Ulu Öndər Heydər Əliyevin dövlətçilik təcrübəsi
millilik və ümumbəşəriliyin
vəhdətidir
Azərbaycan dövlətçiliyi tarixində şanlı və şərəfli yer tutmuş Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyəti arasında Onun milli təhlükəsizliyimizlə bağlı siyasəti də diqqəti cəlb edir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 21 yanvar 2013-cü il tarixli "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" Sərəncamında vurğulandığı kimi, "Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdiriiməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək, Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir".
Ulu Öndər çıxışlarının birində deyirdi: "Bizim böyük məsuliyyətimiz var. Biz müstəqil Azərbaycan dövləti yaradırıq və onu elə yaratmalıyıq ki, daim yaşasın, heç bir qüvvə onu heç vaxt heç bir yana əyə bilməsin, heç bir böyük dövlət gəlib bizim , Azərbaycan xalqının milli azadlığını, müstəqilliyini əlindən ala bilməsin. Bunun üçün də hər kəs bu müstəqilliyi qorumaqdan ötrü sadiq olmalı və öz şəxsi mənafeyini milli mənafedən aşağı tutmalıdır."
AMEA Fəlsəfə və Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə yazır: "Bəşər cəmiyyətinin mövcudluq salnaməsi zaman-zaman minlərin, milyonların arasında seçilmiş fenomenal şəxsiyyət və liderlərin ictimai-siyasi proseslərə hədsiz təsirini, bəzən hətta cərəyan edən hadisələrin məcrasını başqa səmtə yönəltmək qüdrətini özündə tam parlaqlığı ilə təcəssüm etdirir. Yaranmış hansısa əlverişli mərhələdə meydana çıxan belə liderlər xalqının əsrlər boyu formalaşaraq ümumbəşəri dəyərlərlə çulğasan siyasi dünyagörüşü və mental dəyərləri əsasında özlərinin mükəmməl dövlətçilik konsepsiyasını yaradır, beləliklə, pozitiv rakursda siyasi varisilik ənənələri formalaşdırırlar."
Müəllif göstərir ki, XX əsrin sonlarına yaxın dövlət müstəqilliyini əldə etmiş Azərbaycan xalqı da məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında üzləşdiyi bir sıra faciələri aradan qaldırmış, milli varlıq və idrakının, özünüdərkinin ali təzahür forması olan müstəqil dövlət ideyasını uğurla gerçəkləşdirmişdir. Məhz ona görə də bu Böyük İnsan təkcə öz ömrünün, bir insan həyatının deyil, həm də bütöv bir xalqın tarixinin yüksək zirvəsində özünə əbədi yer qazanmış dahi şəxsiyyətdir. Ulu Öndərin mənalı və şərəfli ömür yolunun hər bir parlaq səhifəsi xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir. Azərbaycanın son 40 illik tarixinin bütün mərhələlərində bu fenomenal şəxsiyyətin böyük izləri qabarıq duyulur.
Azərbaycan Respublika Milli Təhlükəsizlik Nazirliyinin rəhbərlərindən biri olan Fuad İsgəndərov göstərir ki, Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamağa və ona əbədi həyat verməyə qadir öndər - Heydər Əliyev ümumxalq tələbi ilə ölkə rəhbərliyinə dəvət olundu. Təsəvvürəgəlməz enerji və dəyanətlə çətinliklərə sinə gərilməsi öz nətiəcəsini verdi. Dünənə qədər uçurum kənarında olan parçalanma təhlükəsi ilə üzləşən Azərbaycan tərəqqi yoluna qədəm qoydu, sabitlliyin bərqərar olduğu bir ölkəyə çevrildi.
Azərbaycan xalqının xoşbəxtliyi bir də onda idi ki, 1993-cü ilin iyununda ölkə rəhbərliyinə həm də kəşfiyyat və əks-kəşfiyyat sahəsində yenilməz biliyə və təcrübəyə malik olan bir şəxsiyyət galmişdi. Onun cəmiyyətdə baş verən və baş verə biləcək bütün hadisələrə düzgün qiymət vermək bacarığı, təcrübəsi, neçə-neçə real bəlaların üstündən keçirilməsinə imkan yaratdı.
Azərbaycanın siyasi gerçəkliklərinin dünənində, bugünkü həyatında və gələcək taleyində bu böyük şəxsiyyətin göstərmiş olduğu xidmətləri təhlil etsək, aydın olar ki, bu dövlət xadiminin, siyasətçinin, müdrik insanın, xalqının rəsmi siyasi lideri kimi hakimiyyətə ikinci qayıdışı, sözün əsil mənasında Azərbaycanın tarixi müqəddəratının reallıqlarından doğan obyektiv zərurət idi. Bu zərurət əhalinin əksəriyyətinin Heydər Əliyevin doğma Vətəninin düşmüş olduğu bəladan xilas etməyə qadir siyasətinə, tükənməz enerjisinə və dərin inamına əsaslanırdı. Ona görə də, bu gün hamı millət naminə çalışmış, onun mənəviyyatında, iqtisadiyyatında intibah çırağı yandırmış, dövlətimizin müstəqilliyini qorumuş ideya sahibinin siyasi kursunun ardıcıl surətdə və əzmlə davam etdirilməsinə güvənir, bu kursun layiqli davamçısının ardınca gedir.
Zamanın çətin dönüş məqamlarında millətini, xalqını tarixi inkişafın dolanbac yollarından keçirib işıqlı sabaha doğru aparan böyük şəxsiyyətlər az yetişməyib. Bu şəxsiyyətlər tarixi yaradır və özləri də həmin tarixin ayrılmaz hissəsinə çevrilirlər. Millət öz milli-mənəvi varlığını, azadlıq və müstəqillik əzmini belə şəxsiyyətlərin simasında təcəssüm etdirir. ABŞ tarixində bu missiyanı Corc Vaşinqton, Türkiyədə Mustafa Kamal Atatürk, Almaniyada Konrad Adenauer, Fransada Şarl de Qoll oynamışlarsa, Azərbaycanda həmin şərəfli missiyanı həyata keçirmək görkəmli dövlət xadimi Heydər Əliyevin taleyinə düşmüşdür. Heydər Əliyev yorulmaz və gərgin siyasi-diplomatik fəaliyyəti, dövlətçilik təcrübəsi, Azərbaycan xalqının milli maraq və ideallarına bağlılığı ilə ümummilli rəhbər olduğunu bütün dünyaya, eyni zamanda, daxili-xarici bədxahlara zamanında sübut etmiş şəxsiyyət idi. Ona görə də, müstəqilliyin ilk illərindəki gərgin və böhranlı vəziyyətdə Azərbaycan xalqı tərəddüd etmədən yeganə doğru yol seçərək Heydər Əliyevin yenidən siyasətə qayıdışını, dövlət idarəçiliyi sükanının arxasına keçməsini tələb etmişdi. Xalqın tarixi təcrübənin təhlilindən irəli gələn bu seçiminin Azərbaycana qazandırdığı bir sıra danılmaz nailiyyətlər arasında ən mühümü ölkənin milli təhlükəsizliyinin təmin olunması sahəsində görülmüş işlər olmuşdur.
Professor İlham Məmmədzadə göstərir ki, ötən əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyev Azərbaycanda müstəqil dövlətin möhkəmləndirilməsi, idarəetmə proseslərinin mərkəzləşdirilməsi, milli iqtisadiyyatın durğunluq prosesinin dayandırılması məqsədi daşıyan sosial-siyasi və iqtisadi islahatlar həyata keçirməyə başlamışdır. Bütün bunlar isə Azərbaycana maraqların toqquşması məkan və müxtəlif kliyentalist qrupların eksperimentləri üçün sınaq meydanı kimi yanaşılan siyasi romantizmdən və bəsirətsizlikdən irəli gələn bütün məkrli niyyətlərinin üstündən qələm çəkmişdir.
Tarixdən məlumdur ki, istənilən milli ideyanın gerçəkləşdirilməsi üçün müstəqil dövlətin və xalqın güclü idarəçilik səriştəsinə malik liderinin olması vacib şərtlərdir. Məhz belə xarizmatik liderlərin seçdiyi düzgün strategiya milli hədəflərə doğru inamlı addımların atılmasına, qarşıya qoyulmuş məqsədlərin uğurla reallaşdınlmasma imkan yaradır. XX əsrin sonlarında doğru dövlət müstəqilliyini bərpa etmək şansı qazanmış Azərbaycanın ilk illərdəki acınacaqlı ictimai-siyasi, iqtisadi durumu lider fenomeninin milli inkişafdakı müstəsna rolunu bir daha təsdiqləyir. Təəssüflə qeyd etmək lazımdır ki, 1991-ci ilin oktyabr ayından 1993-cü ilin iyun ayınadək ölkədə cərəyan edən xaotik proseslər fonunda Azərbaycan dövlətinin mövcudluğunun qorunub saxlanılması özü milli ideyaya çevrilmişdi. Bu mərhələdə respublikada cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər, eyni zamanda, ölkənin müstəqilliyi üçün real təhdidlərin baş qaldırması, vətəndaş qarşıdurması meyillərinin güclənməsi, hüquqi nihilizmin, xaos və anarxiya mühitinin dərinləşməsi göstərdi ki, ölkəni yaranmış acınacaqlı vəziyyətdən yalnız Heydər Əliyev kimi müdrik və uzaqgörən şəxsiyyət xilas edə bilər. Ulu Öndər xalqın təkidli tələbi ilə hakimiyyətə gəldiyi ilk gündən Azərbaycanın milli dövlətçilik atributlarını formalaşdırmağa başlamış, müstəqilliyini şərti müstəqillik aktı və bəyanatlar səviyyəsindən çıxarmışdır.
Heydər Əliyev böyük şəxsiyyət olaraq cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görərək bunun üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. Məhz Ulu Öndərin gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılmışdır. Hüquqa və ədalətə söykənən vətəndaş cəmiyyətinin əsası qoyulmuş, onun təkmilləşdirilməsi prosesi uğurla davam etdirmişdir. Fuad İsgəndərovun fikrincə, bəli, Heydər Əliyevin ölkədə yaratdığı təhlükəsizlik və sabitlik mühitini sözün tam mənasında fenomen adlandırmaq olar. Bəs, bu fenomeni şərtləndirən amillər hansılardır?
Ən birincisi, parçalanmaqda və hərc-mərclik ucbatından süquta uğramaqda olan ölkəni azərbaycançılıq ideyasına söykənərək, milli birlik və vətəndaş həmrəyliyi ilə demokratik və dinamik inkişaf etməkdə olan bir məmləkətə çevirmək bacarığı.
İkincisi, Heydər Əliyevin keçdiyi zəngin həyat yolu başlanğıcdan son günədək ölkənin təhlükəsizliyi ilə sıx bağlı olub. Əsil peşəkarın vətən qarşısında əvəzsiz xidmətləri ölkəni və xalqı dəfələrlə bəlalardan və məhv olmaqdan qorumuşdur.
Üçüncüsü, bu, böyük insanın şəxsi keyfiyyətləri ilə bağlıdır. Heydər Əliyev yenilməz iradəyə, diplomatik bacarığa, başlıca məqsədə doğru ardıcıl və inamlı şəkildə getməyə qadir, ölkənin və millətin mənafeyinin tələb etdiyi məqamlarda kompromisə hazır olmağı bacaran şəxsiyyət olmuşdur. Bu mühüm və nadir keyfiyyətlər onun hayatda daim qalib çıxması üçün ən əsas stimul rolu oynamışdır. İftixar hissilə qeyd edilməlidir ki, belə bir böyük şəxsiyyət məhz təhlükəsizlik orqanlarında formalaşıb, onun təkanverici qüvvəsi və rəhbəri olmuşdur. Ölkəyə başçılıq etməyə başladığı dövrdən isə, o, bu orqanlara öz dəsti-xəttini verməklə, yeni peşəkarlar nəslinin, onun məktəbində püxtələşmiş insanların yetişməsinə şərait yaratmışdır.
Heydər Əliyevi şəxsiyyət kimi digərlərindən fərqlandirən cəhət Onun Vətənə, xalqa təmənnasız xidməti bütün amallardan üstün tutması idi. 60-70-ci illərdə Azərbaycanda çox az adam tapılardı ki, ölkəmizin yenidən müstəqillik əldə edəcəyinə inansın. Lakin sovetlər birliyinin mövcudluğunun on illər, yüz illərlə qorunub saxlanılacağı barədə qondarma qənaətlərin formalaşdırıldığı illərdə Heydər Əliyev nəinki buna inanırdı, öz əməli işləri ilə ölkəsinin müstəqilliyi üçün siyasi, iqtisadi və intellektual zəmin hazırlamaqla artıq gələcək müstəqiliiyimizin konturlarını cızırdı. Bu geniş və heç də asan olmayan fəaliyyətlərin təməli bu böyük şəxsiyyətin dövlət təhlükəsizlik orqanlarında rəhbər vəzifələrdə işlədiyi illərdən qoyulmuşdu.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təhlükəsizlik fenomeninin yaşadılması və daha da inkişaf etdirilməsi ona əsaslanan məqsədyönlü, daimi və ardıcıl siyasi kurs kimi gercəkləşdirilməsi bu gün Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilir. Bu baxımdan milli təhlükəsizliyin təminatı prosesinin masir dövrün reallıqları, təhdid və çağırışlarına uyğunlaşdırılması, Azərbaycanın xüsusi xidmət orqanlarının fəaliyyətinin sivil, demokratik normalar əsasında təşkili istiqamətində hazırda atılan addımlar xüsusi qeyd olunmalıdır. Məhz ölkə Prezidentinin təqdimatı ilə "Azərbaycan Respublikasının milli təhlükəsizliyi haqqında", "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Qanun layihələri Milli Məclisə göndərilmiş, hər iki qanunun qəbulu üçün müvafiq prosedur qaydalara uyğun parlament müzakirələri keçirilmiş, bu barədə qanun qəbul edilmişdir.
Azərbaycanın təhlükəsizliyi əbədiyaşar Ümummilli Liderimiz Heydər Əliyev kimi dahi şəxsiyyət tərəfindən qoyulan və Onun fərdi keyfiyyətlərinə arxalanan müstəsna fenomen hal olmaqla, artıq Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən gündəlik siyasət formasında həyata keçirilən, daim uğur qazanmağa qadir siyasi kursa çevrilmişdir.
VAHİD ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2014.- 31 may.- S.15.