Ulu Öndər Heydər
Əliyevin "Güclü Azərbaycan
dövləti" ideyası dövlətçiliyimizin
inkişafında yeni mərhələdir
Ulu Öndər Heydər Əliyevin dövlətçiliyimizlə bağlı irəli sürdüyü ideyalardan biri güclü dövlət ideyasıdır. Fəlsəfə üzrə fəlsəfə doktoru Füzuli Qurbanov yazır: "Heydər Əliyevin dövlət quruculuğu konsepsiyasında iki mühüm prinsipin mövcud olduğu danılmazdır. Birincisi, güclü dövlət quruculuğu prinsipi. İkincisi, güclü cəmiyyət quruculuğu prinsipi. Bu prinsiplər bir-biri ilə sıx bağlıdır. Güclü dövlət olmadan güclü cəmiyyət qurmaq imkan xaricindədir. Burada birinci və ikinci kontekstdə işlədilən "güclu" sözünün məna fərqləri vardır. Birinci kontekstdə güclü dövlət siyasi, iqtisadi, hərbi və mədəni aspektlərdə güclü olmaqla yanaşı, onların kompleksində də dövlətin güclü olmasını nəzərdə tutur. İkinci kontekstdə isə güclü cəmiyyət dedikdə həm fərdlərin yaradıcılıq potensialını reallaşdırmaq imkanlarının genişliyi, həm də bütövlükdə cəmiyyətin həmrəylik potensialının (və ya daxili immun qabiliyyətinin) yüksək olması nəzərdə tutulur. Bu prinsiplərin müasir dövrün tələbləri səviyyəsində vəhdətdə götürülməsi birbaşa Heydər Əliyevin xidmətidir. Dövlətçiliyin gələcəyi aspektində də bunun son dərəcə böyük əhəmiyyəti vardır. Yuxarıdakı mülahizələrdən də göründüyü kimi hətta Avropada güclü dövlət məsələsi aktuallaşıb. Özü də bu, milli-mənəvi dəyərlərin saxlanması ilə sıx şəkildə nəzərdən keçirilir. Avropa İttifaqına üzv olan ölkələr öz milli suverenliklərini güzəştə getmək istəmirlər. Buradan belə nəticə çıxarmaq olar ki, müstəqilliyini yeni əldə etmiş dövlətlər üçün həmin məsələ daha çox aktuallıq kəsb edir. Lakin həmin bağlılıqda mühüm hesab etdiyimiz bir məqamı vurğulamaq lazımdır".
Fəlsəfə üzrə fəlsəfə doktoru, professor Azər Mustafayev göstərir ki, köhnə siyasi sistemin dəyişməsi bütün sosial-iqtisadi münasibətlərin yeni relslər üzərinə keçirilməsi, marksizm-leninizm ideologiyasının yeganə, vahid dünyagörüşü kimi tarixin siyasi səhnəsindən çıxması müstəqil dövlətçiliyimizin və milli maraqlarımızın mənafeyinə cavab verən yeni siyasi mədəniyyətin, siyasi təfəkkürün və yeni düşüncə tərzinin, bir sözlə, yeni ictimai şüur formalarının bərqərar edilməsi, ictimai həyatımızın bütün istiqamətləri üzrə gələcək inkişafımızın təmin edilməsi baxımından qeyri-adi, universal, öz təkrarolunmaz siyasi xətti ilə XXI əsr siyasət meydanında istənilən siyasətçiyə onunla hesablaşmağı və öz iradəsini lazımi məqamda ona qəbul etdirməyi bacaran siyasi kursunda şəxsi maraqların milli dövlət maraqları ilə qarşılıqlı tarazlığını tənzimləyən öz əməli fəaliyyətində Şərq müdrikliyi ilə Qərb praqmatizminin dialektik sintezini əks etdirə bilən Heydər Əliyev kimi siyasət cahangirlərinin siyasi arenaya çıxması gələcək uğurlarımızın qarantı prinzmasından son dərəcə vacib və zəruridir.
Tarixin qan yaddaşından bizə yaxşı məlumdur ki, əsrlər boyu bir çox məmləkətlər, dövlətlər və xalqlar, o cümlədən Şərq və Qərb arasında körpü rolunu oynayan qədim Azərbaycan bəzən obyektiv və subyektiv səbəblər üzündən həmçinin zəngin yeraltı və yerüstü sərvətlərinə, geopolitik-coğrafi mövqeyinə görə siyasi-ideoloji çəkişmə və cəng tarixi hadisələrin qaynar burulğanında yerləşən super etnosların və super dövlətlərin maraq, təsir dairəsində olmuş və son nəticədə torpaqlarımızın, milliyyətimizin parçalanmasına (sözün əsil və həqiqi mənasında) gətirib çıxarmışdır. Tarixi həqiqətlər tam aydınlığı ilə sübut edir ki, əsrlər boyu cənnət adlanan bu diyarda yaşamış ulu gövhərlər, müdriklər, aydınlar, fikir və zəka dünyamızın ən parlaq nümayəndələri, başqa sözlə filosofları Azərbaycanımızı xoşbəxt gələcəyə apara biləcək yolları arayıb axtarsalar da, bu yolun nə əvvəlini, nə də sonunu görə bilməmişlər.
Ən qədimlərdən bu günədək davam edən ideal cəmiyyət axtarışlarını, səltənətimizi ictimai həyatın bütün istiqamətləri üzrə xoşbəxt gələcəyə aparan yolların həqiqi cizgilərini və dəqiq konturlarını, başlıca istiqamətlərini zəfər salnaməmizdə ilk dəfə olaraq memar Əcəmi ustalığı ilə məhz Heydər Əliyev vermişdir. Başqa sözlə, Azərbaycanımızın şanlı, hikmət və qəhrəmanlıq səhifələri ilə zəngin, qədim və müqəddəs tarixində dahi tarixi şəxsiyyətlər sırasında məhz Ulu Öndər Heydər Əliyev ilk dəfə olaraq ölkəmizi əzəmət və müqəddəslik rəmzinə çevirən fövqəl təbiətli bir tarixi şəxsiyyət olmuşdur.
Professor İlham Məmmədzadə yazır ki, siyasi təlimlər nəzəriyyəsinə görə, liberalizm fərdi hüquq və azadlıqların müstəsna prioritetinə əsaslandığı üçün dövlətçilik kursu ilə heç də həmişə və asanlıqla uzlaşmır. Dövlətçiliyin əlverişli geosiyasi və hətta hərbi-siyasi şərtlər çərçivəsində qurulması müstəqillik qazanmış bütün xalqların başlıca arzularındandır. Heydər Əliyev hakimiyyətə gəlişinin ilk illərində liberal dəyərlərlə manipulyasiya edən bəzi beynəlxalq siyasi dairələrin "daha çox demokratiya, dah az dövlət" çağırışlarına cavab olaraq, Azərbaycanın yerləşdiyi coğrafi-siyasi regionda, həmçinin, ictimai inkişafın ilkin pilləsində dövlətçilik prinsipinin dominantlığı zəruriliyini əsaslandırmalı olmuşdur. Aydın məsələdir ki, dövlət olmadan vətəndaşların demokratik hüquq və azadlıqlarını həyata keçirmək də mümkün deyildir. Lakin o biri tərəfdən, insanların hüquq və azadlıqlarını qoruya bilmədikləri dövlət son nəticədə cəmiyyətin inkişafı üçün təkanverici rolunu yox, buxov və əngəl rolunu oynamağa məhkumdur. Ümummilli Lider Heydər Əliyev bu iki siyasi ideyanın hər ikisinin eyni dərəcədə düzgün olduğunu qəbul etdiyi üçün onlar arasında elə ritmik bir ahəng yaratmışdı ki, nə dövlət vətəndaşların, nə də vətəndaşların hüquq və azadlıqları dövlətçilik təmayülünün labüd inkişafına xələl gətirməsin. Azərbaycan xalqı müstəqilliyinə qovuşduqdan sonrakı dövrdə liberal dəyərlərdən nəyi qazanıbsa, məhz dövlətçilik prinsiplərinin aliliyinə əsaslanan Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə qazanmışdır.
Ulu Öndər Heydər Əliyev bu mərhələdən respublikanın yeni dövr üçün demokratik inkişaf modelini müdrikliklə irəli sürmüş, eyni zamanda mütərəqqi dəyişikliklərin ictimai şüurda tədricən qəbul olunması zərurətini önə çəkmişdir. Böyük Öndərin irəli sürdüyü milli ideya Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni inkişaf strategiyasının təməli olmuşdur. İctimai-siyasi sabitlik faktoru bu strategiyanın əsas dayaqlarından və istinad nöqtələrindən biri kimi çıxış etmişdir. Şübhəsiz, sabitliyə nail olmadan yeni idarəetmə sisteminə keçid formulunu reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya, insan hüquqları kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyildir. Məhz bu sabitliyin, iqtisadi tərəqqinin nəticəsidir ki, hazırda demokratik normalar qanunların və milli dəyərlərin tənzimlədiyi sərhədlərdən kənara çıxmır və dialektik inkişafa uyğun olaraq getdikcə ictimai şüur tərəfindən tam şəkildə mənimsənilir. Azərbaycan xalqının milli ideologiyasnın vahid sistem halına gətirilməsi də məhz Ulu Öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir.
Filologiya elmlər doktoru Füzuli Qurbanovun fikrincə, Heydər Əliyevin daim Azərbaycanın özünəməxsus tarixi təkamül yolunun olduğunu vurğulaması nəzəri mülahizələr prizmasında çox əhəmiyyətli görünür. Heydər Əliyevin bu aspektdə ifadə edilən fikirlərini üç qrupa ayırmaq olar. Birinci strateji səviyyədə Azərbaycan cəmiyyət olaraq fərqli tarixi təkamül yolu keçmiş ölkə kimi qəbul edilməlidir. Onun dövlətçilik və mədəniyyət ənənələri digərlərindən fərqlənir. III minilliyin başlaması ilə Azərbaycan xalqına müraciətdə Heydər Əliyev ölkənin geosiyasi, sosial-mədəni, iqtisadi və siyasi məkan olaraq xarakteristikasını vermişdir. Ulu Öndər qeyd edirdi ki, qədim zamanlardan ölkəmiz müxtəlif sivilizasiyaların, dövlətçilik ənənələrinin və mədəniyyətlərin yeri olmuşdur. Burada fərqli inanc sahibləri yaşamışlar. Həmin məqam azərbaycanlıların xarakterində dərin iz buraxmışdır. Bütövlükdə cəmiyyət isə müxtəlif mədəniyyətlərin kəsişmə sahəsində yeni mədəniyyət sistemi yarada bilmişdir. İkincisi, Azərbaycan cəmiyyətində dövlətçilik ənənəsi ilə tolerantlıq həmişə yanaşı mövcud olmuşdur. Bu xüsusiyyət də cəmiyyəti digər cəmiyyətlərə açıq etmişdir. Eyni zamanda Azərbaycanda tarixən özünəməxsus dövlətçilik şüurunun formalaşmasına təkan vermişdir. Belə ki, ictimai şüurda bəzən kənar qüvvələrə ifrat dərəcədə inam özünə yer almışdır. Tarixən Azərbaycan cəmiyyətinin bu "yumşaqlığı"ndan yararlanmağa çalışan ölkələr olmuşdur. Lakin hazırkı tarixi mərhələdə xalqın dövlətçilik şüurunda tolerantlıq elementinin ayrıca yer tutması, cəmiyyətin demokratikləşmə və müasirləşmə prosesində şans kimi dəyərləndirilməlidir. Heydər Əliyevin yeni məzmun verdiyi azərbaycançılıq ideologiyasında bu məqam ayrıca yer həmin məqamın vacib şərtlərdən biri kimi qəbul edilməsi strateji əhəmiyyəti olan hadisədir.
Keçən əsrin 90-cı illərində bu özəlliyi hər kəs siyasətçi həssaslığı və peşəkarlığı ilə görə bilmirdi. Qərbdə Z.Bzejinski, S.Hantinqton, C.Fridman, H.Kissincer kimi dünya geosiyasətinin ümumi dinamikası və mənzərəsini müəyyən edən insanlar yeni nəzəriyyələr yaradırdılar. Ancaq onların irəli sürdüyü ideyaları obyektiv və tənqidi qiymətləndirib, konkret cəmiyyət üçün düzgün nəticələr çıxarmaq lazım idi. Heydər Əliyev şəxsi təcrübəsi və siyasi ustalığı ilə Qərbdə hazırlanan geosiyasi nəzəriyyələrin proqnozları ilə uyğun gələn fəaliyyət proqramı ortaya qoydu. O, sivilizasiyaların toqquşmasına yox, dialoqunun perspektivinə inandığını sübut etdi. Azərbaycançılıq ideologiyasının əsas müddəalarında həmin ruh aydın hiss edilir.
Üçüncüsü, Heydər Əliyev Azərbaycan cəmiyyəti üçün tarixin bütün dönəmlərində insan tərbiyəsinin əsas yer tutduğunu önə çəkirdi. Dünyanın heç bir ölkəsində tərbiyə sistemi Azərbaycandakına tam oxşar deyil. Burada yaşayan xalqların fərd-ailə-cəmiyyət münasibətlərinə özünəməxsus baxışı vardır. Fərdin tərbiyəsi həmişə ailə mühiti ilə sıx bağlı olub. Bundan sonra sosial mühit, məsələn məktəb gəlir. Məktəb tərbiyəsi ailədəki tərbiyədən birbaşa asılıdır. Azərbaycanda həmişə ailə tərbiyəsi digər tərbiyə sistemlərinin əsasında durmuşdur. Bu özəlliyi nəzərə almadan burada heç bir demokratik cəmiyyət qurmaq mümkün deyildir. Ona görə də Qərbdən fərqli olaraq Azərbaycanda ailə modeli daim möhkəm olmalı və cəmiyyətə ciddi təsir etməlidir. Ailənin sosial statusunun aşağı salınması cəmiyyətin dağılması ilə nəticələnə bilər. Onu da nəzərə almaq laztmdır ki, Azərbaycanda yeni ailə modelinin təşəkkülü çox incə yanaşma tələb edir. Liberal dəyərlərin bu sahədə tətbiqi xüsusi yanaşma ilə olmalıdır. Ailənin dağılııması ilə Azərbaycan cəmiyyəti də çökə bilər. Bütün bunlara görə, insan tərbiyəsi məsələsində ənənə ilə müasirliyin harmoniyasına Heydər Əliyevin ayrıca önəm verməsi təsadüfi deyil.
Dövlət başçısı Cənab İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə imzaladığı Sərəncamda göstərilir: "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası bizim gələcək planlarımızı əks etdirməklə yanaşı bir daha sübuta yetirir ki, Heydər Əliyevin ölkəmizin sürəkli tərəqqisini bu gün də təmin edən irimiqyaslı proqramları xalqımızın sosial-iqtisadi vəziyyətinin daim yaxşılaşmasına xidmət göstərir, Müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı yolunda əvəzsiz tarixi xidmətlərini nəzərə alaraq, milli dövlətçilik ideyasının bərqərar olması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması naminə misilsiz töhfələr vermiş Azərbaycan xalqının, Ümummilli Lideri Heydər Əiiycvin 90 illiyinin keçirilməsi üçün tədbirlər görülsün".
VAHİD
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2014.- 24 may.- S.15.