Prezident İlham Əliyevin yürütdüyü daxilixarici siyasət nəticəsində Azərbaycan dünyanın əsas dinlərarası və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib

 

 

Əli Həsənov: "Azərbaycan dövləti müxtəlif dini təriqətlərin, missioner təşkilatların antimilli fəaliyyətinə qarşı qəti, barışmaz mövqedədir"

 

Bu gün istər region ölkələri arasında, istərsə də, beynəlxalq aləmdə Azərbaycan bir çox özünəməxsus və uğurlu fərqlilikləri ilə seçilməkdədir. Bu fərqliliklərdən biridini dözümlülüyün, tolerantlığın Azərbaycanda formalaşması, xalqların, millətlərin öz dini etiqadlarında sərbəst, azad olması faktorudur. Belə ki, ölkəmizdə bu ənənə tarixən, əsrlərlə mövcud olub, bu günyaşamaqda, yaşadılmaqdadır. Bu baxımdan, Azərbaycan heç vaxt dini zəmində qarşıdurmalar mərkəzinə, dini ayrıseçkilik məkanına çevrilməyib.

Müasir dövrümüzdə müstəqil Azərbaycandakı dövlət quruluşunda din dövlətdən ayrı olsa da dövlətin bu istiqamətdə gördüyü işlər dünya tərəfindən təqdirəlayiq hal kimi dəyərləndirilir. Daha dəqiq desək, ölkəmizdə əsas olaraq islam dini çoxluq təşkil etsə də digər dinlərin, konfessiyaların nümayəndələri öz dini etiqadlarını azadproblemsiz şəkildə icra edirlər. Bu gün dövlət inanclı insanlar üçün məscidlər, kilsələr, sinaqoqlar tikir, təmirə ehtiyac olan dini məbədləri, tarixi əhəmiyyətli binaları təməlli şəkildə təmir edərək insanların istifadəsinə verir, ölkədə qeyri-ənənəvi dinlər belə, dövlət qeydiyyatından keçir. Məhz bu kimi önəmli və müdrik siyasətin aparılması nəticəsində dünya ölkələri Azərbaycandakı dini tolerantlığı özlərinə nümunə kimi götürürlər.

Lakin o da sirr deyil ki, belə bir mütərəqqi mühitdə Azərbaycanda müxtəlif maraqlarını təmin etməyə cəhd edən qaranlıq dairələr din pərdəsi altında məkrli planlarını reallaşdırmağa səy göstərirlər. Amma dövlətçiliyə bağlı olan çoxmilyonlu xalq ordusu, ölkədə yaşayan müxtəlif inanclı insanlar belə addımların qarşısını almaq üçün hər zaman dövlətin yanında olur, dövlətin siyasətini dəstəkləyirlər.  Bubu kimi əhəmiyyətli amilləri ehtiva edən önəmli hadisələrdən  biri kimi, ötən həftə Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən "Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media" konfransını göstərmək mümkündür.

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov sözügedən konfransdakı çıxışında bu istiqamətdəki önəmli məsələlərə toxunaraq bildirib ki, media rəhbərləri peşəkardırlar və vəziyyətdən çıxış yolları barədə aydın təsəvvürə malikdirlər. Eyni zamanda, Azərbaycanda dini tolerantlıq mühitinin qorunub saxlanmasında Qafqaz Müsəlmanları İdarəsinin xüsusi rolu mövcuddur: "Hesab edirəm ki, Azərbaycanda dini tolerantlıq mühitinin qorunub saxlanması və möhkəmlənməsində ən çox maraqlı olanbu istiqamətdə əməli fəaliyyət göstərənlər Azərbaycan hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsidir. Hörmətli Şeyxülislam Hacı Allahşükür Paşazadənin fəaliyyəti  ölkəmizdə dini tolerantlıq mühitinin qorunmasında ən dəyərli nümunədir. Əgər Azərbaycandakı dövlət-din münasibətləri modeli uğur qazanıbsa, bu modeli nəyə görə dəyişməliyik?"

Əli Həsənov eyni zamanda vurğulayıb ki, Qafqaz Müsəlmanları İdarəsi öz fəaliyyətini Azərbaycanda mövcud olan balansı və modeli gözləyərək həyata keçirir: "Eyni zamanda, idarə müvafiq maarifçilik işləri aparır, müzakirələr təşkil edir, kurslar yaradır. Azərbaycanın dini modeli, onun tarixi, Azərbaycan dövlətinin bu sahədə yürütdüyü siyasət təbliğ olunur. Buna görə də Azərbaycan dövləti Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətini dəstəkləyir. Düşünürük ki, idarənin gördüyü işlər yaxın vaxtlarda daha səmərəli nəticə verəcək".

 

"Dövlətin vəzifəsi həm də budur ki, cəmiyyətin çaşmasına, yanlış iddiaların ictimai rəyə ayaq açmasına imkan verməsin"

 

Lakin bütün bunlarla yanaşı, bütün dövlət qurumlarının fəallaşmalı olduğunu da deyən PA rəsmisi bu ətrafda təhlillərin aparılması zəruliliyini də vurğulayıb: "Dövlət qurumları cəmiyyətdən gələn siqnallara daha həssas olmalı, nəinki onlarla debata girməlidir. Dövlət orqanları siqnalları toplamalı, pozitiv və zərərli meyilləri müəyyənləşdirməli, onları təhlil etməli, ümumiləşdirməli və müvafiq qənaətə gələrək əməli tədbirlər görməlidir. Bu işdə həm də mətbuat, ictimai təşkilatlar, fəal vətəndaşlar və intellektual elita dövlətin resursları kimi çıxış edirlər. Onların imkanlarından istifadə etdikdə, dövlət daha müvəffəqiyyətlə siyasət yürüdə bilir. Eyni zamanda, mətbuatda əks olunmuş yanlış iddialar da təkzib olunmalıdır. Dövlətin vəzifəsi həm də budur ki, cəmiyyətin çaşmasına, yanlış iddiaların ictimai rəyə ayaq açmasına imkan verməsin. Hesab edirəm ki, biz bugünkü tədbirdə səslənən dəyərli çıxışları nəzərə alacağıq və ümumiləşdirəcəyik".

Əli Həsənov qeyd edib ki, bəzi mətbuat orqanları Prezident Administrasiyasında guya qarşıdurma baş verdiyini, bu səbəbdən də müəyyən qruplaşmaların fəaliyyət göstərdiyini iddia edirlər. Eyni zamanda dövlət qulluğunda çalışan insanlar da öz məsuliyyətlərini dərk etməlidi, dövlət başçısının qarşıya qoyduğu vəzifələri məsuliyyətlə icra etməlidirlər: "Bu, əsla belə deyil. Cəmiyyətdən müəyyən siqnallar gələ bilər. Biz də, digər strukturlar da bunu araşdırmalıyıq. Dövlət strukturunda çalışan hər bir məmur öz fəaliyyətini "Dövlət qulluğu haqqında" qanuna və işlədiyi orqanın əsasnaməsinə uyğun qurmalıdır. Biz məmur olaraq Prezident Administrasiyasında yalnız Cənab Prezidentin qoyduğu vəzifələri icra etmək üçün çalışırıq. Əgər dövlət qulluğunda ola-ola, vəzifə tutarkən siyasətə, yaxud buya digər cərəyana qoşuluruqsa, məmurluqdan çıxırıq. Qarşıdurma meyilləri yaratmaq və onları qızışdırmaq istəyən qüvvələr ola bilər. Bəzi siqnalların içərisində həqiqət də ola bilər. Çünki Azərbaycan insanının hamısının təfəkkürü, düşüncəsi, buya digər məsələlərə yanaşma meyarları eyni deyil. Buna görə də, dövlət qulluqçuları, məmurlar öz vəzifə səlahiyyətlərini qanunun tələblərinə uyğun həyata keçirməli, məsuliyyətli olmalıdırlar".

 

"Proseslər dövlətin qanunlarına, dünyəvi idarəçilik sisteminə, cəmiyyətin hüquqiictimai normalarına müdaxilə və təzyiq yolu ilə deyil,  qanun çərçivəsində baş verməlidir"

 

Əli Həsənov din-dövlət münasibətlərinin aktuallığı ətrafında da bir sıra önəmli məsələləri önə çəkərək qeyd edib ki, dünya tarixinin bütün mərhələlərində, o cümlədən qloballaşmanın vüsət aldığı müasir dövrdə dinmissionerlik amilinin etno-siyasi proseslərdə, cəmiyyət həyatında rolu, ictimai münasibətlərin formalaşmasına təsiri məsələsi daim geniş müzakirə mövzusu olmuşöz aktuallığı ilə seçilmişdir. Belə ki, dünyanın müxtəlif bölgələrində dinimilli zəmində baş verən qarşıdurma və münaqişələr, dini konfessiyaların, təriqətlərin, institutların cəmiyyətlərin siyasi həyatına, ayrı-ayrı dövlətlərin idarəçilik sisteminə təsir göstərmək cəhdləri bu gün də din-dövlət münasibətlərini gündəmdə saxlayır və ictimai müzakirəsini aktuallaşdırır.

Din-dövlət münasibətlərinin hüquqi əsasları barəsində də fikirlərini bildirən PA rəsmisi deyib ki, Azərbaycan Respublikasında din-dövlət münasibətləri Konstitusiyaya, müvafiq qanunlara və ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalara  əsasən tənzimlənir. Belə ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi və unitar respublikadır: "Ölkədə din dövlətdən ayrıdır, dövlətin hüquq, idarəçilik, təhsil, ictimai münasibətlər, qulluqs. sistemləri dünyəvi xarakter daşıyır. Eyni zamanda, dini etiqad azaddır, hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaqs. hüququ vardır. Qanunun tələbinə görə, bütün bu proseslər dövlətin qanunlarına, dünyəvi idarəçilik sisteminə, cəmiyyətin hüquqiictimai normalarına müdaxilə və təzyiq yolu ilə deyil,  qanun çərçivəsində baş verməlidir".

"Azərbaycan Respublikasında öz fəaliyyətini mövcud qanunvericilik çərçivəsində quran, xalqımızın milli-mənəvi dəyərlərinə və dini hisslərinə hörmətlə yanaşan bütün dini təşkilatlar və icmalar üçün lazımi şərait yaradılır, onların təşəbbüsləri, rəy və təklifləri nəzərə alınır"-deyə vurğulayan Əli Həsənov həmçinin qeyd edib ki,  hökumət, hətta onun öhdəliyinə daxil olmasa belə, bu sahədə mövcud qanunlar çərçivəsində dini etiqad və ayinlərlə bağlı öz vətəndaşlarının  fəaliyyətinə zəruri şərait yaradır, dövlət vəsaiti hesabına məscidlər, kilsələr, sinaqoqlars. ibadət ocaqları tikilir, köhnələri bərpa və təmir olunur və dindarların istifadəsinə verilir. Onun dediyinə görə, dövlət başçısının sərəncamı ilə dini icmalara birbaşa vəsait ayrılır, onların buya digər tədbirləri maliyyələşdirilir.

 

"Fərqli dinlərin və mədəniyyətlərin daşıyıcısı olan insanlar arasında dialoq və qarşılıqlı anlaşmanın bərqərar edilməsi və s. aktual problemlər geniş müzakirə olunur"

 

"Ulu Öndər Heydər Əliyev tərəfindən bu uğurlu dövlət siyasəti  Onun layiqli davamçısı, ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən davam etdirilməkdədir"-deyə vurğulayan Əli Həsənov onu da qeyd edib ki,  təməli Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlətinin din siyasəti demokratik vətəndaş cəmiyyəti kursuna, həmçinin dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır. Məsələ həm də ondadır ki, müasir dünya cəmiyyətlərinin ən mütərəqqi dəyərlərindən biri hesab olunan dini tolerantlıq mühiti Azərbaycan cəmiyyətinin nümunəvi birgəyaşayış normasına çevrilmişdir: "Azərbaycanda  heç vaxt dini zəmində ayrı-seçkilik və vətəndaş qarşıdurması baş verməmiş, bu sahədə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi münasibətlər mövcud olmuşdur. Son illər Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin yürütdüyü daxilixarici siyasət nəticəsində Bakı şəhəri regionun və dünyanın əsas dinlərarası və mədəniyyətlərarası dialoq mərkəzlərindən biri kimi tanınmağa başlamışdır. Ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq tədbirlərdə dünyada millidini tolerantlığın gücləndirilməsi, multikulturalist dəyərlərin təbliği, dini zəmində ekstremizmə və ayrı-seçkiliyə qarşı birgə mübarizə yollarının araşdırılması, fərqli dinlərin və mədəniyyətlərin daşıyıcısı olan insanlar arasında dialoq və qarşılıqlı anlaşmanın bərqərar edilməsi və s. aktual problemlər geniş müzakirə olunur.

 

"Yeniyetmələrin və gənclərin özlərinin təsir dairəsinə salınması, yetişdirilməsi və məqsədyönlü şəkildə cəmiyyətdə təsir imkanlarının əldə edilməsi meyilləri müşahidə olunmaqdadır"

 

Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycanın hərtərəfli və sürətli inkişafı, tərəqqisi, ölkədəki mövcud sabitlik, vətəndaş həmrəyliyi, dinimilli tolerantlıq mühiti bəzi daxili qrupların və xarici qüvvələrin, müəyyən əcnəbi dairələrin maraqlarına cavab vermir. PA rəsmisi bununla bağlı öz fikrini bildirərkən vurğulayıb ki,  son zamanlar ölkəmizin hüdudlarından kənarda yaradılan və sistemli şəkildə istiqamətləndirilən müxtəlif missioner təşkilatları, dini təriqətlər Azərbaycana da ayaq açmış və respublika ərazisində şəbəkələşməyə cəhd göstərirlər: "Bu cərəyanların bəzisi öz məqsədlərinə uyğun olaraq ictimai rəyin formalaşdırılması, radikallıq meyillərinin gücləndirilməsi, dövlətin hüquqi normalarına və idarəçilik sisteminə təsir imkanlarının əldə edilməsi istiqamətində cəhdlər göstərirlər. Vətəndaşların müxtəlif yollarla şirnikləndirilməsi, ələ alınması və müxtəlif şəbəkələrdə yerləşdirilməsi, cəmiyyətdə radikal dini ideyaların aşılanması, insanların təfəkkürünün, dünyagörüşünün süni yollarla dəyişdirilməsi, ayrı-ayrı  qanunsuz icmaların yaradılması və  fəaliyyətinin istiqamətləndirilməsi, cəmiyyət həyatının ahəngdar ritminin, mövcud ictimai-siyasi sabitliyin pozulması cəhdləri və s. bu təşkilatların ümumi xarakteristikasını təşkil edir. Bundan başqa, yeniyetmələrin və gənclərin özlərinin təsir dairəsinə salınması, yetişdirilməsi və məqsədyönlü şəkildə cəmiyyətdə təsir imkanlarının əldə edilməsi meyilləri müşahidə olunmaqdadır. Bu gün Yaxin Şərqdə, bəzi region ölkələrində dini qrupların və təriqətlərin cəmiyyət həyatını, hakimiyyəti idarə etmək cəhdlərinin ciddi kataklizmlərə, qarşıdurmalara, siyasiiqtisadi böhranlara səbəb olduğu açıq görünür. Hazırda bu məsələlərin geniş ictimai müzakirələrə yol açması müxtəlif mülahizələrin, rəy və təkliflərin irəli sürülməsi bir daha təsdiq edir ki, cəmiyyət dağıdıcı təriqətlərin peyda olmasından narahatdır. Odur ki, hüquqi normalar çərçivəsində mövcud qanunlaraictimai davranış normalarına riayət etməyən, maraqlı xarici dairələrin təsiri altında pozuculuq fəaliyyəti nümayiş etdirən təşkilatlara və şəxslərə qarşı respublikada dövlət səviyyəsində ardıcıl və sistemli tədbirlər görülür, bundan sonra da görüləcəkdir. Azərbaycan dövləti müxtəlif dini təriqətlərin, missioner təşkilatların anti-milli fəaliyyətinə qarşı qəti barışmaz mövqedədir və onların niyyətləri heç vaxt nəticə verə bilməz".

 

"Media orqanları hardasa qarşıdurma yaratmaq yox, belə problemlər mövcuddursa, onların köklərini tapıb təhlil etmək və cəmiyyətə düzgün siqnalla vermək istiqamətində işləməlidir"

 

Söz yox ki, bu kimi işdə media, mətbuat orqanları da çox diqqətli və peşəkar davranmalıdırlar. Əli Həsənov bu istiqamətdə çıxışında qeyd etmişdir ki, dövlətçilik maraqlarımıza zidd fəaliyyət göstərən, əsrlərlə formalaşmış milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə, millidini hisslərimizə hörmət etməyən, cəmiyyət daxilində gərginlik yaratmaq, vətəndaşları doğru yoldan sapdırmaq və üz-üzə qoymaq, onları dünyanın müxtəlif yerlərindəki münaqişələrdə iştiraka meyilləndirmək və ya təhrik etmək istəyənləri, habelə şəbəkələşərək pozuculuq fəaliyyəti göstərənləri ifşa etmək, onların əsil simasını cəmiyyətə tanıtmaq kütləvi informasiya vasitələrinin qarşısında duran əsas vəzifələrdən biridir: "Azərbaycan mediası öz mütərəqqi ənənələrini davam etdirərək milli maraqlarımızı və mənəvi dəyərlərimizi hər şeydən uca tutmalı, ümummilli məsələlərdə vahid mövqe ortaya qoymalı, Azərbaycan dövlətçiliyinin və vətəndaş birliyinin əsaslarını sarsıtmaq istəyən daxili  xarici dairələrə qarşı barışmaz olmalıdır".

Əli  Həsənov Mətbuat Şurasının belə təşəbbüslərinin bundan sonra da davam etməli olduğunu vurğulayıb: "Media orqanları hardasa qarşıdurma yaratmaq yox, belə problemlər mövcuddursa, onların köklərini tapıb təhlil etmək və cəmiyyətə düzgün siqnallar vermək istiqamətində işləməlidir". Beləliklə, göründüyü kimi, bu gün Azərbaycanda missionerlik, eləcə də digər dini adlar, fəaliyyət və müəyyən çaxnaşmalar yaratmaq arzusu ilə çıxış etməyə cəhd edənlər bir daha nə qədər yanıldıqlarının fərqinə varmağa məcbur olurlar. Çünki güclü, inkişaf edən, dünyada öz sözünü deyən Azərbaycanda heç vaxt bu kimi oyunlar reallaşmayıb, bundan sonra da reallaşmayacaq.

 

Rövşən NURƏDDİNOĞLU

Səs.- 2014.- 12 mart.- S.8-9.