Vətəndaş cəmiyyətlərində və mədəniyyətlərində insan haqlarının müdafiəsinin spesifik xüsusiyyətləri

 

Məlum olduğu kimi, vətəndaş cəmiyyəti kimi insan haqları konsepsiyasının məzmunu tarixən dəyişik səciyyə kəsb etmişdir. Müasir zamanda insan haqları anlayışına çox hallarda onların sosial-mədəni mahiyyəti və kontekstindən nəzərdən keçirilir. Buna görə də, müxtəlif mədəniyyətlərdə insan hüquqlarının təzahürü məsələsi həmişə diqqəti cəlb edən məqamlardan olşmuşdu. Bu dünyanın müxtəlif mədəniyyət və sivilizasiyalarında insan haqları məsələlərinin müqayisəli təhlilini verməyə də imkan yaradır. Bu mənada insan haqlarının islam konsepsiyasının nəzəri arqumentlərini öyrənmək xüsusi maraq doğurur. Çünki dünyanın təkallahlı dinlərindən ən qüdrətlisi sayılan islamda insan amili ali səviyyədə durur. Şəriət bu mənada islamın insan hüquq və haqlarını təsbit edən xüsusi bir külliyatdır. Qərb müəlifləri müsəlman hüququna eynimənalı və qəti şəkildə yanaşmırlar. Onların bir çoxu Şəriəti müsəlman fərdinin vəzifə və borclarının möhkəmləndirilməsinə   yönəlmiş    toplu    kimi    qiymətləndirirlər. Müəllif R.David Şəriətin insanların - müsəlmanların hüquqları deyil, borcları ideyası üzərində tərtib olunduğunu iddia edir. Eyni zamanda bu müəllif müsəlman hüququnda amiranə vəziyyətlərin çox az olduğu fikrini söyləməklə, Şəriətdə şəxsi təşəbbüskarlığa daha çox üstünlük     verildiyini söyləyir. Y.Şaxtanın fikrinə görə isə müsəlman hüququ, haqları ikili xüsusiyyətləri ilə fərqlənir. Belə ki, bir tərəfdən dini vəzifə və borcların əhatəli sistemi, digər tərəfdən isə insanın imtiyaz və fərdi borclarını özündə əks etdirən külliyatdır.

A.Zöhrabova göstərir ki, Qərbdə nüfuza malik olan müsəlman hüquqşünasları Şəriətin daxilən ziddiyyətli xarakter daşıdığı fikrini söyləyənlərlə ümumən razılaşırlar. Böyük Misir alimi Ş.Şehata hesab edir ki, müsəlman   hüququnu daha çox hüququn   subyektləri  deyil, obyektləri maraqlandırır. Bununla yanaşı, onun   fikrincə, müsəlman  hüququ bir çoxlarının  nəzərində insan hüquqları deyil, əxlaqi sistem kimi dərk olunur. Həqiqətən də, əgər Şəriət subyektiv hüquq kateqoriyalarına malik deyilsə, deməli onun hüquqi sistem kontekstində qəbul edilməsi də düzgün olmazdı. Buna əks duran digər mövqeyə də rast gəlmək mümkündür ki, burada Şəriətdə subyektiv hüququn rolu xüsusi olaraq qabardılır. Məsələn, S.Veys-Fitscerald müsəlman hüququnun əhəmiyyətli dərəcədə fərdiyyətçi, formaca subyektiv olduğuna diqqət yetirir.

Şəriətə verilən bu cür rəngarəng qiymətlər onun özünün təbiətinin birmənalı olması ilə izah edilir. Şəriətdə subyektiv hüquqinsan haqları konsepsiyaları yalnız Avropa hüquqi bliklər mövqeyindən ziddiyyətli və qeyri-ardıcıl izlənilir. Lakin Şəriət özünün daxili məntiqini nəzərə almaqla ciddi əmrlər və ilahi hökmlərin vəhdəti ilə nizamlı və ardıcıl qurulmuşdur. Şəriət hökmləri insanın yaradıcılığı, onun azadlıqları çərçivəsində nəzərdə tutulmuşdur. Ziddiyyətli məqamların dərki üçün şəriətdəki dinisözün həqiqi mənasında hüquqi başlanğıcların bir-birindən ayırd edilməsinə ehtiyac vardır. Məlum olduğu kimi, Şəriətin normativ tərəfi davranış qaydalarının iki əsas qruplarını müəyyən edir: bunlardan biri dini ayinlərin icrasına, digəri isə, dünyəvi münasibətlərin nizamlanmasını reallaşdırır.

A.Zöhrabovanın fikrincə, şəriətin hakimlik prinsiplərindən çıxış edərək müsəlman mütəfəkkiri Quranın insan haqlarından bəhs edən 70 misrasını seçmişlər. Onlar bu misralarda ləyaqət, insan azadlığı, bərabərlik və ədalət kimi başlanğıclara üstünlük verirlər. Müasir müsəlman-hüquqi düşüncəsi Quranda insan ləyaqəti ilə bağlı ayələrə xüsusi diqqət yetirirdi. Allahın izni ilə "Adəmin oğulları" fəxri adını qazanan insanlara yaradılışların hamısından daha üstün olması keyfiyyəti bəxş edilmişdir. Müsəlman hüquqşünasları insan hüquqlarının digər başlanğıcını azadlıqda görürlər. Xəlifə Ömər ibn əl-Xəttabin artıq aforizm kimi səslənən "Siz insanları nə vaxt qul etdiniz, axı onlar anadan azad doğulmuşdurlar," - məşhur bir fikridir. Azadlıq özünün maddi və mənəvi təzahürləri ilə digər haqlarla bərabərdir. Azadlığın müsəlman hüquqi konsepsiyasını insanın Allahın iradəsinə ümumi iradəsinə tabe olmasını nəzərə almaqla dərk edilməlidir. İslamda azadlığın sərhədləri Şəriətin mənimsənilməsi dərəcəsindən, yəni azadlığın əxlaqi-intellektual aspektinin dərkindən asılıdır.

Bərabərlik ideyası islamda bütün insanların Adəmdən törəndikləri fikrində aydın şəkildə şərhini tapmışdı. İnsanların eyni mənşədən olması ideyası xalqların, dəri rənginin və düllərinin müxtəlifliyinə xələl gətirmir, bu vəziyyət ona görə labüddür ki, insanlar bir-birilə ünsiyyət saxlaya bilsin, biri digərləri ilə qarşılıqlı münasibətdə olsun. Hətta bərabəlik haqda bir çox hadisələr də yaradılmışdı. Peyğəmbərin "İnsanlar darağın dişləri kimi bir-birinə bərabərdir!" ifadəsi bunlardan ən lakonikidir.

Nəhayət, müsəlman hüquqşünaslarının insan hüquqlarının digər başlıca prinsiplərindən birinci ədalətdə görürlər. Hətta onlar Quranda ədaləti ifadə edən müxtəlif terminlərin 50 dəfə səsləndiyini də vurğulayırlar. Peyğəmbərin ədalətlilik prinsipinə sadiqliyini, hətta onun söylədiyi digər fikirsübut edir. Peyğəmbər Məhəmməd (Ə) buyurur ki, əgər qızı ədalətsiz hərəkət edərsə, onu bağışlamadan cəzalandırardı. Ləyaqət, azadlıq, bərabərlik və ədalətlilik kimi əsaslı prinsipləri nəzərə almaqla müasir müsəlman hüquq elmi konkret insan haqları və azadlıqlarını işləyib hazırlayır. Müsəlman hüquqşünasları din azadlığı kimi insan haqları problemində qeyri-müsəlmanların huquq və haqları məsələsi xüsusi yer tutur. Burada söhbət, ilk növbədə müqəddəs kitablarda - "Əhdi-ətiq" və "Əhdi-cədid"dəki insanlar - xristianlar, yəhudilər və onların müsəlmanlarla münasibətlərindən gedir.

Vətəndaş cəmiyyəti insan haqları məsələsinin mühüm istiqamətlərindən sayılan qadın hüquqları problemi islamda özünəməxsus yer tutur. Bu məsələdə bir çox məqamlar mövcuddur ki, bunlar islam alimləri ilə onların opponentləri arasında kəskin mübahisələr doğurur. Qadın onu yad adamlardan gizlədən geyim geyinməlidir, ya yox? O özünü tam şəkildə ev-ailə işlərinə həsr etməli, yoxsa o da kişilər kimi evdənkənar yerlərdə çalışmalıdır? Ərindən başqa ona yaxın olan kişilərlə, yəni qohum - qardaş, qonşular, tanışlarla ünsiyyət saxlaya bilərmi? Nəhayət, o, siyasi huquqlara malikdirmi? Buya digər suallara, hətta müasir müsəlman hüquq nümayəndələri belə bir-birilərinin fikirləri ilə üst-üstə düşən cavab vermirləır.

Müasir müsəlman alimlərinin çoxlu qadın hüquqları məsələsinə mülahizə edilmiş, yəni ölçülmüş kontekstdən yanaşaraq bu haqda şəriətin qadınların kişilərlə bərabər hüquqa malik olduğu haqqında əsas hökmü çıxış nöqtəsi hesab edirlər. Bu hökmün təsdiqi üçün onlar Quranda Allahın hər iki cinsin -qadın və kişinin eyni cisimdən yaradılması haqqındakı ayəni nümunə göstərirlər.   Müasir   müsəlman  və qeyri-müsəlman hüquqşünaslar insan haqlarının islamda təzahürünün bır çox aspektlərini irəli sürmüşlər. Lakin onu da qeyd etmək vacibdir ki, islam mütəxəssisləri həmişə insan hüquq və azadlıqları məsələsinin müasir həyatla vəhdətini yaratmaq, onu hazırkı həyat tələblərinə modernləşməsinə aktual vəzifə kimi baxmışdır. Buna sübut kimi müsəlman ölkələrinin insan haqları problemləri ilə bağlı birgə beynəlxalq akt və sənədləri tərtib edərək həyata keçirilməsini göstərmək olar. Bunların içərisində 1990-cı ilin sentyabrında Qahirədə İslam Konfransı Təşkilatının üzv ölkələrinin xarici işlər nazirlərinin XIX müşavirəsində bəyənilən insan haqlarının islam Deklarasiyasıdır.

Vətəndaş cəmiyyətində insanların  azadlığı    bərabərliyi  prinsiplərindən  çıxış edərək Deklorasiya Şəriət  normalarından asılılığı saxlamaqla insanların hüquq və azadlıqlarını möhkəmləndirir. Deklorasiyada insanın azad doğularaq, yalnız Allaha itaət etməsi haqqında fikir təsbit olunur. Onu da qeyd etmək vacibdir ki, bu sənəddəki qaydaların heç biri insan haqları üzrə digər aparıcı beynəlxalq-hüquqi aktla ziddiyyət təşkil etmir, əksinə, müxtəlif ölkələrin millidini xüsusiyyətlərinin nəzərə alınması ilə bu hüquqların həyata keçirilməsinin spesifikasını təsdiq edir.

Qoca Şərqin qədim sivilizasiyalarından olan hind mədəniyyətində də insan haqlarının özünəməxsus özəllikləri mövcuddur. Hindistanın hüquq sistemində bu problemin öyrənilməsi xüsusi maraq doğurur. Çünki bu ölkə milyard əhalisi, rəngarəng etnos, dil, din, submədəniyyətləri (qəbilə - tayfa quruluşundan milli-burjua dövrünədək) olan bir ərazidir.

A.Zöhrabova göstərir ki, Hindistanın müasir sosionormativ mədəniyyəti kapitalizmin inkişafı prosesinin təsiri nəticəsində hələ müstəmləkəçilik dövründə formalaşan unikal hüquqi plüralizmin nümunəsidir. Hindistanda ictimai münasibətlərin kapitalizməqədərki (özünün dini, ritualizm, icma kollektivçiliyi başlanğıcları ilə) və müasir kapitalizm ("vesternləşdirilmiş", "rasionallaşdırılmış") kimi iki sferası arasında sıx qarşılıqlı təmas davam edir. Bu sferalardan hər biri özünün dəyərlər sisteminə, sosial nizamlama normalarına istiqamətlənir ki, bu da hazırkı ölkədə insan haqları probleminə yeni yanaşmalar tələb edən mürəkkəb hüquqi situasiyalar yaıradır.

Bu situasiya "hüquqi plüralizm" kimi yeni elmi cərəyanın sosioloq və antropoloqları, filosof, kulturoloqları öz ətrafında birləşdirirdi. Yeni cərəyanın əsasını buya digər sivilizasiyanı cəmiyyətin tarixi inkişafı gedişatında mövcud olmuş həyat tərzinin insan hüquqları probleminə təsirini müəyyənləşdirmək ideyası təşkil edir. Həmin cərəyanın ən fəal nümayəndələrindən biri hind hüquq filosofu S.P.Sinxadır. Onun problemlə bağlı fəlsəfi görüşləri "İnsan haqları: qeyri-Qərb nöqteyi nəzər", "İnsan haqlarının təbii hüquqlardan azad olması", "İnsan haqları fəlsəfəsi" və s. məqalələrində öz təzahürünü tapmışdır. Müəllifin diqqəti cəlb edən məqalələrindən biri "Hüququn qeyri-universallığı" adlanır. Bu məqalədə Sınxa "hüquq", "qanun" kimi anlayışları Qərb sivilizasiyasına məxsus terminlər kimi şərh edir. Filosofun fikrincə, özünün tarixi inkişaf yolunu keçmiş digər sivilizasiyalar analoji olaraq "ləyaqətli həyat tərzi" prinsiplərini yaratmışlar ki, bunlar hüquqi deyildi.

Məqalənin müəllifi hind həyat tərzini qanunla deyil, "dharma" (dini-mənəvi borc tələbi) ilə müəyən olunduğu fikrini ifadə edir. Fərdiyyətliyi və bərabərliyi isə, o, "özünü Qərb şəraitində təsdiqləmiş..." kimi söyləyərək bunların bərabər münasibətlər, sivilizasiya üçün deyil, iyerarxiya əsasında insani emansipasiyaya aparan faktlar kimi izah edir. A.Zöhrabovanın qənaətinə görə, Hindistanın sosionormativ ənənəvi mədəniyyəti hüququ inkar etmir, DharmasutraDharmanuatra kimi qədim dharma kompilyasiyalar (b.e.ə I minilliyin ikinci yarısı - b.e. I minilliyinin birinci yarısı) mif, adət-ənənə, rilual, dini mərasim kimi ənənəvi formaların sərt qarşılıqlı əlaqələrini əks etdirən sosial nizamlamanın sinkretik normaları kimi təqdim olunur. Bu normalarda hüquqi, əxlaqi, dini başlanğıclar kəskin idi.

Qədim Hindistanda "dharma" kimi üstünlük təşkil edən anlayışla yanaşı, Qərbin "qanun" anlayışına yaxın olan "nyaya" anlayışı da mövcud idi. E.ə.IV-VI əsrlərin hüquqi abidəsi olan "Narada" bu ölkənin hüquqi mədəniyyətinin inkişafının səviyyəsini sübut edən hüquq əsəridir. Ölkənin tarixi inkişafında aparıcı normativ struktur induizmin mədəni super-sistemionun dini-fəlsəfi ənənələri təşkil edir. İnduizm dindar hindlinin cəmiyyət, kasta, ailədə davranış, dini və mərasimi fəaliyyət norma və rəngarang bəzən də ziddiyyətli ideyaların sintezidir. Burada dini fəaliyyətdən daha çox, hindlinin hüquq və əxlaq prinsipləri geniş şəkildə təzahürünü tapmışdır.

 

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2014.- 1 oktyabr.- S.15.