Yapon vətəndaş cəmiyyətində
insan haqları məsələsi
Şərqin sivilizasiyası sayılan Yaponiyada da insan haqları konsepsiyasının maraqlı özəlliyi vardır.
Tarixin başlanğıc dövrlərində yapon monarxı hakim aristokrat ailə klanının (udzi) vəzifəyə qoyulmuş adamı idi. İlkin olaraq bu Soqanın evi idi. Burada gələcək tennolar (Yaponiya imperatoru) üçün gəlinlər tədarük edirdi. Beləliklə, Tenno Anna Soqa evi sahibinin qızı, ya da qardaşı qızı idi. O, həm də imperatorun çox yaxın qohumu ola bilərdi. Hətta onun qeyri-rəsmi müşahidəçisi olması da istisna edilmirdi.
Hakim Udzi hökumətinə qarşı daim təzyiqlər olurdu. Suikonun imperatoruğu dövründə Syotoku şahzadəsi irəli çəkildi ki, o da Soqa klanından asılı olmadan ölkəni idarə edərək yapon milləti qarşısında böyük xidmətlər göstərdi. O, ilk dəfə yapon tələbələrindən ibarət Çinə ekspedisiya təşkil etdi. Bu tələbələrdən bəziləri Tayka islahatının üzvləri oldu. Bu islahat torpaq məsələsində Soqa evinin hegemonluğuna son qoyaraq dövlət xəzinəsinin yeni sistemini yaratdı.
Yapon cəmiyyətində xüsusi və yüksək yeri olanlardan biri də qadındır. Yapon nümunəsində qadın emansipasiyasının əmək nəzəriyyəsinin həqiqiliyini mifoloji mənbədə də aydın şəkildə görmək olar. Həddən artıq əməksevər olan tanrı Amaterasu günəşin himayədarı olmaqla 1945-ci ilədək yapon imperatorlarının rəsmi əcdadı hesab edilirdi. Amaterasunun keyfiyyətləri, ümumiyyətlə yapon qadınlarının davranış normaları hesab edilirdi. Biz bunu geyşanın nümunəsində izah etməyə çalışacağıq. Əvvəlcə "geyşa" anlayışı haqqında danışaq. Yaponiyanın sərhədələrindən kənarda onun analoqlarının axtarılmasındakı cəhdlər həmişə boşa çıxır. Məsələn, qərbdən olanlar "geyşa" anlayışını sözsüz ki, yapon ekzotik fahişə cərgəsində yerləşdirməyə cəhdlər göstərirlər.
Əslində geyşa - eyni vaxtda sənət və istedaddır. O, kommunikativ və psixoloji maneələrin aradan qaldırılması üçün istiqamətləndirilmiş istedaddır. Əgər Amaterasu ilahəsi konfliktlərdən uzaqlaşmaq kimi davranış normalarını tərənnüm edirsə, real geyşalar daha irəli gedərək bu funksiyanı üzərinə götürüb kommunikasiya prosesinin bu və ya digər üzvləri arasında ziddiyyətlərin aradan götürülməsinə xidmət edir. Bununla əlaqədar geyşa ensiklopedik biliklərin səviyyəsinə malik olmalı, müxtəlif həmsöhbətlərlə müxtəlif mövzularda söhbət etməyi bacarmalıdır.
Yaponiyada qadın insanlararası münasibət sferalarında harmoniyanı, tarazlığı bərpa etməyə yönəldilir. Yapon qadınının bu istedadı ailə hüquqlarının bir çox ənənələrində möhkəmləndirilib. Yapon qadını üçün emosional komfortun ən etibarlı mənbəyini onun uşaqları, övladları təşkil edir. Statistikaya görə yapon nikahı az hallarda məhəbbət, sevgi zəminində qurulur, bunun üçün qarşılıqlı simpatiya kifayətdir. Qadının mövcudluğunun başlıca səbəbi onun uşaq dünyaya gətirməsi faktıdır ki, buradan da Yaponiyada qadın hüquq və haqları, vəzifələrinin məzmunu bəlli olur. Bu həmin ölkədə "maariflənmiş ana" anlayışının meydana gəlməsinə səbəbdir. Kiçik yapon vətəndaşlarının sosiallaşmasının əsas qarantı məhz ana - yapon qadınıdır. Hüquq və insan haqlarının ümumyapon etikası üçün konfutsiçilik və xüsusilə də, daos motivlərinin yaradıcı şəkildə yenidən işlənilməsi səciyyəvidir. Nəticədə hüquqi vəzifələrin tamamilə unikal sistemi yaradılmışdır. Bunlardan bəzilərini nəzərdən keçirək.
Milli identikliyi mütləq şəkildə qorumaq. Bu hüquqi vəzifə mütləq səciyyə kəsb edir. Bu, ona görə mütləqdir ki, bu millət öz "yaponluqlarını" təkcə xaricdən deyil (xaricilərə qarşı), həm də daxili (etnik və sosial-mədəni azlıqlar) mühafizə etməlidirlər.
Qrupdaxili loyallıq və həmrəvlivin
saxlanılması. Bu
hüquqi vəzifə konfutsiçiliyin "jkn"
(humanistlik) prinsipinə istinad edir. Bu, yapon
versiyasında "yuxarınıe qayğısı" ilə
(yəni müdriyyətin tabeçiliyində olanlara
qayğısı), "aşağıdakıların
loyallığı"ndan (yəni
aşağıdakıların sədaqətliliyi) ibarət
sosial müqaviləni xatırladır. Bu
qrupdaxili ziddiyyətlərdən qaçmağın hər vəchlə
vacibliyini ifadə edir.
Şəxsi qüvvə ilə qrupun inkişafına
kömək etmək. Hüququn ümumyapon etikasına əsasən
qrupun çiçəklənməsi işində şəxsi
güc, qüvvə və səylərdən məqsədyönlü
istifadə edilməlidir. Ona görə də
yapon cəmiyyətinin ictimai şüurunda fərdiyyət
üzərində korporativ eqoizmin üstünlüyündən
söhbət açmaq qəbulediləndir. Yapon şəxsi humanitar kapitalını şəxsi
nailiyyət kimi deyil, mənsub olduğu qrupun ümumi
kapitalı kimi dərk edir.
Nəyin
bahasına olursa olsun, "şəxsi sima"nı
qorumaq. Qərb ictimai şüuru nöqteyi-nəzərinə
əsasən, bu, hüquqi vəzifə mübahisəli səciyyə
kəsb edir. Qərb sahibkarları
yaponların öz səhv və uğursuzluqları ilə
barışmaqlıqları ilə
razılaşmadıqlarına görə bu işə
müdaxilə etməyə məcbur olurlar. Bu vəziyyət yaponun korporativ şüuru
nöqteyi-nəzəri ilə izah olunur. Yapon
bu zaman seçim qarşısında qalmır,
avropalının şəxsi günah, səhv hesab etdiyi bir
hadisə fərdi xarakter daşıyırsa, bu yapon
üçün qrupun səhvi kimi başa
düşülür. Ona görə də
yapondan "öz səhvlərini" tanımağı tələb
etmək mənsub olduğu qrupu şübhə altına
almağa sövq etmək kimi qəbul edilir.
Vətəndaş cəmiyyəti və hüquqi
dövlət quruculuğu sahəsində konsepsiyaları diqqətlə
öyrənən yaponlar milli konsepsiya yarada bilmişlər. Unikal bir
ölkə olan Yaponiya zəngin insan ehtiyatlarına malikdir.
Vətəndaş cəmiyyəti hüquqi
dövlət quruculuğu və insan haqlarının müdafiəsi
sahəsində yapon modeli bütün dünyada şöhrət
qazanmışdır. Demokratik idarəetmə
sistemi sayəsində yapon iqtisadiyyatı yüksək səviyyədə
inkişaf etmişdir. Vətəndaş cəmiyyəti
və hüquqi dövlət quruculuğu yaponların unikal
etnopsixoloji əsaslarına söykənir. Yaponlar məlum vətəndaş idarəetmə
konsepsiyalarını öyrənərək, onları əxz
etmiş və öz xüsusi yapon cəmiyyəti və
dövlətini qurmuşlar. Yaponlar insan
ehtiyatlarını öz ölkələrinin əsas sərvəti
hesab etdiklərindən onların hüquqlarını qoruyurlar.
Yapon vətəndaş
cəmiyyəti və hüquqi dövlət modelinin əsas
xüsusiyyətləri aşağıdakılardan ibarətdir:
- uzunmüddətli strategiya;
- vətəndaş cəmiyyəti və
hüquqi dövlət quruculuğunun formalaşmasında tədricilik
və bu prosesdə yapon özünəməxsusluğunun
qorunub saxlanması və köhnə ünsürlərin yeni
məzmun kəsb etməsi;
- dünyanın ən qabaqcıl vətəndaş
cəmiyyəti və hüquqi dövlət quruculuğu,
texniki, informasiya, təhsil, sosial texnologiyasının sürətlə
mənimsənilməsi və onlardan öz vətəndaş
cəmiyyəti, hüquqi dövlət quruculuğunda və mədəni
mühitində istifadə edilməsi;
- vətəndaş cəmiyyəti, hüquqi
dövlətin modernləşmə və inkişaf aliminin
inkişafının üstün ehtiyatlarının keyfiyyətinin
artırılması;
- vətəndaş cəmiyyəti hüquqi
dövlət mədəniyyətinin əxlaqi
normalarının qorunub saxlanması cəmiyyətin modernləşməsi
və islahatında onlardan fəal istifadə olunması.
Müxtəlif
ölkələrdə qadınların həyat tərzi və
sosial vəziyyəti onların iqtisadi və siyasi həyatda fəal
iştirak etmədiyi, qadına yalnız həyat
yoldaşı, ana və ev sahibi kimi
baxılan yerlərdə mürəkkəb xarakter
daşıyır. Müxtəlif etiqadlı
Şərq ölkələrində qadınların həyat
tərzini və vəziyyətini nəzərdən
keçirsək görərik ki, yapon qadınları kişilərin
"hökmranlıq və idarə etdiyi" cəmiyyətlərdə
yaşayırlar. Başqa Şərq
ölkələrində olduğu kimi Yaponiyada da kişilərin
üstün rolu tarixən qədim dövrlərdən
formalaşmış və demək olar ki, bütün sahələrdə
özünü işgüzar mühitdə, incəsənət
sahəsində və siyasət sahəsində göstərir.
Elə görünür ki, yapon qadınları
patriarxat zülm və kişinin təzyiqi altında
yaşayır.
Həqiqətdə isə belə deyildir. Məhz yapon
qadını başqa Asiya və Şərq ölkələrindəki
qadınlara nisbətən daha çox hüquqlara malikdir.
Yapon qadınlarına uşaqların tərbiyəsi
və onların taleyinin həll edilməsi etibar edilir. Ona ərinin əmək haqqını necə və
nəyə xərcləmək üçün tam hüquq
verilir. Yapon qadınları işləyirlər
və maddi cəhətdən özlərini təmin edə
bilirlər.
Yapon qadını öz hisslərini gizlətməyi
bacarır, ərilə münasibətlərini diplomatik tərzdə
qura bilir, Avropa qadınına nisbətən ərindən daha
çox şey tələb edə bilir. Lakin
çoxlu hüquqlara malik olmasına baxmayaraq,
sivilizasiyanın təsiri altında daha müstəqil təhsilli
və özünə inamlı olsa da, indiyədək ərini
qapının ağzınadək ötürür, hörmət,
ehtiram və itaətlə ərinin arxasınca
başını aşağı əyir.
Beləliklə, aparılan müqayisəli təhlillərdən
məlum olur ki, bəşər yarandığı gündən
bu günədək insan öz hüquq və vəzifələrinin
dərkinə çalışaraq buna xidmət
etmişdır. İnsan haqq və hüquqlarının
qorunması və reallaşması dünya ölkələri,
mədəniyyətlərində həm oxşar, ümumi, həm
də fərqli xüsusiyyətlərlə təzahür
tapır.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru
Səs.- 2014.- 31 oktyabr.- S.15.