Ulu Öndər Heydər Əliyevin iqtisadi siyasəti dövlətçilik siyasətinin tərkib hissəsidir

 

Ulu Öndər Heydər Əliyevin belə bir müqəddəs kəlamı var: "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". İqtisadiyyatın güclənməsi hər hansı bir dövlətin siyasi müstəqilliyinin və dövlətçiliyinin əsasını təşkil edir. Əslində tam, mütləq müstəqillik yoxdurola da bilməz. Ulu Öndər Heydər Əliyevin  dediyi kimi, "heç bir ölkə, ən böyük bir ölkə də yalnız öz çərçivəsində iqtisadiyyatını lazımi səviyyədə inkişaf etdirə bilməz." AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilovun fikrincə, mütləq müstəqillik iddiası əslində dünyaya meydan oxumaq deməkdir. Bütün sahələrdə - iqtisadi, siyasi, hüquqi, ideoloji, mədəni-mənəvi və s. aspektlərin hər birində onu əhatə edən kapitalist dünyasından izolyasiya olunmağa çalışan və yeni, özünəməxsus iqtisadi münasibətlər əsasında hər şeyi öz məxsusi ideologiyasına tabe etdirməklə tam müstəqil bir dövlət yaratmaq təşəbbüsü - tarixdə misli görünməmiş belə bir cəhd XX əsrin yarısında keçmiş SSRİ dövləti tərəfindən göstərilmişdi. Ulu Öndər Heydər Əliyev deyirdi: "Azərbaycan iqtisadi sahədə böyük potensiala malikdir. Biz bu sahədə bazar iqtisadiyyatı yolu ilə, sərbəst iqtisadiyyat yolu ilə gedirikbunun üçün lazımi tədbirlər görürük. Yəni 70 il sosialist quruluşunda sosial-iqtisadi, siyasi- iqtisadi, siyasi prinsiplər əsasında yaşayan bir respublika indi müstəqil dövlət kimi, dünyanın inkişaf etmiş ölkələrinin həm ictimai-siyasi prinsiplərindən, həm də iqtisadi-sosial prinsiplərindən istifada edərək öz həyatını özü qurur".

Akademik Ziyad Səmədzadənin fikrincə, lider və dövlət, liderinkişaf, bunlar bir-biri ilə sıx vəhdət təşkil edir. Lideri olmayan dövlət heç vaxt tərəqqi edə bilməz. Lideri olmayan dövlət heç vaxt tanına, beynəlxalq aləmdə nüfuz qazana bilməz. Lideri olmayan dövlət üzləşdiyi taleyüklü problemləri həll edə bilməz, dinamik inkişafdan qalar. Lideri olmayan dövlətin xalqı həmişə narahat yaşayar. Dünyanın inkişaf tarixi bütün bunlara əyani sübutdur. Bu gün qloballaşan dünyada ən məşhur siyasətçilər, proqnozlaşdırıcılar şəxsiyyətin təntənəsi amilini müasir dövrün ən aparıcı inkişaf amillərindən sayırlar. Azərbaycan xalqı Heydər Əliyevi özünün Ümummilli Lideri hesab edir. Ona görə ki, Heydər Əliyev Azərbaycan dövlətinin, Azərbaycan xalqının taleyində müstəsna rol oynayıb, indiyə qədər heç kim tərəfindən edilməyən bir tarixi missiyanı uğurla, fədakarcasına yerinə yetirib. Onun qurduğu müstəqil Azərbaycan dövləti tanınır, beynəlxalq aləmdə böyük nüfuza malikdir. Bu dövlət üzləşdiyi taleyüklü problemləri həll edir, dinamiksabit inkişaf edir. Bütün dünya Heydər Əliyevi XX əsrin yetişdirdiyi böyük şəxsiyyətlərdən biri hesab edir. Mən bu yazıda Heydər Əliyevin Azərbaycanın iqtisadiyyatının inkişafı üçün gördüyü tarixi xidmətlərdən danışmaq istəyirəm. Başa düşürəm ki, bununla mən üzərimə böyük məsuliyyət götürürəm. Çünki Azərbaycan iqtisadiyyatının Heydər Əliyev dövrü çox ciddi, genişmiqyaslı araşdırmalar üçün böyük miqyaslı, həm də zəngin bir məktəbdir və bu dövrün dahi ətraflı və sistemli təhlilinə ehtiyac vardır.

Ulu Öndər göstərirdi ki, "Dünya iqtisadiyyatının inteqrasiya, iqtisadi sahədə ölkələrin bir-biri ilə əməkdaşlığı hər bir dövlət üçün mənfəətlidir və ümumiyyətlə, dünyada daha da yüksəltmək üçün bu, yeganə bir yoldur". S.Xəlilov göstərir ki, Azərbaycandakı  intellektual potensial onu ən qabaqcıl ölkələrlə müqayisə etməyə imkan versə də, hələ bu   potensialın iqtisadiyyatda reallaşdırılması üçün xeyli vaxt  lazımdır  (bir  şərtlə  ki,  xammal  satıb istehlak şeylərinin   hazır şəkildə alınması praktikası dayanıqlı vərdiş halına   keçməyə, gələcəyə yönəlmiş quruculuq planlarını, elm tutumlu  istehsalın  təşkilini kənarlaşdırmaya). Azərbaycanın bu məsələdə nə kimi bir mövqe tutduğu onun strateji planları Ulu Öndər Heydər Əliyevin təhsilə, elmə, xarici ölkələrlə əlaqənin elmi-texniki aspektinə  necə qiymət verməsi ilə aydınlaşır: "Mədəniyyətimizin, elmimizin, təhsilimizin insanların mənəviyyatını daha da yüksəklərə qaldırması üçün mədəni, elmi-texniki əlaqələrin inkişaf etdirilməsi çox zəruri  vəziyyətlərdən biridir. XX əsr bəşər  tarixində  nə qədər mühüm hadisələrlə  zəngin olsa da, qətiyyətlə demək olar ki,  bu əsri səciyyələndirən, onun simasını müəyyən edən başlıca cəhət elmi-texniki tərəqqinin misli görünməmiş böyük vüsət alması olmuşdur".

Akademik Z.Səmədzadə yazır: "Bu gün də bizimlə əməkdaşlıq edən xarici şirkətlərin rəhbərləri, menecerləri yerli mütəxəssis və fəhlələrin qabiliyyəti, bacarığına, məharətinə heyran qalır, onların əməyə münasibətini yüksək qiymətləndirirlər. Ulu Öndər Heydər Əliyevin öz dövləti, xalqı qarşısında  tarixi xidmətlərindən biriodur ki, Azərbaycanın iqtisadiyyatının maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni-yeni sənaye sahələrinin, istehsal obyektlərinin istifadəyə verilməsi məqsədilə keyfiyyətli investisiya strategiyasını hazırladı və  onun uğurlu həllinə nail oldu".

Z.Səmədzadə daha sonra qeyd edir ki, bu gün biz böyük qürur hissi ilə deyə bilərik ki, müstəqil Azərbaycan dövlətinin yeni iqtisadi sisteminin yaradılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu, elə bir iqtisadi sistemdir ki, o, respublikamızın perspektiv inkişaf, xalqın yaşayış səviyyəsinin yüksəldilməsi imkanlarını reallaşdırmağa güclü zəmin yaratmağa qadirdir. Qeyd edək ki, müstəsna təşkilatçılıq qabiliyyətinə, zəngin idarəçilik təcrübəsinə, dərin təfəkkürə və iti analitik duyuma malik olan Heydər Əliyevin müstəqil Azərbaycanın inkişaf strategiyası barədə baxışları fundamental, konseptual xarakter daşıyır, bu baxışlar Azərbaycan reallığına, onun malik olduğu imkanların sistemli təhlilinə, qloballaşan dünyada gedən proseslərin milli maraqlar baxımından qiymətləndirilməsinə əsaslanır.

Heydər Əliyev xarici iqtisadi siyasətlə bağlı strategiyasını çox çətin bir şəraitdə formalaşdırdı. Müstəqilliyin ilk illərində respublikada yaranmış ağır şərait, ictimai-siyasi qeyri-sabitlik müstəqil Azərbaycanın beynəlxalq aləmdə imicini çox aşağı salmışdı. Heç bir dövlət Azərbaycana investisiya baxımından əlverişli bir region kimi baxmırdı. Respublika isə xariclə iqtisadi əməkdaşlığa böyük ehtiyac hiss edirdi. Heydər Əliyev beynəlxalq əməkdaşlığın yeni prinsiplər əsasında inkişafını formalaşdırmaq üçün bir sıra danışıqlarda dəyişiklik etdi. Xarici ticarətin liberallaşdırılması istiqamətində cəsarətli addımlar atdı. Lakin bütün bu məsələlərdə milli maraqları ön plana çəkdi. Xarici şirkətlərin, demək olar ki, hamısı gözləyirdi ki, Heydər Əliyev tez bir zamanda ondan əvvəl hazırlanmış neft müqavilələrini imzalayacaq. Amma dövlət başçısı bunu etmədi və çıxışlarının birində xüsusilə vurğuladı ki, biz milli mənafelərimizin əleyhinə gedə bilmərik və təklif edilən şərtlər respublikanın maraqlarına cavab vermir. Bundan sonra dərin araşdırmalar aparıldı, müqayisəli təhlillər edildi, müstəqil ekspertlərin  fikirləri açıqlandı. Demək istəyirəm ki, Heydər Əliyev xarici iqtisadi əməkdaşlıq məsələlərində milli maraqları ön plana çəkməyi inkişaf strategiyasının vacib prinsipi qiymətləndirirdi.

Heydər Əliyev idxal və ixracın nisbətində, ilk illərdə yaranmış mənfi saldo narahat edirdi. Bu gün isə nisbət ixracın xeyrinə dəyişib. Hələlik bu müsbət saldo obyektiv olaraq neft amili hesabınadır. Amma qeyri-neft sektorunun üstün inkişaf etdirilməsi  ilə bağlı müəyyən edilən strateji inkişaf xətti ixracın strukturunun daha da təkmilləşdirilməsini təmin edəcəkdir. Heydər Əliyev açıq iqtisadiyyatın, bazar iqtisadiyyatının prinsiplərinin nəinki tərəfdarı, həm də fəal təbliğatçısı idi. Eyni zamanda  o,  zəngin  dövlətçilik  təcrübəsinə malik olan ölkə başçısı kimi, dövlət və iqtisadiyyat münasibətlərində optimallığı müəyyən etməyi tövsiyə edirdi. O, sosial problemlərin,   elm,   təhsil,   ekologiya, qlobal strukturinkişaf problemlərinin həllində dövlətin imkanlarından, köməyindən (söhbət təkcə maliyyə yardımından getmir) səmərəli istifadə etməyi, iqtisadi orqanların məsuliyyətinin artmasını həmişə diqqət mərkəzində saxlayırdı. Heydər Əliyev beynəlxalq maliyyə qurumları  ilə  əməkdaşlığa  xüsusi diqqət verirdi. Bu əməkdaşlıqda da milli maraqları əsas tuturdusevinirdi ki, ölkənin maliyyə imkanları ildən-ilə artır, borc almağa ehtiyac azalır, büdcə sisteminin göstəricilərində müsbət meyillər güclənir. Amma   yenə      arzu   edirdi   ki, bank-maliyyə qurumları daha səmərəli fəaliyyət göstərsinlər, ölkənin milli maraqlarını daha güclü surətdə qorusunlar.

Heydər Əliyev ağır vəziyyətdə olan Azərbaycan iqtisadiyyatını dirçəltmək, bütünlükdə dövlətimizin müstəqilliyinin qorunmasını təmin etmək üçün çox düşünülmüş strategiya seçdibu strategiyada neft amilinə üstünlük verdi. Bu, yeganə çıxış yolu idi. Bu, dünya inteqrasiyasına qovuşmaq, maliyyə imkanları, demək olar ki, tükənmiş respublikaya investisiyaların cəlb edilməsi yolu idi. Azərbaycan xalqı yaxşı bilir ki, Heydər Əliyevin neft siyasətinin həyata keçirilməsinə nə qədər güclü təzyiqlər edildi. Amma dövlətimizin başçısı millətimizin, dövlətimizin taleyi, tərəqqisi üçün çox vacib olan prinsipial mövqeyindən dönmədi və 1994-cü ildə Azərbaycan Respublikası dünyanın böyük neft şirkətləri ilə "Əsrin müqaviləsi"ni imzaladı. Bu, müstəqil Azərbaycan dövlətinin, onun Prezidentinin tarixi uğuru idi. Bu, eyni zamanda Azərbaycanın dünya inteqrasiyasında fəal iştirakı üçün əlverişli imkanların yaradılması idi. Biz hamımız bunu dərk etməliyik ki, neft amili qlobal bir məsələdir. XX əsrdə dünyada baş verən böyük münaqişələrin, müharibələrin əsas səbəblərindən biri neft sərvətlərinə yiyələnmək olmuşdur. Heydər Əliyev sübut etdi ki, Azərbaycan suveren dövlət kimi öz təbii sərvətlərinin sahibidirtarixin ona verdiyi bu şansdan xalqının mənafeyi naminə uğurla istifadə edilməlidir. Müstəqil Azərbaycanın neft strategiyası dünya təcrübəsini nəzərə aldı.

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.-2014.-23 may.-S.15.