Ölkəmizdə meliorasiya
və su təsərrüfatı sahəsində
tədbirlər uğurla davam
edir
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd
Əhmədzadə
- Əhməd müəllim, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bu ilin ötən dövründə hansı tədbirləri həyata keçirmişdir? Bu işlər aqrar sahədə inkişafa necə təsir göstərməkdədir?
- Azərbaycan qədim suvarma əkinçiliyi ölkəsidir. Ölkənin əkinə yararlı torpaq sahələrinin əksəriyyəti düzənlik arid zonada yerləşdiyindən burada suvarma aparmadan və müvafiq meliorativ tədbirlər həyata keçirmədən torpaqlardan yüksək məhsuldarlıq əldə etmək mümkün olmur. Ölkədə kənd təsərrüfatı məhsullarının 85-90%-i mühəndisi-texniki səviyyəli meliorasiya-irriqasiya fondları ilə təchiz edilmiş 1435 min ha suvarılan və meliorasiya olunmuş torpaqlardan əldə edilir. Suvarılan torpaqların 118,2 min hektarı işğal altında və münaqişə zonasında yerləşir.
Respublikanın əkin sahələrinin vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilməsi, artıq suların sahələrdən kənarlaşdırılması, meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkil edilməsi, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə tədbirlərinin davam etdirilməsi və sahənin gələcək inkişafının təmin edilməsi sahəsində ötən illərdə olduğu kimi, 2013-2014 cü illərdə də konkret tədbirlər işlənib həyata keçirilmişdir.
Meliorasiya tədbirlərinə ayrılan vəsait hesabına 2013-cü ildə suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində 62,7 mln.kbm həcmində (15900 km), 2014-cü ilin 8 ayı ərzində 40,1 mln.kbm həcmində (1060 km) lildən təmizləmə işləri görülmüş, 2013-cü ildə 6424 hidrotexniki qurğu, 1075 hidropost, 2438 subartezian nasosu, 46 stasionar nasos, 305 elektrik və dizel mühərriki, 276 transformator, 2014-cü ilin 8 ayı əçrzində 4091 hidrotexniki qurğu, 675 hidropost, 1707 subartezian nasosu, 31 stasionar nasosu, 219 elektrik və dizel mühərriki təmir edilib işlək vəziyyətə gətirilmişdir.
Çay məcralarında 2013-cü ildə 16,9 mln.kbm həcmində, 2014-cü ilin 8 ayı ərzində 10,8 mln.kbm həcmində məcratəmizləmə işləri aparılmış, 2013-cü ildə 18,5 min kbm şax-daş və faşın, 4,1 min kbm qabion, 2014-cü ildə 11,9 mln. kbm şax-daş və faşin, 2,6 mln. kbm qabion bəndlər quraşdırılmış, 2013-cü ildə daş-beton bəndlərdə 23,4 min kbm, 2014-cü ilin 8 ayı ərzində 15,1 min kbm həcmində təmir işləri görülmüşdür.
Bunlarla yanaşı, mühüm dövlət əhəmiyyətli meliorasiya və su təsərrüfatı obyektlərində təmir və bərpa işləri davam etdirilmiş, 2013-cü ildə 125 hidrotexniki qurğu, 30 km beton, 4 km nov kanalları, 60 km kollektor-drenaj şəbəkələri, 65 stansionar, 24 üzən nasos stansiyası, 85 subartezian quyusu, 2014-cü ilin 8 ayında 102 hidrotexniki qurğu, 25 km beton, 3,5 km nov kanallları, 50 km kollektor-drenaj şəbəkəsləri, 50 stasionar, 20 üzən nasos stansiyası, 70 subartezian quyusu təmir bərpa olunmuşdur.
Kür çayı boyunca 37,86 km (Zərdab rayonu ərazisində 15,7 km, Ağcabədi rayonu ərazisində 1,66 km, Bərdə rayonu ərazisində 20,5 km), Araz çayı boyunca İmişli rayonu ərazisində 1,8 km və Girdiman çayı boyunca Kürdəmir rayonu ərazisində 7,19 km olmaqla, 2013- cü ildə cəmi 48,84 km uzunluğunda mövcud torpaq mühafizə bəndlərində hündürləndirmə, genişləndirmə və möhkəmləndirmə işləri görülmüş, Sabirabad, Salyan, Neftçala, Zərdab, İmişli, Hacıqabul,Saatlı rayonları və Şirvan şəhəri ərazisində 2080 pm uzunluğunda daş-betonla sahilbərkitmə işləri aparılmışdır.
Torpaq eroziyasına və su itkilərinə qarşı mübarizə məqsədi ilə kanallar, kollektorlar və digər su təsərrüfatı obyektləri boyunca 2013-cü ildə 160 hektar sahədə, 2014-cü ilin 8 ayı ərzində 89 hektar sahədə yeni meşə zolaqları salınmışdır.
2013-2014-cü illərin mürəkkəb təbii-iqlim şəraitinə baxmayaraq, öz daxili imkanlarını səfərbər edərək Cəmiyyət üzərinə düşən vəzifələri yerinə yetirmiş, balansında olan irriqasiya və meliorasiya sistemlərinin, hidrotexniki qurğuların istismarını təmin etmiş, müvafiq təmir-bərpa işlərini həyata keçirmiş, əkin sahələrinin suvarma suyu ilə təchiz olunmasını, artıq suların sahələrdən kənarlaşdırılmasını təmin etmişdir.
2013-cü ildə respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1358,7 min hektar sahədə orta hesabla 3,2 dəfə suvarılmış, o cümlədən taxıl 583386 hektarda 2,3 dəfə, pambıq 26242 hektarda 3,2 dəfə, tütün 1569 hektarda 4,0 dəfə, yem bitkiləri 433692 hektarda 3,6 dəfə, bostan-tərəvəz 73057 hektarda 4,7 dəfə, çoxillik əkmələr 85370 hektarda 3,3 dəfə və həyətyanı sahələr 155481 hektarda 4,6 dəfə suvarılmışdır.
2014-cü ilin 8 ayı ərzində bütün kənd təsərrüfatı bitkiləri 1360,0 hektar sahədə orta hesabla 2,7 dəfə suvarılmış, o cümlədən taxıl 569720 hektarda 2,4 dəfə, pambıq 22963 hektarda 2,0 dəfə, tütün 1162 hektarda 3,0 dəfə, yem bitkiləri 446377 hektarda 2,7 dəfə, bostan-tərəvəz 74128 hektarda 3,5 dəfə, çoxillik əkmələr 88451 hektarda 2,47 dəfə və həyətyanı sahələr 157289 hektarda 3,3 dəfə suvarılmışdır. Hazırda payızlıq əkinlərinin suvarılması davam etdirilir.
- Bəs yerli və xarici investisiyalar hesabına hansı layihələr həyata keçirilməkdədir? Bu layihələrin istiqamətləri nədən ibarətdir?
- 2013-2014-cü illərdə büdcə vəsaiti, xarici investisiyalar və Dövlət Neft Fondu vəsaiti hesabına 69 ədəd keçid və 7 ədəd yeni obyektlərdə layihələndirmə və tikinti-quraşdırma işləri aprarılmışdır. Dünya Bankının krediti ilə həyata keçirilən «Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə» çərçivəsində 2013-2014-cü illərdə respublikanın 8 rayonunda (Şabran, Siyəzən, Ağsu, İsmayıllı, Masallı, Lerik, Yardımlı, Cəlilabad) içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilmişdir. 2013-cü ilin iyul-sentyabr aylarında Siyəzən, Şabran, İsmayıllı və Yardımlı rayon mərkəzlərində içməli su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatdırılmışdır. Cari ildə layihə üzrə respublikanın 4 rayonunda ( İsmayıllı, Masallı, Yardımlı, Cəlilabad) içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilmişdir.
Eyni zamanda, Bankın krediti ilə «Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi» çərçivəsində respublikanın İmişli, Saatlı, Sabirabad, Ağcabədi, Beyləqan, Goranboy, Qusar, Qax, Qəbələ, Xaçmaz, Zərdab, İsmayıllı və Balakən rayonlarının 42671 hektar ərazilərində suvarma və drenaj şəbəkələrinin bərpası, yenidənqurulması işləri davam etdirilmişdir.
Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına Samur-Abşeron suvarma sisteminin yenidənqurulması layihəsinə daxil olan ümumi sututumu 268 mln. kbm olan Taxtakörpü su anbarının SES-lə birlikdə, uzunlugu 23,51 km olan Vəlvələçay-Taxtakörpü 2-ci mərhələsi və uzunlugu 110,33 km olan Taxtakörpü -Ceyranbatan kanallarının tikintisi işləri 2013-cü ildə başa çatdırılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28 sentyabr 2013-cü il tarixində Taxtakörpü su anbarının SES-lə birlikdə və Taxtakörpü-Ceyranbatan kanalının istifadəyə verilməsi mərasimində iştirak etmişdir.
Cari ildə Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinə daxil olan və bu kanala əlavə su verilməsi məqsədilə Qusarçay, Qudyalçay və Caqacuqçay çaylarında sugötürücü qurğuların və nəqledici kanalların tikintisi və yenidənqurulması işlərinə başlanılmışdır. Eyni zamanda, Şabran, Siyəzən və Xızı rayonlarında 30 min yeni suvarılacaq və 25 min hektara yaxın mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırlması üçün layihə sənədlərinin hazırlanmasına başlanılmışdır. Xızı rayonunda 9609 hektar yeni və 2970 hektar mövcud torpaqlarda meliorativ tədbirlərin layihə sənədləri hazırlanaraq tikinti işlərinə başlanılmışdır. Siyəzən rayonu üzrə layihə sənədlərinin hazırlanması başa çatmaq üzrədir. Şabran rayonunda isə layihə axtarış işləri davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari il iyulun 22-də Xızı rayonuna səfəri çərçivəsində rayonun torpaqlarına yeni inşa olunan Taxtakörpü-Ceyranbatan kanalından suyun yeni suvarılan sahələrə verilməsi üçün suburaxıcı qurğunun təməlinin qoyulması mərasimində iştirak etmişdir.
- Əhməd müəllim, respublikamızın bölgələrində torpaqların su təminatının yaxşılaşdrılması istiqamətində nə kimi tədbirlər həyata keçirilir?
- Respublika büdcəsindən əsaslı tikintiyə ayrılmış vəsait hesabına torpaqların su təminatının yaxşılaşdırılması tədbirləri üzrə Neftçala, Kürdəmir, Ağstafa, Qazax, Goranboy və Laçın rayonunun Ağcabədi rayonu ərazisində yerləşən qış otlaqlarının torpaqlarının suvarılması üçün suvarma kanallarının bərpası, yenidənqurulması və tikintisi üzrə işlər davam etdirilmişdir. Kürdəmir rayonu ərazisində isə Axtaçı-Ərəbqubalı kanalının tikintisinin başa çatdırılması ilə 4000 hektar sahənin su təminatı yaxşılaşdırılmışdır.
Qazax rayonunun sərhədyanı və digər kəndələrində Ağcabədi rayonunun Nəcəfqulubəyli və Ağdam rayonunun Ergi massivinin su təminatının yaxşılaşdırılması üçün nasos stansiyasının, təzyiqli boru kəmərlərinin tikintisi işləri davam etdirilmiş, Ağcabədi rayonunun Salmanbəyli kəndində bu işlər başa çatdırılmışdır.
Şəmkir çayı üzərində dəryaçanın bəndində gil və daş-qaya tökmə işləri, elektrik stansiyasında və paylayıcı hovuzda bu tikinti komplesinə daxil olan Sol və Sağ sahil Şəmkir, qidalandırıcı, nəqledici, qurğularla birlikdə suötürücü kanalların, tunelin tikintisi işləri yerinə yetirilmiş, 2014-cü ilin sentyabr ayında su anbarının su ilə dolldurulmasına başlanılmış, eləcə də Tovuz rayonunda Tovuzçay su anbarında tikinti işləri davam etdirilmiş və hazırda tamamlama işləri aparılır.Eyni zamanda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və yeni suvarılan sahələrin istifadəyə verilməsi üçün (10000 ha, ondan 4000 ha yeni suvarılan sahələr) Qəbələ rayonunda Yengicə su anbarının tikintisi, Qax rayonunda 4800 ha qış otlaqlarının suvarılmasının layihə sənədlərinin hazırlanması başa çatdırılmış, Şəki rayonunda Cəyirli su anbarının yenidənqurulması (su təminatının yaxşılaşdırılması 3000 ha), Füzuli rayonunun Mollaməhərrəmli, Arayatlı və Babı kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması üzrə layihə sənədlərinin hazırlanması başa çatdırılaraq tikinti işlərinə başlanılmışdır. Görülmüş işlər nəticəsində 14886 hektar sahənin su təminatı yaxşılaşdırılmış və 3225 hektar yeni sahəni suvarma suyu ilə təmin etmək mümkün olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2013-2014-cü illərdə müvafiq Sərəncamları ilə respublikanın yaşayış məntəqələrində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 367, eyni zamanda dövlət investisiya proqramı çərçivəsində 90 ədəd subartezian quyularının qazılması işləri yerinə yetirilmişdir. Qazılmış quyuların vasitəsi ilə 8000 hektara yaxın sahənin su təminatı yaxşılaşdırılmışdır.
Qrunt sularının səviyyəsinin aşağı salınması və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar Biləsuvar rayonunun Aranlı və Çinarlı kəndlərində, rayonun sərhədyanı ərazilərində, İsmayıllı və Yevlax rayonlarnda, Laçın rayonunun Ağcabədi rayonu ərazisində yerləşən qış otlaqlarında, Ağdam rayonunda Atçılıq zavodunun ərazisində, Beyləqan rayonunun Milabad qəsəbəsi ərazisində, Bərdə, Tərtər, Saatlı və Şəmkir rayonlarında kollektor-drenaj şəbəkələrinin bərpası, yenidənqurulması və tikintisi aparılmışdır. Görülmüş işlər nəticəsində 6785 hektar ərazidə torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmışdır.
- Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində bölgələrdə böyük quruculuq işləri həyata keçirilir. Cəmiyyətin həyata keçirdiyi tədbirlərin bu baxımdan əhəmiyyəti nədən ibarətdir?
- «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı» və «2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın həyata keçirilməsi ilə bağlı Abşeron magistral kanalının 18164 pm-lik hissəsində yenidənqurma işləri aparılmış, Suraxanı rayonu üzrə Hövsan n/st-da hidrotexniki və elektrik avadanlıqlarının quraşdırılması və Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən Ziyarətgahın ətrafında 250 hektar ərazidə qrunt sularının səviyyəsinin aşağı salınması üzrə 2200 pm uzunluğunda qapalı suyığıcı çəkilmişdir.
Respublikanın ən təhlükəli hesab olunan çaylarında (Göyçay çayı, Ağsuçay, Tərtərçay, Ağstafaçay, Daşağılçay, Oğuzçay, Şinçay, Kişçay, Künğütçay, Muxaxçay, Katexçay, Balakənçay, İnterçay, Zəyəmçay, Kürmükçay, Mazımçay, Zərnəçay, Hamamçay, Alazançay, Pensərçay, Qudialçay, Qusarçay, Samurçay, Vəlvələçay, Qarqarçay, Dəmiraparançay və Durcaçay) sel və daşqınlara qarşı 18362 pm uzunluğunda (dəmir-beton, daş-beton, beton, daş tökmə) sahilbərkitmə işləri yerinə yetirilmişdir. Bundan əlavə, Türyançay çayının məcrasında 89233 pm uzunluğunda məcratəmizləmə işi görülmüşdür. Araz çayında sahilbərkitmə işlərinin aparılması üçün daş üzlüklü mühafizə dambasının layihə-smeta sənədləri hazırlanmış və 1927 pm uzunluğunda mühafizə dambasının tikintisi işləri aparılmışdır.
Astara rayonunda Ləvain su anbarında, Göyçay rayonu ərazisində Göyçay çayında baş sugötürücü qurğuda və Şirvan şəhərinin ərazisində Baş Şirvan kollektorunda qəza vəziyyətinin aradan qaldırılması işləri yerinə yetirilmişdir. Həmçinin, Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutunun və Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyinin inzibati binalarının təmir-bərpası üzrə işlər aparılmışdır.
Füzuli rayonu 4 saylı Qayıdış qəsəbəsində yaşayan 200-dən çox məcburi köçkün ailələrinə ayrılmış torpaq sahələrinə gediş-gəlişi yaxşılaşdırmaq və həmin torpaqlardan səmərəli istifadə etmək məqsədi ilə Yuxarı Mil kanalı üzərində yeni körpü tikilmişdir.
İri taxılçılıq təsərrüfatlarının yaradılması ilə əlaqədar 2013-cü ildə Füzuli və Ağcabədi rayonlarının inzibati ərazilərində müvafiq olaraq 3000,0 hektar və 1000,0 hektar dövlət ehtiyat fondu torpaqlarında iri taxılçılıq təsərrüfatlarının yaradılması üçün Yuxarı Mil kanalının 4,75 km-lik hissəsinin tikintisi, 2,3 km-lik hissəsində yenidənqurma və onun üzərində 1 ədəd nasos stansiyasının tikintisi işləri başa çatdırılmışdır. Hacıqabul rayonunun inzibati ərazisindəki 1625,6 hektar qış otlaq sahəsini suvarma suyu ilə təmin etmək üçün, Hacıqabul magistral kanalının 4,3 km-lik, eyni zamanda Padar kəndinin 800 hektar torpaq sahəsini suvarma suyu ilə təmin etmək üçün Padar magistral kanalının 3,4 km-lik hissəsinin tikintisi tamamlanmış, Yuxarı Şirvan kanalının üzərində 2 ədəd akvedukun yenidənqurulması üzrə işlər başa çatdırılmışdır.
Cari ildə bu məqsədlə «Yuxarı Mil kanalının tikintisinin davam etdirilməsi» obyekti üzrə Füzuli və Ağcabədi rayonlarının inzibati ərazilərində müvafiq olaraq 750 hektar və 975 hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün Yuxarı Mil kanalının 342+70-ci pketində 4 aqreqatlı nsos stansiyasının, 1 ədəd basqılı hovuzun, 4720 pm basqılı polad boru və 4090 pm paylayıcı metal boru kəmərlərinin tikintisi üzrə işlər davam etdirilmiş, «Hacıqabul rayonunun Muğan, Padar qəsəbələrində və Qarasu kəndində torpaq sahələrinin suvarılmasını təmin etmək məqsədilə tədbirlərin görülməsi» obyekti üzrə Muğan qəsəbəsinə və Qarasu kəndinə suyun verilməsini təmin etmək üçün Hacıqabul magistral kanalının qalan 4300 pm uzunluğunda hissəsinin tikintisi və tikilmiş Padar magistral kanalının dəmir yolu altından keçməklə 700 pm uzunluğunda uzadılması üzrə işlər yerinə yetirilmişdir.
Eyni zamanda, bu tədbir daxilində «Neftçala magistral kanalının nasos stansiyası ilə birlikdə tikintisi» obyekti üzrə Aşağı Surra kəndinin 967 hektar torpaq sahəsinin su təminatının yaxşılaşdırılması üçün nasos stansiyasının xarici elektrik təchizatı üzrə işlər aparılmış, kanalın 376 pm hissəsində beton və torpaq işləri görülmüşdür. «Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması»nın (Sabirabad rayonu üzrə) işçi layihəsinin və tender sənədlərinin hazırlanması üçün layihəçi şirkətin seçmi üzrə işlər yerinə yetirlmiş və hazırda layihə sənədlərinin hazırlanmasına başlanılmışdır.
Səs.- 2014.- 2 oktyabr.- S.8-9.