Vətəndaş cəmiyyəti və hüquqi dövlətdə dövlət qulluqçularının inzibati və yardımçı vəzifələri

 

 

    

Şübhəsiz ki, vətəndaş cəmiyyətində dövlət qulluqçularının əxlaqi davranış qaydaları əsas yer tutur. Azərbaycan xalqının Ümummilli Lideri Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi altında hazırlanıb ümumxalq səsverməsi ilə qəbul edilmiş yeni Konstitusiyadan sonra respublikanın, demək olar ki, bütün normativ- hüquqi aktları yenidən qəbul edilmişdir. Bunlardan biri də 2000-ci il 21 iyul tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş "Dövlət qulluğu haqqında" qanundur.

Azərbaycan Respublikası Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü Süleyman İsmayılov yazır ki, bu qanunda Azərbaycanın dövlətçiliyi tarixində ilk dəfə olaraq konkret surətdə bilavasitə dövlət qulluğu və dövlət qulluqçusu məfhumlarının nədən ibarət olduğu açılıb göstərilmiş və dövlət qulluqçusunun hüquq və vəzifələri qanunvericilik yolu ilə təsbit edilmişdir. Yeni qanunun bütün cəhətləri üzərində geniş dayanmağın çox vaxt aparacağını nəzərə alaraq burada əksini tapmış bəzi əsas müddəaları şərh etməyi vacib hesab edirik.

Bu qanun qəbul edildikdən sonra ona 2001-ci il 13 fevral, 2002-ci il 2 iyul və 2002-ci il 3 dekabr tarixli qanunlarla müxtəlif dəyişikliklər edilmiş, onun əsas müddəalarından irəli gələn bir çox normativ aktlar təsdiq olunmuş, bütövlükdə dövlət qulluğu ilə əlaqədar 11 qanun qəbul edilmiş, 21 fərman verilmişdir. Qanuna əsas dəyişikliklər 2002-ci il 2 iyul tarixində qanunla edilmişdir.

Cəmi 6 fəsildən və 35 maddədən ibarət olan "Dövlət qulluğu haqqında" Qanunda göstərilir ki, qanun dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. Qanun icra hakimiyyəti orqanlarında, qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Qanunda dövlət qulluğunu idarəetmə orqanlarının, dövlət qulluğunun əsas vəzifələrinin və prinsiplərinin nədən ibarət olduğu, dövlət orqanının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda Azərbaycan Respublikasının məqsəd və funksiyalarını həyata keçirən, qanunvericiliyə uyğun olaraq yaradılmış dövlət qulluqçularının qurumu olduğu göstərilir.

S.İsmayılovun qeyd etdiyi kimi, qanunda dövlət orqanlarının təsnifatı verilironlar öz səlahiyyətlərinə görə yeddi kateqoriyaya bölünür, KonstitusiyaKonstitusiya qanunları ilə verilmiş səlahiyyətlərə uyğun olaraq onların hansı kateqoriyaya aid olduğu göstərilir. 1-ci kateqoriya dövlət orqanlarına ali dövlət orqanları - Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin həyata keçirilməsini bilavasitə təmin edən digər orqanlar, Milli Məclisin, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin aparatı, 2-ci kateqoriya dövlət orqanlarına yuxarı dövlət orqanı olan Nazirlər Kabineti və Naxçıvan MR-in ali dövlət orqanı - Ali Məclisin aparatları, 3-cü kateqoriya dövlət orqanlarına İnsan Hüquqları üzrə Müvəkkilin (ombudsmanın) aparatı, apellyasiya məhkəmələrinin aparatları, Naxçıvan MR Nazirlər Kabinetinin, Naxçıvan MR Ali Məhkəməsinin aparatı, 4-cü kateqoriya dövlət orqanlarına Mərkəzi Seçki Komissiyasının aparatı, Hesablama Palatasının, İqtisad Məhkəməsinin, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin, Beynəlxalq Müqavilələrdən İrəli Gələn Mübahisələrə Dair İqtisad Məhkəməsinin aparatları, 5-ci kateqoriya dövlət orqanlarına Konstitusiyanın 113-cü maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilən dövlət orqanları - mərkəzi icra hakimiyyəti orqanlarının aparatları, 6-cı kateqoriya dövlət orqanlarına Konstitusiyanın 120-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilən dövlət orqanları - Nazirlər Kabineti yanında və ya onun qərarı ilə yaradılan orqanların aparatları, Naxçıvan MR mərkəzi icra hakimiyyəti orqanlarının aparatları, 7-ci kateqoriyaya isə Konstitusiyanın 113-cü və 124-cü maddələrində nəzərdə tutulmuş qaydada müəyyən edilən dövlət orqanları - yerli icra hakimiyyəti orqanlarının aparatları, mərkəzi icra hakimiyyəti orqanlarının ikili tabelikdə olan yerli bölmələri və səlahiyyətləri Konstitusiyaya əsasən qanunla müəyyən edilən yerli dövlət orqanları - rayon (şəhər) məhkəmələrinin, hərbi məhkəmələrin və yerli iqtisad məhkəmələrinin aparatları daxildir. Eyni zamanda, qanunla bu kateqoriyalara aid edilən dövlət orqanlarının bölmələri öz funksiyalarına görə aparıcı və köməkçi bölmələrə ayrılır.

Qanunda dövlət orqanlarında vəzifələrin təsnifatı verilərək onların inzibati və yardımçı vəzifələrə bölündüyü göstərilir, qeyd olunur ki, siyasi vəzifələr tutan şəxslərin hüquqi statusu başqa qanunvericilik aktları ilə müəyyən olunurbu qanunun qüvvəsi onlara şamil edilmir. Qanunda nəzərdə tutulmuş siyasi vəzifələrdən başqa, həmçinin inzibati vəzifələrin və yardımçı vəzifələrin təsnifatı da verilir. İnzibati vəzifələrə birinci-yeddinci kateqoriya dövlət orqanları aparatları və bölmələri rəhbərlərinin, onların müavinlərinin, habelə dövlət qulluğunda çalışan mütəxəssislərin vəzifələri daxildir. Birinci-yeddinci kateqoriya dövlət orqanlarının texniki işləri həyata keçirən mütəxəssislərinin (kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücüsair işçilərin) vəzifələri isə yardımçı vəzifələr təsnifatına aid edilir.

İnzibati və yardımçı vəzifələrin təsnifatında göstərilir ki, inzibati vəzifələrin 9 təsnifatı, yardımçı vəzifələrin isə 6 təsnifatı vardır. Qanunda göstərilir ki, inzibati və yardımçı vəzifələrin təsnifat toplusunda vəzifələrin ixtisas dərəcələri, adları, dərəcələr üzrə bölgü və vəzifələrin tutulması şərtləri haqqında məlumatlar verilir. Məhz bu təsnifat toplusu dövlət orqanlarının ştat cədvəllərinin yaradılması və dövlət qulluqçularının vəzifə təlimatlarının hazırlanması üçün əsasdır. Qanunda, həmçinin göstərilir ki, dövlət qulluqçularına hansı ixtisas dərəcələri verilir və növbəti dərəcənin verilməsi ilə əvvəlki dərəcə arasındakı müddət nə qədər olmalıdır.

"Dövlət qulluğu haqqında" Qanunda bunlardan başqa dövlət qulluqçusunun əsas vəzifələri, əsas hüquqları, dövlət qulluğu ilə əlaqədar onun üçün qoyulmuş məhdudiyyətlər, dövlət qulluqçusunun təminatları, məvacibi, pensiya təminatı, mükafatlandırılması, məsuliyyəti məsələləri öz əksini tapmışdır. Qanunda dövlət qulluğuna keçmə, dövlət qulluğuna qəbul, inzibati vəzifələrin tutulması, dövlət qulluğunun şərtləri, dövlət qulluqçularının attestasiyası, dövlət qulluğunda irəli çəkilmək hüququ və dövlət qulluğuna xitam verilməsi kimi müddəalar əsaslandırılmışdır.

Yeni qanunla dövlət qulluqçularına bir sıra yeni hüquq və vəzifələr verilməklə və onların sosial müdafiəsi yaxşılaşdırılmaqla yanaşı, həm də qarşılarında ciddi vəzifələr, məsuliyyət və konkret məhdudiyyətlər də qoyulmuşdur. Qanunun 20-ci maddəsində göstərilir ki, dövlət qulluqçusunu dövlət orqanlarında əlavə ödənişli vəzifə tutmaq; elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, işlədiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqojibaşqa ödənişli fəaliyyətlə məşğul olmaq; dövlət orqanının və yerli özünüidarəetmə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmaq; istefaya getdikdən, işdən və ya pensiyaya çıxdıqdan sonra qanunvericilikdə müəyyən edilmiş müddət ərzində öz qulluq fəaliyyətinə aid olan sirri, dövlət sirriniya qanunla mühafizə olunan digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etmək; işlədiyi dövlət orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına ora getmək; qulluq vəzifələrini icra etdiyi dövrdə siyasi partiyaların fəaliyyətində iştirak etmək; tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etmək; dini təbliğ etmək üçün dövlət qulluqçusunun statusundan istifadə etmək və dövlət orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter vermək hüququ yoxdur. Dövlət qulluqçusu bu tələblərə zidd hərəkət etdikdə, xəbərdarlıq aldıqdan sonra otuz gün ərzində o, dövlət qulluğuna, yoxsa başqa fəaliyyətə üstünlük verdiyini özü üçün müəyyən edərək gəldiyi qərar barəsində qulluq etdiyi dövlət orqanı rəhbərinə məlumat verməlidir.

S.İsmayılovun qeyd etdiyi kimi, "Dövlət qulluğu haqqında" Qanunla əlaqədar normativ-hüquqi sənədlər paketi genişdirbu işin bütün aspektlərini əhatə edir. Bu aktlardan "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış vaxtı haqqında" 2001-ci il 22 iyun tarixli, "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" 2002-ci il 29 mart tarixli, "Dövlət qulluqçularının icbari sığortası haqqında" 2002-ci il 30 aprel tarixli, "Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında" 2002-ci il 31 may tarixli, "Dövlət qulluqçularının vəzifə maaşlarına yerli əmsalların müəyyən edilməsi haqqında" 2002-ci il 31 may tarixli Azərbaycan Respublikası qanunlarını və Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanlarından ötrü test nümunələrinin hazırlanması və qəbul edilməsi qaydalarının təsdiq edilməsi barədə" 2001-ci il 9 avqust tarixli, "Dövlət orqanlarında daimi dövlət qulluğuna qəbula dair Azərbaycan Respublikası adından verilən şəhadətnamənin nümunəsinin təsdiq edilməsi barədə" 2001-ci il 9 avqust tarixli, "3-cü dərəcə dövlət müşaviriondan yuxarı ixtisas dərəcələri almış dövlət qulluqçusuna verilən vəsiqənin təsvirinin və nümunəsinin təsdiq edilməsi barədə" 2001-ci il 3 sentyabr tarixli, "Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul qaydalarının təsdiq edilməsi barədə" 2001-ci il 3 sentyabr tarixli, "Sınaq müddətilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsinin nümunəsinin təsdiq edilməsi barədə" 2001-ci il 3 sentyabr tarixli, "Dövlət orqanlarında dövlət qulluğuna qəbul edilən şəxsin dövlət qulluğunda işləməsinin mümkün olub-olmamasının qabaqcadan yoxlanılması qaydalarının təsdiq edilməsi barədə" 2001-ci il 3 sentyabr tarixli, "Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydalarının təsdiq edilməsi barədə" 2001-ci il 3 sentyabr tarixli, "Dövlət orqanlarında dövlət qulluqçuları barəsində tətbiq olunmuş intizam tənbehi tədbirlərindən şikayət verilməsi qaydası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" 2001-ci il 3 sentyabr tarixli, "Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvlərinin təyin edilməsi haqqında" 2001-ci il 1 oktyabr tarixli, "Dövlət orqanlarında dövlət qulluqçusuna vəzifədə qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi qaydalarının təsdiq edilməsi barədə" 2002-ci il 28 yanvar tarixli, "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun təsdiq edilməsi haqqında" 2003-cü il 4 avqust tarixli, "İcra hakimiyyəti orqanlarında onlara həvalə edilmiş funksiyalara görə aparıcı və köməkçi bölmələrin Siyahısı"nın təsdiq edilməsi haqqında" 2003-cü il 22 oktyabr tarixli, "Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında" 2003-cü il 23 oktyabr tarixli, "Qulluq üçün zəruri olan hallarda aylıq vaxtı norması 5 saatdan çox artırılanda işlədiyi hər saata görə dövlət qulluqçusuna ödənilən əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi qaydalarının təsdiq edilməsi barədə" 2003-cü il 23 oktyabr tarixli, habelə yuxarıda adları çəkilən qanunların tətbiqi haqqında 2000-ci il 29 dekabr, 2002-ci il 29 may, 5 iyul, 24 avqust, 6 dekabr tarixli fərmanları göstərmək lazımdır.

Bunlardan "Dövlət qulluğu haqqında" Qanunun tətbiqi üçün ən əsas aktlardan biri sayılan "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun təsdiq edilməsi haqqında" Fərmanı xüsusi qeyd etmək lazımdır. Məhz bu toplunun təsdiq edilməsindən sonra respublikanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarında dövlət qulluqçularının yeni vəzifələri təsdiq edilmiş, demək olar ki, bu orqanların əksəriyyətində dövlət qulluqçularına dərəcələr verilmişdir.

Dövlət qulluğu haqqında qanunvericiliyin yaradılması və təkmilləşdirilməsi sahəsində Ümummilli Liderimiz Heydər Əliyevin gördüyü misilsiz işlər onun layiqli davamçısı, Azərbaycan Respublikasının yeni Prezidenti Cənab İlham Əliyev tərəfindən ardıcıl davam etdirilirbu aktların tam gücü ilə işləməsi üçün real tədbirlər görülür. Dövlət orqanlarında 2003-cü ilin oktyabrından sonra dövlət qulluğunun yenidən təşkili üçün görülən işlər onun bu məsələyə göstərdiyi böyük diqqətin aydın təzahürüdür. "Azərbaycan Respublikasının 2004-cü il dövlət büdcəsi haqqında" Cənab İlham Əliyevin imzaladığı qanunda dövlət qulluqçularına əmək stajına və dərəcəyə görə verilən əlavələr, habelə digər güzəştlər üçün müvafiq vəsait nəzərdə tutulmuşdur.

"Dövlət qulluğu haqqında" Qanunun 24.2-ci maddəsində göstərilir ki, dövlət qulluqçularının xidmətdə peşəkarlıq səviyyəsinin artması, vəzifə borcuna və andına sədaqəti dövlət tərəfindən qiymətləndirilməlidir. Bu məqsədlə həmin maddədə "Vətənə xidmətə görə" ordenindən və "Dövlət qulluğunda fərqlənməyə görə" medalından, habelə digər ordenmedallardan, fəxri adlardan istifadə olunmasının mümkünlüyü göstərilir. Prezident Cənab İlham Əliyevin imzaladığı 2003-cü il 7 noyabr tarixli qanunlarla "Vətənə xidmətə görə" ordeninin üç dərəcəsinin statutunu və təsvirini, eləcə də "Dövlət qulluğunda fərqlənməyə görə" medalının əsasnaməsini və təsvirini təsdiq etmişdir. Bundan başqa, onun imzaladığı "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" 2003-cü il 4 noyabr tarixli qanunla Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və dövlət qulluğu ilə əlaqədar digər normativ-hüquqi aktlara bir sıra dəyişikliklər edilmişdir.

S.İsmayılov bir məsələni ayrıca qeyd edir ki, bütün bu normativ- hüquqi aktların hazırlanmasında dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən istifadə olunmuş, bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən Avropa İttifaqının Dövlət Qulluğu Sahəsində İslahatların Həyata Keçirilməsi üzrə TASİS Layihəsi çərçivəsində əməkdaşlığın böyük köməyi olmuşdur. Bu yaxınlarda həmin layihənin dəstəyi ilə "Dövlət qulluğu məsələlərinə dair normativ-hüquqi aktlar" kitabı ilk dəfə kütləvi tirajla çap edilərək respublikanın bütün dövlət və yerli icra hakimiyyəti orqanlarına paylanmışdır.

    

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2014.- 14 noyabr.- S.15.