Karl Marksın vətəndaş cəmiyyəti və hüquqi dövlət konsepsiyası

 

 

Marksizmin banisi Karl Marks, əslində əksər ideyaları Hegeldən əxz edərək onu yeni dövrə uyğunlaşdırmağa və yeni bir fəlsəfi-siyasi sistem yaratmağa cəhd etmişdir. Bu baxımdan, A.Seliqman öz fikirlərində haqlıdır: "Marksın özünün təsdiqlədiyi kimi, o, dünya tarixinin inkişafını "sadəcə, ideyanın sınağına'' çevirmiş olan Hegel təfəkkürünün "abstraktidealist" formasını dəyişərək, Hegeli tanınmaz hala saldı.  Bu, Marksın, "Hegelin hüquq fəlsəfəsinin tənqidinə töhfə'' adı ilə nəşr olunmuş, Hegelin Rechtphilosophie-sinin müntəzəm təhlili və tənqidindəkindən başqa heç bir yerdə daha açıq-aşkar şəkildə əks olunmayıb. Bu erkən əsərində Marks  Hegelin dünya tarixinin əsl mübtədaları və xəbərləri arasındakı münasibətləri necə dəyişdiyini, ideyanı (azadlığın Beqriffi-ni) mübtəda və real, konkret, tarixən müəyyənləşdirilmiş fərdləri, onların bir-biri ilə münasibətlərində, münaqişələrində və müxtəlif cür mövcudluq formalarında, sadəcə, ideyanın xəbərləri etdiyini göstərmək üçün Hegelin doktrinasını demək olar ki, sətirbəsətir (bu gün dəbdə olan terminlə desək) "sökməyə" başlayır. Bu əsərdəki məşhur parçalardan birində Marks belə bir fikri təsdiqləyir: "İdeya mübtəda edilib. Ailə və vətəndaş cəmiyyətinin əsl münasibəti isə onun daxili xəyali fəaliyyəti kimi dərk olunur. Ailə və vətəndaş cəmiyyəti dövlətin səlahiyyət sahəsindədir; onlar həqiqətən fəal elementlərdir, lakin nəzəri fəlsəfədə əşyalar alt-üst edilmişdir. ideya da subyekt olanda, əsl subyektlər, yəni, vətəndaş cəmiyyəti, ailə, "şəraitlər, dəyişkənlik və s." ideyanın əhəmiyyətini dəyişmiş qeyri-real obyektiv elementlərinə çevrilirlər".

Jan Kohenin, Hegelin "immanent tənqidi" adlandırdığı bu tənqid hamıya məlumdur və əsasən də Hegelin dövlətin (və dövlət qulluqçularının bürokratik zümrəsinin) ümumbəşəri maraqlarına və azadlığın təbəqə kimi (Marks üçün sinif kimi) bu cür təşkil olunmuş korporativ qurumlardakı təcəssümünə inamının mənasızlığını göstərməyə əsaslanır.

Müəllif göstərir ki, əgər Marks üçün vətəndaş cəmiyyətini təşkil edən məxsusi istəklərin ziddiyyətləri, dövlətin ümumbəşəri etik qurumuna çevrilmirsə, onlar buna görə heçaz əhəmiyyətli amillər deyil. Özünün "Yəhudi məsələsi haqqında" əsərində Marks vətəndaş cəmiyyətini müəyyənləşdirən məxsusi və müxtəlif maraqların (əsasən istehsal vasitələri deyil, əmlaka sahibkarlıq məsələsinə əsaslanan maraqların) təhlilinə xüsusilə böyük yer ayırır. Bir-biri ilə ziddiyyətdə olan bu maraqlar Marks üçünaradan qaldırılmış, nə də ki dövlətə çevrilmişdi. Əksinə, (1793-cü ildə qəbul edilmiş paradiqmatik insan Hüquqları Bəyannaməsi) müasir dövlət onları əmlakın və onun münasibətlərinin müqəddəsliyi ilə qanuniləşdirdi. Marksa görə, "doğum, sosial mənsəb, təhsil və peşə siyasi fərqlərin ləğv olunmasının özü belə onların cəmiyyətdə davamlı varlığını "nəzərdə tutur". Ümumbəşəri qurum kimi, siyasi dövlət yalnız "onların varlığının bu elementlərinə ziddiyyətdə mövcuddur". Onları aradan qaldırmağın əvəzinə dövlət, görəcəyimiz kimi, ən azı onların qarşısında acizlik edir.

Dövlət və onunla birgə vətəndaşlığın və iştirak etmənin siyasi mühiti, Marksın əvvəlki əsərində yalnız və yalnız cəmiyyətin məhsuldar qüvvələrinin epifenomenlərindən birinin səviyyəsinə qədər kiçildilmişdir. Məhz bu ilk, xüsusən də, "Yəhudi məsələsi haqqında" əsərində biz vətəndaş cəmiyyətinin dövlətdən fərqi barədə Marksın ən geniş tənqidinə rast gələ bilərik. Çünki burada vətəndaş cəmiyyətindən olan abstraksiyada siyasi mühit vətəndaş cəmiyyətinin həyatına ziddiyyətdə hələ də azadlıq mühiti postulatı kimi ifadə olunur. Ona bu xüsusiyyəti verən amil isə məhz siyasi həyatın və vətəndaşlığın icma xarakteridir. Siyasi icma üzvlüyü fərdə ictimai xarakter aşılayır ki, bu da rast gəldiyimiz sosial iştirakçılar arasındakı dönmə və tanınmadan mahiyyətcə o qədər də uzaq deyil.

 A.Seliqman bir daha qeyd edir ki,  burada mühüm fərq ondadır ki, Marksda, onun icmaictimai xarakteri vətəndaş cəmiyyətində deyil, yalnız fərdin başqa iştirakçıların maraqlarına zidd olaraq, öz maraqlarını güdən eqoist və tənhalaşdırılmış bir iştirakçı kimi mövcud olduğu vətəndaşlığın siyasi sferasında tapılmalıdır. Yəhudi məsələsi haqqında əsərindən tez-tez sitat gətirilən sözlərdə belə deyilir:  "Siyasi dövlət özünün əsil inkişafına nail olduğu yerdə, insan nəinki təfəkkürdə, düzgünlükdə və hətta reallıqda, həyatın özündə, ikili, yəni həm ilahi, həm də fani həyat sürür: onun özünü bir icma varlığı hesab etdiyi siyasi icmadakı həyat və onun özəl fərd kimi fəaliyyət göstərdiyi, başqa insanlara vasitə kimi münasibət bəslədiyi, özünü vasitə səviyyəsinə endirdiyiya qərib qüvvələrin əlində oyuncağa çevrildiyi vətəndaş cəmiyyətindəki həyat".

A.Seliqmana göstərir ki, insan varlığının vətəndaş cəmiyyəti və siyasi həyatın bir-birindən tamamilə fərqli mühitlərinə olan bu bölgüsü Marks üçün müasirliyin bir sivilizasiya kimi müəyyənləşdirici xüsusiyyəti idi və əsil insan təbiəti baxımından bu dixotomiyanın müstəqil, fərdi qütbünü postulat kimi irəli sürmək üçün hər hansı cəhdin yalan olduğunu sübut etmişdi. Marks, beləliklə, həm on səkkizinci əsrin antropologiyasının sadəlövhlüyünü, həm də Hegel təfəkkürünün abstrakt idealizmini inkar etmişdi. O, vətəndaş cəmiyyətinin yaranmasının özünü on səkkizinci əsrin siyasi emansipasiyasına uyğun olan, heç bir vəchlə ondan əvvəl gəlmiş (istər ontoloji, istərsə də tarixi baxımdan) bir şey kimi görürdü. Hər ikisinin yaranması və fərqləndirilməsi sonda vətəndaş cəmiyyətinin həyatının həyati funksiyası və şəraitlərinin... siyasi tək mövcud olduğu vahid feodal quruluşunun devrilməsi ilə nəticələnmişdi. Feodalizmdə vətəndaş cəmiyyətinin komponentləri öz- özlüyündə fərdlər deyildi. Təbəqələr, korporasiyalar, gildiyalar və imtiyazlı qruplar idi. Feodalizmin dağılması "vətəndaş cəmiyyətinin siyasi xarakterini ləğv etdi" və digər tərəfdən, siyasi icma mühitini "mülki həyatın həmin məxsusi elementlərindən ideal baxımdan müstəqil olan millətin ümumi problemi kimi təsis edərək, eyni zamanda, vətəndaş cəmiyyətini ayrı-ayrı komponentlərə parçaladı." Nəticədə, "hər hansı şəxsin təmsilçilik fəaliyəti və həyatdakı təmsilçilik vəziyyəti fərdi əhəmiyyət səviyyəsinədək kiçildildi. Onlar artıq bütövlükdə, fərdin dövlətlə olan ümumi münasibətini təşkil etmirdilər". Beləliklə, vətəndaş cəmiyyətində varlıq həmin icma qarşılıqlığından ayrılmiş olan ziddiyyətli, sırf siyasi səlahiyyət sahəsinə kiçildilmiş fərdi maraqların biri oldu, çünki "ictimai işlər hər bir fərdin ümumi işi olmuşdusiyasi funksiya isə fərdin ümumi funksiyasına çevrilmişdi." Cəmiyyətin "vətəndaş cəmiyyətinin siyasətindən azad olması" kimi dərk olunan bu atomizasiyası, eyni zamanda, "vətəndaş cəmiyyətinin eqoist ruhunu məhdudlaşdıran əlaqələrin", yəni feodal əlaqələrin və öhdəliklərin ayrılmaz tarkib hissəsi olanfeodalizmin təmsil etdiyi sosial quruluşun nisbi "holistik" modelinə əsaslanmış qarşılıqlı cavabdehlik məsuliyyətinin uzaqlaşdırmasıdır.

Buradan görəcəyimiz kimi, Marks da, əslində, ondan yüz il əvvəl yaşamış fəlsəfi sələflərini narahat edən problemlər toplusu ilə məşğuldur ki, o da onları vətəndaş cəmiyyəti haqqında öz ideyalarını formalaşdırmağa gətirib çıxarmışdı. Lakin onlarla vətəndaş cəmiyyəti ideyasının özü belə fərdi varlığı müəyyənləşdirən məxsusi maraqlardan kənarda hər hansı sosial qurumu postulat kimi necə ifadə etmək probleminə bir həll yolu idi. Marksla  (burada Hegelin ardınca gedərək) vətəndaş cəmiyyətinin özü bir başqa etik vəhdətdə bir təhər də olsa, aradan qaldırılmalı olan məxsusi maraqlar arasındakı həmin münaqişə mühitidir. İyirminci əsrin akademik fənlərinin bölgüsü ilə və əlavə etməliyəm ki, Marksın əsərlərinin açıq-aşkar inqilabi xarakteri ilə elə şərtləşmişik ki, şotland moralistlərinə və Marksa tamamilə müxtəlif eynəklərlə baxsaq da, onları müxtəlif analitik yerlərə qoysaq da, əsərlərinin təyinedici problematikası eynidir. On səkkizinci əsrdən tutmuş bütün on doqquzuncu əsr də daxil olmaqla, sosial filosofların hamısı üçün əsas problem, tərkib hissələrinin hüquqi, mənəvi və iqtisadi müstəqilliyini tanıyan sosial quruluşun vahid bir görüntüsünü postulat kimi ifadə etmək imkanlarının (yəni, normativ imkanların) olması idi. Vətəndaş cəmiyyətinin ideyası bu dövrün başlanğıcında sadəcə belə bir həll yolu kimi yaranmışdı. Onun teoloji antropologiyadan qidalanan, idrakhissin uyğunluğuna olan sadəlövh inamla birləşmiş fundamental əsasları altmış il ərzində Hyumun və Kantın əsərləri sübut etdiyi kimi, hərtərəfli açıqlanmışdı. İlk dəfə Haçe- son, ŞaftsberiFerqyusonun müraciət etdiyi problem, yəni fərd və cəmiyyət, ictimai və şəxsi mühitlər arasındakı əsl münasibətlərlə bağlı problem, sosial təfəkkürün təyinedici problemi olaraq qalmışdı (və əslində, iyirminci əsrin sonuncu onilliyində antropoloqları, sosioloqları və filosofları düşündürməkdə davam edir).

A.Seliqmanın qeyd etdiyi kimi, Hegel və Marksın əsərləri vətəndaş cəmiyyəti paradiqmasının (müxtəlif növlərinin) on doqquzuncu əsrdə davamını təsdiqləyir. Onların öz işində, sosial xüsusiyyətin bir konsepsiyası və modeli kimi onun etibarlığı yoxa çıxır. Hegeldə o, ümumbəşəri dövlətdə, Marksda isə mülkisiyasi cəmiyyətin gələcək yenidən birləşməsində itir. "Yəhudi məsələsi haqqında" əsərində Marks qeyd edir: "Həqiqi, fərdi insan özündə abstrakt vətəndaşı yenidən canlandıran zaman, fərdi insan kimi özünün gündəlik həyatında, məxsusi işində və vəziyyətində bir canlı növü olan zaman, özünün "əsil qüvvələrini" sosial qüvvələr kimi tanıyıb, təşkil etdiyi zaman və nəticə etibarilə artıq sosial hakimiyyəti özündən siyasi hakimiyyət formasında ayırmayacağı zaman insani emansipasiya əldə olunacaq.

Bununla, vətəndaş cəmiyyətinin klassik ideyası sona yetir. Lakin onun kölgəsi istər liberalsosialist nəzəriyyə, istərsə də siyasətin arxa planında iyirminci əsrədək qalmaqda davam edir. Liberalizmdə, vətəndaş cəmiyyəti ideyasının əsas rolunu oynamış olan mənəvi (və inqilabi baxımdan) müstəqil fərd ideyası siyasi həyatın fundamental əsasları kimi qalmışdı. Lakin sonrakı fəsillərdən görəcəyimiz kimi, təbii rəğbət və mənəvi hisslər kimi erkən on səkkizinci əsr məfhumunun itməsi bu fərdin hər hansı icmada kök salmasını və beləliklə də fərdi üzvlərindən kənarda olan cəmiyyətin aydın görüntüsünün təqdim edilməsini getdikcə daha da çətinləşdirdi. Cəmiyyəti cür səciyyələndirmənin çətinliyi liberal nəzəriyyələri bu günədək viran qoyub. Marksistsosialist təfəkkür, ümumilikdə, sosialsiyasi həyatın yeni bir vəhdətində vətəndaş cəmiyyətinin ziddiyyətlərini aradan qaldırmaqla ilkin marksist formul çərçivəsində qalmışdır. Şərqi Avropadakı hadisələr nəinki bu vəhdətin mənəvi cəhətdən yararsız olduğunu, hətta bu yaxınlarda onun qeyri-mümkünlüyünüsübut edib. Bu vəhdət, Lesek Kolakovskinin sözləri ilə desək, dəhşətli nəticələri olan bir "soterioloji mifin"  doğruluğunu sübut etmişdir.

Müəllif göstərir ki. özünün həm liberal, həm də sosialist variantlarında cəmiyyəti təsvir etmənin fundamental böhranı ilə səciyyələnən bu müasir şərait bugünkü sosial nəzəriyyəçiləri (həm sosialist, həm də liberal təfəkkürün) hazırkı çıxılmaz vəziyyətlərinin mümkün olan həlli kimi vətəndaş cəmiyyəti ideyasının ilkin şotland maarifçiliyi anlamına qayıtmağa gətirib çıxarmışdır. Panaseya kimi postulat qismində ifadə olunaraq, vətəndaş cəmiyyəti ideyası siyasi spektr boyunca yazıçılar arasında yenidən özünəməxsus yer tutub, şotland moralistlərinin əsərləri kağızcildli nəşrlərdə yenidən çıxmağa başlayıb və hətta Şərqi-Mərkəzi Avropa ölkələrinin dillərinə də tərcümə olunub (Ferqyusonun "Vətəndaş cəmiyyətinin tarixçəsi" əsərinin ilk nəşri (1767) bu yaxınlarda 1.870 funt sterlinq məbləğində rekord qiymətə satmışdı). Burada vətəndaş cəmiyyəti ideyasına əsaslandığı əsas dəlilləri araşdırdıqdan sonra onun yaranmasının tarixi şərtlərini və onun yaranmasını müşaiyət edən ideyaları və ya dünyagörünüşlərini daha çox analitik tərzdə nəzərdən keçirilməsinə dönəcəyik. İnanıram ki, belə bir çalışma, vətəndaş cəmiyyəti ideyasının həm normativ ideal, həm də müasir dünyadakı sosial münasibətləri müəyyənləşdirən təsisatçılıq praktikalarının toplusu kimi mümkün olan davamlı etibarlığının qiymətləndirilməsində bizə kömək edəcək.

 

VAHİD ÖMƏROV, 

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2014.- 30 oktyabr.- S.15.