Vətəndaş cəmiyyəti fərdi, ictimaimilli maraqların vəhdətinin təminatçısıdır

 

 

 

Vətəndaş cəmiyyəti maraqları uzlaşdırır, bir vəhdət, ahəngdarlıq yaradır. Tədqiqatçı R.Quliyevin fikrincə, vətəndaş cəmiyyətinin əsasını sivilizasiyalı, özfəaliyyətdə olan tam hüquqlu fərd təşkil edir. Vətəndaş cəmiyyətində insanların müstəqil assosiasiyaları - dini, siyasi korporasiyalar, həmkarlar ittifaqları onların qrup və fərdi maraqlarını və hüquqlarını ifadə və müdafiə edir, dövlətlə xüsusi münasibətdə olur. Vətəndaş cəmiyyəti nə qədər güclü inkişaf etsə, demokratik rejimlər üçün bir o qədər möhkəm əsaslar yaranır. Vətəndaş cəmiyyətinin zəif olduğu regionlarda avtoritartotalitar rejimlərin yaranması ehtimalı güclü olur.

R.Quliyev göstərir ki, vətəndaş cəmiyyəti meydana gələndə insanın hüququ və vətəndaşın hüququ bir-birindən ayrılır. İnsanın hüququ vətəndaş cəmiyyəti, vətəndaşın hüququ isə hüquqi dövlət tərəfindən təmin edilir. İnsan hüquqları dedikdə ayrıca insan fərdinin həyata, xoşbəxtliyə cəhd hüquqları, vətəndaş hüquqları dedikdə, daha çox siyasi hüquqlar nəzərdə tutulur. Vətəndaş cəmiyyətinin də hüquqi dövlətin də mövcudluğunun mühüm şərti kimi iqtisadi, mədəni, mənəvi və siyasi potensialını reallaşdırmaq hüququna malik şəxsiyyət çıxış edir. Fərd vətəndaş cəmiyyəti vasitəsilə reallaşaraq sosial həyatın təkrar istehsalını təmin edir.

R.Quliyev və digər tədqiqatçılar qeyd edirlər ki, vətəndaş cəmiyyəti insanların iqtisadi, peşə, mədəni, dini və digər maraqlarının formalaşdığı və reallaşdığı sosial əlaqələr sistemidir. Bu maraqlar vətəndaş cəmiyyətinin ailə, dini icmalar, təhsil sistemi, elmi, peşə və digər birliklər, assosiasiyalar, təşkilatlar kimi təsisatların vasitəsilə əks etdirilərək həyata keçirilir. Vətəndaş cəmiyyəti bütövlükdə, şəxsi maraqlar, tələbatlar və s. sahələrdə təcəssüm olunur.

Vətəndaş cəmiyyəti və hüquqi dövlət və onların təşkilatları ayrı-ayrı sosial gücmaraqlar arasında ahəngdarlığın əldə olunması üçün meydana gəlirdi. Vətəndaş cəmiyyətində vahid maraqlarla birləşən təşkilatlardan ibarət maraqlı qruplar mühüm yer tutur. Maraqlı qruplar və təşkilatlar ayrıca bir fərdə öz imkanlarını və tələblərini reallaşdırmaq üçün zəruri yer ayırır və eyni zamanda, iqtisadi, etnik, dini, regional, demoqrafik, peşə və digər maraqların müxtəlifliyini əks etdirir.

A.Manfreydin fikrincə, vətəndaş cəmiyyəti, sosial, mədəni və mənəvi həyat fəaliyyətinin təminatı onların yenidən təşkili və nəsildən-nəslə ötürülməsi sistemi ayrı-ayrı fərdilərin və kollektivlərin özünü reallaşdırması həm fərdi, həm də kollektiv maraqların və tələbatların reallaşdırılması üçün şərait yaratmaq məqsədi güdən müstəqil və dövlətdən asılı olmayan ictimai təsisatlar və sistemidir. Bəzən vətəndaş cəmiyyəti xüsusi maraqlar və tələbatlarla da eyniləşdirilir.

Qərb tədqiqatçıları göstərirlər ki, Avropa səhnəsində yaranmış, ideolojisiyasi cəhətdən bərabərlik və vətəndaşların cəmiyyətin sosialsiyasi həyatında artan iştirak etməsi ehtimalına əsaslanmış müasirliyin yeni sivilizasiyasını anlamaq üçün bir çox mütəfəkkirlər Maks Veberin əsərinin təsiri nəticəsində fərdin bu yeni ifadə olunmuş məfhumana müraciət ediblər. Bu, ümumi vətəndaşlıq və seçki hüququ, eyni zamanda, qərar qəbuletmə prosesində geniş vətəndaş kütləsi iştirakının ilkin şərtlərini nəzərdə tutan siyasiya sosial quruluşla müəyyən oxşarlıq yaratmaq meyilində daha aydın görünürdü. Vətəndaş cəmiyyətinin paradiqmalarından biri kimi Amerika ideyasına bu qədər çox töhfə verən amil elə məhz ümumi bərabərliyin bu ideoloji ilkin şərti idi. Lakin yadda saxlamalıyıq ki, fərdlərin bu bərabərliyinə bir əsas kimi xidmət edən təbiət qanunu doktrinaları çox məxsusi tərzdə izah olunmuş, eyni zamanda, sosialsiyasi təfəkkürə daxil edilmişdi. Vətəndaşların "metafiziki bərabərliyi", nümayəndəli idarəetmə və fərdi hüquqlara məhz bu vurğu təbiət qanunu fəlsəfəsi ilə çox fərqli dini ənənənin bir-birinə qarışmasından əmələ gəlmiş və onlarla birgə təkrarsız bir sintez yaratmışdılar.

A.Seliqman yazır ki, vətəndaş cəmiyyətinin mənbələri və ya ən azı onun ilkin şərtləri təməlində (fərd və səbəb ideyasında xeyirə yönəlmiş göstərişlərin yeni bir ifadəsi kimi) Amerikada cəmləşmişdi.  Lakin oradakı tarixi inkişaf hissiyyatda, dəyərlərdə və dünyaya baxışlarda daha genişdaha ümumi xarakter daşıyan, nəticəsini şotland maarifçiliyion səkkizinci-on doqquzuncu əsrlərin siyasi fəlsəfəsindəki vətəndaş cəmiyyəti ideyası barədə müzakirədə araşdırdığımız bir dəyişikliyin paradiqmatik təzahürü idi. İndi bizə bir qədər öncə Şimali Amerika kontekstində tədqiq olunmuş hadisələrin daha analitik komponentlərinə qayıtmaq və onların vətəndaş cəmiyyəti ənənəsinə uyğunluğunu qeyd etmək qalır. Bunun üçün ümumbəşəri dəyərin yeni tərifinin təşkiledici amili rolunu oynamış, cəmiyyətin səciyyəvi görüntüsü üçun əsas ola biləcək fərd və idrak ideyasına qayıtmalıyıq.

Gördüyümüz kimi, on səkkizinci əsrdə yaranmış ideya öz müstəqilliyi, həm transendental, həm də fərdi varlığın təşkiledici amili olan idrak hökmlərinə riayət etməyə əsaslanmış mənəvi fərd ideyasıydı. Formalaşmış, xüsusən də, İmmanuel Kant təfəkkürünün bəhrəsi olan amil, mənəvi aspekti məhz vətəndaş cəmiyyətində axtarılmalı olan ictimailik amilinin mövcudluğuna imkan yaratmış mənəvi şəxsiyyət məfhumu idi "Mənəviyyatın metafizikasına giriş" əsərində Kant bu şəxsiyyətin asketik-puritan ənənəsindən əsaslı surətdə bəhrələnmiş əlamətlərini açıqlamışdı: "Mənəvi şəxsiyyət mənəvi qanunlar çərçivəsində rasional varlığın azadlığından başqa bir şey deyil (psixoloji şəxsiyyət isə əksinə, sadəcə, möcudluğun müxtəlif vəziyyətlərində adamın öz kimliyindən agah ola bilmək bacarığıdır). Nəticə isə odur ki, hər bir şəxs özü-özünə verdiyi qanunlardan başqa (istər təklikdə və ya ən azı başqaları ilə birlikdə) heç bir başqa qanuna tabe olmur".

Sırf analitik terminlərlə ifadə etsək, burada biz "daxili nurun" hökmlərinə riayət edən və artıq kilsənin müqəddəslik doktrinaları ilə məcbur edilməyən müstəqıl fərdi vicdanın dünyəvi görüntüsünü görürük. Burada da biz on səkkizincı və on doqquzuncu əsrlərin təfəkkürünü, xüsusən ABŞ-ı səciyyələndirən və artıq ümumbəşəri kilsənin deyil, ümumbəşəri idrakın transendental keyfiyyətlərinə əsaslanmış umumbəşəriliyin yeni şərtlərini görürük.

Vətəndaş cəmiyyətinin yaranmış konsepsiyasını və onun sosial quruluş üçün uyğun bir model təqdim edə bilməməsini qiymətləndirmək üçün məhz umumbəşəri dəyərlərin (həqiqətləri də bura əlavə edə bilərik) təyinedici şərtlərinin bu transformasiyasına istinad etməliyik. Əslində, hər iki hadisə cəmiyyətdə fərdi varlığın təşkiledici şərtlərinin xristian ümumbəşəriliyinin - mövcud təriflərindən kənarda, yeni bir bir qəlibdə formalaşmış, on altıncı və on yeddinci əsrlərin reformasiyasının uzunmüddətli təsirləridir.

 Vətəndaş cəmiyyətində müxləlif sosial-siyası qüvvələrin maraqlarının uzlaşması və ya onlar arasında munaqişə və qarşıdurma da baş verə bilər ki, bu da şəxsi və dövlət maraqları arasında ziddiyyətlərlə başa çatır. Fəlsəfə elmləri doktoru Azər Mustafayev özünün "Fəlsəfədə ziddiyyətlər və münaqişələr problemi" əsərində öz məqsədinə çatmaq üçün müxtəlif vasitələrdən - ideoloj, iqtisadi və mənəvi üsullardan istifadə edən dövlət hakimiyyətində və cəməyyətdə şəxsi, sinfi, milli maraqların, dünyagörüşlərinin toqquşması, göstərir, münaqişələrin iki qrupu diqqətə çatdırılır:

1) Real hakimiyyətlə maraqları dövlət strukturlarında təmsil olunmayan müxalifət qüvvələr arasında baş verən münaqişə;

2) Real hakimiyyət daxtlində mövcud olan münaqişə.

Bütünlükdə, cəmiyyətin maraqlarının müdaxiləsinə ehtiyac yarandıqda dövlət bu prosesə müdaxilə edə bilər. Hüquqi dövlətdə yalnız qanuni seçilmiş dövlət məcburiyyət aləti kimi güc tətbiq etmək hüququna malikdir. Hüquqi dövlət formalaşarkən fərdi azadlıq və huquq təmsil edir, həm azadlıq və hüquqların qoruyucusu kimi milli  dövlətlərin hakimiyyətini möhkəmləndirir.

R.Quliyevin fikrincə, vətəndaş cəmiyyəti şəxsi, bir-birinə zidd maraqlar kəsb edirsə, hüquqi dövlət ümumi iradənin ifadəsi kimi bu maraqları bir-birilə uzlaşdıran məqsədi güdür. Vətəndaş cəmiyyətində sosial, iqtisadi, siyasi maraqların ahəngdarlığı hökm sürür. Hüquqi dövlət və siyasi hakimiyyət xalq və vətəndaşlar qarşısında məsuliyyət daşıyır. İnsanların və vətəndaşların hüquq və azadlıqları hüquqi dövlət tərəfindən etibarlı müdafiə olunur. Vətəndaşların siyasi iradəsinə hörmət edir. İnsanların fəallığı və təşəbbüskarlığı artır, vətəndaş və şəxsi ləyaqət hissi yüksək inkişaf edir, humanizm dinisiyasi dözümlülük - tolerantlıq və demokratik sərvətlərin bərqərar olması, bütün xalq, təbəqələr ali qanun qarşısında bərabər surətdə məsuliyyət daşıyır. İnsan ali dəyər kimi qiymətləndirilir. Hüquqi dövlət heç də əxlaq və normaları ləğv etmir, əksinə, normaların hamı üçün qanun səviyyəsində qəbul olunmasını tələb edir.

Zdravomıslov göstərir ki, maraqlar ictimai münasibətlərin xüsusi növü olub müəyyən sosial qrupların, insanların tarixi birlik formalarının daşıyıcısı kimi çıxış edir. Maraqların obyekti maddi və mənəvi dəyərlərə, sosial təsisatlar, adət və qaydalarla təsbit olunmuş ictimai münasibətlərdir. Maraqlar buya digər sosial birliyə-demoqrafik qruplara və millətə xas olub, bu birliklərin sosial-siyasi davranışına əsaslı şəkildə təsir göstərir. Vaxtilə marksist ədəbiyyatda "sinifli cəmiyyətdə ictimai həyatda siniflərin maraqlarının, hətta milli maraqlardan da üstün rol oynadığı" göstərilirdi: "Sinifli cəmiyyətdə ictimai həyatda əsas rolu siniflərin maraqları oynayır, onunla müqayisədə peşə, milli və digər maraqlar arxa plana keçir". A.Q.Zdravomıslov maraqların ideyaya çevrilməsi prosesini ətraflı şərh edərək maraqların cəmiyyətin mədəniyyət və dəyərlər sisteminin əsası kimi nəzərdən keçirməyi zəruri hesab edir.

Vətəndaş cəmiyyəti daxilində müxtəlif maraq və mənafeləri düzgün əlaqələndirməzdən, ictimai-siyasi gerçəkliklə sosial ədalət prinsiplərini ardıcıl surətdə bərqərar etmədən hər hansı milli dövlət quruculuğundan danışmaq çətindir. Hüquqi dövlət milli-mənəvi simanın formalaşması, milli həyatın çoxcəhətli komponentlərinin inkişafı üçün mühüm məziyyətdir. Tədqiqatçılar göstərirlər ki, hüquqi və milli-dövlət maraqlarının formalaşmasında dövlət və onun tələbatlarının ödənilməsi şəraitinin müəyyənləşməsində dövlətin xüsusiyyətləri həlledici rol oynayır. Fərdi və qrup şüuruna münasibətdə obyektiv olan dövlətə münasibətdə obyektiv olmaya da bilər. Keçmiş sovet tədqiqatçıları və Azərbaycan alimləri millət və dövlətin eyni məna vermədiyini, onlar arasında fərqlər olduğunu, etnik, milli birliyin dövlət birliyilə üst-üstə düşmədiyini, milli və dövlət maraqlarının fərqləndiyini göstərmişlər.

R.Quliyevin fikrincə, eyni zamanda milli və dövlət maraqları arasında dərin qarşılıqlı əlaqənin mövcudluğu xüsusi nəzərə çatdırılır. Vətəndaş cəmiyyəti, sosial, mədəni və mənəvi həyat fəaliyyətinin təminatı onların yenidən təşkili və nəsildən-nəslə ötürülməsi sistemi ayrı-ayrı fərdlərin və kollektivlərin özünü reallaşdırması həm fərdi, həm də kollektivçilik və modemizm, yaxud azərbaycançılıq əsasında vahid ümumi təsəvvür tipini əsaslandırmaqla millətin və dövlətçiliyin bütün problemlərinin həll ediləcəyi fikrinə şübhə ilə yanaşır. Bu ideyanı qəbul etməyənləri zor gücünə inandırmağı isə o, kəskin tənqid edir: "Belə mühakimələrdə əsas məsələ unudulur ki, bu, ancaq həmin ümumi təsəvvürlər işdə millətin maraqlarını əks etdirərsə, baş verə bilər. Bu isə o deməkdir ki, maraqların subordinasiyası bütövlükdə və tamamilə şüurlu fəaliyyət sahəsinə aiddir, dövlət də idarəetmə və hakimiyyət sistemindən asıldır. Bu zaman maraqların müxtəlif dərk olunması səviyyəsi müxtəlif rol oynayır. Əgər dövlət maraqları dövlət iradəsinin ümumiləşdirilməsi üçün xüsusi təyin olunmuş tədqiqatların köməyilə dərk olunursa, öz-özlüyündə cəmiyyətin siyasi təşkili forması olmayan millətlər belə təsisatlara malik deyillər. Çoxmillətli dövlətdə millətlərin maraqlarının aşkara çıxması və formalaşmasının əsas problemlərindən biri millətlərin iradəsi problemidır.

Əgər millət dövlətin tərkibində muxtariyyatın bir formasından özünütəyin edirsə, onun iradəsi mexanizmilə bağlı məsələlər və dövlət səviyyəsində maraqlar nəzərə alınmış heç bir çətinliklə üzləşmir. Əgər millət siyasi birliyin formalarından birində özünü təyin etmirsə, bu şəraitdə ümumi demokratik qaydalarnormalar milli maraqların nəzərə alınması üçün kifayət deyildir.

 Çoxmillətli dövlətdə ümumi milli maraqların aşkara çıxarılması gedişində  müxtəlif millətlərin maraqları arasında əlaqə uzanır, ziddiyyətlər həll edilir, kompromislər də edilir, maraqların elə bir sistemdə birləşməsi baş verir ki, burada bir millətin marağının həyata keçməsinə səbəb olur. Hətta milli birlik dövlət birliyilə üst-üstə düşdükdə belə onlar arasında mütləq eynilik olmur. Milli suverenlik və dövlət suverenliyi arasında da enilik olmur. Hər bir milli maraq, hətta ümumi maraqlar spesifik dövlət, hakimiyyət və idarəetmə təşkilatlarından keçərək keyfiyyətcə yeni özünəməxsusluq kəsb edir. Dövlət maraqları-dövlət iradəsi mexanizmi vasitəsilə həyata keçərək dövlət sistemi çərçivəsində mövcud olan maraqlardır. Dövlət maraqlarında təsbit olunmuş müəyyən şəkildə milli maraqlara da təsir göstərir. Unitar çoxmillətli dövlətdə ayrı-ayrı mili maraqlar və dövlət maraqları münasibətləri, həmçinin digər ictimai münasibətlər dövlət maraqlarının üstünlüyünü nəzərdə tutan subordinasiya prinsipi əsasında müəyyən edilir.

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2014.- 1 noyabr.- S.15.