Hüquqi dövlət idarəçiliyində siyasi rəhbərliyin əsas prinsipləri

 

 

Hələ 1992-ci ildə Naxçıvanda olarkən Ulu Öndər Heydər Əliyev müraciətlərinin birində demişdir: "Azərbaycandan kənarda - Rusiyada, Ukraynadabaşqa respublikalarda ölkənin mötəbər, nüfuzlu ali məktəblərində, elm mərkəzlərində, ali hərbi məktəblərdə təhsil almış və böyük təcrübə toplamış azərbaycanlılar yaşayır. Onları öz vətənlərində müstəqil Azərbaycanın həyatının müxtəlif sahələrində çalışmağa cəlb etmək üçün tədbirlər görmək lazımdır. Yeniləşən, demokratikləşən müstəqil Azərbaycana onlar öz səmərəli fəaliyyətləri ilə çox böyük fayda verə bilərlər.

Bu gün bolşeviklərin və kommunistlərin özünü doğrultmayan təcrübələrindən yenidən istifadə olunmasına yol verilməməlidir. Təəssüf ki, son aylar bu təcrübə respublikada geniş tətbiq edilir.

Müstəqil Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi, hər şeydən əvvəl respublikada qanunların toxunulmazlığından, qanunun aliliyindən asılıdır. Totalitarizmdən tamamilə xilas olmaq yalnız demokratiyanın ardıcıl inkişafı, siyasi plüralizm, insan azadlığı şəraitində mümkündür. Söhbət söz, vicdan, din, təşəbbüskarlıq və sahibkarlıq, mülkiyyətçilik, seçib-seçilmək azadlığından gedir.

Azərbaycanda yaşayan hər bir vətəndaş milliyyətindən, dinindən, dilindən, siyasi əqidəsindən asılı olmayaraq, bu demokratik azadlıqlara və hüquqlara malik olmalıdır. Əfsuslar olsun ki, bu sahədə də respublikada ötən yarım ildə heç bir dəyişiklik baş verməmişdir.

Fikrimcə, yeni müstəqil dövlətin quruculuğu prosesinə vətəndaşların hamısı, əhalinin bütün təbəqələri cəlb olunmalıdır. Yeni müstəqil Azərbaycan bütün Azərbaycan xalqınındır. Hamı onun tərəqqisinə çalışmalıdır. Bu işdə heç kəsə məhdudiyyət qoyulmamalıdır.

Son zamanlar Azərbaycanın parçalanmasına yönəldilmiş meyillərin qarşısı qətiyyətlə alınmalıdır. Yaranan problemlər sivilizasiyademokratik yollarla həll edilməlidir.

Azərbaycan onilliklərlə, yüzilliklərlə onun ərazisində yaşayan bütün insanların vətəni olmuşdur. Yaranmış vahid, bütöv Azərbaycanın demokratik prinsiplər əsasında qorunub saxlanılması və inkişaf etdirilməsi, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi üçün mühüm vəzifə və əsas şərtdir.

Azərbaycanın bugünkü həyatı və gələcək taleyinə dair digər problemlər də məni narahat edir. Lakin Sizin müraciətinizə cavab verərkən yuxarıda göstərilən məsələlərə daha öncə diqqət yetirməyi lazım bilirəm. Zənnimcə, onların ən qısa müddətdə həlli müstəqil Azərbaycan dövləti üçün son dərəcə vacibdir. Azərbaycanın çağdaş və gələcək taleyi ilə bağlı bu problemlərinə biganə qalmağa heç kəsin haqqı yoxdur.

Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiyasiyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurətdən doğur.

Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək, yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.

Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram.

Dərin hörmətlə Heydər Əliyev

24 oktyabr 1992-ci il, Naxçıvan şəhəri".

Ulu Öndərin hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda daxili siyasətində aşağıdakılar nəzərdə tutulurdu:

1.  Hər kəsin, bütövlükdə xalqın layiqli yaşamasını təmin etmək üçün bütün imkanları, resursları səfərbərliyə almaq, səmərəli istifadə etmək, hamının diqqətini, gücünü, intellektual potensialını bu məqsədə çatmağa yönəltmək. Konkret olaraq:

- insan amilini fəallaşdırmaq, insan fəaliyyəti üçün geniş imkanlar yaratmaq;

- qanun çərçivəsində vətəndaşların bilik və bacarıqlarına, peşələrinə və maraqlarına uyğun olan sahələrində çalışmalarına yardım göstərmək;

- dövlət büdcəsinin, maddi nemətlərin böyük əksəriyyətini sosial problemlərin həllinə yönəltmək;

- iqtisadiyyatı insanların firavan yaşamasını təmin etmək məqsədilə sürətlə inkişaf etdirmək. Maddi nemətlər bolluğu yaratmaq və hamının bu nemətlərdən istifadə hüququnu təmin etmək.

2. Azərbaycan xalqının tərkib hissəsini təşkil edən hər bir millətin, etnik qrupun tarixən formalaşmış məxsusi mədəniyyətini qoruyub saxlamaqdainkişaf etdirməkdə onlara kömək göstərməklə bərabər, bunların hamısının inteqrasiyasından yaranmış ümumi, ortaq mədəniyyətin - Azərbaycan mədəniyyətinin inkişafını təmin etmək.

3. Azərbaycan xalqının vahidliyini, monolitliyini qoruyub inkişaf etdirmək məqsədilə millətlər və etnik qruplar arasında heç bir fərq qoymadan onların hamısına eyni sağlam münasibət bəsləmək. Ən elementar sayıla bilən ayrıseçkilik hallarının dərhal qarşısını almaq.

4. Azərbaycan Respublikası ərazisinin vahidliyini, bölünməzliyini təmin etmək məqsədilə separatizm hallarının və onu törədə bilən amillərin qarşısını vaxtında almaq.

5. Tarixən formalaşmış mənəvi zənginliklərə qayğılı münasibət bəsləmək, milli-mənəvi mədəniyyətin inkişafına kömək edən tədbirlər həyata keçirmək.

6. Yüksək intellektual səviyyəli, bilikli milli kadrların yetişdirilməsi, tərbiyə olunması, seçilib fəaliyyət sahələrində düzgün yerləşdirilməsi məsələsinə xüsusi diqqət yetirmək. Hamıya eyni tələblə yanaşmaq. Yaxşı işləyən vətəndaşları maddi və mənəvi cəhətdən həvəsləndirmək.

7. Sağlam ailələrin qorunub saxlanmasına, bütün ailələrin sağlamlaşdırılmasına kömək edən bütün imkanlardan düzgün istifadə etmək, ailələrin xoşbəxt yaşaması naminə dövlətin sosial yönümlü proqramlarını hazırlayıb həyata keçirmək.

8. İnsanların intellektual səviyyəsinin daim artırılmasına yönələn təhsil, təlim, tərbiyə, inkişaf, maarifçilik sistemlərini təkmilləşdirmək, zənginləşdirmək, yeniləşdirmək.

Professor Zahid Qaralov yazır ki, Ulu Öndər Heydər Əliyev dəfələrlə bildirirdi ki, o, son 60 ildə dünya siyasətinin, xüsusilə müasir hərbi potensialı həddindən artıq çoxalmış ölkələrin xarici siyasətində kök salmış "yumruq hökmü"nün qəti əleyhinədir və mümkün qədər bu siyasətin dəyişdirilməsi istiqamətində müstəqil dövlətin başçısı kimi sistemli aparacaq. On illik hakimiyyəti dövründə bu yolla getdiyinin canlı şahidləriyik.

Heydər Əliyev müstəqil suveren Azərbaycanın yeni prinsiplər əsasında ilk qurucusudur. O, xarici siyasətin daxili siyasətdən doğduğunu - törəmə olmasını əsas tutaraq, həmişə daxili siyasətdə yalnız elmi prinsiplərə istinad edirdi. Hakim partiya olan Yeni Azərbaycan Partiyasının fəaliyyətinin əsas istiqamətlərini elə seçmişdir ki, siyasi kurs sosializm cəmiyyətində formalaşmış ictimai münasibətlər sisteminin tədricən dəyişdirilməsinə və yeni qurulacaq sosial-iqtisadi, ictimai-siyasi sistemin bərqərar edilməsinə yönəlsin. Siyasi rəhbərliyin strukturu dəyişdirilsin, Avropa sistemləri təcrübəsinə istinad etməklə, optimalorijinal, bürokratiyadan azad struktur yaradılsın.

Z.Qaralovun fikrincə, siyasi rəhbərliyin strukturuna bunlar daxil edilmişdir:

1) Yeni şəraitə uyğun olan əsas vəzifələri müəyyənləşdirmək, stratejitaktiki məsələlərin həyata keçirilməsi müddətlərini göstərmək;

2) Siyasi rəhbərliyin əldə edəcəyi nəticələri dəqiqləşdirmək, məqsədi və fəaliyyətin nəticələrini ictimaiyyətın nəzərinə çatdırmaq, əhalini yeni həyat quruculuğunda fəal iştirak etməyə hazırlamaq və yönəltmək;

3) Problemlərin optimal həlli yollarını, vasitələrini, forma və metodlarını işləyib hazırlamaq, vətəndaşların bu sahədə maariflənməsini təşkil etmək.

4) Qarşıya qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini, problemlərin düzgün, elmi yolla həllini təmin edə biləcək peşəkar kadrları seçmək, yerləşdirmək, onların fəaliyyətini ciddi nəzarətdə saxlamaq, vaxtaşırı hesabatları dinləyib müzakirə etmək, qiymətləndirmək.

O illəri xatırlayan professor Z.Qaralov yazır: Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaradılmışdı. Ancaq indiki müxalifətdən fərqli olaraq, biz dövlətə, dövlətçiliyə yox, o vaxtkı antimilli iqtidara müxalifətdə idik. Deyə bilərəm ki, Yeni Azərbaycan Partiyası Azərbaycanda siyasi davranış, siyasi mədəniyyət nümunəsini göstərmişdir. Biz müxalifətdə əlimizdə daş-kəsəklə yox, əlimizdə qələmlə çalışırdıq. İdeyalarımızı, fikirlərimizi öz çıxışlarımızda, məqalələrimizdə, ictimai tədbirlərdə irəli sürürdük. Bugünkü müxalifətdən fərqli olaraq, biz maksimum dərəcədə siyasi mədəniyyət göstərmişdik. Siyasi opponentləri təhqir etməmişdik, onlara fiziki xəsarət yetirməmişdik. Biz, sadəcə, xalqın iradəsinə arxalanaraq Azərbaycanın uğurlu gələcəyinə çalışırdıq.

Azərbaycan xalqı hər şeyi görürdü, o vaxt da belə idi, bu gün də belədir. Ulu Öndərin hakimiyyətə gəlməsi, Azərbaycanın rəhbərliyinə gəlməsi, Yeni Azərbaycan Partiyasının ölkədə siyasi proseslərə başçılıq etməsi Azərbaycanın uğurunu təmin edən ən başlıca şərt olmuşdur.

1993-2003-cü illər Azərbaycan üçün dirçəliş illəri olmuşdur. Biz bütün çətin anları geridə qoyduq, inkişaf yoluna çıxdıq. İqtisadi sahədə yaşanan tənəzzül aradan qaldırıldı və ölkə iqtisadi cəhətdən sürətlə inkişaf etməyə başlamışdır. Siyasi proseslər müsbət məcrada inkişaf etməyə başlamışdır. Azərbaycanda siyasi plüralizm, demokratiya, söz azadlığı, fikir azadlığı bərqərar olmuşdur. Azərbaycanda çoxpartiyalı sistem məhz o illərdə yaradılmışdır və bu sistemin yaradılmasında Yeni Azərbaycan Partiyasının çox böyük rolu olmuşdur. Yəni bir sözlə, Yeni Azərbaycan Partiyası öz mövqeyini başqa partiyaları zəiflətməklə yox, öz fəaliyyəti ilə təmin etmişdir. Bu gün biz bunu görürük. Biz bütün vətənpərvər qüvvələrlə əməkdaşlıq etməyə hazırıq. Dəfələrlə müxtəlif tədbirlərdə ölkəmizin siyasi səhnəsində normal, sivil davranış normalarının təşkilində təşəbbüskar olmuşuq. Amma əfsuslar olsun ki, bizə radikal mövqedə dayanan qüvvələr bunu hər zaman inkar etmişdir. Halbuki bu, bızə o qədər də lazım deyil. Biz bu gün Azərbaycan cəmiyyətinin bütün təbəqələrini birləşdirən partiyayıq. Biz bu gün nəinki Azərbaycanın, bölgənin ən güclü siyasi qüvvəsiyik. Ancaq bununla yanaşı, biz istəyirik ki, Azərbaycanda siyasi münasibətlər sivil müstəvidə inkişaf etsin, ədavətə son qoyulsun, əsassız ittihamlara son qoyulsun və Azərbaycanın siyasi sistemi təkmilləşsin. Bu, təkcə bizdən asılı deyildir. İqtisadi islahatlar, siyasi islahatlar, demokratiyanın inkişafı - bütün bunlar bizim işimizdirbizbunu təmin edirik. Amma siyasi münasibətlərdə mütərəqqi təcrübənin Azərbaycanda tətbiq olunması təkcə bizdən asılı deyildir. Bu işlərdə bütün siyasi qüvvələr iştirak etməlidir. Mən ümid edirəm, vaxt gələcək və bu gün bu əməkdaşlıqdan, dialoqdan imtina edən qüvvələr başa düşəcəklər ki, başqa yol yoxdur".

    

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2014.- 26 noyabr.- S.15.