Ulu Öndər Heydər Əliyevin dövlətçilik və idarəçilik fəaliyyətinin əsas istiqamətləri

 

Ulu Öndər Heydər Əliyev özünün çoxşaxəli idarəçilik fəaliyyəti sayəsində xaricidaxili siyasət sahəsində Azərbaycan böyük uğurlar qazandı. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən əsas işlərdən biri ölkənin dünya birliyinə inteqrasiyasının təmin olunmasıdır. Ulu Öndər Heydər Əliyevin uğurlu xarici siyasət kursu nəticəsində bu problem öz həllini tam şəkildə tapmış və beynəlxalq təşkilatlarda bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrilmişdir. Bu gün Azərbaycan 300-dən çox beynəlxalq təşkilatla əməkdaşlıq edir. Birləşmiş Millətlər Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Müstəqil Dövlətlər Birliyi, GÖUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Parlamentlərarası İttifaq, İslam Konfransı Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu qurumların tamhüquqlu üzvü olan Azərbaycan paralel olaraq Avropa Birliyi, NATO, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı kimi dünyada gedən proseslərin istiqamətini müəyyənləşdirən qurumlarla yaradılan yüksək səviyyəli əlaqələr məhz Ulu Öndər Heydər Əliyevin gərgin gərgin əməyinin nəticəsidir.Tarix üzrə elmlər doktoru, professor İradə Hüseynova yazır ki, Ulu Öndərin dövlətçilik konsepsiyasının uğurlu istiqamətlərindən biri də ölkəmizin 2001-ci il yanvarın 25-də Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasıdır. Bu nüfuzlu qurumla hərtərəfli əməkdaşlıq edən ölkəmizin qazandığı ən mühüm nailiyyətlərdən biri müstəqillik tarixində ilk dəfə olaraq Azərbaycan nümayəndəsinin Avropa Şurasının rəhbərliyində təmsil olunmasıdır. Avropa Şurası Parlament Assambleyasının 2003-cü ilin yanvarında keçirilən qış sessiyasında Azərbaycanı bu nüfuzlu qurumda təmsil edən nümayəndə heyətinin rəhbəri İlham Əliyevin AŞPA-nın vitse-prezidentibüro üzvü seçilməsi Azərbaycanın beynəlxalq aləmdə qazandığı nüfuzun ən uğurlu, ən bariz göstəricilərindən sayılmalıdır.Ulu Öndər Heydər Əliyev dövlətçilik irsinin əsas istiqamətlərindən biri də dövlətin milli təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin olunması sahəsində kompleks tədbirlərin görülməsidir. Əslində, ölkənin hərbi qüvvələrinin yaradılması dövlətçiliyin əsas atributu və qarantı hesab olunsa da, təəssüf ki, SSRİ dağıldıqdan sonra Azərbaycanda hakimiyyəti ələ keçirməyə müvəffəq olmuş qüvvələrin səbatsız siyasəti nəticəsində bu amil Azərbaycanın dövlətçiliyi üçün qarantiya deyil, təhlükəyə çevrilmişdi. Ordu quruculuğunda və ölkənin milli təhlükəsizlik sisteminin formalaşdırılmasında yol verilən kobud səhvlər son nəticədə ölkədə qanunsuz hərbi birləşmələrin timsalında vətəndaş müharibəsinin subyektlərinin meydana çıxmasına səbəb olmuşdu. Ordunun siyasiləşməsi, dövlətçilik prinsiplərinə əsasən deyil, şəxsi siyasi maraqlara nəzərən formalaşdırılması sonda Azərbaycanın müstəqilliyi üçün ciddi təhlükə mənbəyi idi. Yalnız Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu tendensiyaya qarşı ciddi mübarizə apardı və son nəticədə dövlətin milli təhlükəsizliyinin və ərazi bütövlüyünün təminatçısı funksiyasını yerinə yetirən sabitgüclü silahlı qüvvələrin yaradılmasına nail oldu.Bu gün Azərbaycan öz texnikimaddi təchizatına görə başqa dövlətlərin silahlı qüvvələrindən geri qalmayan hərbi qüvvələrə sahibdir. Bu da Heydər Əliyevin müstəqilliyin dövlətləşdirilməsi istiqamətində yürütdüyü ardıcıl siyasətin əsas nəticələrindən biridir. Azərbaycan Silahlı Qüvvələri dövlətin ərazi bütövlüyünün təminatçısı olmaqla yanaşı, həm də beynəlxalq hərbi qurumlarla bərabərtərəfli əməkdaşlıq edir. Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan Silahlı Qüvvələr üçün milli kadr potensialının yaradılması istiqamətində ciddi işlər görülmüşdür. Dünyanın ən nüfuzlu hərbi məktəblərinə təhsil almağa göndərilən gənclərimiz Azərbaycanın müstəqilliyinin əsas qarantlarından biri olan ordunun güclənməsində mühüm rol oynayacaqdır. Bu gün Azərbaycanın əsgər və zabitləri dünyanın bir çox qaynar nöqtələrində fəaliyyət göstərən beynəlxalq sülhməramlı qüvvələrin tərkibində fəaliyyət göstərir və münaqişə zonalarında sülh və əmin-amanlığın bərqərar olmasında aktiv iştirak edirlər. Azərbaycan Silahlı Qüvvələri NATO kimi nüfuzlu qurumla əməkdaşlıq edir, bu hərbi alyansın "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində həyata keçirdiyi təlim proqramlarında aktiv fəaliyyət göstərir. Ölkədə hərbi məktəblərin fəaliyyətinin gücləndirilməsi, Silahlı Qüvvələr üçün kadrların hazırlanması işinə xüsusi diqqət ayıran Heydər Əliyevin müstəqilliyin qorunub möhkəmləndirilməsi istiqamətində gördüyü ən böyük işlərdən biri sözsüz ki, ayrı-ayrı dövlətlərlə hərbi sahədə əməkdaşlığın möhkəmləndirilməsidir.Azərbaycanın müstəqilliyinin qorunmasında sözsüz ki, əsas ağırlıq ordu ilə yanaşı, həm də milli təhlükəsizlik sisteminin üzərinə düşür. Düşmən qüvvələrin Azərbaycana qarşı məkrli planlarının aşkara çıxarılmasında mühüm rol oynayan bu strukturların güclənməsi işinə xüsusi diqqət ayıran Ulu Öndər Heydər Əliyev 1998-ci ilin dekabrında Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasını təsis etdi.Ulu Öndər Heydər Əliyevin MTN sistemində milli kadrların yetişdirilməsinə yönəldilmiş siyasəti öz bəhrəsini vermiş və məhz həmin kadrların fəaliyyəti nəticəsində Azərbaycanın dövlət müstəqilliyinə qarşı yönəlmiş yüzlərlə təxribatların qarşısı alınmışdır. Artıq Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanları ölkəmizə qarşı yönələn hər cür neqativ fəaliyyətin üzə çıxarılmasını, sərhədlərin toxunulmazlığını təmin etməyə qadir bir tərzdə formalaşıb. Bütün bunlar mahiyyətcə Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdən müstəqilliyin dövlətləşdirilməsi istiqamətində apardığı uzaqgörən siyasətin uğurlu bəhrəsidir.Milli Məclisin deputatı Musa Musayev göstərir ki, Heydər Əliyevin Vətənə məhəbbəti, prinsipiallığı Onu hər zaman hər bir vəch və vasitə ilə, tutduğu vəzifədən, yaşadığı yerdən asılı olmayaraq, doğma xalqına mənəvi dayaq, dəstək olmağa sövq edib. Sovet imperiyasının Azərbaycanda qanlı aksiyalar həyata keçirdiyi, təcavüzkar siyasət yeritdiyi bir vaxtda Onun dahi şəxsiyyət kimi qazandığı siyasi nüfuzundan savayı, heç nəyi yox idi, lakin buna baxmayaraq, Azərbaycan xalqının tarixi kökünə bəslədiyi dərin ehtiram, Onun parlaq gələciyinə olan inam, Onu xalqının çətin dönəmində hər şeyi gözə alaraq, taleyüklü məsələlərin ağırlığını öz çiyinləri üzərinə götürməyə sövq etdi.Heydər Əliyevin qarşısında duran, Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qorumaq, ölkədə ictimai-siyasi sabitliyə nail olmaq istiqamətində təxirəsalınmaz vəzifələrdən biri davam etməkdə olan Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəti addımlar atmaqdan ibarət idi. Heydər Əliyev hakimiyyətə gəlişindən sonra Milli Ordumuzun formalaşması, onun döyüş qabiliyyətinin yüksəlməsi, torpaqlarımızın müdafiə olunması üçün genişmiqyaslı tədbirlərin həyata keçirilməsi nəticəsində hərbi qarşıdurmada tarazlıq yaradıldı.Bu gün demokratik Azərbaycan dövlətində hansı əqidəyə etiqad göstərəcəyini, hansı amal uğrunda mübarizə aparacağını azad şəxsiyyət özü müəyyən edir. Və mövcud şərait bunu deməyə əsas verir ki, xalqımız tam mənada öz Prezidentinə arxalanır, güvənir və hər zaman Onu müdafiə etməyə hazırdır. Hətta bir zamanlar Ümummilli Liderimiz Heydər Əliyev zəkasına, Onun fitri istedadına, bacarığına şübhə edənlər, Onun siyasi kursunu və strategiyasını dərk etməyənlər belə bu gün bunun bağışlanılmaz səhv, dövləti və hüquqi cinayət olduğunu anlayır, bunu Azərbaycanın dövlət müstəqilliyinə qarşı təcavüz kimi qiymətləndirirlər.Heydər Əliyevin yürütdüyü siyasət isə, Azərbaycan xalqı tərəfindən birmənalı şəkildə dəstəklənir. Çünki Azərbaycanın tarixinə, onun dövlətçiliyinə misilsiz töhfələr verməklə yanaşı, bu siyasətin bəhrəsi hər bir azərbaycanlının gündəlik həyatında özünü əks etdirirdoğruldur. Bu isə sübut edir ki, Heydər Əliyev diplomatiyasının gücü real faktlara, möhkəm məntiqə, əməli işlərə əsaslanır və xalqın sosial rifahı - ayrı-ayrı şəxslərin ziddiyyətli, emosional çıxışları əsasında deyil, məhz vahid bir konsepsiya əsasında həyata keçirilən, dövlətin daxilixarici siyasətini əks etdirən ardıcıl, prinsipial bir kursun sayəsində mümkün olmuşdur.Azadsuveren Azərbaycanda ölkəni idarə etmək istənilən insanın və ya ictimai-siyasi qurumun arzusu və iddiası ola bilər, lakin hakimiyyətin, xalqın tələblərinə cavab verə biləcək, öz layiqli sahibini tapması xüsusilə zəruri və böyük məsuliyyət daşıyan bir öhdəlikdir. Biz müqəddəs niyyətlərin gerçəkliyə çevrilməsi üçün üzərimizə düşən vəzifənin öhdəsindən ləyaqətlə gəlməliyik. Biz əminik ki, Ümummilli Liderimiz Heydər Əliyev siyasi kursunun davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin möhür və imzası Azərbaycanın gələcəyinə, onun şanlı tarixinin yeni səhifələrinə atılacaq. Əzəmətli, yenilməz Sərkərdəmizin bütöv, vahid Azərbaycan uğrunda mübarizəsi əsrlər boyu tariximizə həkk ediləcəkdir. Azərbaycan xalqı yalnız yenilməz Sərkərdə, Ümummilli Liderimiz Heydər Əliyevin qalibiyyət bayrağı altında Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün müqəddəs zəfər döyüşlərinə atılmağa həmişə hazır, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin Əmrinə müntəzir olacaqdır.Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov yazır: "Bəşəriyyətin minilliklərlə ölçülən mövcudluq salnaməsinin təsdiq etdiyi ali həqiqətlərdən biriodur ki, bu irslər əsasən xalqların üzdə olan rəhbərlərinin, sərkərdələrinin, görkəmli şəxsiyyətlərinin fəaliyyəti ilə səciyyələnir. Bu insanların şəxsi keyfiyyətləri fonunda milli iradə formalaşır, milli inkişaf yolu müəyyənləşir, milli dövlətçilik bərqərar olur, ən nəhayət, milli irs yaranır. Məhz bu baxımdandır ki, "Dünya tarixi əslində, böyük şəxsiyyətlərin avtobioqrafiyasıdır" - mülahizəsi öz həqiqilik əmsalını daim artırır.Hazırda "Azərbaycan" adlanan bu coğrafi ərazi - məmləkət türk əsilli bir xalqın keşməkeşli taleyinin, zəfər və faciə tarixinin, yüksəliş və əsarət illərinin nəticəsi olaraq məskunlaşdığı torpaq, yaratdığı dövlətdir. Heydər Əliyev Azərbaycan xalqının malik olduğu potensialın ali şüurun, modern təfəkkürün, bir sözlə, milli enerjinin ən bariz nümunəsidir. Heydər Əliyev şəxsiyyəti Azərbaycan tarixinin ən məşhur isimlərinin malik olduğu keyfiyyətlərin küll halında məcmusudur. Dədə Qorqudun barışdırıcılıq və birləşdiricilik ənənələri, Şah İsmayılın güclü və qüdrətli dövlət qurmaq bacarığı, Babəkin və Cavad xanın istibdada qarşı xalqın müqavimətini təşkil etmək səyi, Mirzə Fətəli, Mirzə Cəlil, Üzeyir bəy, Əli bəy Hüseynzadənin maarifçilik fəaliyyəti bu insanın şəxsi keyfiyyətlərində birləşirdi. Heydər Əliyev həm də kamil siyasi məktəbin yaradıcısı, mükəmməl dövlətçilik və idarəçilik sisteminin banisi, milli inkişafı şərtləndirən irsin müəllifidir.F.Heydərov göstərir ki, Heydər Əliyev minilliklər boyu davam edən tariximizin yalnız 35 ilinə sahiblik edir. Lakin əsrin üçdə birini ehtiva edən bu zaman kəsiyinin mahiyyətində xalqın minilliklərlə intizarında olduğu arzular, niyyətlər, məramlar gerçəyə çevrildi. Bu 35 il Azərbaycanda müstəqilliyin nəhayət ki, əbədi, daimi dönməz xarakter alması, sabit dövlət quruluşunun yaranması, xalqın təbii və konstitusion haqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması, fərdin özünü vətəndaş olaraq dərk etməsi və millət təki mövcudluğuna qədər inkişafı kimi misilsiz tarixi prosesi əhatə edir. Bir sözlə, bu xalq əsrlər boyu qazandığı nailiyyətləri, ali keyfiyyətləri Heydər Əliyev epoxasında təkmilləşdirərək sistem halına saldı və millət kimi mövcudluğunu, dövlət qurmaq haqqını, özünü idarə etmək bacarığını ən yüksək həddə nümayiş etdirdi.Heydər Əliyev müasir, sivil, demokratik dəyərlərə sahib, azad, müstəqil yaşayan bir milləti dünyaya təqdim etdi! Heydər Əliyev bütün bəşəri dəyərləri özündə əks etdirən, ən ali ənənələri yaşadanmodern yeniliklərə qovuşan, yeni dünya düzənində əhəmiyyətli yer tutan dövlət yaratdı! Nəticə etibarilə indi Heydər Əliyev faktoru Azərbaycan dövləti və Azərbaycan xalqı ilə birlikdə vahid tam təşkil edir. Və bu vəhdət O, cismani həyatda olmadıqda belə öz qüdrətini və təntənəsini yaşayır.Ancaq bu yol böyük təlatümlərdən, çətinliklərdən, xəyanətlərdən və sarsıntılardan keçdi. İ.Hüseynova yazır: "Heydər Əliyevin dövlətçilik irsi Azərbaycan cəmiyyətinin vahidliyinin təmin olunmasını özünün əsas strateji vəzifəsi hesab edir, Heydər Əliyev dövlətçilik irsinə görə, demokratiya üçün vacib olan başlıca şərt siyasi sabitlikgüclü dövlət hakimiyyətidir. Təsadüfi deyil ki, 1993-cü ildə başlanan proseslər cəmi iki il ərzində Azərbaycanda demokratikləşmə prosesinin inkişafı üçün real zəmin yaratdı, bu prosesə mane ola biləcək bütün xaricidaxili qüvvələr tamamilə neytrallaşdırıldı. Heydər Əliyevin simasında dövlətə ictimai inam bərqərar oldu, cəmiyyət başa düşdü ki, O həyatın ümidinə buraxılan, bədbin siyasi tale yaşamağa məhkum olunan "qara kütlə" deyil. Cəmi 10 il ərzində Azərbaycan cəmiyyətində bu qədər nəhəng dəyişikliklərə nail olmaq bir anda başa gəlməyib. Heydər Əliyev xarizması cəmiyyəti, bütövlükdə Azərbaycan dövlətçiliyini gələcəkdə ehtimal edilən bir sıra bəlalardan da qoruya bildi. Ölkədə elə bir siyasi sistem təşəkkül tapdı ki, burada istənilən problemin həlli mexanizmi mövcud oldubu gün ictimaiyyətin öz gələcək aqibəti haqda gümansızlığı yoxdur".

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2014.- 8 may.- S.15.