SABUNÇU RAYONUNUN SOSİAL-İQTİSADİ İNKİŞAFI: REAL VƏZİYYƏT VƏ PERSPEKTİVLƏR

 

 

Azərbaycan sürətlə və böyük addımlarla inkişaf edir, regiondadünya dövlətləri sırasında önəmli yerini möhməkləndirir. Söz yox ki, bütün bu kimi əhəmiyyətli reallıqların təməlində Ulu Öndər Heydər Əliyev siyasəti və bu gün həmin siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev faktoru dayanıb. Belə ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev hakimiyyətə gəldiyi zaman Azərbaycanın hansı ağır vəziyyətdə olduğunu xatırlamaq yetər ki, həmin zamanlarla indiki müasir dövrü müqayisə edəsən. Ölkədə siyasi-iqtisadi sabitliyin pozulması, regionların, eləcə də Bakı və Bakıətrafı rayonların, kənd və qəsəbələrin bütün sahələr üzrə çətin, çıxılmaz vəziyyətdə qalması, işsizlik, eləcə də digər bu kimi amillər bütövlükdə Azərbaycanın mövcudluğunu böyük sual altında qoymuşdu. Məhz Dahi Şəxsiyyət Heydər Əliyevin dərhal əməli işə keçərək Azərbaycanın xilasında oynadığı önəmli rol ölkəmizi və xalqımızı gözlənilən fəlakətlərdən qoruyub-saxlamağa müvəffəq oldu.

Təbii ki, həmin zamanlarda Sabunçu rayonu da digər rayonlar kimi öz ağır tənəzzül dövrünü yaşayırdı. Hansı ki, bu rayon digər rayonlarla müqayisədə iqtisadiyyatı, sənayesi, kənd təsərrüfatı və başqa özünəməxsuzluğu, fərqləri ilə seçilib. Ulu Öndər Heydər Əliyevin ölkənin iqtisadiyyatını, sənayesini, eləcə də digər sahələrini inkişaf etdirməsi nəticəsində Sabunçu rayonu da bu kimi uğurlu nəticələrə doğru tərəqqi yolunu tutmağa başladı.

Beləliklə, Ulu Öndər Heydər Əliyev siyasətinin uğurlu davamı olaraq, Prezident İlham Əliyevin atdığı məqsədyönlü addımları nəticəsində, həmçinin,  Bakı və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramlarında qarşıya qoyulan vəzifələrin icrası sayəsində rayonun əksər infrastrukturu yenilənmiş, yeri kimi sosial problemin həllində ciddi tədbirlər görülmüş, əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə normal təchizatı üçün layihələr həyata keçirilmişdir. Bir sözlə, Sabunçu bu gün paytaxtın bütün sahələr üzrə dinamik inkişaf edən rayonuna çevrilib.

Xüsusilə qeyd etmək olar ki, təkcə ötən ilin sosial-iqtisadi yekunları Sabunçu rayonunun inkişafını şərtləndirən amilləri kifayət qədər ehtiva edir. Əgər bu uğurları rəqəmlərlə müqayisə etsək, Sabunçu rayonunda əldə edilmiş nailiyyətlərin şahidi olarıq. Belə ki, 2013-cü ildə rayon müəssisələri tərəfindən istehsal edilmiş sənaye məhsullarının, yerinə yetirilmiş işlərin ümumi həcmi 396,5 milyon manat təşkil etmişdir ki, bu da əvvəlki ildəkindən 80,3 milyon manatya 25,4 faiz çoxdur. Ötən il əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2,1 dəfə artaraq 475,6 milyon, əsas kapitala yönəldilən investisiyaların həcmi 304,7 milyon, pərakəndə əmtəə dövriyyəsinin  həcmi 610,6 milyon manata çatmışdır. 2013-cü ildə rayon üzrə bir işçiyə düşən orta aylıq əməkhaqqı əvvəlki illərlə müqayisədə 6,7 faiz artaraq 432, sənaye sahəsində çalışanların əməkhaqqı isə 7,8 faiz çoxalaraq 560,4 manat olmuşdur. Eyni zamanda, hesabat ili ərzində rayonda 2400-ə yaxın yeni yeri açılıb ki, onların da əksəriyyəti daimi yeridir. Hazırda isə rayonun idarə və müəssisələrində çalışanların ümumi sayı 30 min 350 nəfərdən artıqdır.

Bakının digər rayonları ilə yanaşı, Sabunçuda da Prezident İlham Əliyevin 4 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş "2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası başa çatmışdır. Sözügedən Dövlət Proqramı çərçivəsində Sabunçu rayonu ərazisində çox mühüm iqtisadisosial əhəmiyyətə malik obyektlər tikilmiş, yollar salınmış, əhalinin elektrik enerjisi, qaz, suistilik təchizatının yaxşılaşdırılması, yeni kanalizasiya sistemlərinin qurulması, ekoloji layihələrin həyata keçirilməsi, mənzil fondunun təmir-bərpası, yaşayış məntəqələrinin, küçə və meydanların, istirahət guşələrinin abadlaşdırılması üzrə böyük işlər görülmüşdür. Həmin işlər sırasında 3 min şagirdlik məktəb, 5 tədris korpusu, uşaq bağçası və səhiyyə müssisəsi tikilib, eləcə də 18 orta və 3 peşə məktəbində, 12 uşaq bağçasında, 3 səhiyyə ocağında əsaslı təmir işləri aparılıb. Bütün bunlarla yanaşı, Bilgəh müharibə və əmək əlilləri üçün pansionatın əsaslı təmiri başa çatdırılmışdır. Hazırda isə yetkinlik yaşına çatmayanlar üçün 50 yerlik ixtisaslaşdırılmış reabilitasiya mərkəzinin, uşaq bağçasının, muğam və gənclər  evlərinin tikintisi aparılır.

Qeyd olunan uğurlarla yanaşı, rayonda mərkəzi dövlət orqanlarının və təşkilatların planlarına əsasən də bir sıra sosial əhəmiyyətli obyektlər və inzibati binalar inşa olunub. 2013-cü il dekabr ayının 14-də  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Ramana qəsəbəsindəki 200 yerlik Peşə Reabilitasiya Mərkəzi yenidənqurma və əsaslı təmirdən sonra dövlət başçısının iştirakı ilə istifadəyə verilib. Həmçinin, Heydər Əliyev Fondu tərəfindən Pirşağı qəsəbəsində 112 nömrəli məktəbin köhnə binası sökülərək yerində yeni layihə əsasında müasir məktəb binası tikilib. Bu məktəbin açılışında ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva da iştirak edib. Onu da qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən Pirşağı qəsəbəsindəki 226 nömrəli uşaq bağçası üçün üçmərtəbəli yeni bina inşa olunuronun tikintisi başa çatmaq üzrədir.

Görülən işlər çərçivəsində əhalinin sənədləşdirmə işlərinin, eləcə də digər bu kimi məsələlərin tez həll olunması, həmçinin, korrupsiya və rüşvətxorluğun aradan qaldırılması istiqamətində önəmli rol oynayan "ASAN xidmət" artıq Sabunçu rayonunda da fəaliyyət göstərəcək. Belə ki, xidmətin yeni inşa edilmiş möhtəşəm görünüşlü binası tam fəaliyyətə hazırdır.

Sabunçu rayonunda yol infrastrukturunun inkişafı da sürətlə davam etdirilir. Qeyd edək ki, Prezident İlham Əliyev Cənablarının 18 iyun 2013-cü il tarixli Sərəncamına əsasən, Sabunçu rayonunun Zabrat, NardaranMaştağa qəsəbələrindəki avtomobil yollarının tikintisi və yenidən qurulması üçün rayon icra hakimiyyətinə 2 milyon manat vəsait ayrılmışdır. Həmin vəsait hesabına RİH-in sifarişi ilə Zabrat qəsəbəsində 14 küçədə 106 min, Nardaranda 13,5 min, Maştağada 17,5 min kvadratmetr yol tikintisiasfalt örtüklərinin vurulması başa çatmışdır. Eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Maştağa qəsəbəsinin bir sıra küçələrində 65 min kvadratmetrə yaxın yolda təmir işləri aparılmışdır. Ümumiyyətlə, bu və digər mənbələr hesabına rayonun qəsəbədaxili yollarına il ərzində 380 min kvadratmetrdən çox asfalt döşənmiş, ətraf sahələr abadlaşdırılmışdır. Bundan başqa, dəmir yolu vağzalı ətrafında ötən əsrin 80-90-cı illərində plansız inşa edilmiş onlarca ticarət, ictimai iaşə və obyekt sahiblərinə kompensasiya ödənilərək orada müasir tələblərə cavab verən yeni ticarət mərkəzinin tikintisi üçün hazırlıq işlərinə başlanmışdır. Bakıxanov qəsəbəsinin bir sıra küçələrində aparılan yenidənqurma və abadlıq işləri ilə bağlı tikinti norma və qaydalarına cavab verməyən çoxsaylı obyekt, eyvan, hasar, qaraj və çəpərlər sökülmüş, xüsusi layihələr əsasında yaşayış binalarının fasadları aqlayla üzlənmiş, bir çox qapı və pəncərələr dəyişdirilmiş, yastı dam örtükləri çardaqlı metal örtüklərlə əvəzlənmişdir. Artıq bu binaların 28-də üzlənmə, 24-də dam örtüyünün qurulması işləri yekunlaşmışdır. 10-da isə işlər tamamlanmaq üzrədir. Əlbəttə ki, qurulan və təmir olunan yollarla yanaşı, rayonun kənd və qəsəbədaxili yolları da asfalt örtüyü ilə döşənmiş, sakinlərin gediş-gəlişi üçün münbit şərait yaradılmışdır. 

Sabunçu rayonunda ekoloji təmizliyin təmin olunması istiqamətində də mühüm işlər aparılır. Təbii ki, aparılan işlər həm Bakının, həm də əhalinin sağlamlığının qorunması prinsipini əsas tutur. Rayonun köhnə neft-mədən ərazilərində rekultivasiya işləri aparılır ki, bu da çirkli gölməçələrin, çirkab suların qurudulması ilə nəticələnir. Qeyd olunanlarla yanaşı, ekoloji mühitin mühafizəsi istiqamətində Yeni RamanaSabunçu qəsəbələri arasında köhnə yod zavodunun tikililəri sökülərək oradakı zərərli tullantılar təmizlənmiş, 6,5 hektar sahədə Fövqəladə Hallar Nazirliyi tərəfindən yeni park salınmışdır.

Sabunçu rayonunda təhsil sahəsində də məqsədyönlü işlər aparılmış, bu işlərin uğurlu nəticələri öz təsdiqini tapmışdır. Təbii ki, bu da məktəblərin, təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması nəticəsində olmuşdur. Ötən 2012-2013-cü tədris ilində rayon üzrə ümumtəhsil məktəblərini bitirən 2298 nəfər məzundan 1043 nəfəri ali məktəblərə daxil olmuşdur ki, bu da əvvəlki tədris ilindən çoxdur. Ali məktəblərə qəbul olunanların 61 nəfəri 600-dən, 210 nəfəri isə 500-dən yuxarı bal toplamışdır.

Ölkə başçısının tapşırığına əsasən, vətəndaşların problemlərinin həlli istiqamətində RİH tərəfindən də mütəşəkkil işlər aparılmaqdadır. Sabunçu rayon icra hakimiyyəti rayon ərazisində yaşayan sakinlərin problemlərinin həlli istiqamətində müntəzəm işlərini aparmış, vətəndaşların hüquq və mənafelərinin müdafiəsini təmin etmək, onların rifahını yaxşılaşdırmaq naminə iqtisadiyyatın və sosial sahələrin hərtərəfli inkişafına nail olmuşdur. RİH-in statistik rəqəmlərinə istinadən qeyd edə bilərik ki, il ərzində rayon icra hakimiyyətinə 5395 ərizə, 2533 məktub daxil olmuşdur. RİH başçısı tərəfindən icra hakimiyyətində 181 nəfər qəbul edilmiş, keçirilən 43 səyyar görüşlərdə 10500-ə yaxın sakin iştirak etmiş, həmin görüşlərdə 241 məsələ qaldırılmışdır. Bütün hallarda vətəndaşların müraciət və ərizələrinə yerində baxılaraq müvafiq tədbirlər görülmüş, ərizəçilərə yazılı və şifahi məlumatlar verilmişdir. Ümumiyyətlə, rayon icra hakimiyyəti qarşısında qaldırılan məsələlərin 222-si öz həllini tapmışdır. Eyni zamanda ötən il edilmiş müraciətlər əsasında vətəndaşlara həm RİH, həm də qəsəbə nümayəndəlikləri və bələdiyyələr tərəfindən maddi yardımlar olunmuş, ehtiyacı olanların evlərinin təmiri və bir sıra avadanlıqların alınması üçün 255 min manatdan çox maddi yardım göstərilmişdir. Eləcə də, təkcə 2013-2014-cü tədris ilinin başlanması ilə bağlı şəhid, köçkün və digər aztəminatlı ailələrin uşaqlarına 100 dəst məktəbli forması paylanmışdır.

Beləliklə, bir daha qənaətə gəlmək mümkündür ki, Sabunçu rayonunda qarşıya qoyulmuş vəzifələrin reallaşdırılması istiqamətində görülən işlər uğurla başa çatdırılmış, qarşıdakı dövrdə bu uğurların davam etdiriləcəyi isə heç kimdə şübhə doğurmur. Bu uğurların təməlində isə, ilk növbədə Prezident İlham Əliyev Cənabları tərəfindən ölkədə yürüdülən uğurlu, mütərəqqi, qətiyyətli və uzaqgörən siyasət faktoru dayanır.

 

RƏFİQƏ HÜSEYNOVA,

"Səs" qəzetinin informasiya şöbəsinin müdiri

Səs.- 2014.- 12 mart.- S.12.