Sahibkarların maraqlarının müdafiəsi ilə bağlı daha bir mühüm addım

 

Prezident İlham Əliyevin imzaladığı Fərman sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsinə və sahibkarların maraqlarının müdafiəsinə əhəmiyyətli şəkildə öz töhfəsini verəcək

 

Məlum olduğu kimi, martın 3-də Azərbaycan Prezidenti İlham Əliyev ölkədə sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması məqsədi ilə Fərman imzalamışdır. Fərmanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla müvafiq dövlət qurumları ilə birlikdə iki ay müddətində hüquqifiziki şəxslərin (fərdi sahibkarların) "bir pəncərə" prinsipinə uyğun olaraq elektron qeydiyyatı zamanı prosedur və müddətlərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflərini hazırlayıb Prezidentə təqdim etmək tapşırılmışdır. Sənədə əsasən Nazirlər Kabineti qarşısında qoyulan tapşırıqlara tikintiyə icazələrin verilməsində mövcud prosedur və müddətlərin qısaldılması, elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada qəbulunun təşkili, prosedur, müddət və xərclərin azaldılması, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sahəsində prosedur, müddət və xərclərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflərin hazırlanması da daxildir. Fərmanda kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsinə, korporativ idarəetmənin təkmilləşdirilməsi və investorların maraqlarının qorunmasına dair təkliflərin hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması haqqında tapşırıqlar da yer almışdır. Həmçinin idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin, müddət və xərclərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi, "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikası Qanununun təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması barədə tapşırıqlar verilmişdir.

Göründüyü kimi, Azərbaycan dövləti sahibkarların hüquqlarının müdafiəsi üçün bütün tədbirləri görürformalaşmaqda olan bu təbəqənin inkişafına yüksək diqqət nümayiş etdirir.

 

Sahibkarlığa dövlət qayğısı getdikcə artır

 

Ümumiyyətlə, hər bir ölkənin yüksək inkişafında onun azad biznes və sahibkarlıq mühitinin vəziyyəti mühüm əhəmiyyət kəsb edir. Bazar iqtisadiyyatının əsas prinsiplərindən olan azad biznes və özəl sektora dövlət dəstəyi faktorları ümumi inkişafın göstəricisinə çevrilir. Dövlətin təmin etdiyi azad bazar institutu ölkədə sahibkarlığın inkişafını stimullaşdırır, ona geniş meydan verir. Eyni zamanda, ölkədəki xarici sərmayəçilərə yaradılan mühitin şəffaflıq dərəcəsi iqtisadiyyatın inkişafının əsas göstəricilərindən biri hesab olunur. Bu mənada bazar iqtisadiyyatını əsas meyar seçən Azərbaycan hökumətinin biznes mühiti ilə bağlı həyata keçirdiyi tədbirlər mühüm əhəmiyyət daşıyır.

Bu, bir faktdır ki, sahibkarlığın dəstəklənməsi dövlətimizin sosial-iqtisadi inkişaf strategiyasının ən önəmli istiqamətlərindən biridir. Zamanın tələblərinə uyğun olaraq aparılan islahatlar, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələri, biznesinvestisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması sahəsində görülən ardıcıl işlər, özəl sektorun inkişafına dövlət qayğısı nəticəsində sahibkarların sayı sürətlə artır, ən müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli müəssisələr açılır, ölkə iqtisadiyyatına investisiya qoyuluşu genişlənir. Azərbaycanın adamları dünyanın bir çox ölkələrində qarşılıqlı fayda əsasında işgüzar əlaqələr quraraq uğurla fəaliyyət göstərirlər.

Eyni zamanda xüsusi olaraq, qeyd edilməlidir ki, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri ölkədə sahibkarlığın inkişaf etdirilməsindən ibarətdir. Dövlət başçısı sahibkarların bütün qayğılarına diqqətlə yanaşıb və onların ən yaxın dostu olduğunu bəyan edib.

 

Sahibkarlığın inkişafı - çox böyük islahat deməkdir

 

Dövlət Proqramında nəzərdə tutulduğu kimi, özəl sektor, kiçikorta sahibkarlıq, sadəcə olaraq, biznes mühitini yaxşılaşdırmaq, yeni yerləri yaratmaq üçün deyildir. Sahibkarlığın inkişafı, əslində, çox böyük islahat deməkdir. Bu islahat ölkə başçısı İlham Əliyevin fərman və sərəncamlarına əsasən, Azərbaycanda uğurla aparılır. İslahatlar və güzəştli kreditlər hesabına son illərdə regionlarda yeni texnologiyaların tətbiqinə əsaslanan soyuducu anbar kompleksləri, çörək istehsalı müəssisələri, quşçuluq (broyler) təsərrüfatları, ət kəsimi fabrikləri, cins  iribuynuzlu heyvandarlıq kompleksləri və digər müəssisələr yaradılmış və ya yenidən qurulmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev  qeyd etmişdir ki, sahibkarlığın inkişafı üçün vacib olan şərtlərdən biri də Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni gücləndirməkdir: "Bu barədə mən öz sözümü ilin əvvəlində Nazirlər Kabinetinin iclasında demişəm, müvafiq göstərişlər verilibdir. İndi deyə bilərəm ki, ölkəmizin bütün yerlərində bu məsələ ilə bağlı ciddi proseslər gedir. Biz ilkin müsbət nəticələri görürük və elə etməliyik ki, bu nəticələr daha da gözəgörünən, daha da təsirli olsun".

Dövlət başçısı onu da bildirmişdir ki, ölkəmizdə bəzi azsaylı neqativ hallara qarşı mübarizə aparılır. Bu, birillik, ya ikiillik proses deyilkampaniya xarakteri daşımır, bizim şüurlu seçimimizdir: "Korrupsiya və rüşvətxorluq  böyük bəladır, böyük yaradır və bizim üçün böyük ləkədir. Elə etməliyik ki, bütün sahələrdə şəffaflıq təmin edilsin. Burada, əlbəttə ki, inzibati tədbirlər görülür və görüləcəkdir. Cəza tədbirləri görülür və görüləcəkdir. Eyni zamanda, biz struktur islahatlarını elə aparmalıyıq ki, korrupsiya, rüşvətxorluq tamamilə aradan götürülsün. Son günlər mənim tərəfimdən hazırlanmış sərəncamlar bu məqsədi güdür. Yəni, biz struktur islahatlarından, müəyyən metodlardan korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizəni gücləndirmək üçün istifadə etməliyik. Ancaq əlbəttə ki, təkcə struktur islahatları aparmaqla biz istədiyimiz nəticəyə nail ola bilməyəcəyik. Ona görə bütün dövlət qurumları, bütün dövlət şirkətləri, yerli icra orqanları, mərkəzi icra orqanları bilməlidir ki, hər bir məmur işində elə işləməlidir ki, həmişə üzüağ olsun, alnıaçıq olsun".

Bu gün Azərbaycanda güclü sahibkarlar sinfi formalaşıb. Kənd təsərrüfatının inkişafı üçün kompleks tədbirlər görülür, müasir texnika alınır, lizinqlər, aqroservislər yaradılır, subsidiyalar, güzəştli şərtlərlə gübrə yanacaq verilir. Kənd təsərrüfatının, özəl sektorun, kiçik orta sahibkarlığın inkişafına dövlət dəstəyi bundan sonra da gücləndiriləcəkdir. Dövlət , insanlar da sahibkarlardan aparılan işlərin keyfiyyətli görülməsinə, istehsalın həcminin keyfiyyətinin dünya standartlarına uyğun olmasına daha böyük ümidlər bəsləyir.

Eyni zamanda, ötən illər ərzində sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur qaydalar liberallaşdırılmış, idxalda rüsumların maksimal həddi 15% həcmində müəyyənləşdirilmişdir. Eyni zamanda, sahibkarların vergi yükü azaldılmış, o cümlədən mənfəət vergisinin dərəcəsi 22%-dən, fiziki şəxslərin gəlir vergisi isə 35%-dən 20%-ə endirilmiş, sadələşdirilmiş verginin hər kvartalda bir dəfə ödənilməsi təmin edilmiş, elektron vergi hesab-fakturalarının tətbiqinə başlanılmış, elektron xidmətlərin tətbiqi genişləndirilmış, kənd təsərrüfatı məhsullarının istehsalçıları 2014-cü ilədək torpaq vergisindən başqa, bütün növ vergilərdən azad olunmuşdur. Onu da qeyd edək ki, sahibkarlığın inkişafının sürətləndirilməsi, biznes mühitinin əlverişliliyinin daha da artırılması biznesə başlama prosedurlarının sadələşdirilməsi üçün zəruri tədbirlər son illər islahatların əsas istiqamətlərini təşkil edir. Azərbaycan Prezidentinin "Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında" Sərəncamı bu sahədə əsil dönüşə səbəb olub.

Bütün bu deyilənlər onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin imzaladığı Fərman sahibkarlığın inkişafına sahibkarların maraqlarının müdafiəsinə əhəmiyyətli şəkildə öz töhfəsini verəcək.

 

RƏFİQƏ KAMALQIZI

Səs.- 2014.- 12 mart.- S.5.