Vətəndaş cəmiyyəti və hüquqi dövlətdə din-cəmiyyət-dövlət münasibətləri

 

 

 

Azərbaycan dünyəvi hüquqi dövlətdir, vətəndaş cəmiyyəti quruculuğu yolu ilə gedir. Ölkəmizdə din dövlətdən və dövlət dindən ayrıdır. Bu prinsiplər Azərbaycan Respublikasının Konstitusiyasında göstərilmişdir: "Azərbaycan  dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır". Konstitusiyanın 18-ci maddəsi isə din və dövlət münasibətlərini aşağıdakı kimi şərh etmişdir.

I. Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir.

II. İnsan ləyaqətini alçaldan ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması təbliği qadağandır.

III. Dövlət təlhsil sistemi dünyəvi xarakter daşıyır.

Buradan göründüyü kimi, dinin dövlətdən ayrı olması, eyni zamanda, bütün dini etiqadların qanun qarşısında bərabər olması, dövlət təhsil sisteminin dünyəvi xarakter daşıması konstitusiyada təsbit olunmuşdur.

Ulu Öndər Heydər Əliyev dövlət ilə dini qurumlar arasındakı münasibətlərin hüquqi əsaslarını aşağıdakı kimi şərh etmişdir: "Azərbaycan öz Konstitusiyasına görə, həm dünyəvi bir dövlətdir. Dövlət ilə dini qurumlar arasındakı münasibətlər Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəaları ilə, "Dini etiqad azadlığı haqqında" qanunla digər qanunvericilik aktları ilə tənzimlənir. Biz dini ilk növbədə mədəniyyətin, tarixi irsin, milli mentalitetimizin bir fenomeni ayrılmaz bir hissəsi kimi qəbul edirik."

Konstitusiyanın 48-ci maddəsində isə dini etiqad vicdan azadlığının hüquqi məsələləri aşağıdakı kimi təsbit olunmuşdur:

  I. Hər kəsin vicdan azadlığı vardır.

  II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək yaymaq hüququ vardır.

 III. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa ya ictimai əxlaqa zidd deyildirsə sərbəstdir.

IV. Dini etiqad əqidə hüquq pozuntusuna bəraət qazandırmır.

Azərbaycanda dövlətin din siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin iyununda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. Bu komitə ölkəmizdə mövcud olan dini strukturların fəaliyyətinin tənzimlənməsi dövlətin din siyasəti sahəsində müxtəlif funksiyaları yerinə yetirir. Dövlət komitəsi öz fəaliyyətində hüquqi cəhətdən, əsasən, Azərbaycan Respublikasının Konstitusiyasına, "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa digər müvafiq qanun normativ-hüquqi aktlara əsaslanır.

Fəlsəfə elmləri doktoru S.Hüseynov yazır ki, dövlətin din siyasətinə aid olan məsələlərdə dinlə bağlı qanunvericilik aktlarında dini icmaların dini təşkilatların dövlət siyasətinə müdaxilə etməsinə hüquqi cəhətdən imkan verilmir. Bu vəziyyət bir daha onu göstərir ki, Azərbaycan Respublikasında həm nəzəri, həm əməli cəhətdən din dövlətdən, dövlət dindən ayrıdır bu siyasətin formalaşması Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin nəticəsidir.

İran ilahiyyatçısı S.Musavi Lari göstərir ki, islam səadət xoşbəxtlik bəxş edən bir dindir heç vaxt xalqı bəlalara, bədbəxtliyə düçar etmək üçün göndərilməyib. İslam dini insanlar üçün problemlər yaratmır həyatın bütün sahələri üçün onun müsbət dolğun göstərişləri vardır. Heç bir yerdə bəşəriyyətin səadətinə mənfi təsir göstərə biləcək proqramlar irəli sürmür. Buna görə islam saysız-hesabsız məziyyətlərə malik olan, ən yaxşı ən kamil dindir. İslamın hüquqi əsasları ədalət ictimai bərabərliklə uyğun olduğu üçün öz xüsusi məna dərinliyi ilə seçilir, müasir dövrün bütün tələblərinə cavab verir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə müstəqil Azərbaycanda hüquqi dövlət vətəndaş cəmiyyəti quruculuğunda respublikada din siyasətinin dövlət-din münasibətlərinin formalaşmasında Heydər Əliyevin rolunu şərh edərək demişdir: "Müstəqil dövlətimizin yaranmasında, möhkəmlənməsində nüfuzunun artmasında Heydər Əliyev həzrətlərinin müstəsna xidmətləri olmuşdur. O, hakimiyyətə yenidən qayıtdıqdan sonra ölkəmizdə dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanmasında daha yüksək səviyyədə bərqərar olunması istiqamətində böyük işlər görülmüş, dini icmaların fəaliyyəti üçün hüquqi-mənəvi şərait yaradılmışdır. Bu məqsədyönlü fəaliyyətin nəticəsi olaraq Azərbaycanda mövcud dinlərin nümayəndələri öz ayinlərini sərbəst yerinə yetirir, tam hüquqlu vətəndaşlar kimi ölkənin ictimai həyatında yaxından iştirak edirlər."

Ulu Öndər Heydər Əliyev  müqəddəs islam dini ilə yanaşı ölkəmizdəki bütün dinlərə dövlət qayğısı göstərilməsi üçün əzmkarlıq göstərirdi.  Azərbaycanda dövlət-din münasibətlərinin bütün dinlərin maraqlarını nəzərə almaqla qurulmasında Ulu Öndər Heydər Əliyevin mühüm rol oynadığını vurğulayan sabiq Moskva Ümumrusiya Patriaxı II Aleksi demişdir: "Azərbaycan qədim dini ənənələrə mədəniyyətə malik bir ölkədir. Bu gün Azərbaycan dini əmin-amanlığa sabitliyə ilham verən ölkədir. Bunun əsası Azərbaycan Prezidenti Heydər Əliyevin müdrik siyasəti sayəsində qoyulmuşdur. Dünyəvi hakimiyyət ənənəvi dini icmaların konstruktiv fəaliyyəti qarşılıqlı ünsiyyəti nəticəsində yaranmış dövlət-din münasibətlərinin nadir modeli Azərbaycan Respublikasında öz əksini tapmışdır. Belə zənn edirəm ki, bu sahədə Azərbaycanda toplanmış təcrübə diqqətlə öyrənilməli təlhlil olunmalıdır."

Dövlət-din münasibətlərini sivil qaydada formalaşmasında Azərbaycan modelini nümunə kimi göstərən II Aleksi  bu siyasətin yaradılmasında Ulu Öndər Heydər Əliyevin rolunu xüsusi qeyd etmiş, bu sahədə Azərbaycan təcrübəsindən öyrənilməsi zərurətini göstərmişdir.

Ulu Öndər Heydər Əliyevin dövlət-din siyasətinin xüsusiyyətldərindən bəhs edən fəlsəfə elmləri doktoru, professor R.Əliyev yazmışdır: "Milli Liderimiz Heydər Əliyev göstərirdi ki, din xüsusi, incə sahədir buna görə dövlətin bu sahədə siyasətini çox ehtiyatla, incə, diplomatik şəkildə, bütün tərəflərin maraqlarını gözləməklə, öz qanunlarımızı qoşulduğumuz konvensiyaları pozmamaqla həyata keçirmək lazımdır. Ulu Öndər qeyd edirdi ki, dünyəvi ateist dövlət demək deyildir. Bu, o deməkdir ki, dövlət öz fəaliyyətində şəriəti, yaxud digər dini qanunları deyil, demokratiya qanunlarını rəhbər tutur."

S.Müsavi Lari dünyanın ən demokratik dinlərindən olan islam haqqında deyir ki, insanlara həyatımızın müxtəlif sahələrində əxlaqa, mənəviyyata əsaslanan qayda-qanunları təklif edir tərəqqiyə gedən inkişaf yollarını göstərir. İslami tərbiyə insanın istək meyillərini tənzim edir saflaşdırır. Onları məntiqli daha düzgün istiqamətə yönəldir. İnsan elə bir dünyada yaşayır ki, bir tərəfdən maddi tələbatlarını təmin etmək, digər tərəfdən isə öz mənəvi, ruhi təmayüllərinə cavab vermək zərurəti ilə qarşılaşır. Hər hansı bir fərd ya cəmiyyət hər iki istiqamətdə tarazlıq əldə edərsə, həyat həqiqi səadət xoşbəxtliyə çevrilər. Dinimiz insana əxlaqi vəzilətlər yüksək mənəviyyət qazanmaq üçün lazım olan qayda-qanunları çox dəqiqliklə göstərir o da Allahın ona verdiyi ağılın vasitəsiylə həmin yolun tam düzgünlüyünü dərk edir.

İslamın təlimləri insanlar üçün təyin etdiyi vəzifələrin hamısı hər bir insanın malik olduğu güc imkan çərçivəsində olur. Müqəddəs islam şəriəti hər hansı bir şəxsə müəyyən bir vəzifə təyin etdikdə, ilk növbədə, onun təbii xüsusiyyətlərini imkanlarını nəzərə alır. Heç vaxt insana onun bacardığından artıq iş vacib etməz. Bu gün ən güclü və hüquqi mənbə ümumi iradə sayılır. Müasir dünyanın demokratik sistemlərində qanunun əsaslandığı mənbə, xalq və əksəriyyətin rəyidir.

İctimaiyyətin müqəddəratını təyin edən "ümumi iradə"dir və burada başqa bir şey rol oynamır. Azlıqda qalanlar, hətta haqlı olsalar belə, onlarla heç kim hesablaşmır. Qısa şəkildə desək, müasir dünya "insan iradəsi hakimiyyəti"ni ən müqəddəs ictimai qanun kimi tanıyır. Amma islam dininə görə qanunvericilik yalnız Allahın iradəsinə bağlıdır və burada ümumi xalqın taleyi əksəriyyət təşkil edən ayrı-ayrı fərdlərin nəfsani istəkləri əsasında təyin edilmir. İslam nöqteyi-nəzərindən qanunvericilik heç vaxt ilahi şəriətdən ayrı ola bilməz. Allahın hakimiyyəti və qanunları bütün insanlara şamildir. Sitayiş  məhz Allaha məxsus olduğu kimi, mütləq hakimiyyət və qanunvericilik də yalnız Ona məxsusdur. İnsanlardan heç kəs ürəyi istədiyi kimi hökm çıxarmaq və qanun təyin etmək hüququna malik deyildir. Allahı mütləq sitayişə layiq bildiyimiz halda, Onun qanunlarından başqa digər qanunlara necə tabe ola bilərik? İslamın hədəfi budur ki, insan cəmiyyətinin bütün sahələrində haqq və ədalət icra olunsun.

Ulu Öndər Heydər Əliyevin layiqli siyasi varisi ölkə Prezidenti Cənab İlham Əliyev din-dövlət münasibətlərindən bəhs edərək demişdir: "Azərbaycanda din ilə dövlət ayrıdır. Azərbaycan dünyəvi dövlətdir. Ancaq bununla bərabər, din ilə dövlət birdir. Bu birlik bizi qarşımızda duran amallar ətrafında birləşdirir. O da Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirmək, Azərbaycanda sabitliyi daim yüksək səviyyədə saxlamaq, Azərbaycan xalqının rifah halnının yaxşılaşdırılması üçün əməli tədbirlər görmək, Azərbaycanda dinlərarası münasibətlərin həmişə müsbət istiqamətdə inkişaf etməsini təmin etmək, Azərbaycanda yaşayan bütün xalqların hüquqlarını qorumaq amallarıdır."

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2014.- 24 oktyabr.- S.15.