Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunda bələdiyyələrin rolu

 

 

 

Vətəndaş cəmiyyətinə nəzəri baxımdan müxtəlif dövrlərdə müxtəlif yanaşma tərzləri olubsa da, son nətcədə həmin cəmiyyət haqqında yekdil fikirlər formalaşmışdır. Belə ki, bu cəmiyyət dövlətin monopolyasından kənarda ayrı-ayrı insanların, insan toplumunun bir-birindən asılı olmayan, lakin əlaqədə olan son dərəcə sosial əhəmiyyətli ictimai sistemdir. O cümlədən, insanların mənəvi dəyərlərini yaşadanonu inkişaf etdirib gələcək nəsillərə çatdıran ictimai mexanizmdir. Vətəndaş cəmiyyəti insanların müxtalif ictimai spektrlərini- etnik, dini, siyasi, qohumluqs. zəmində foralaşmış və onların əlaqələrinin qanunla tənzimlənən təşkilatlanmış formasıdır. Bütün bunlara rəğmən məhz vətəndaş cəmiyyətini dövlətlər üçün demokratiyanın barometri hesab etmək mümkündür. Yəni ölkələrin demokratiyalılıq meyarı etalon olaraq onun bətnində formalaşan vətəndaş cəmiyyətinin keyfiyyəti ilə ölçülür. Şübhəsiz, vətəndaş cəmiyyəti yalnız demokratik quruluşlu ictimai formasiyada mövcud ola bilər. Bu səbəbdən demokratik hüquqi dövlət quruculuğunu özünün əsas məqsədlərindən biri kimi bəyan etmiş Azərbaycanda da vətəndaş cəmiyyəti quruculuğu bir problem olaraq son dərəcə əhəmiyyət kəsb edir. Azərbaycanda ardıcıl aparılan demokratikhüquqi islahatların əsasını və əsas istiqamətlərini 1995-ci il noyabr ayının 12-də ümumxalq referendumu ilə qəbul edilmiş və vətəndaş cəmiyyətinin bərqərar edilməsini ülvi niyyət kimi bəyan edən ölkəmizin ilk demokratik Konstitusiyası qoymuşdur.

Hüquqi islahatların həyata keçirilməsi məqsədilə Ulu Öndər Heydər Əliyevin Sədrliyi ilə Hüquqi İslahat Komissiyası yaradılmış və həmçinin hüquqi dövlət quruculuğunda müstəqil və güclü məhkəmə hakimiyyətinin rolu nəzərə alınaraq dövlət başçısı yanında Məhkəmə-Hüquq Şurası yardılıb fəaliyyətə başlamışdır. İslahatlar nəticəsində ölkənin bütün hüquq sistemində köklü dəyişikliklər həyata keçirilmiş, insan hüquqlarının daha etibarlı təmin edilməsinə xidmət edən qanunlar qəbul edilmişdir.

Ulu Ödərin bir kəlamı həmişə bizim üçün örnək olaraq qalacaqdır. O deyirdi: "Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir. Xalqımızın əsrlər boyu həsrətində olduğu müstəqilliyi və əldə etdiyi tarixi milli azadlıq hüququnu, haqqını qoruyub saxlamaq bizim ən başlıca əsas vəzifəmizdir". Məlumdur ki, müstəqilliyin ilk illərində bu tarixi qoruyub saxlamaq çox çətin olmuş və əldən getmək təhlükəsi ilə üz-üzə dayanmışdı. Çünki ölkə daxilində davam edən qanunsuzluqlar, hüquqa zidd hərəkət və fəaliyyətlər nəticəsində pozulmuş sabitlikdavam edən müharibə digər tərəfdən sovet qanunları ilə idarəçilik bu böyük təhlükəni reallaşdırırdı.

M.Səlimzadənin yazdığı kimi, hüquqi dövlətimizin  möhkəmbndirilməsi, Ulu Öndərin hüquqa, qanuna həmişə üstünlük verməsi Onun hüquqi dövlət nəzəriyyəsini mükəmməl bilməsindən irəli gəlirdi. O, çox dəqiq bilirdi ki, hüquqilik əlaməti hüquqi dövlət nəzəriyyəsindən irəli gəlir.  Hansı  ki,  dünyada  mövcud  olan  konstitusiyalarda əks olunan hüquq nazəriyyəsi əsasən dövlət və şəxsiyyət arasındakı əlaqələrin məzmununu nəzərdə tutur.  Çünki bu nəzəriyyə bu günün, bu əsrin nəzəriyyəsi deyil, onun kökü çox qədim tarixlərə təsadüf edir. Öz millətinə olan böyük sevgisinə və müstəqil dövlətinə əbədi bağlılığına söykənən Ulu Öndər vətəndaşların hüquq və azadlıqlarının tanınmasına, onun qorunmasına, onun müstəqilliyinə  zəmanət  verilməsinə xüsusi  diqqət verirdi.  O, dəqiq bilirdi ki, şəxsiyyət və dövlət arasında bu formada qarşılıqlı münasibət       əlaqələrin    qurulması        bunların   qanunla tənzimlənməsi ona əsaslanır ki, müasir dövrdə həm dövlət həm vətəndaşlar bir-birilərindən qarşılıqlı əsasda asılıdırlar və onların bir-birilərinə münasibəti son nəticədə hər ikisinin inkişafına əsaslı təsir edir. Bəllidir ki, insan resuslarının inkişafı dövlətin özünün inkişafı deməkdir. İnsanların inkişafdan qalması  hansı ki, bu hal qanunsuzluq, hakimiyyətsizlik şəraitində daha çox baş verir, belə hal cəmiyyətin sabitliyinin pozulmasına və dövlət üçün ağır problemin yaranmasına səbəb olur. Bunları söyləməklə bir daha o qənaətə gəlmək olur ki, Ulu Öndərin xalqla hökumət münasibətləri barədə söylədiyi müdrik kəlamı həm böyük təcrübəyə, həm də elmi nəzəriyyəyə söykənirdi.

O, həmçinin xalq - hökumət münasibətləri ilə yanaşı, insan hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq normaların daxili hüquq sisteminin birbaşa tətbiqi məsələsini incəlikərinə qədər bilirdi. Məlumdur ki, dövlətlərin qarşısında duran məsələlərin biriinsan hüquq və azadlıqları sahəsində beynəlxalq hüquq normalarının tətbiqi və uyğunlaşdırılması üçün zəruri şərait yaradılmasıdır. İnsan hüquq və azadlıqları sahəsində beynəlxalq hüquq normalarının  tanınması    konstitusiyanın  tətbiqi   ilə  yanaşı, onların faktiki tədqiqi də çox zəruridir.  Beynəlxalq hüququn normalarının dövlət daxili hüquq sistemində tətbiqi  qaydaları dövlətlərin qanunvericiliyi ilə müəyyən edilir. Bu qayda Azərbaycanın    dövlətçiliyinin    möhkəmləndiyi və    Azərbaycanın müstəqil dövlət kimi dünyaya tanıdıldığı ilk illərdə çox önəmli və əhəmiyyətli olmuşdur. Ulu Öndərin beynəlxalq hüququ, dövlət daxili hüquq sisteminə tətbiqi qaydalarını müdrikcəsinə tətbiqi ilə 1994-cü ildə "Əsrin neft kontraktı" imzalanarkən onun Azərbaycan   qanunları   ilə   təsdiqi      qanunun   qüvvəyə   minməsi ölkəmizi xaricdən gözlənilən çox təzyiq və müdaxilələrdən xilas etdi. Bu, təkcə Azərbaycanın bir müstəqil dövlət olaraq öz müstəqil daxilixarici iqtisadi siyasət yeritməsinin göstəricisi olmaqla yanaşı, eyni zamanda, Azərbaycan millətinin öz təbii sərvətlərinə sahiblik və istifadə etmək hüququnun qorunması üçün çox əhəmiyyətli bir tarixi hadisə idi. Digər tərəfdən Azərbaycanın hüquqi dövlət olduğunu bir daha dünya ictimaiyyətinə tanıtdırması idi.

Ş.Bağırov  qeyd edir ki, Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması prosesində mühüm həlqələrdən biriyerli özünüidarəetmə orqanlarının - bələdiyyələrin inkişaf etdirilməsidir. Azərbaycanda demokratiyanın əsas prinsipi olan azad seçkilər prinsipi yerli özünüdarəetmə orqanlarına keçirilən seçkilərdə də ağır sınaqlara məruz qalır. Bir sıra seçki saxtakarlıqları faktları qeydə alınır. Bu vəziyyətin saxlanılmasında vətəndaşlar tərəfindən seçkilərin roluna laqeyd münasibət, onların seçki kampaniyalarında şəxsən iştirakının mənasını dərk etməməsi də öz bəhrəsini verir. Bu şərait vətəndaşların proseslərin indiki axarını dəyişməyin mümkünluyünə inamın olmaması ilə daha da ağırlaşır. Bir çox hallarda, əsasən də əyalətlərdə bütün seçkilərə laqeyd münasibət, dövlət quruculuğundademokratik institutların formalaşmasında vətəndaşların öz rolunu başa düşməməsi adi həyat normasına çevrilib. Nəticədə seçicilərin seçklərdə fəallağının aşağı səviyyəsi müşahidə olunur ki, bu da seçkinin nəticələrinin daha geniş miqyasda saxtalaşdırılmasına şərait yaradır. Həm də bu, Azərbaycanda sosial-siyasi proseslərin, vətəndaş cəmiyyəti quruculuğunun, demokratik institutların formalaşmasının əhəmiyyətini sıfıra endirir.

Qeyd edək ki, Azərbaycanda yerli özünüidarəetmə strukturlarının formalaşması prosesi tam təkmilləşməmiş və daim dəyişən qanunvericilik əsasında, demokratik təcrübənin olmadığı, vətəndaşların böyük bir qisminin proseslərdən uzaq saxlandığı bir şəraitdə baş verir. Bələdiyyələrlə bağlı yeni qanun layihəsi Avropa Xartiyasının yerli özünüidarəetməyə bağlı mövcud müddəalarından irəli gəlir. Bildiyimiz kimi, Azərbaycan hökuməti tərəfindən Avropa Şurası (AŞ) qarşısında öhdəliklər götürülüb. Azərbaycanda bələdiyyələrlə bağlı qanunvericilikdə islahatlar aparılması üçün bir çox layihələr mövcuddur. Bunun birincisi, bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsidir.

Milli Məclisin "Regionalyerli özünüidarəetmə məsələləri üzrə" daimi komissiyasında hal-hazırda bələdiyyələrə inzibati nəzarət haqqında qanun layihəsi işlənib-hazırlanır və onların statusunu müəyyənləşdirmək istiqamətində işlər gedir. Həmçinin, bələdiyyələrlə icra hakimiyyətlərinin səlahiyyət bölgüsü və bələdiyyələrin maliyyə mənbələrinin müəyyənləşdirilməsi də diqqəti cəlb edir.

 M.Səlimzadənin qeyd etdiyi kimi, Ulu Öndərin  dövlətçiliyimizə olan böyük tükənməyən sevgisi vətəndaşlara olan dərin hörmət və məhəbbət, Onun doğma torpağımıza bağlığı, nəhayət, ən əsası yaşatdığı bu nəhayətsiz duyğuları Konstitusiyanın təməl prinsipindəki nəzəriyyələrində əks olunmuşdur. Belə ki, Konstitutsiyada bəyan edilir:

-Azərbaycanda müstəqillik, suverenlik və ərazi bütövlüyü qurmaq;

Ulu Öndərin fəaliyyətinin bütün dövrlərini xronoloji səhifələyərkən Onun bu amal uğurunda mübarizə apardığını görürük,

-Demokratik quruluşa təminat vermək və vətəndaş cəmiyyətini bərqərar edilməsinə nail olmaq.

Bu gün respublikada demokratiyanı özündə əks etdirən əlamətlər təşkilatlar, vətəndaş cəmiyyəti, onun fornmalaşdıran mexanizmlər, o cümlədən, bələdiyyələr fəaliyyat göstərir və inkişaf edir.

Məlumdur ki, konstitusiyalı quruluşun əsaslarından biri kimi yerli özünüidarəetmə sisteminin formalaşdırılması demokratik- hüquqi dövlət quruculuğu prosesinin tərkib hissəsidir. Heydər Əliyev Azərbaycanda bələdiyyələrin yaradılmasını, ilk növbədə dövlət quruculuğu prosesinin tərkib hissəsi, konstitusiyalı quruluşun əsaslarından biri hesab edirdi. "Yerli Özünüidarəetmə haqqında Avropa Xartiyası"nın 2-ci maddəsində deyilir ki, yerli özünüidarəetmə prinsipi ölkənin qanunvericiliyində və mümkün olarsa, konstitusiyasında öz əksini tapmalıdır. Bu prinsip digər konstitusiya prinsipləri ilə yanaşı, ölkədə demokratik - idarəetmə sistemini müəyyənləşdirir. Heydər Əliyev qeyd edirdi ki, "Bələdiyyələrin yaranması barəsində" 1995-ci ildə müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiyada müvafiq müddəalar öz əksini tapıbdır. Buna görə də, bələdiyyələrin təşkil olunması ən öncə Azərbaycan Konstitusiyasının əsasındadır və Konstitusiyanın müddəalarının həyata keçirilməsini göstərir.

Beynəlxalq standarlara, "Yerli özünüidarəetmə haqqında Avropa Xartiyası"nın prinsiplərinə uyğun qurulmasına çalışırdı. O, Azərbaycanda yerli özünüidarəetmə sisteminin yaradılması sahəsində görülən işlərlə bağlı qeyd edirdi ki, "biz bunların hamısını şüurlu surətdə edirik. Çünki biz öz işimizi Avropa standartlarına yaxınlaşdırmaq istəyirik, hüquqi, demokratik, dünyəvi dövlət qururuq. Bu yol nə qədər çətin olsa da, bizim üçün o qədər də vacibdir, lazımdır. Bu, bizim Azərbaycanda apardığımız demokratik proseslərin, demokratik, hüquqi dövlət quruculuğu prosesinin böyük bir mərhələsi olacaqbiz irəliyə doğru böyük bir addım atmış olacağıq. Gələcək üçün isə çox böyük zəmin yaradacağıq".

- Qanunun aliliyini təşkil edən dövlətin qurulması.

Bu gün respublikada həyata keçirilmiş hüquqi islahatlar nəticəsində bütünlüklə hüquq sistemi təkmilləşdirilmiş, müasirləşmiş, xalqın iradəsinin ifadəsinə real, demokratik şərait yaranmış, qanunun aliliyi tam təşkil olunmuşdur. Qanun pozuntularına qarşı aparılan mübarizə hüququn qorunması şəraitində aparılır. Qanunçuluq, qanunauyğunluq təkcə cəmiyyətə aid deyil. Cəmiyyətlə yanaşı təbiətin, insan təfəkkürünün və nəhayət, Tanrının bütün varlıqları üçün yaratdığı qanunauyğunluqlar da mövcuddur. Göründüyü kimi hansı formada qanun pozularsa, onun nəticəsi fəlakətlə nəticələnə bilər. Qanunçuluğun qorunması insanlar üçün ictimai həyatın bütün sahələrində inkişaf etməyə imkan verir.

Ölkənin ümumisosial-iqtisadi inkişafının nəticəsinə görə regionun lideri sayılan dövlətimiz ədalətli iqtisadisosial qaydalara uyğun olaraq inkişaf etmiş va hamının layiqli həyat səviyyəsinin təmin olunması reallaşmışdır. Göründüyü kimi bu ülvi niyyətlər hamının qəlbindən gələn hisslərdir ki, bu duyğuları yaşamaq insana kifayət etmir. Əsas məsələ bu duyğuları reallığa çevirməkdir. Ulu Öndərin tarixi fəaliyyətini və xalq - vətəndaş qarşısında xidmətlərinin ən bariz forması bu duyğularla yaşayaraq, onu reallığa çevirmiş və xalqına və dövlətinə ərməğan etməsi olmuşdur.

Z.Səmədov göstərir ki, Azərbaycanda yerli özünüidarəetmənin əsas prinsiplərinin tədqiqi də aktual məsələlərdəndir. Yerli özünüidarəetmə dedikdə, yerli əhalinin idarəetmədə birbaşa müstəqil rolu başa düşülür. Eyni zamanda bu, üfüqü müstəvidə hakimiyyəti təmsil edir. Bilavasitə dövlət-cəmiyyət münasibətlərinə işıq salır və tənzimləyir. Yerli özünüidarəetmənin prinsipləri dedikdə, onun orqanlarının təşkili və fəaliyyətinin əsasında duran, onun təbiətiylə şərtləşən ilkin strukturfunksiyalar başa düşülür. Qeyd edək ki, bu prinsiplərdə yerli hakimiyyətin spesifik göstəricilərlə obyektiv qanunauyğunluqları və dinamik inkişaf ənənələri öz əksini tapır. Azərbaycan üçün xarakterik prinsiplər olaraq aşağıdakılara aid etmək mümkündür:

1. Azərbaycanda yerli özünüidarəetmə orqanı hesab edilən bələdiyyələrin quruluşu əvvəlcədən məhz bu prinsiplər əsasında müəyyən edilir (Milli mentalitet nəzərə alınmaqla beynəlxalq təcrübədən çıxış edilərək).

 

2. Konstitusiyamüvafiq qanunvericilik müddəalarından çıxış etməklə, yerli özünüidarəetmənin mahiyyəti müəyyənləşir və inkişaf istiqamətləri ardıcıl islahatlar fonunda öz əksini tapır.

3.Bu prinsiplər mövcud yerli özünüidarəetmənin siyasi və fəlsəfi mahiyyətini açır, onda əks olunan ideya və başlanğıcların dəyərləndirilməsinə cavab verir.

4. Bu prinsiplər mövcud yerli özünüidarəetmənin strukturlarını möhkəmləndirir, bələdiyyə seçkilərində mandat almış şəxslərə fəaliyyət üçün geniş meydan verir və hazır idarəetmə mexanizmini şərtləndirir.

5. Yerli özünüidarəetmənin əsas prinsipləri idarəetmənin üfüqi müstəvidə təşəkkül tapmasını tənzimləyir, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində  inkişaf əlamətlərini ortaya qoyur.

M.Səlimzadə yekun olaraq göstərir ki,  Ulu Öndərin ideyalarına və qanunçuluq prinsipinə sadiq qalanonu sədaqətlə həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyev qanunçuluğun respublikanın gələcək inkişafı üçün ən önəmli şərtlərdən biri olduğunu qeyd edərək bir daha deyir ki: "Azərbaycanda qayda-qanun var və hər bir vətəndaş qanunlara tabe olmalıdır. Azərbaycanda sabitliyin qorunması gələcək inkişafımız üçün ən önəmli şərtlərdən biridir."

Hamımızın ali məqsədi Ulu Öndərin yaratdığı və banisi olduğu hüquqi dövlətimizdə qanunun aliliyinin qorunmasına xidmət etməkdən qanunlarımızın vətəndaşların hüquq və azadlıqların qorunmasında düzgün tətbiqinə aid məsələlərdə prinsipial olmaqdan ibarətdir."

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2014.- 15 oktyabr.- S.15.