Vətəndaş cəmiyyəti və hüquqi dövlətdə qadın siyasətinin
spesifik xüsusiyyətləri
XX əsrin 80-cı illərin sonu, 90-cı illərin əvvəli təfəkkürdə və ictimai həyatda böyük dəyişikliklər baş verdi. Totalitar sistemin dayaqlarının zəifləməsi nəticəsində vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğuna başlandı. Yeni siyasi qurum və partiyalar yarandı, cəmiyyət həyatında demokratikləşmə baş verdi. R.Mirzəzadə göstərir ki, cəmiyyət həyatında aparılan dəyişikliklər respublikada yeni ictimai-siyasi təşkilatların yaranmasına səbəb olmuşdur. Həmin təşkilat və cəmiyyətlərin bir çoxu öz ətrafında qadınları da birləşdirir. Bu gün qadınlar da yaranmış problemlərin həlli yolunda aparıcı hərəkat və təşkilatlara yaxından köməklik göstərirlər.
Diqqəti cəlb edən məsələlərdən biri də budur ki, kiçik qruplardan, təşkilatlardan tutmuş böyük siyasi partiyalaradək və dövlət strukturlarında müəyyən sahələrə rəhbərliyədək bütün vəzifələrdə olan qadınların şəxsi təsir gücü, sosial-siyasi proseslərdə əsas həlledici təsir gücünə malik olmaq imkanını inkar etmir. Cəmiyyətə, hətta ailəyə belə yaradıcı mövqedən müdaxilə etməyən qadın, həqiqəti etiraf etməliyik ki, bu gün də təriflənir və məzəmmət, tənqid hədəfindən uzaq olur. Belə olan halda qadın yenə, ümumiyyətlə, götürüldükdə, bir şəxsiyyət, bir fərd kimi sayılmaq imkanlarından məhrum edilir.
Qadınların ictimai-siyasi proseslərdə fəal iştirak etməsi bir sıra mühüm amillərlə bağlıdır. Əvvəla, illər boyu toplanıb qalmış problemlərin həlli zərurəti cəmiyyətin bütün üzvləri kimi qadınları da yeni proseslərdə iştirak etməyə sövq etmişdir. Bu proseslər nə qədər ziddiyyətli xarakter daşısa da, öz məzmunu etibarilə mütərəqqi cəhətlərə malikdir. İkincisi, bütün dünyada genişlənən demokratik qadın hərəkatı öz təsirini göstərməkdədir. İndi dünyanın təhlükəli nüvə silahlarından xilas olmaq təşəbbüsü yeni nəslə öz sözünü demək imkanı yaratmışdır. Bu prosesin fonunda qadınlar demokratik, ekoloji, mənəvi arenalarda kök salmış neqativ halları aşkarcasına tənqid etmək imkanı əldə etmişdir. Üçüncüsü, indi keçmiş SSRİ xalqlarının hər birinin həyatında milli dirçəliş, milli özünüdərk və eləcə də, müasirləşmə prosesi gedir. Dördüncüsü, qadınların həyatına müasir sivilizasiyanın ümumbəşəri keyfiyyətlərinin harmonik təsirini qeyd etmək olar. Vaxtilə mənəvi dəyərlərin yalnız sinfilik nöqteyi-nəzərindən qütbləşdirilməsi müəyyən məhdudiyyətlərlə müşaiyət olmuşdur. Lakin zamanın təcrübəsi və sınağı göstərir ki, bəşəri olan milli olanı zənginləşdirir və eləcə də, öz növbəsində, milli bəşəri olanın qanuni bərabərhüquqlu komponentidir.
Respublikada dövlət müstəqilliyinin bərpa edilməsı və möhkəmləndirilməsi uğrunda mübarizədə minlərlə qadının da siyasət meydanına atılması, onların da davranışında baş verən siyasətləşmənin təsirləri özünü açıq göstərmişdir. Heç bir siyasi təhlil və siyasi təbliğ olmadığından, müvafiq tənzimetmə mexanizmləri, istiqamətin forması müəyyən olunmadığından bu proses arzuolunmaz hallar yaratmış, bu isə bəzən qadınların həyatında əsaslı dəyişikliklərə gətirib çıxarmışdır. Bu gün müasir həyatımızda qadınların siyasi fəallığı getdikcə aktiv bir hal almışdır. Qadınlar artıq qlobal səviyyədə, BMT-nin, Avropa İttifaqının işində, dünyada baş verən proseslərdə, dövlətin idarə olunmasında, yerli idarə orqanlarında, keçirilən seçkilərdə fəal iştirak etmişlər.
Ulu Öndər Heydər Əliyev cəmiyyətdə qadının rolunun yüksəldilməsi məsələsini həmişə diqqət mərkəzində saxlamaqla qadınların dövlət strukturlarında, parlamentdə, siyası və ictimai təşkilatlarda geniş təmsil olunmasına çalışmışdır. 1998-cı ildə «Azərbaycanda qadınların rolunun artırılması haqqında» Sərəncam imzalanmışdır. Bu Sərəncamda dövlət strukturları tərəfindən daha yüksək diqqət tələb edən öncül sahələr müəyyənləşdirilmişdir. Ulu Öndər Heydər Əliyev bu Sərəncamla qadınların dövlət və ictimai həyatda irəli çəkilməsində mövcud köhnə bazanı demokratik dövrdə yeniləşdirdi. Məlumdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 55-56-ci maddəsində qadınlar da daxil olmaqla bütün vətəndaşların dövlətin idarə olunmasında iştirak etmək hüququ təsbit edilir. Onlar dövlət orqanlarında qulluq etmək və bütün seçkilərdə qeyd-şərtsiz iştirak etmək hüququna malikdirlər.
Ulu Öndərin 6 mart 2000-ci il tarixdə "Azərbaycan Respublikasında Dövlət Qadın Siyasətinin həyata keçirilməsi haqqında" verilən 289 saylı Fərmanın böyük əhəmiyyəti oldu. 2000-ci ilin ilk aylarında Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı hazırlanmışdır. Bu plan 1995-ci ildə Azərbaycanın qoşulduğu "Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi haqqında» Konvensiya və Pekin Fəaliyyət Platformasında qəbul edilmiş strategiyalar əsasında respublikadakı mövcud vəziyyəti və prioritetləri nəzərə almaqla tərtib edilmişdir. Plan problemlərin beynəlxalq standartlara uyğun şəkildə həllinə yönəldilmiş nazirlik, komitə, qeyri-dövlət və beynəlxalq təşkilatların iştirakı ilə hazırlanmış və bütün problemli sahələrdə gender bərabərliyinə yönəldilmiş dövlət sənədidir. "Azərbaycan Resupblikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı" adlanan bu sənədi Azərbaycan Respublikası Nazirlər Kabineti 6 mart 2000-ci il tarixli, 33 saylı qərar ilə təsdiq etmişdir.
Bu sənəd dövlət proqramlarının hazırlanmasını, habelə qadın problemləri ilə əlaqədar konkret təxirəsalınmaz tədbirlərin görülməsini nəzərdə tutur. Bu Fəaliyyət Planında qadınlara qarşı, zorakılığın bütün formalarının, qadın ticarəti, istisimarı, fahişəliyin qarşısının alınması məsələlərinə ayrıca bir bölmə həsr edilmişdir. Sənəddə qadın huquqlarının pozulmasında təqsirkar şəxslərə qarşı qanunla nəzərdə tutulan qaydada məsuliyyətə cəlb etmə də daxil olmaqla, müvafiq ölçülərin götürülməsi nəzərdə tutulur. Gülzar İbrahimova göstərir ki, MFP-ni həyata keçirmək və gender tarazılığına nail olmaq üçün QPDK İdarələrarası Şura təsis etmişdir. Dövlət idarələrinin nümayəndələri (focal points) və qadın QHT-lərindən ibarət olan şura koordinasiya funksiyasını yerinə yetirir. İdarələrarası Şuranın üzvləri müntəzəm görüşlər keçirərək, MFP-nin icra vəziyyətini müzakirə edir, maneələri və onların həlli yollarını müəyyən edirlər.
Azərbaycanda qadınların vətəndaş, sosial-iqtisadi və siyasi hüquqlarına dair qanunvericiliyinin tətbiqi ümumi yuridiksiyalı məhkəmələr və Konstitusiya Məhkəməsi tərəfindən təmin edilir. Lakin hazırda məhkəmə sistemi xaricində olan təşkilatlar da mövcuddur:
- Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyası;
- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi;
- Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi;
- İnsan Hüquqları üzrə
Parlament Komissiyası və s.
MFP prokurorluq
orqanlarına gender bərabərliyinə
nail olma və qadın zorakılığı
problemlərinə qarşı
diqqəti artırmağa
imkan verdi.
AR-ın Əmək
Məcəlləsinin 16-cı maddəsindəki müddəalara
əsasən, əmək
münasibətlərində cinsi mənsubiyyətinə
və digər amillərə görə
işçilər arasında
hər hansı ayrı-seçkiliyə yol
verən işəgötürən
və ya digər fiziki şəxs qanunvericilikdə
nəzərdə tutulmuş
qaydada müvafiq məsuliyyət daşıyır.
XXI əsrdə beynəlxalq cəmiyyət
qarşısında duran
ən əsas məsələlərdən biri
qadınların tərəqqisidir.
Buna görə də Azərbaycanda qadınların durumunun yaxşılaşdırılması məsələsi dövlət
proqramlarında birmənalı
şəkildə öz
əksini tapdı.
G.İbrahimova
daha sonra yazır ki, Azərbaycan Respublikasının
bütün Qanunları
(Cinayət Məcəlləsi,
Mülki Məcəllə,
Əmək Məcəlləsi,
Ailə Məcəlləsi
və s.) və normativ-hüquqi aktlarında
qadınların bərabər
hüquqlarının təsbit
edilməsi diqqət mərkəzində saxlanılır
ki, bunlar bütövlükdə konstitusiya
əsasında işlənib
hazırlanmışdır. Bu qanunlarda qadınlara
qarşı ayrı-seçkiliyə
yol verən müddəalar yoxdur və qanun çərçivəsində
insanlar cinsi mənsubiyyətə görə
məhdudlaşdırılmır. Qanunvericilik insan hüquqları və mənafelərini cinsi mənsubiyyətdən
asılı olmayaraq qoruyur və əsas beynəlxalq humanitar aktların tələblərinə cavab
verir. Lakin qanunları konkret
işlərdə gerçəkləşdirmək
üçün mexanizmlər
hazırlanmamışdır. Qanunvericilikdəki müddəalara
gender baxımından düzəlişlər
etmək üçün
tədbirlər hazırlanmalıdır
ki, cinsi bərabərlik - de-yure daha hərtərəfli təsbit olunsun, kişi və
qadınlar üçün
bərabər imkanlar
- de-fakto təmin edilsin. Qüvvədə olan qanunların
əksəriyyətinin sovet
dövründə qəbul
edilməsini və hazırda beynəlxalq hüquq normalarına uyğunlaşdırılmasına ehtiyac duyulduğunu nəzərə alsaq, qanunvericilik sahəsində
bəzi gender qeyri-bərabərliyi
stitusiyada hərbi mükəlləfiyyət barədə
heç bir məhdudiyyət nəzərdə
tutulmayıb (maddə
76), əslində həkimlər
istisna olmaqla, qadınlar hərbi xidmətə çağırılmırlar.
Cinayət Məcəlləsində qadınlar tərəfindən
və ya onlara qarşı törədilmiş cinayətlərlə
bağlı 15 maddə
vardır. Bundan əlavə,
elə cinayətlər
vardır ki, onlara görə ancaq kişilər cəzalandırılır, halbuki
bu cinayətləri qadınlar da törədə bilər
(zorlama, nikaha daxil olmağa mane olma, poliqamiya və s.). Qadınlara kişilərdən fərqli olaraq bir sıra ağır
cəza tədbirləri
(ömürlük həbs
cəzası, həbs
müddətinin çəkilməsi
zamanı xüsusi saxlama rejimi) tətbiq edilmir. Bu cəza tədbiri qadınlar üçün
ölüm hökmünün
ləğvindən bir
il əvvəl
aradan götürülmüşdür.
G.İbrahimovanın
fikrincə, QPDK
Milli Qanunvericiliyin
tam gender ekspertizası üzrə proqram hazırlanmasına və onun gender bərabərliyi
baxımından adekvat-gerçəkləşdirilməsi
üçün tədbirlər
işlənməsini tövsiyə
edir:
-
keçid dövrü üçün
seçki qanunvericiliyində
dəyişiklik edilsin
və qadınlara seçkilərdə iştirak
üçün kvota
verilsin;
-
qərar qəbul edilən bütün səviyyələrdə
gender tarazlığına riayət
edilməsi;
-
qadının ailədəki rolunun qanunvcricilikdə əks olunması;
-
qadınlar arasında nikahın azalmaması üçün
tədbirlərin işlənib
hazırlanması;
-
təcrübədə
nikah müqavilələrindən
istifadənin başlanması;
-
cinsi təcavüzə görə
məsuliyyətin gücləndirilməsi;
- şəxsi məsələ
hesab edilməməli olan ailədaxili zorakılıq da daxil olmaqla, qadınlara qarşı zorakı cinayətlərin
istintaqı və məhkəmə baxışı
zamanı qadınların
qanunvericiliklə qorunmasının
təmin edilməsi;
-
həm evdən kənar, həm də ailədə işləməyə
imkan verən tədbirlərin işlənib
hazırlanması;
-
atalıq, habelə valideynlərə
qayğı ilə əlaqədar kişilərə
sosial məzuniyyətlərin
verilməsi;
- ölkədə bütün
sahələr üzrə
(ailələrdə, cəmiyyətdə)
gender ekspertizası üzrə
sistemli işin aparılması.
Bu kişilər
və qadınlarla bağlı gender uyğunsuzluqlarını
qanunların tətbiq
edildiyi konkret halları aşkar etməyə kömək edəcəkdir.
Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu şəraitində uğurlu dövlət qadın siyasəti yürütümüş Ulu Öndər Heydər Əliyev deyirdi: "Azərbaycan qadınları öz oğullarına, biliklərinə, istedadlarına görə dünya qadınları içərisində özünəməxsus, həm də çox yüksək yer tuturlar. Ona görə də biz qadınlarımızla fəxr edirik".
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə
fəlsəfə doktoru
Səs.- 2014.- 25 oktyabr.- S.15.