Azərbaycanın dünya birliyinə inteqrasiyası: mədəni-demoqrafiq faktor

 

 

Sovet sistemində mədəni fəaliyyətin idarə olunması mərkəzləşdirilmiş şəkildə - ittifaqrespublika miqyaslı nazirliklər, regionalrayon idarələri vasitəsi ilə həyata keçirilirdi. Mədəniyyətin idarə olunması ərazi-administrativ və funksional-təsisat prinsipi (Dövlət Nəşriyyat Komitəsi, Dövlət Kino Komitəsi, Dövlət Ədəbiyyat Komitəsi, Dövlət Sirk Komitəsi), həmçinin, bürokratik prinsiplər əsasında yaradılan yaradıcı təşkilatlar tərəfindən reallaşdırılırdı. Bütün bu mexanizm Sovet İttifaqı Kommunist Partiyasının müvafiq səviyyə və funksiya bölgüsü üzrə sərt ideolojikadr nəzarətində idi.

Müasir mərhələdə mədəniyyətin idarə olnumasında desentralizasiya prosesləri, yəni mərkəzləşdirilmənin ləğv edilməsi, mərkəzi hakimiyyətin funksiyalarının bir hissəsinin yerli özünüidarə orqanlarına verilməsi, mədəniyyətin müxtəlif istiqamətlərinin inkişafında rəqabət meyillərinin güclənməsi, idarəetmənin direktivadministrativ metodlardan alternativ metodlara keçid müşahidə olunmaqdadır.

"Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, hər bir cəmiyyətdə dövlət buya digər dərəcədə istər büdcə maliyyələşdirilməsi, istərsə də xüsusi qanunvericilikya sosial siyasət vasitəsilə mədəniyyət sferasını dəstəkləyir. Lakin plüralizasiya və demokratikləşmə prinsiplərinin həyata keçirilməsi dövlətin dəstək həcmini qaçılmaz sürətdə məhdudlaşdırır. Bu səbəbə görə, mədəniyyət getdikcə ictimai fəaliyyət və tənzimlənmənin digər sferaları ilə daha yaxın təmasda fəaliyyət göstərir. Göstərilən şəraitdə, mədəniyyət daha çox təsərrüfat, bazar münasibətlərinin müxtəlif formalarında, o cümlədən, mədəniyyət bazarı çərçivəsində təzahür tapır. Lakin mədəniyyətin xüsusi təminatı sferası təhsil və kütləvi kommnunikasiya vasitələridir. Onlar vasitəsilə yaradıcılıq tamaşaçı, istehlakçı və əhali kütləsinin ixtiyarına verilir.

Hər bir dövlətin mədəni inkişafına xidmət edən, mədəniyyəti idarə edən orqanlar, administrativ strukturlar mövcuddur. XX əsrin 60-70-ci illərində dünyanın bir çox ölkələrində mədəniyyət nazirlikləri yaradılmışdır. İlkin mərhələdə onların fəaliyyət istiqamətləri olduqca məhdud idi, Misal üçün, Hindistanda mədəniyyətin idarə olunması təhsil nazirliyi, informasiya və radioyayım, turizm, ictimai  işlər, yaşayış tikinti, kənd təsərrüfatı, ticarət və sənətkarlıq nazirlikləri tərəfindən həyata keçirilir. Bir çox hökümətlər tərəfindən geniş anlamda dərk olunan mədəniyyət - təhsil, kütləvi kommunikasiya, turizm, sosial xidmət, gənclərin tərbiyəsi kimi sahələri özündə ehtiva edir. Əlbəttə  ki, bu qədər müxtəlif və geniş sferalar müxtəlif idarələr tərəfindən idarə olunur. Buna görə də, onların fəaliyyətinin əlaqələndirilməsi üçün hökümət idarələri və ya parlament komissiyaları arasında əlaqələr üzrə komitələr  yaradılır. Mədəni həyatda dövlət idarəetmə orqanları ilə yanaşı, milli və beynəlxalq qeyri-hökümət təşkilatlarının özünəməxsus yeri vardır. Müxtəlif təmayüllü cəmiyyətlər, yazıçı və jurnalist təşkilatları, yaradıcı kollektivlər və assosiasiyalar, özəl nəşriyyatlar, kinostudiya və muzeylər və d. ölkənin mədəni sahəsinin fəaliyyətini təmin edən geniş şəbəkə yaradır.

Mədəni fəaliyyətin planlaşdırılması adətən sosial inkişafın ümumi planlaşdırılmasına daxil edilirya təhsil və kütləvi kommunikasiya vasitələrinin planlaşdırılması ilə birbaşa əlaqəli olur. Mədəni fəaliyyətin planlaşdırılması sahəsində ciddi maneə mədəni inkişafın əsaslandırılmamış göstəricilər və qeyri-dəqiq statistik məlumatlardır. Mədəni sahənin statistikası, bir qayda olaraq, kəmiyyət göstəriciləri ilə məhdudlaşır (kitabxana, muzey, qəzet və s. sayı). Burada əhalinin müxtəlif təbəqələrinin mədəni ehtiyacları və tələbləri, mədəni fəallığın müxtəlif növlərinin təhlili, mədəni məsrəflər və büdcə haqqında məlumat nəzərdə tutulmur.

Mədəniyyətin maliyyləşdirmə metodları müxtəlifdir. Mədəniyyətə və təhsilə sərf olunan xərclərin ümumi sayını müəyyən etmək olduqca çətindir. Yalnız inkişaf etmiş ölkələr rəsmi subsidiya olunan təhsilə, mədəniyyət mərkəzlərin yaradılmasına və sairə böyük xərclər çəkmək imkanındadırlar. Böyük gəlirlərdən məhrum olan ölkələr çox vaxt millixarici ictimai təşkilatların, digər ölkələrin mədəniyyət agentlikləri və missiyalarının maliyyə yardımına arxalanırlar. Bu gün Avropada mədəniyyətin maliyyələşdirmə məsələsinə müxtəlif yanaşmalar mövcuddur. Lakin yanaşma müxtəlifliyinə baxmayaraq, bütün Avropa ölkələrində mədəni inkişafın büdcədənkənar dəstəklənməsi aktualdır. Biznes, incəsənət və mədəniyyət üzrə Avropa Komissiyası, Fondların Avropa Mərkəzi, Avropa İttifaqı və Avropa İrsi Qrupunun aparıcı mütəxəssislərinin ümumi rəyinə görə, mədəniyyət sahəsinin sponsorluq məsələsi ayrı-ayrı ölkələrin qanunvericiliyi və ümumiyyətlə, ümumavropa səviyyəsində dəstəklənməlidir.

"Beynəlxalq mədəni əlaqələr" kitabında qeyd edilir ki, Avropanın inkişaf etmiş ölkələrindən biri olan Böyük Britaniyanın hakim dairələri həmin fikrə tərəfdardırlar. 2004-cü ilin məlumatlarına görə, Britaniya iqtisadiyyatının mədəniyyət sektorunda 500000 nəfər fəaliyyət göstərir ki, bu sahədən əldə olunan gəlir 1995-ci ildə 7,5 mlrd.funt-sterlinq təşkil etmişdir.

İngiltərədə mədəniyyətin özəl sektor tərəfindən maliyyələşirilməsi dövlət tərəfindən, xüsusilə, Mədəniyyət, İdman və KİV Departamenti tərəfindən ənənəvi olaraq dəstəklənir. XX əsrin 70-ci illərinin sonundan başlayaraq, İngiltərənin Art Counsil (İncəsənət Komitəsi) kimi bir neçə mədəniyyət institut maliyyə tədqiqatları üzrə bir çox proqram və layihələri həyata keçirmişdilər.

Böyük Britaniyada tətbiq olunan mədəniyyətin dəstəklənməsinə, mədəni layihələrin həyata keçirilməsinə yönəldilmiş Milli Lotereya xüsusilə qeyd edilməlidir. Milli Lotereyadan əldə olunan gəlir hər il 1 mlrd. funt sterlinq təşkil edərək mədəniyyətin və mədəni irsin inkişafına yönəldilir. 1993-cü ildə yaradılan milli lotereya özəldir. Loteryeanın operatorları Camelot, Group Pic adlı konsersiumlar gəlirlərin 78 % administrativ xərclərə və mükafatları, 28% isə mədəniyyətin, idmanın, xeyriyyə və digər sosial ehtiyacların ödənilməsi üçün nəzərdə tutulur. Maraqlısı odur ki, lotereya layihələri tamamilə maliyyələşdirmir. Məhz buna görə də, layihə menecerləri çatışmayan maliyyəni dövlətdən, yerli icra  komitələrindən və sponsorlardan əldə etməyə məcbur olurlar. Beləliklə, sivil ölkələrdə mədəniyyətin idarə olunmasının müxtəlif  modelləri tətbiq olunmaqdadır.  Bu gün mədəniyyətin idarəolunmasının  effektiv mexanizmilərinin işlənilməsi istər iqtisadi cəhətdən inkişaf etmiş, istərsə də tranzit iqdisayyatlı Üçüncü Dünya ölkələri üçün-həllini söyləyən aktual məsələdir.

Demoqrafiya (Demographu, yun. Demos xalq + Grapho) əhali haqqında elmdir. "Demoqrafiya" terminini ilk dəfə fransız alimi A.Qiyar (1885-ci ildə) işlətmişdir. Demoqrafiya ictimai  elm olaraq əhalinin strukturu, yerləşməsi, yerini dəyişməsi və dianamikasında baş verən sosial, iqtisadi, mədəni, həmçinin, biolojı və coğrafi amil, səbəb və şərtlər əsasında hadisələrin və proseslərin qanunauyğunluqlarını tədqiq edir. Demoqrafiya əhali nəzəriyyəsini, əhali siyasətini işləyib hazırlayır - ölkə, şəhər, vilayət, region və bütünlükdə, Yer kürəsi əhalisinin dəyişməsi perspektivini verir, proqnozlar verir.

Son illərdə mədəni və demoqrafik faktorların təhlilinə (Cul-ture and demography faktors analysis) böyük diqqət verilir. Bu sahədə aparılan tədqiqatlar əhalinin, istər bütövlükdə, istərsə də ayrı-ayrı mədəni istehlak proseslərini, zövq və həyat tərzi strukturunu müəyyən edir. Mədəni demoqrafiya sahəsində aparılan tədqiqatların əsas məqsədi ənənəvi mənəvi tələbatların yeni mədəni maraqehtiyaclarla əvəz olunması, bu dəyişikliklərin mədəni sahənin istehsal strukturuna təsir dərəcəsinin öyrənilməsi və proqnozların hazırlanmasıdır.

"Mədəniyyət" anlayışı geniş anlamda insan fəaliyyətinin bütün sahələrini və növlərini əhatə edir - maddi, mənəvi, normativ, idraki mədəniyyət. İnsan tərəfindən yaradılmış cəmiyyətin mədəni sferası onu heyvan aləmindon fərqləndirərək materiyanın inkişafının sosial formasının spesifik atributuna çevrildi. Eyni zamanda da, cəmiyyət bioloji növ kimi biosferanın fəaliyyət qanunauyğunluqlarına tabedir ki, onların pozulması qlobal ekoloji böhranla nəticələnə bilər. Bu növ dissonanslar içərisində birinci yeri planetin bir regionunda dayanmadan əhalinin sayının kəskin sürətdə artması və tam əksinə, digər yerlərdə isə əhali sayının kəskin sürətdə düşməsidir (depopulyasiya).

Əhali sayının tənzim edilməsi və idarə olunması problemi mədəniyyətin maddi-mənəvi və dəyər-normativ sferaları ilə yanaşı aktuallıq kəsb edir. Bu problemin həllində əhali sayının təbii yollarla tənzimlənməsi üsulu effektiv deyildir. Burada insan fəaliyyətinin ayrı-ayrı sahələrindən götürülən tədbirlər arsenalı köməklik göstərə bilər ki, bu da elmi ədabiyyatda "demoqrafik mədəniyyət" termini ilə qeyd olunur.

Əhalinin demoqrafik tarazlıq göstəricisi (doğumölüm səviyyələrinin eyni balansı) cəmiyyətin demoqrafik durmunun stabilliyini müəyyən edir. Demoqrafik keçid (əhali artımının bir tipindən digərinə keçid) nəzəriyyəsinin yaranması XX əsrin əvvəllərinə təsadüf olunur. Fransız alimi, deroqraf A.Landri (1874-1956) əhali artımı hadisəsinin sosial-iqtisadi şəraitdən asılı olduğunu nəzəri cəhətdən əsaslandıraraq 1934-cü ildə monoqrafiyalarının birində "demoqrafik inqilab" nəzəriyyəsinin əsasını qoymuşdur. Bir qədər sonra, 1945-ci ildə Amerika demoqrafı F.Noutstaynın təklifi ilə həmin nəzəriyyə "demoqrafik keçid" adlandırılaraq, əhalinin artım tiplərinin bir -birini əvəz etməsi səbəblərini açıqlayırdı.

Demoqrafik inqilab haqqında ilk ideya müəlliflərindən biri də Jenevrə və Varşava universitetlərinin hüquq üzrə dosenti polyak alimi Leon Rabinoviç idi. O, 1929-cu ildə Parisdə nəşr etdirdiyi "Fransada əhali problemi" adlı kitabında K.Marks, F.Engels, Q.V.Plexanov, A.BebelK.Kautsikinin tarixi materializm metodlarına əslanaraq demoqrafik inqilab  proseslərinin izahını verməyə təşəbbüs göstərmişdir. A.Landri hesab edirdi ki, demoqrafik inqilab, yəni əhali sayının artması və ya əksinə aşağı enməsi cəmiyyətin sosial-iqtisadi amillərdən və həyat tərzindən asılı olmayan hadisədir. L.Rabinoviç isə, tam əksinə olaraq, demoqrafik inqilab prosesinin dörd fazasını fərqləndirir: 1. İndustrializasiya və sənayə inqilabı nəticəsində əhali sayının doğum səviyyəsinin aşağı enməsi nəticəsində azalması. 2. Əhalinin yerləşdirilmə sisteminin dəyişdirilməsi. 3. Əhalinin sənaye mərkəzlərində cəmlənməsi. 4. Urbanizasiya proseslərinin təsiri nəticəsində həyat tərzinin yeni reproduktiv formalarının yaranması.

"Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, XX əsrin ikinci yarısında demoqrafik inqilab nəzəriyyəsinin inkişaf etdirilməsində dünyanın müxtəlif ölklərinin demoqrafları yaxından iştirak etmişlər. Belə ki, bu günün özündə belə demoqrafik proseslərin izahını verən nəzəriyyələrin metodoloji əsasları, başqa sözlə, demoqrafik proseslərin mexanizmlərini, nəticələrini və universallıq dərəcəsini izah edən ideyalar müxtəlifdir. Müasir dövrdə demoqrafiya elmində A.Landri, F.Noutstayn, J. Burja-Pişa, D.KauqillS.Enkenin inkişaf etdirdikləri demoqrafik keçidin iqtisadi rasionalizm konsepsiyası aparıcı nəzəriyyədir. Bu konsepsiyada, industrial cəmiyyətdə müasir ailələrdə "şüurlu səviyyədə" uşaq planlaşdırılması ənənəvi aqrar cəmiyyətlərin patriarxal ailələrdə reproduktiv davranışın "irrasionallığı" ilə müqayisəli tədqiq olunur.

Əhali artımının iqtisadi rasionallıq ideyası BMT-nin və digər beynəlxalq institutların demoqrafik konsepsiyalarında dünyanın müxtəlif ölkələri və regionları üçün nəzərdə tutulmuş demoqrafik siyasətin nəzəri əsaslarının işlənilməsində tətbiq olunur. Lakin demoqrafiya elminə əhali artımının iqtisadi rasionallıq ideyasının nəzəri əsaslarının real həyat ilə uzlaşmaması hadisələri də məlumdur. Demoqrafik keçid haqqında digər nəzəriyyəyə görə doğumların evolyusiyası müəyyən nisbətdə ölüm dinamikasından asılı deyildir. Belə ki, hər iki komponent sosial-iqtisadi şəraitdən asılı olsa da, onların determinasiya mexanizmləri müxtəlifdir.

Demoqrafik keçid nəzəriyyəsi sahəsində aparıcı mütəxəssis avstraliyalı demoqraf Dj.Kolduell 1976-78-ci illərdə demoqrafik keçid proseslərini bu tezislər üzərində inkişaf etdirmişdir:

1. Bütün cəmiyyətlərdə doğum tipi iqtisadi cəhətdən rasionaldır, ailə tipi və ailənin iqtisadi münasibətlərin təbiəti ilə müəyyən olunur.

2. Aqrar iqtisadiyyat yaxın qohumlardan ibarət və vahid iqtisadi fəaliyyət və ümumi vəzifələrlə bir-birlərinə bağlı olan böyük ailə üzərində qurulur. Bu tip ailələrdə "Tanrının xeyir-duası" uşaqlardan- böyüklərə ünvanlanır ki, bu da doğumun maksimallaşdırılmasını şərtləndinr.

3. İndustrial iqtisadiyyat ailənin əsas iqtisadi özülü funksiyasından azad edir. Ailə nuklear xarakter alır və "Tanrının xeyir-duası" valideynlər vasitəsi ilə uşaqlara ünvanlanır ki, ailədə ikinci və digər uşaqların doğulması iqtisadi cəhətdən məqsədəuyğun hesab olunmur.

4. Bununla yanaşı ənənəvi ailə, ona məxsus olan doğum tipi ilə ictimai  istehsalın industrial  təşkilatlanmasına adaptasiya olunur.

5. Beləliklə, demoqrafiq keçid qeyri-universal proses olaraq, Şərqin inkişaf edən ölkələrini əhatə edir. Bu da Qərb ölkələrində formalaşmış həyat tərzinin və dünyagörüşün, sosial təşkilatlanmanın idxalı nəticnsidir. Lakin göstərilən proses cəmiyyətin industrial transformasiyası çərçivəsində mümkündür.

Demoqrafik inkişafın rasional konsepsiyaların qeyri-dəqiqliyi bir sıra tədqiqatçıların neomaltuzianlıq cərəyanına müraciət etməsini şərtləndirir. XX  əsrin 50-ci illərində inkişaf edən ölkələrdə əhali artımının problemlərini öyrənən neomaltuzianlığın müxtəlif cərəyanları meydana gəldi. Bu cərəyanların nümayəndələri hesab edirdilər ki, əhali sayının kortəbii artımı aclıq, qlobal ekoloji böhran, inkişaf edən ölkələrin iqtisadi geriliyi ilə bağlıdır. Onlar iqtisadi geriliyi aradan qaldırmaq məqsədilə "əhalinin artımı" konsepsiyasını irəli sürmüşdülər. (D.Bouq, A.Konlb.)

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2014.- 12 mart.- S.15.