Vətəndaş cəmiyyəti ideyası dünya demokratik fikrinin tərkib hissəsidir

 

    

Azərbaycan dünya demokratik ideyasından mütərəqqi cəhətləri əxz edərək vətəndaş cəmiyyəti yolu ilə irəliləməkdədir. Ruslan Sədirxanov yazır: "Azərbaycandakı keçid prosesi başa çatmış, ölkə vətəndaş cəmiyyəti, hüquqi dövlət və azad bazar iqtisadiyyatı yolu ilə uğurla irəliləməkdədir. Əlbəttə, daha da irəli getmək lazımdır. Azərbaycanda demokratiyanın inkişafı çoxsahəli bir prosesdir. Köhnə sistemin bir çox anaxronizmləri aradan tam qaldırılıbdır.

Beynəlxalq təşkilatlar bu həyati prosesə öz sanballı töhfələrini verməkdə davam edirlər. Ən vacibi odur ki, onlar yeni biliyi və mütərəqqi dünya təcrübəsini Azərbaycana gətiriblər. Bunun nəticəsində dövlətimizin dünya sivilizasiyasının nailiyyətlərindən istifadə etmək imkanları xeyli artıb. Onu da qeyd etmək lazımdır ki, beynəlxalq təşkilatlar icrası yerli qurumların səy və imkanları xaricində olan çoxlu sayda proqram və layihələrin həyata keçirilməsini təmin edir və maliyyələşdirirlər. Vətəndaş cəmiyyəti ideyasının Azərbaycanda inkişaf meyili güclüdür və dönməz xarakter daşıyan vətəndaş cəmiyyəti təsisatlarına ünvanlanıb. ABŞ hökumət proqramları bu sahə ilə bağlı çoxsaylı layihələri, o cümlədən müvafiq ədəbiyyatların nəşrinə maliyyə dəstəyi verir.

Bəzi ekspertlərin fikrincə, vətəndaş cəmiyyəti ideyası fərdlərin cəmiyyətin maraqlarını qoruyaraq öz maraqlarını necə həyata keçirməsi və eynilə də cəmiyyətin onu təşkil edən fərdlərin maraq dairələrini necə genişləndirməsilə bağlı olan suala cavabı tapmaq məqsədilə gündəmə gətirilir. Adam B.Seliqmanın xidmətlərindən biri müasir cəmiyyətlərdə bu ideyanın tətbiqi ilə bağlı anlaşılmazlığı aradan götürmək üçün vətəndaş cəmiyyəti ideyasının tarixinə və onun istifadə hallarına genişmiqyaslı tədqiqi və dərinmənalı sorğu ilə müraciət etməsidir. Əgər bir tərəfdən, doktor Seliqmanın kitabı vətəndaş cəmiyyəti ideyasına xas olan bütün müasirtarixi əlamət və anlaşılmazlıqları hərtərəfli təhlil edirsə, digər tərəfdən, o, vətəndaş cəmiyyəti ideyasının etibarlılığına öz tənqidi fikirlərini bildirir. Onun əsərinin məqsədlərindən biri, mənəvi inamlar və fəlsəfi mülahizələr də daxil olmaqla, vətəndaş cəmiyyəti barədə açıq diskussiyaların aparılması və fikir mübadilələri edilməsi üçün lazım olan şəraitin yaradılmasıdır. Azərbaycanda vətəndaş cəmiyyətinin yaradılması məsələləri ilə maraqlanan çoxsaylı qeyri-hökumət və mənfəət güdməyən təşkilatlar, universitetlər, kitabxanalar, dövlət qurumları, mütəxəssislər və nüfuzlu ictimai xadimlər bu kitabdan çox faydalanacaqlar".

Əziz Rzabəyli yazır ki, oxucuya təqdim olunan A.Seliqmanın əsəri vətəndaş cəmiyyəti ideyası haqqında geniş və əhatəli tədqiqatdır. Bu tarixi-fəlsəfi əsər mütəxəssislərin - Qərb sivilizasiyasındakı mövcud ictimai-siyasi modeli araşdıran tarixçilərin, filosofların, sosioloqların və s. masaüstü kitabıdır. Lakin sıravi Azərbaycan oxucunun da Adam Seliqmanı mütaliə etməsində ziyanlı heçyoxdur. Üstəlik, nəzərə almalıyıq ki, söhbət çoxsaylı müasir yazarlar arasında məxsusi bir keyfiyyəti ilə seçilməyən müəllif və onun kitabından deyil, vətəndaş cəmiyyəti ideyasının ən tanınmış tədqiqatçısı və vətəndaş cəmiyyəti haqqında ən yaxşı əsərlərin birindən gedir.

Bu gün dünya miqyasında gedən proseslər göz önündədir. Bəşər tarixi özünün elə bir mərhələsinə qədəm qoyub ki, "Berlin divarı" kimi dəmir pərdələr, demorkasiya xətti kimi sərhədlər insan hüquqları, demokratik idarəetmə və azad bazar iqtisadiyyatı kimi müasir tufanların qarşısında tab gətirmir. Kütləvi zorakılıq, işgəncə, sosial-siyasi hüquqsuzluq kimi antiinsani təzahürləri Nuhun gəmisi də xilas edə bilmir. Dünyanın müxtəlif guşələri arasında məsafəni qısaldan sürətli xəbərləşmə - internet şəbəkəsi müxtəlif irqli, cinsli insanların ünsiyyətini asanlaşdırır, onlara yaşadıqları cəmiyyətləri digərləri ilə müqayisə etmək imkanı verir. Ünsiyyət və yaxın təmas qarşılıqlı faydalı əməkdaşlıq və tərəfdaşlığın təməlini qoyur.

Bütün bunlar, əlbəttə, bəşəriyyətin əzəli arzusunu - yaşadığı planetdə cənnətə bənzər cəmiyyət quruculuğunu unutdurmur. Qarşısına "vətəndaş", "azad", "mülki" və s. kimi sifətlərin artırıldığı ictimai-siyasi quruluş axtarışı antik dövrdən başlayaraq uzun bir yol keçmişdirbu yolun sonu hələ də görünmür. Yunan filosoflarının nəzəri baxışlarından, şotland maarifçiləri, C.Lokk, İ.Kants. mütəfəkkirlərdən tutmuş, texnokrat zəmanəmizin müasir fikir sahiblərinə qədər yanaşmalarda, tərif və təfsirlərdə oxşar və fərqli cəhətlər çoxdur. Lakin onlardan hər biri bu ümumi fikiri bölüşürlər ki, adının qarşısına hansı sifətin yazılmasından asılı olmayaraq, bu cəmiyyətdə insanlar bütün sosial, siyasi, mülkis. problemlərini eyni hüquqlu iştirakçılıq əsasında birgə həll etməli, təbii sərvətlərin və istehsal olunan məhsulların bölgüsündə ədalət prinsipi gözlənilməli, ümumməqbul qarşılıqlı rəftar, davranış qaydaları, qanun qarşısında hamının bərabər məsuliyyəti mövcud olmalıdır.

Bu ülvi niyyətlərin dini təməldən yoğrulması geniş bəlli olmasa da, danılmaz tarixi həqiqətdir. Yeri gəlmişkən, xatırladım ki, yer üzündə cənnətə bənzər cəmiyyətin, yəni vətəndaş cəmiyyəti adlandırılan quruluş axtarışını xristianlığın inhisarına vermək düzgün olmazdı. Lakin fakt faktlığında qalır: məhz Roma katolik kilsəsinin uzun əsrlik hökmranlığına son qoymuş reformasiya dövrünün yetirməsi olan protestant-kalvinist məzhəb Qərbi Avropada insan fəaliyyətinin buxovlarını qıraraq bəşər övladını öz istəklərinə uyğun cəmiyyət quruculuğuna sürükləmişdir. Doğrudur, dini ehkamların qadağanedici hissəsini kənara atan, İsa Məsihin xilaskarlıq ideyalarına yeni təfsir verən yeni kilsənin zəfəri elə də asan başa gəlməmişdir. Reformasiyaondan sonrakı dövrlərdə də mühafizəkar katolisizmin təqibləri davam etmişdir və məhz bu səbəbdən Qərbi Avropada sıxışdırılan, küncə sıxılan təriqətlərin üzvləri öz bəxtlərini Yeni Dünyada Amerikada sınamalı oldular. Həqiqət naminə demək gərəkdir ki, onlar öz seçimlərində yanılmamışdır. Beləliklə, kolonistlərin tükənməz səyləri ilə yaradılan Birləşmiş Ştatlarda - quldarlıq və feodalizm kimi tarixi formasiyalardan yan keçmiş dövlətdə hamı üçün bərabər start şəraiti, bərabər rəqabət və seçim azadlığını ehtiva edən quruluşun özülü qoyulmuşdur.

"Vətəndaş cəmiyyəti ideyası" kitabında bu tarixi yolu geniş araşdıran, təhlil edən Adam Seliqman ABŞ-dakı mövcud cəmiyyəti Qərbi Avropanın toplumlarından fərqləndirərək, bu nəticəyə gəlir ki, bu dövlətdəki ictimai-siyasi quruluş məhz bəşəriyyətin əsrlərdən bəri yetişməyə çalışdığı arzuya daha yaxındır. Doğrudur, müəllif kolonistlərin qurduğu icmanın sonrakı üzvlərinin - təməlçi ataların yerini tutmuş oğulların və nəvələrin nəsildən-nəsilə dəyişdiyini, rasionallığa, ifrat praqmatik yaşamaya üstünlük verdiklərini də əsla gizlətmir. Buna görə də o, haqlı olaraq iddia edir ki, vətəndaş cəmiyyəti ehkamçılığa çevrilməməli, yerində saymamalı, deməli, daim təkmilləşdirilməli, yeni fəzaya çıxmalıdır.

ABŞ-ı Qərbi Avropaya qarşı qoyan Adam Seliqman müasir dövrdə müxtəlif ölkələrdə vətəndaş cəmiyyətinin problematikasına da geniş yer ayırır. O, çeşidli nümunələrə nəzərən mövcud fərqləri təhlil edir, dəlillərini konkret misallarla əsaslandırır, beləliklə, oxucunu nəticələrin havadan götürülməməsinə inandıra bilir. Adam Seliqmanın Ümumavropa Evinə yenicə qədəm qoyan Mərkəzi və Şərqi Avropa dövlətləri ilə bağlı mühakimələri xüsusilə maraq doğurur. Müəllif iddia edir ki, xristian sivilizasiyası və Köhnə Qitənin ayrılmaz hissəsi olmalarına və bu səbəbdən vahid dəyərlər və meyarlara malikliklərinə baxmayaraq, Polşa, Macarıstan, Çexiyas. keçmiş sosialist dövlətlərdə vətəndaş cəmiyyəti quruculuğu heçhamar getmir. Bir çox hallarda isə bu ölkələrdə mövcud gerçəklər Qərbi Avropada tamamilə qəbuledilməz hesab olunmalıdır. Məsələn, Polşada hətta sosialist dövlətçiliyi dönəmində belə nüfuzu heç də azalmamış katolik kilsəsinin dünyəvi hakimiyyətə, ictimai həyata müdaxiləsi vətəndaş cəmiyyətinin təməl prinsiplərindən kənara çıxmaq uyğunsuzluq sayılır. Macarıstanda bir mühafizəkar din xadiminin dəfn mərasimində hökumət üzvlərinin mütəşəkkil iştirakını nümunə göstərən Adam Seliqman Mərkəzi və Şərqi Avropadakı fərqlərin tarixi köklərini göstərir, həmqitəlilər olduqları halda, polyak, macar, çexs. xalqların vətəndaş cəmiyyəti quruculuğunda Qərbi avropalı qonşularından niyə bu qədər uzaq düşdüklərini ətraflı izah edir.

Ə.Rəcəbli yazır: "Möhtərəm oxucu, həsrətlə, bir azca da qısqanclıqla yanaşdığımız Qərbdə vətəndaş cəmiyyətinin ideala tam çatması, onun bütün problematikasına nöqtə qoyulması yanlışlıqdır. Vətəndaş cəmiyyəti ideyası indibu toplumların ardıcıl təkamüllə yetişmək arzusunda olduğu quruluşdur. A.Seliqman da hesab edir ki, bəşəriyyətin axtarış imkanları hələ tükənməmişdir və "ideal quruluş" sözlərindən sonra hazırda nida işarəsi əvəzinə, üç nöqtə qoyulmalıdır..."

A.Seliqman yazır ki, vətəndaş cəmiyyəti ideyası Qərb siyasi təfəkkürünün ənənələrində uzun illər mövcud olmuşdur. Onun kökləri xristian dininin təbiət qanunları barədə mülahizələr yürütdüyü dövrlərə qədər gedib çıxdığı halda, şotland maarifçiliyi dövründən başlayan ilk müasir ifadəsi bu ideyanın bərpası haqqında sonrakı zamanlarda aparılan müzakirələrə təkan vermişdir. 1970-ci illərdə dövlət aparatı və polyak fəhlə hərəkatı arasındakı mübarizədə yenidən istifadə olunan bu konsepsiya son illər istər Şərqi və Qərbi Avropada, istərsə də Amerika Birləşmiş Ştatlarındakı siyasi debatlarda əsas məsələlərdən biri olmuşdur.

Vətəndaş cəmiyyəti ideyasının müasir "dirçəlişində" sözügedən konsepsiya ayrı-ayrı insanlar üçün müxtəlif mənalar kəsb etmişdir. Bəzi mütəfəkkirlər bu konsepsiyanın müxtəlif tarixi mənbələri və ənənələrini onun müasir anlamına uyğun amillər tək vurğulamışlar. Nəticədə alınan təsvir ikimənalı səciyyə daşımışdır. Bu, sadəcə bir anlaşılmazlıq deyil, çünki vətəndaş cəmiyyəti ideyası siyasətin liberal ənənəsi çərçivəsində çalışan mütəfəkkirlər üçün bir cür prinsiplər və praktikalar, onların daha mühafizəkar tənqidçiləri üçün isə başqa prinsiplər və praktikalar mənası verir. Bəlkə də daha önəmli odur ki, vətəndaş cəmiyyəti ideyası Buxarestin, Vilnüsünya Praqanın küçələrində Oksfordda, Prinstonda, Çikaqodaya Torontoda olduğundan bir qədər fərqli şəkildə səslənir. Bu fərqli nəzəri perspektivlərə və siyasi gündəmdəki məsələlərə baxmayaraq, vətəndaş cəmiyyəti ideyasını bu geniş ictimai mütəfəkkirlər kütləsi üçün cəlbedici edən şey şəxsi və ictimai xeyirin, fərdi və sosial istəklərin güman edilən sintezidir. Beləliklə, vətəndaş cəmiyyəti ideyası bir çoxları üçün sosial quruluşun elə etik idealını təcəssüm etdirir ki, o, fərdi mənafe və sosial xeyir arasındakı ziddiyyətləri aradan götürməsə də, heç olmazsa, onları barışdırır.

A.Seliqmanın fikrincə, vətəndaş cəmiyyəti ideyasının yenidən istifadəsi üçün müasir dövrdəki cəhətlərin əksəriyyətinin mərkəzində elə bu nöqteyi-nəzər durduğuna görə, fikrimcə, aşağıdakı təhlilin də əsasını elə o formalaşdıracaqdır. Əvvəllər bu nöqteyi-nəzəri mümkün etmiş həm tarixi, həm də fəlsəfi adlandırıla biləcək şərtləri müvafiq surətdə müəyyənləşdirərək, biz onun istər Qərbdə, istərsə də Şərqdə müasir siyasi həyata uyğunluğunun daha məntiqi anlamına nail ola bilərik. Sözügedən tədqiqat işinin bu səpgidə tərtib edilməsinə baxmayaraq, bir çox mütəfəkkirlərin əsərləri (ümumilikdə, vətəndaş cəmiyyəti ideyası üçün mühüm olsa da) hələ lazımınca tədqiq olunmamışdır. Yerlərinin boşluğu xüsusilə hiss olunan mütəfəkkirlər Bernard Konstant, Lorens fon ŞtaynAntonio Qramşidir ki, onların hər biri on doqquzuncu əsrdə və iyirminci əsrin əvvəllərində vətəndaş cəmiyyəti ideyasına sanballı töhfələr vermişlər. Konstantın antikmüasir dövr cəmiyyətlərində azadlıq və vətəndaş xeyirxahlığı arasında apardığı müqayisə, "Verwaltunglehre" adlı fəlsəfi nəzəriyyədə fon Ştaynın hüquq elmini dövlət idarəçiliyi ilə birləşdirmək cəhdləri, Qramşinin inqilabi təcrübə üçün əsas kimi dövlətə müxalifətdə olan vətəndaş cəmiyyətinin aliliyinin təhlili, - bəli, bunların hamısı aparılan müzakirələrə təsir göstərib. Mənim əsərimdə buya digər mütəfəkkirlərə istinad edilməməsi, vətəndaş cəmiyyəti ideyasının tarixi inkişafına onların töhfələrinin əhəmiyyətsizliyi baxımından deyil, əsərin dəqiqləşdirici və bir qədər də məhdudlaşdırıcı problematikası, əsas diqqəti məhz vətəndaş cəmiyyəti ideyasının etik komponentində cəmləşdirməklə bağlıdır.

Bəzi hallarda, buya digər mütəfəkkirlərin maraqları müzakirəmizin əsas mövzusuna toxunanya onu təkrarlayan kimi qəbul olunurdusa, başqaları bizi öz-özlüyündə vətəndaş cəmiyyətinin etik komponentlərindən çox-çox uzaqlara, daha çox dövlət nəzəriyyəsinə doğru aparırdı. Bu fikir Lorens fon Ştaynın əsəri barədə doğrudur. Əslində, daha çox dövlət-vətəndaş cəmiyyəti dixotomiyasına əsaslanan vətəndaş cəmiyyəti barədə aparılan müzakirənin bu son amili anqlo-amerikan mənşəli mütəfəkkirlərə nisbətən daha çox qitə (Avropa) mütəfəkkirləri üçün böyük əhəmiyyət kəsb edir. Bizim sorğumuz sonrakı dövrün qitə (Avropa) təfəkküründən (bir neçə vacib istisnalar olmaqla) deyil, daha çox şotland maarifçiliyindən baş qaldırmış ənənəyə meyilli olduğundan, ümidvaram ki, bu dəqiqləşdirmənin əsas səbəbləri aydındır. Nəticə etibarilə, vətəndaş cəmiyəti ideyası ilə bağlı müxtəlif ənənələr fərqli nisbi əhəmiyyət kəsb edir ki, bunlar da qismən, müxtəlif ölkələrdə və on səkkizinci, on doqquzuncusözsüz ki, iyirminci əsrlərdə mövcud olan tarixi şəraitlə izah olunmalıdır. Mənim anlamımda isə, vətəndaş cəmiyyəti barədə aparılan müzakirələrin məğzi bu əsərdə qəbul olunmuş yanaşma ilə nə dərəcədə oxşarmüvafiq surətdə nəzərdən keçirilmiş olsa da, onun əsas mahiyyətinin anlaşılması barədə qərar verilməsi oxucuya həvalə olunmalıdır.

Vətəndaş cəmiyyəti barədə ideyalarım Los-Ancelesdə keçirdiyim günlərdə Cefri Aleksander, Ayvan Szelengi, Şol FrilenderAmos Funkenştaynla apardığım saysız-hesabsız müzakirələrdə xeyli təkmilləşdi. Bəlkə də onlar İsrailin hər bir sakininin, demək olar ki, hər gün səhər qəzetlərinin başlıqlarından öyrənib, qavramalı olduğu vətəndaş maariflənməsi üzrə çətin tədris kursuna daha çox borcludurlar. Burada mən Şolomo Fişerə, Avişay Erlixə, Menuxa Oruşkizə, Ömər ElhacayaUri Rama xüsusilə təşəkkür etmək istərdim, çünki yalnız onlar bu "başlıqlar"ın mənasını dərk etməkdə mənə yardımcı olmuşlar. Erik Kohen, Naxman Ben Yehuda və xüsusən S.N.Ayzenştadtla uzun illik peşəkar əlaqələrimizin, onların həm Los-Ancelesdə, həm də Budapeştdə olarkən məni təqib etmiş ciddi tənqidinin, asan anlaşılan dünyagörüşününintellektual intizam standartlarının, müasir siyasətin və cəmiyyətin tərkib hissələri barədə ümumi anlayışımın formalaşmasında çox böyük rolu olmuşdur.

    

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2014.- 17 oktyabr.- S.15.