Ulu Öndərin yaratdığı YAP-ın dövlətçilik tarixində rolu

 

Ulu Öndər Heydər Əliyevin yaratdığı YAP-ın  Azərbaycan dövlətçiliyinin bərpasında və inkişafında tarixi rolunu hər bir azərbaycanlı aydın dərk edir. Yeni Azərbaycan Partiyası biliklilərin, peşəkarların, işgüzarların, ictimai təfəkkürlü insanların, vətənpərvərlərin, cəsurların partiyasıdır. Böyük Heydər Əliyev məhz belə insanlara arxalanaraq onların köməyi ilə qısa müddətdə Azərbaycanda bu qədər nəhəng işlər görə bilmişdir. Ulu Öndər Heydər Əliyev, Onun partiyası son illər ərzində  Azərbaycan xalqını, dövlətini həyatın bütün sahələrində çox-çox irəli apara bilmişdir.

Gündən-günə yeniləşən, abadlaşan, dirçələn, güclənən Azərbaycanda köhnəlikdən yaxa qurtara bilməyən müxalifət xalq içində tədricən olan-qalan nüfuzunu da itirməkdədir. Nəticəsi budur ki, ondan artıq partiya yürüşlərinə on min adam da toplaya bilmir.  Ulu Öndər Heydər Əliyevin hər hansı bir şəhərə və rayona səfəri zamanı Onu alqışlayanların sayı on partiyanın yürüşçülərinin sayından qat-qat artıq olur.

Son illərin siyasi-ictimai hadisələri Azərbaycan xalqını yaxşıca ayıldıb, onun üçün izdihamlı mitinqlər, yürüşlər keçmişdə qalıbdır. Açığını deyək ki, bir vaxt qürrələndiyi hərəkat dövrü xalqın xatirəsində, qəlbində ağır daş kimi asılıb, xoş xatirəlikdən çıxıb, çünki o izdihamlı mitinqlərin müqəddəs məqsədi, qayəsi Qarabağ dərdinin sağalması idi. Dərd nəinki sağalmadı- heç azalmadı, kiçilmədi, hətta böyüdü də, ağırlaşdı da. Əvəzində həmin dərd, bəla, faciə mitinqlərindən bir sıra cəbhəkarlar möhkəmcə bəhrələndilər.

İndi xalqın inamı Azərbaycan dövlətini, onun vətəndaşlarını azad, firavan həyata aparan, güclü iqtisadiyyat, qüvvətli ordu, qanunlarla yaşayan vətəndaş cəmiyyəti quran, təhsildə, elmdə, mədəniyyətdə, bir   insanın   yaradıcı   fəaliyyətinə,   işgüzarlığına   şərait   yaradan  ölkə Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi YAP Qarabağ düyünün çözülməsi istiqamətində irəliləməkdədir.

Baş nazirin müavini, YAP-ın müavinlərindən olan Əli Əhmədov göstərir ki, yaranması Azərbaycanın çağdaş tarixinin ən narahat və təlatümlü dövrünə təsadüf edən Yeni Azərbaycan Partiyasının qısa vaxtda zəngin həyat yolu keçərək özünü ölkənin siyasi taleyində həlledici rol oynamaq qüdrətinə malik olan siyasi qüvvə kimi təsdiqləyib. Tariximizin arxada qalan illərini hər ayında, hər günündə bu partiyanın nəfəsi duyulur, əhəmiyyətli təsiri hiss olunur. Uzun illərin sınağından süzülüb gələn həqiqət ondan ibarətdir ki, istənilən siyasi partiyanın taleyi hər şeydən əvvəl onun ideyalarının ictimai dəyərində özünün əksini tapır. Yeni Azərbaycan Partiyasının 10 illik zəngin tarixinin ortaya qoyduğu ən əsas reallıqdan biri elə budur ki, o, yarandığı gündən böyük ictimai dəyər kəsb edən ideyalarla silahlanıbdır. Daha dəqiq idafiə etməli olsaq, etiraf olunmalıdır ki, YAP yüksək ictimai dəyərli ideyalardan doğub və elə buna görə də bütün fəaliyyətinin böyük sosial məzmunu və əhəmiyyəti onun imanent keyfiyyətidir.

YAP-ın fəaliyyətinin 9 il yarımı yaradıcısı və rəhbəri Heydər Əliyevin Prezidentliyi dövrünə təsadüf edir. Yeni Azərbaycan Partiyasının siyasi təcrübəsi onun bir təşkilat və güc mərkəzi olaraq yaşarlığını Ə.Əhmədovun fikrincə, Azərbaycanın siyasi gələcəyi mənzərəsinin strukturunun əsasən aşağıdakı elementlərdən və onların təqdim olunan düzümündən ibarət olduğunu düşünmək mümkündür:

- milli dövlətçilik ideyasının əsası kimi Azərbaycanın tam və

təhlükəsiz gerçəkliyə çevrilmiş dövlət müstəqilliyi, suverenliyi

ərazi bütövlüyü;

- dövlət   quruculuğunun   siyasi,   iqtisadi,  mədəni      mənəvi mövcudluğun və inkişafın əhəmiyyətli amil kimi dayanıqlı və getdikcə möhkəmlənən daxili sabitlik;

- vətəndaşların   təhlükəsiz, əmin-amanlıq   şəraitində      rifah halında yaşamasına təminat verməyə qadir olan səmərəli və güclü siyasi hakimiyyət;

- qanunların aliliyinə, ümumiliyinə və bərabərliyinə söykənən hüquqi dövlət, cəmiyyət üzvlərinin hüquq və azadlıqlarının, özünüidarə   əsaslarının      təsisatlarının   geniş   inkişafına əsaslanan vətəndaş cəmiyyəti;

- səmərəli   demokratik   təsisatlar,   yüksək   siyasi   mədəniyyət,

çoxpartiyalı siyasi sistem zəminində qərarlaşmış demokratiya

siyasi plüralizm;

- ən ali dəyər kimi insanın ləyaqətini ifadə və müdafiə edən, onun  potensialını aşkara çıxararaq maraqlarını  təmin etməsi üçün şərt olan insan hüquq və azadlıqlarının geniş təminatı;

- fərdin   iqtisadi   müstəqilliyi   və tam sərbəstliyi   ideyasını gerçəkliyə çevirən imkan və qabiliyyətlərinin səmərəli şəkildə istifadə olunmasına meydan açan liberal dəyərlər sistemi.

Yeni Azərbaycan Partiyasının Azərbaycanın sadalanan parametrlərdə təsəvvür edilən (daha dəqiq ifadə etsək, idealı yaradılan) siyasi gələcəyini təmin edə biləcək siyasi təşkilat və güc olduğunu sübuta yetirmək üçün müraciət olunan amillər və reallıqlar aşağıdakllardır:

Xalqın təxəyyülündə formalaşan siyasi gələcək parametrləri Yeni Azərbaycan Partiyasının proqramında elan edilmiş siyasi vəzifələrin əhatə dairəsi ilə demək olar ki, üst-üstə düşür. Yeni Azərbaycan Partiyasının proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, ölkənin ərazi bütövlüyünün bərpası, xalqımızın sülh, əmin-amanlıq şəraitində yaşamasıdır.        

Partiyanın siyasi taleyini və hakimiyyəti təyin edən güc anlayışının mahiyyətinə dair yuxarıda təsvir edilən mülahizələr irəliyə sürülmüş tezisin isbatını daha konkret çərçivəyə keçirmək üçün əlavə iki postulata istinad etməyi şərtləndirir. Birincisi, Yeni Azərbaycan Partiyasının gücü təkcə onun ideya və baxışlarının cəlbediciliyində, yaxud insanların düşüncələrinə uyğun gəlməsində deyil, həm də bir sıra digər faktor və reallıqdadır. İkincisi, Yeni Azərbaycan Partiyası gələcəyin partiyası statusuna iddia edərkən təkcə həmin gələcəklə bağlı ictimai ideal parametrləri ilə özünün məram və niyyətlərinin üst-üstə düşməsi faktından deyil, həm də bu idealı gerçəkləndirmək gücünə və təcrübəsinə malik olması faktorundan çıxış edir.

Beləliklə, biz Yeni Azərbaycan Partiyasının gələcəyin partiyası kimi səciyyələndirməyə əsas verən güclər anlayışı üzərinə gəlmiş oluruq. Partiyanın tarixi təcrübəsinin və hazırkı reallıqlarının təhlili göstərir ki, onun siyasi perspektivlərini şərtləndirən ümmumiləşmiş güc bir neçə amil üzərində qərar tutubdur.

Birincisi, Yeni Azərbaycan Partiyası tarixi şəraitin şərtləndirdiyi təşkilat kimi meydana çıxdığından mövcudluğunun bütün dövrlərində onun həm məfkurəsi, həm siyasi missiyası, həm də bu missiyanı reallığa çevirmək istiqamətindəki fəaliyyəti güclü ictimai dəstəklə müşayiət   olunmuşdur.   Azərbaycanın   əhalisi   belə   bir   partiyanın yaranmasına   böyük   inamla   baxmış,   siyasətini   həmişə   müdafiə etmişdir. Öz növbəsində, Yeni Azərbaycan Partiyası da tarixin onun üzərinə qoyduğu məsuliyyəti daim dərk etmiş, bütün gücünü xalqın inamını doğrultmağa yönəltmişdir. Xalqın inamı və bu inama olan hörmət və ehtiram Azərbaycandakı başqa heç bir partiyada müşahidə edilməyən    sarsılmaz   qarmoniya   yaradaraq    Yeni    Azərbaycan Partiyasının siyasi gücünün əsaslarından birinə çevrilmişdir. Partiyanın II  qurultayında onun yaranması səbəblərini və tarixi missiyanı səciyyələndirərək Ulu Öndər Heydər   Əliyev   demişdir:   "Yeni   Azərbaycan Partiyası  o vaxtkı  mövcud vəziyyətdə  bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək üçün və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələblərinə uyğun olaraq yaranmış bir partiyadır... Ölkənin belə ağır vəziyyətində bir çox insanların ümidi, istəyi, nəhayət, bu partiyanın yaranmasına gətrib çıxardı... Bu gün tam cəsarətlə və böyük iftixar hissi ilə demək olar ki, iqtidar partiyası adını daşıyaraq partiyamız Azərbaycan xalqına hədsiz xidmət göstərmiş və xalqımızı, millətimizi, ölkəmizi o ağır günlərdən çıxarıb bugünkü vəziyyətə gətirib çatdırmışdır."

İkincisi, Yeni Azərbaycan Partiyasının siyasi gücü həm də onun yaradıcısı      lideri   olan   Heydər  Əliyevdən   qaynaqlanır.   Qeyd olunmalıdır  ki,   partiyanın   keyfiyyət   müəyyənliyini   şərtləndirən başlıca amillərdən biri olan liderin gücü, öz növbəsində bir necə tərkib hissədən formalaşmışdır. Əvvəla, Heydər Əliyevin liderlik qətiyyəti Ona xalqın inamından və geniş dəstəyindən irəli gəlir. Ölkənin ən ağır  anlarında  xalqın   Heydər Əliyevə üz tutması hakimiyyətə dəvət etməsi Onun liderliyinin  ictimai rəydə şəksiz hökmranlıq  parametrlərinə malik olduğunu təsdiqləyən inkaredilməz faktordur. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından keçən 9 ildən yuxarı müddətdə daim xalqın dəstəyi ilə müşayiət olunan siyasət, Onun  liderliyinin yenə də  ictimai  rəydə mütləq yüksək reytinqə malik olduğunu bir daha sübuta yetirir. Təcrübə göstərir ki, ən nüfuzlu liderin belə siyasi kapitalı bu müddət ərzində demək olar ki, xərclənib sona yetir. Lakin Heydər Əliyevin nümunəsində əksər demokratik ölkələrdə sınanmış bu qaydadan müsbət mənada heyrətamiz kənaraçıxma müşahidə olunmaqdadır. Yeni Azərbaycan Partiyasının Sədri yenə də xalqın mütləq əksəriyyətinin böyük etimadına arxalanır, əksəriyyət tərəfindən Ümummilli Lider kimi qəbul edilir. Heydər Əliyevin təkcə Yeni Azərbaycan Partiyasının deyil, bütün xalqın birmənalı qəbul etdiyi lider keyfiyyəti istər-istəməz Onun siyasi təşkilatının güc faktoruna transformasiya edir. Beləliklə, "Güclü Liderin güclü partiyası" formulu Yeni Azərbaycan Partiyasının timsalında bir daha özünün təsdiqini tapır.

Üçüncüsü, partiyanın növbəli güc mənbəyi onun ideyalarının xalqa yaxınlığıdır. Azərbaycançılıq, müstəqil dövlətçilik, qanunçuluq, sosial ədalət, vətəndaş həmrəyliyi və proqramda elan edilmiş digər ideya prinsipləri Azərbaycan xalqının bütün təbəqələrinin, ölkədə yaşayan bütün millətlərin nümayəndələrinin ümumi mənafelərini, arzu və istəklərini ifadə edir. Həmin ideyalar və onların həyata keçirilməsi üçün partiyanın müəyyənləşdirdiyi vəzifələr elə birləşdirici nüvə rolunu oynayır ki, onda həm ümummili dəyərlər, həm də fərdi və qrup mənafelərini əks etdirən dəyərlər cəmləşmişdir.

Ə.Əhmədov göstərir ki, Yeni Azərbaycan Partiyasının xalqa yaxınlığının təkcə bəyan edilmiş ideyalarla şərtləndiyini iddia etmək, əlbəttə, doğru olmazdı. Əksinə, onun fəaliyyətində xalqa yaxınlıq ünsürlərinin üstünlük təşkil etdiyi daha qabaraq şəkildə özünü bürüzə verir. Ona görə ki, YAP-ın bütün tarixi ümum-Azərbaycan mənafeləri uğrunda mübarizə tarixidir və o həm ümumi siyasi platformasında, həm də hər bir konkret halda məhz bu mənafelərin üstünlüyünü birmənalı şəkildə qəbul edir.

Dördüncüsü, partiyanın siyasi gücünü təsdiq edən daha bir vacib amil YAP-ın təşkilati mütəşəkkirliyidir. Öz növbəsində,  bu amil   bir neçə tərkib hissədən ibarətdir: kütləvilik, təşkilatlanma, intellektual səviyyə, partiya intizamı və maddi baza.

Yeni Azərbaycan Partiyası ölkənin ən kütləvi siyasi təşkilatı adını demək olar kı, yarandığı gündən qazanıb və bu günə qədər daşımaqdadır. Hazırda onun sıralarında 500 mindən çox cəmlənərək  Ulu Öndər Heydər Əliyevin ideyalarının və müəyyənləşdirdiyi dövlət siyasətinin həyata keçirilməsində böyük fədakarlıq göstərir.

Lakin partiyanın gücü təkcə onun kəmiyyət göstəriciləri ilə ölçülmür. Bu göstəricinin əhəmiyyətini yüksək qiymətləndirməklə yanaşı, qeyd etməliyik ki, kəmiyyət-keyfiyyət parametrlərinə malik olduqda daha qüdrətli faktora çevrilir. Yeni Azərbaycan Partiyası təkcə üzvlərinin sayının çoxluğu ilə deyil, həm də intellekt səviyyəsinin yüksəkliyi ilə cəmiyyətdə aparıcı siyasi güc rolunu uğurla yerinə yetirir. Onun sıralarında ölkəmizin elminin, mədəniyyətinin, səhiyyəsinin, həyatımızın demək olar ki, bütün sahələrinin inkişaf etdirilməsinə uzun illər böyük əmək sərf etmiş hörmətli insanlar siyasi fəaliyyət göstərir. Ölkəmizin gələcəyi saydığımız gənclərin ən fəal, yüksək intellekt sahibi olan böyük dəstəsinin öz taleyini Yeni Azərbaycan Partiyası ilə bağlaması da təşkilatın intellektual gücünü və gənclik həvəsinin tükənməzliyini ortaya qoymuş olur.

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.-2014.-16 may.-s.15.