Ulu Öndər Heydər Əliyevin liderlik xüsusiyyətləri və Azərbaycan dövlətçiliyi

 

Ulu Öndər Heydər Əliyev bütün dünyada şöhrət qazanmış Ümummilli Siyasi Liderdir. Liderlik xüsusiyyətlərini Ona Tanrı özü bəxş etmişdir. Milli Məclisin Sosial Siyasət Daimi Komissiyasının sədri Hadı Rəcəbli yazır: "Siyasi elitanın ən mühüm elementi siyasi liderdir. Məhz siyasi lider hakimiyyət və idarəçilik sistemini fərdiləşdirərək müvafiq hakimiyyəti bütün cəmiyyətin və ya vətəndaş qruplarının nəzərində təcəssum etdirir. Yəni siyasi lider digər keyfiyyət və məziyyətləri ilə yanaşı, siyasi elitanı təşkil edən digər şəxslərdə fərqlənən xüsusi, spesifik bir fenomen-malik olmalıdır.

Heydər Əliyev dünya siyasi arenasında özünü məhz belə lider kimi göstərdi. İstər Azərbaycana başçılıq etdiyi bütün dönəmlərdə, istər Moskvada SSRİ kimi nəhəng və qüdrətli bir dövlətin ən yuxarı hakimiyyət eşalonunda yüksək rəhbər vəzifələr daşıdığı vaxtlarda, istərsə də, çox qısa zaman kəsiyində işsiz qaldığı zamanda Heydər Əliyev sadə adamlardan tutmuş ən böyük siyasi xadimlərin də etiraf etdiyi kimi, əlahiddə istedad, və dühası baxımından həmişə fərqlənmişdir. İnsanları müəyyən bir ideya ətrafında və məqsəd uğrunda birləşdirə, səfərbər edə bilmək və bu zaman yaranacaq bütün mümkün çətinlikləri qabaqcadan görmək və onların həllinə əvvəlcədən hazır olmaq qabiliyyəti müəyyən vəzifə tutub-tutmadığından asılı olmayaraq Heydər Əliyevin ayrılmaz təbii xarakterik xüsusiyyəti idibu baxımdan, o, bir çox siyasətçilərdən fərqlənirdi".

Politoloqların fikrincə, siyasi liderlilik, hər şeydən əvvəl, istənilən insan cəmiyyətinin fəaliyyətinin universal və ayrılmaz mexanizmi kimi xarakterizə olunmalıdır. Eyni zamanda, lider "yuxarıların" və "aşağıların" münasibətlərinin saxlanılması, cəmiyyətin özünümühafizə və öz maraqlarının həyata keçirilməsi üçün bu münasibətlərin institutlaşdırılması elementidir. Liderlər həyata keçirdikləri məqsədlərə nail olmaq üçün bir sıra zəruri keyfiyyət və məziyyətlərə malik olmalıdırlar ki, onların da xüsusilə, vacib olanları üzərində dayanmaq istərdik.

Birinci cəhət şəxsi "fərdi-insani" keyfiyyətləridir. Karleyil nəzəriyyəsinə görə liderin şəxsi keyfiyyətlərindən çox şey asılıdır. Buraya liderin psixoloji, ideoloji və digər keyfiyyət göstəriciləri daxildir. Liderin şəxsiyyətinin bu xüsusiyyətləri, başqa sözlə volvyuntarist keyfiyyətlər də adlanır.

Liderin ikinci geniş yayılan keyfiyyəti "şəraitə uyğunlaşma konsepsiyası" adlanır, yəni siyası liderlilik şəxsi keyfiyyətlərlə deyil, xarici amillərlə xarakterizə olunur. Bu konsepsiyaya görə, lider şəraitə uyğun olaraq özünü göstərməli olur. Yəni bu halda lider bəzən müharibə gedişində müharibə tələblərinə uyğun olaraq, quruculuq dövründə quruculuq keyfiyyətləri ilə səsləşən fəaliyyət göstərir. Lider şəraitin tələblərinə uyğun olaraq, özünün ənənəvi şəxsi keyfiyyətlərindən imtina edərək, insanların heç də həmişə xoşuna gəlməyən bir tərzdə hərəkətlər etmək məcburiyyətində qalır.

Liderin digər əlaməti "şəxsi-şərait" keyfiyyətidir. Bu insanın həm şəxsi. Həm də şəraitdən asılı olan keyfiyyətlərindən yaranır.   Belə olan halda siyasətçilər şəxsi keyfiyyətlərindən imtina etməyərək, onun öz təməl xüsusiyyətlərindən köklü fərqlənməyən, lakin konkret şəraitə uyğun gələn formasını tapmaq məcburiyyəti qarşısında qalırlar.

Liderin təbiətini və təyinatını xarakterizə edən müasir keyfiyyətlərdən biri də "relyasion doktrina"dır. Burada dəlillər və arqumentlər xarici mühitə, rəhbərin fərdi və şəxsi keyfiyyətlərinə, habelə, liderin davranışını müəyyən edən şəraitə və digər hallara kompleks, sistemli şəkildə baxılması əsasında qurulur. Bu nəzəriyyə çərçivəsində liderlərin səmərəli seçilməsinin və hazırlanmasının çoxsaylı metodikaları yaradılır.

Həmin dörd əsas istiqamət məhz şəxsiyyətin başlıca fəaliyyət nəzəriyyəsini özündə ehtiva edir. Hadı Rəcəbli göstərir ki, siyasi liderlik keyfiyyətlərinin hamısını özündə kommunikativ şəkildə birləşdirə bilən Heydər Əliyevin məhz fərdi xüsusiyyətləri dünya siyasətçiləri tərəfindən birmənalı qəbul olunubçox yüksək qiymətləndirilib.

Siyasi liderliyin daha tam, funksional xüsusiyyətləri ümumi dövlət idarəetməsi səviyyəsində daha parlaq təzahür edir. Bu siyasi institutun ən əsas vəzifəsi qərarların işlənməsi, hazırlanması qəbul və realizə olunmasını nəzərdə tutan çoxsaylı hərəkətləri; bu prosesdə iştirak edən strukturların fəaliyyətinin koordinasiyasını; buya digər cəmiyyət stratlarının maraqlarının uzlaşdırılmasını və s. nəzərdə tutan geniş əhatəli təşkilati-idarəetmə funksiyalarının həyata keçirilməsidir. Yəni başlıca məsələ idarəetmə və təşkilatçılıq bacarığıdır.

Siyasi liderliyin ikinci funksiyası münaqişələrin bütün təzahürlərini minimuma endirə bilməsidir. Hakimiyyətin nümayəndəsi kimi onun fəaliyyəti mövqeyinin gücləndirilməsi, hakim rejimdə stabilliyin saxlanılması məqsədilə konfliktlərin minimallaşdırılmasını, siyasi diskussiyaların sakitləşdirilməsini, hakimiyyət uğrunda rəqabətin gərginliyinin azaldılmasını şərtləndirir. Siyasi liderlik - əsas etibarilə mövcud idarəçilik sisteminin stabillik amilidir.

Funksiyalardan birikommunikativlik bacarığıdır. Əhali ilə xüsusi əxlaqi-etik münasibətlərin subyekti olaraq siyasi lider kommunikativ funksiyanı da yerinə yetirir. Bununla da, o, cəmiyyətin nəzərində əhalinin huquq və azadlıqlarının təminatı üzrə fərdi və siyasi məsuliyyətini və son nəticədə hakimiyyətin məcmu fəaliyyətini təcəssüm etdirir. Komunikativ funksiya cəmiyyətdə liderin apardığı ən vacib funksiyalardan biridir. Digər bir funksiya liderin səfərbəredici funksiyasıdır. Liderin səfərbəredici funksiyası dövlətdə və cəmiyyətdə buya digər konkret problemlərin həllinə əhalinin səfərbər edilməsi qabiliyyətində özünü təzahür etdirir.

Başqa bir keyfiyyət liderin yaradıcılıq qabiliyyətidir. Yəni siyasi lider dövlət (siyasi) strukturlarının fəaliyyətini istiqamətləndirərək, özü yaranmış vəziyyətin çağırışlarına mahiyyət etibarilə yaradıcı cavab verməyə, onu adekvat qiymətləndirməyə, müvafiq layihələrə təşəbbüs verməyə, zəruri dəyişikliklərə imkan yaratmağa, idarəetmə fəaliyyətinin üsul və metodlarını təkmilləşdirməyə qabil olmalıdır.

Lider, eyni zamanda birləşdirici funksiyaya da malik olmalıdır. Siyasi sinfin ali nümayəndəsi kimi lider hakim elitanı birləşdirmək, onun nüvəsini möhkəmləndirmək, müxalifət digər qruplarla rəqabət qabiliyyətini yüksəltmək qabiliyyəti ilə fərqlənməlidir. Bütün sadaladığımız funksiyalar nəzərə alınmaqla, siyasi liderliyə belə tərif vermək mümkündür: siyasi lider - ayrıca şəxsə (şəxslər qrupuna) dövlət (partiya, hərəkat, bölgə) miqyasında qərarların qəbulu prosesində həlledici səlahiyyətə nüfuza malik olmasına görə müəyyən siyasi xətti həyata keçirmək imnkanı yaradan xüsusi hakimiyyət institutudur.

H.Rəcəblinin fikrincə, biz bu nəzəri meyarların Heydər Əliyev şəxsiyyətinə tətbiq edərkən hər bir çərçivədə, hər bir funksiyada Heydər Əliyevin yüksək şəxsi keyfiyyətlərinin açıldığını görürük. Liderin siyasi portretini tam açmaq üçün Onun hissləri barədə mütləq danışmaq lazımdır.

Siyasi liderləri hakimiyyətdə nəzarət səviyyəsinə (iqtidar müxalifət); fəaliyyət miqyasına (ümummilli bölgə); davranış stilinə (avtoritar demokratik); rəhbərlik xarakterinə (formal qeyri-formal); sosial dəyişikliklərə islahatlara münasibətinə (mühafizəkar, islahatçı, doqmatik, fundamentalist); siyasi hərəkatın məqsədlərinə nail olmaqda oynadığı rola (ideoloq, idealist, praqmatik), rəqiblərə münasibətinə (razılaşdırıcı, fanatik) s. görə fərqləndirirlər.

Siyasi liderlərin klassik tipologiyasını tanınmış alim Verder veribdir. O, siyasi liderləri əsasən üç tipologiyaya ayırmışdır. Onlar aşağıdakılardır:

Ənənəvi tipologiyaya görə insanlar konkret (əsas etibarilə sənayeləşmədən əvvəlki) cəmiyyətdə dominant olan müəyyən ənənə adətlərin təsiri ilə lider yerini tuturlar.

Səmərəli-leqal tipologiyada lider müəyyən siyasi (bürokratik) prosedur ve mexanizmlərin (seçkilərin) təsiri ilə öz statusunu alır. Hadı Rəcəbli yazır: "Xarezmatik liderlər əhali tərəfidən tənqidsiz qəbul olunan və cəmiyyətdə böyük nüfuza malik olan şəxslərdir. Xarezmatiklər elə liderlərdirlər ki, xalq onları birmənalı, şəxsi keyfiyyətlərinə görə, siyasət olimpində mövcudluğundan asılı olmayaraq həmişə qəbul edir. Heç təsadüfi deyildir ki, xalqımız Heydər Əliyev dühasında xarezmatik liderə xas olan bütün yüksək məziyyətləri görməklə ona Azərbaycanın ÜMUMMİLLİ LİDERİ adını vermişdir.

Mən Heydər Əliyev şəxsiyyətinin nəhəngliyi və təkrarolunmazlığını ümumiləşdirərək Onun xarakterik obrazını özünün bir siyasət, dövlət adamı olaraq yetişdiyiniuzun illəri onunla təmasda olduğum, həyatımı əhatə edən mərhələlərdə verməyə çalışacağam. Odur ki, Heydər Əliyev dühası ilə ilk şəxsi görüşümün tarixinə bir az uzaqdan gəlmək istəyirəm".

Akademik Ramiz Mehdiyev Ulu Öndərin liderlik və idarəçilik xüsusiyyətlərini, vəhdətini yüksək dəyərləndiyini göstərir ki, liderliyin, birinci şəxs olmağın ağırlığını uzun bir dövr ərzində çiyinlərində daşıyan Heydər Əliyev ömrün müdriklik çağına qədəm qoymuş, həyati təcrübə güclü intellektsiyasi iradə ilə zirvədə birləşmişdir.

Heydər Əliyev böyük siyasətçi olmaqla bərabər, həm də böyük politoloqdur. Dövrünün böyük alimi, mütəfəkkiri, habelə böyük ədəbiyyat və sənət bilicisidir. O, həm qədim, həm də müasir tariximizi az qala əzbər bilir. Özü də təkcə mülki tarixi yox, iqtisadiyyatımızın tarixini, mədəniyyətimizin tarixini, milli köklərimizi və milli-mənəvi dəyərlərimizi heç kim Heydər Əliyev qədər dərindən mənimsəməmişdir.

Lakin Heydər Əliyevin filosofluğu təkcə Onun öz çıxışlarında ayrı-ayrı müdrik kəlamlar, fəlsəfi fikirlər işlətməsi ilə məhdudlaşmır. Onun deyilməmiş, yazılmamış bütöv fəlsəfi sistemi vardır. Heydər Əliyevin çox müxtəlif sahələrə dair söylədiyi fikirlər əslində dərin qatlardakı vahid konsepsiyanın ayrı-ayrı təzahürləridir. Bu konsepsiya Azərbaycanın milli ideologiyasıdır, müasir azərbaycanlının sosial idealı, milli-fəlsəfi dünyagörüşüdür, Azərbaycan gerçəkliyini, onun ictimai-siyasi və mədəni-mənəvi həyatının bütün sahələri əks etdirən mükəmməl elmi-nəzəri bir sistemdir.

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.-2014.-15 may.-S.15.