyektiv meyarı müəyyənləşdirmək üçün filosof B.Rasselin münaqişəli məsələlərin həllinə dair universalrasional görünən fikirlərinə müraciət edək: "Hər hansı bir anlayışa dair mübahisəyə son qoymağın ən düzgün yolu bu müzakirələrə səbəb olan terminin həqiqi mənasını tapıb dəqiqləşdirməkdir".

Politoloji ədəbiyyatda göstərilir ki, "elita" termininin kökündə fransız kəlməsi olan və "ən yaxşı", "seçilmişlər" mənasını verən "elite" sözü dayanır. Müasir dünyanın gerçəkliklərinə, demokratik prinsiplərə söykənən politologiya elmində "elita" termini özünün şəxsi keyfiyyətləri, bilik və bacarığı, fitri istedadı sayəsində ən yüksək peşəkarlıq həddinə çatan, başqalarına nümunə ola bilən, bütövlükdə cəmiyyəti və ya ayrı-ayrı qrupları (siyasi, iqtisadi, mədəniyyət və s.) inkişafa doğru aparmaq keyfiyyətlərinə yiyələnən liderləri nəzərdə tutur. Bu baxımdan, müasir demokratik hüquqlar müstəvisindən yanaşılanda etimoloji anlamda "elita" kəlməsinin arxasında nə antihumanist, nə də antidemokratik mahiyyət dayanır. Məsələn, tez-tez sahə terminologiyalarında, mətbuatda "elit toxumlar", "elit bitkilər", "elit idmançılar", "elit qoşunlar", "elit məhsullar" və s. bu kimi hər hansı siyasi çalarlardan tamamilə uzaq olan saysız ifadələrə rast gəlirik və bu, "seçilmişlər", "üstün olanlar" kimi deyil, "ən yaxşılar", "ən bacarıqlılar", son olaraq "ən layiqlilər" kimi izah olunur.

A.Bayramov yazır: "Əslinə qalsa, bütün postsovet məkanında müstəqillik əldə etmiş dövlətlərdə xaricdən təlqin edilən belə qüsurluproblematik mövqe sonralar həmin ölkələrdə ideoloji boşluğun, sosiumda ictimai-siyasi passivliyin yaranmasına, labüd xaosasiyasi zəmində qarşıdurmaların baş qaldırmasına səbəb olmuşdur. Bu, ilk növbədə həmin coğrafi-siyasi məkanda öz geosiyasi maraqlarını arzuolunmaz fəaliyyət metodları ilə ödəməyə cəhd edən fövqəldövlətlərin mənafelərinə cavab verən proses idi. Nəticədə, mövcud aktiv elita - qabaqcıl fikir daşıyıcıları və ölkənin gələcək İntellektual elitasını təşkil edə biləcək yüksək potensiallı fəal sosial qrup nümayəndələrinin fəaliyyəti məqsədli şəkildə məhdudlaşdırılır, onların yerini cəmiyyəti inkişafa aparmağa qadir olmayan psevdo-liderlər tutur, cəmiyyətə post-sovet məkanında şərti olaraq "obıvatel təfəkkürü" adlandırılan seyrçi istehlakçı münasibət aşılanırdı. Məhz bu mürəkkəb mərhələdə xaricidaxili destruktiv qüvvələr tərəfindən vətəndaşların diqqətini taleyüklü məsələlərdən yayındırmaq məqsədilə süni olaraq etnik, dini, siyasi və digər separatçılıq meyilləri baş qaldırır, nəticədə, dövlət hərbi-siyasi, iqtisadiideoloji asılılıq təhlükəsi ilə üzləşirdi. Azərbaycan Respublikası da müstəqilliyinin ilk illərində bu təhdidlərlə üzləşmişdi".

A.Bayramov göstərir ki, Azərbaycan xalqının iradəsi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə növbəti gəlişindən sonra ilk növbədə məhz zərərli istehlakçı təfəkkürün formalaşdırılması prosesinə ciddi və qəti zərbə vuruldu. Sosial bazaya malik olmayan, mahiyyətcə anarxist Bakuninin ideyalarını davam etdirən "elita"nın zərərli fəaliyyətini üzdəniraq "ideologiyasız cəmiyyət quruculuğunu" perspektivli, praqmatik təfəkkürü, yeni sosial münasibətləri, özünün mükəmməlliyi, konkret tarixi şarait üçün zəruriliyi ilə seçilən, xüsusilə də Azərbaycan üçün olduqca əhəmiyyətli olan azərbaycançılıq ideyası əvəzlədi, dövlətin ictimai-siyasi, sosial-mədəni inkişafının konseptual prinsipləri formalaşdırıldı.

A.Bayramov qeyd edir ki, Ulu Öndər Heydər Əliyev praqmatik düşüncəli dövlət xadimi, mahir siyasətçi və mükəmməl siyasi texnoloq kimi aydın dərk edirdi ki, Azərbaycanın siyasisosial sferalarda inkişafı yalnız iqtisadi yüksəlişdən, demokratik prinsiplərin bərqərar olmasından, ölkənin ərazi bütövlüyünün bərpasına qadir olan Heydər Əliyevin müasir Azərbaycan elitasının təşəkkülündə və formaşdırılmasında tətbiq etdiyi metodologiyanı şərh etmək üçün ilk növbədə yaranmış şəraiti nəzərdən keçirək. Elitologiya  prinsiplərinə  əsasən, 1991-1993-cü illər ərzində Azərbaycanda yeni, qabaqcıl və demokratik siyası elitanın zəruriliyi aşağıdakı amillərlə şərtləndirilirdi:

- Ermənistanın yürütdüyü işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının işğalı;

- qaçqın və məcburi köçkünlərdən ibarət sosial təbəqənin yaranması;

- iqtisadi infrastrukturun dağıdılması;

- dərinləşməkdə olan siyasi böhran;

- ölkə rəhbərliyinin fəaliyyətsizliyi;

- əhalinin əksər hissəsinin sosial-psixolojiiqtisadi aspektdən qeyri-bərabərliyi;

- onların natamam ictimai-siyasi fəallığı;

- vətəndaşların cəmiyyətin həyatında passiv iştirakı;

- dövlətin siyasətinə ictimai nəzarətin zəifliyi;

- milli dini zəmində qarşıdurmaların süni şəkildə qızışdırılması;

- xarici dövlətlərin arzuolunmaz geosiyasi maraqları;

- zərərli dini siyasi ideologiyaların ölkə ərazisinə nüfuz etdirilməsi.

SSRİ-nin ictimai-siyasi münasibətlər modelindən, hakim kommunist ideologiyasından miras qalmış belə bir şəraitdə Heydər Əliyev yuxarıda göstərilən problemlərin aradan qaldırılması üçün yeni tipli, ilk növbədə, cəmiyyət tərəfidən birmənalı şəkildə qəbul edilə biləcək yüksək hazırlıqlı gənc perspektivli intellektuallar qrupunun formalaşdırılması prosesini öz çiyinlərinə götürmüşdür.

Sovet İttifaqının antidemokratik fövqəldövlət kimi süqutundan, vahid dövlət ideologiyası olan kommunizm siyasətinin tam iflasından sonra müstəqillik əldə etmiş dövlətlərdə, o cümlədən Azərbaycanda ideoloji müstəvidə xaos, vakuum hökm sürürdü. Yaranmış boşluqdan əhalinin çaşqınlığından istifadə edən xarici dövlətlər öz geosiyasi mənafelərinin kobud müdaxilə yolu ilə ödənilməsi, respublikanın siyasi-iqtisadi təsir altına salınması üçün fəaliyyətə başladılar. Hədəf olaraq Azərbaycan əhalisi, xüsusilə gənclər götürülmüşdü. Xaricdən ixrac olunan siyasi baxışlar, qeyri-ənənəvi destruktiv dini hərəkətlərin ölkəyə nüfuz etdirilməsində məqsəd burada milli vətəndaş birliyini pozmaq, etnik, dini siyasi zəmində qarşıdurmalar yaratmaq, Azərbaycanı xarici köməkdən tam asılı vəziyyətə salmaq idi. Belə təhdidlərin əsas qurbanları kimi ölkənin gənc vətəndaşları nəzərdə tutulmuşdular.

Britaniyalı professor K.Uilyams istənilən halda demokratik cəmiyyət quruculuğu yolunu tutan, lakin daxili xarici amillər nəticəsində ciddi problemlərlə üzləşən dövlətlərdə gəncləri sosiumun risk qrupu adlandırır. Belə ki, problemlərin süni və kəskin şəkildə dərinləşdirilməsi, gəncliyin düzgün istiqamətləndirilməməsi sayəsində yarana biləcək qeyri-sabitlik və böhran permanent prosesə çevrilərək, risk amilini daha da genişləndirə və arzuolunmaz nəticələrə gətirib çıxara bilər.

Uzun illər boyu sovet xüsusi xidmət orqanlarında rəhbər vəzifələrdə çalışan, təbliğat, əks-təbliğat, sosial psixologiya sahəsində zəngin təcrübə toplayan Heydər Əliyev bu xaosun törədə biləcəyi sosial, iqtisadi və siyasi fəsadları uzaqgörənliklə hiss edirdi. Yaranmış mürəkkəb və böhranlı vəziyyətdə ilk növbədə gənclər siyasi və sosial-psixoloji cəhətdən kəskin problemlərlə üzləşirdilər. Həmin şəraiti A.Bayramov aşağıdakı kimi qruplaşdırmışdır:

- ideoloji baxımdan qeyd edildiyi kimi, xaricdən təlqin olunan zərərli ideologiyalardan, eyni zamanda xarici xüsusi xidmət orqanlarının sifarişləri ilə fəaliyyət göstərən destruktiv və totalitar dini təriqətlərdən əsas məqsəd keçmiş dövrün qeyri-müəyyənliklərini yaşayan gənclik arasında dövlətə, onun hakimiyyət strukturlarına qarşı inamsızlıq aşılamaq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə təslimçilik əhvali-ruhiyyəsi yaymaq, gənc nəsildə dövlətin və xalqın problemlərinə biganəlik yaratmaqdır;

- təhsil və elmi biliklərə yiyələnmə - SSRİ dağıldıqdan sonra uşaq və gənclərin təlim-tərbiyəsinə diqqətin azalması, sovet təhsil sisteminin prinsipcə çökməsi, iqtisadi və məişət problemləri üzündən məktəblilərin və tələbələrin təhsildən yayınması, psevdo-iqtisadi münasibətlər yarandıqca təhsilə marağın sönməsi və s. amillər gələcək nəslin intellektual səviyyəsini təhlükə qarşısında qoyurdu;

- mənəvi-əxlaqi dəyərlər - yad təhsil nəticəsində ölkə gəncləri arasında zorakılıq kultu, ''seksual azadlıq", ifrat kosmopolitizm, milli-mənəvi dəyərlərə hörmətsizlik  ideyalarının yayılması üçün külli miqdarda vəsait qoyulur, ideoloji cəhətdən zərərli filmlər, kitablar, qəzet və jurnallar, "azad Qərb cəmiyyətinin nümunəsi" kimi təqdim olunan vulqar, bayağı verilişlər televiziya kanallarına yol alırdı.

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2014.- 28 iyun.- S.15.