Müasir vətəndaş cəmiyyəti
ideyasının əsas inkişaf problemləri
Tarixi və fəlsəfi mənbələrə görə bugünkü kimi on yeddinci əsrin sonu və on səkkizinci əsrlərdə də vətəndaş cəmiyyəti ideyasının baş qaldırması sosial quruluşdakı böhranın və quruluş ideyasının mövcud olan paradiqmasının qırılmasının nəticəsi idi. On yeddinci əsrin ümumi böhranları olan amillər - torpaq, işçi qüvvəsi və kapitalın sənayeləşmesi, bazar iqtisadiyyatının böyüyüb-artması, kəşflər dövrü, ingilis, sonralar Şimali Amerika və qitədəki inqilablar - bunların hamısı sosial quruluşun və hakimiyyətin mövcud modellərinin uyğunluğunu şübhə altına aldı. Halbuki ənənəvi olaraq, sosial quruluşun təməli və ya motivasiyasının sosial dünvadan kənarda yasayan müəyyən bir qurumda olması düşünülürdü. A.Seliqman yazır: "Allah, kral və hətta ənənəvi normaların və davranışın özünün də verilmış olması - quruluşun bu prinsipləri on yeddinci əsrin sonunadək getdikcə daha çox sual doğururdu. On səkkizinci əsr yaxınlaşdıqca, insanlar getdikcə daha çox daxili aləmlərinə, cəmiyyətin özünün necə işləməsinə, sosial quruluşun mövcudluğunu izah etməyə başladılar. Kral I Çarlzın 1649-cu ildə edam olunması və ən vacibi, ona qarşı məhkəmə prosesi (kralı krallığın qanunlarına qəti surətdə tabe olmağa məcbur etdi) formalaşan bazar iqtisadiyyatı, iqtisadiyyatın özü-özünü tənzimləyə biləcək bir qurum kimi fiziokratik doktrinası, qeyri-Avropa ölkələrində fərqli ənənələrin və sosial həyatın təşkilinin fərqli modellərinin kəşfi, habelə Allahın on səkkizinci əsrin sonundakı "saatsaz" obrazı, - bütün bunların hamısı sosial quruluş menbəyinin cəmiyyətdən kənarda olması ideyasını sual altına aldı.
Vətəndaş cəmiyyəti, cəmiyyətin işinin və sosial quruluşun düşünülməsi üçün model obrazı Avropa sosial təfəkkürünün on yeddinci və on səkkizinci əsrlərdəki bu böyük və radikal istiqamət dəyişməsindən baş qaldırmışdı. Siyasi nəzəriyyənin özünə gəldikdə, "müqavilə" ideyasının siyasi səlahiyyət və sosial quruluşun əsası kimi nəzəriyyələşməsində olan yeniləşmiş və mühüm olan narahatçılıqda bu amil açıq-aşkar görünürdü. Cəmiyyətin birləşdirici qüvvələri olan keçmiş ənənələrdən və adətlərdən əl çəkilməsi cəmiyyətlər daxilində (və bir qədər öncə, məsələn, Qrotiusun timsalında, cəmiyyətlər arasında) mənəvi birliyin yeni prinsiplərinin axtarışına təkan verdi. Müqavilənin qoyduğu öhdəliklər, müqaviləyə əsaslanan vasitəçi və müstəqil fərdin zəruri və tamamlayıcı ideyası, - bunların hər ikisi on yeddinci və on səkkizinci əsrlərdə sosial quruluşun yeni modelinin axtarışı üçün həddən artıq heyranedici konsepsiyalar idi".
Müəllifin fikrincə, sosial quruluşun yeni modelləri uçün aparılan bu axtarış həm movcud intellektual ənənələrin üzərində yenidən işləməklə və yeni əsas tapmaq üçün axtarış aparmaqla səciyyələnmişdi. Beləliklə, bu fəsildə vətəndaş cəmiyyəti ideyasının ilk müasir anlamının yaranmasını, bəlkə də yenidən yaranmasını Con Lokkun, şotland maarifçiliyinin təfəkküründə, İmmanuel Kant, Q.V.F. Hegel və Karl Marksın əsərlərində izləyəcəyik. Geniş yayılmış fikrə görə, bu, vətəndəş cəmiyətinin müasir konsepsiyasının yalnız bir cizgisidir, amma onun ən mühüm komponentlərinin bəzilərini, xüsusən də vətəndaş cəmiyyəti ideyasını sosial həyatın mənəvi və ya etik görüntüsü və ya təmsili baxımından göstərir. Vətəndaş cəmiyyəti ilə bağlı təhlilimizi bu mütəfəkkirlərlə başlamaqla biz klassik konsepsiyanın parametrlərini müəyyənləşdirmək istəyirik ki, növbəti fəsillərdə, sonrakı siyasi və sosial nəzəriyyəyə, həmçinin təsisatçılıq praktikasına təsirdə onların roluna nəzər salaq.
On səkkizinci əsrin bir çox başqa mütəffəkkirlərinin adı çəkilmədiyi kimi (məsələn, Monteskyö və Russo), eləcə də müasir təfəkkürə təsir göstərmiş orta əsr siyası ənənələrinin bütöv bir hissəsi də tam tədqiq olunmamışdır. Qərb siyasi nəzəriyyəsinin, korporasiyalarının və ya təmsilçilik təsisatlarının doktrinaları və ya Padualı Marsioliusun bütün hakimiyyəti yalnız birincilərə vermiş olan, habelə xalq və hökmdar arasındakı fərq kimi bir çox amillər vətəndaş cəmiyyəti ənənəsinin inkişafında mühüm rol oynamışdır. Bunlardan bəzilərinə müxtəlif kontekstlərdə müraciət olunacaq, bəzilərinə isə heç toxunulmayacaq. Biz ibtidai siyasi nəzəriyyənin yalnız bir əsas amilinə - təbiət qanunu ənənəsinə fikir verəcəyik. Çünki təbiət qanunu haqqında mülahizələrin orta əsr və müasir dövrün əvvəlindəki ənənəsi on səkkizinci və on doqquzuncu əsirlərdə vətəndaş cəmiyyəti ideyasına dayaq nöqtəsi kimi xidmət etmiş mövcud siyasi və fəlsəfi ənənələrin ən vacib komponentlərindən biri olmuşdu.
Həm təbii (və ya sonralar xristianlıqdakı Ilahi taledən), həm de insan qəlbindəki düzgün idrakın işə düşməsi ilə baş qaldıran təbiətin ümumbəşəri qanunu ideyası ilk dəfə stoiklər fəlsəfi məktəbi daxilində yunan şəhər dövlətinin parçalanması ilə baş qaldırmışdı. Şəhər-dövlətin dağılması və onunla da fərd və icma arasındakı sıx əlaqələrin kəsilməsi fərdi mövcudluğun yeni yaranan atomistik konsepsiyasına gətirib çıxardı ki, onun qarşılıqlı əlaqəsi indi ümumilikdə tətbiq oluna biləcək müəyyən ədalət qanunu baxımından düşünülməli idi. Stoik fəlsəfəsi, xüsusən də Stoanın həyatının son illərindəki "tənhalıq - təbii quruluşun mənəvi kamilliyidir" fikrini təbliğ edən fəlsəfəsi Avropa siyasi nəzəriyyəsinin 6 sonrakı inkişafı üçün ən vacib mövqelərdən biri kimi baş qaldırmışdı, Bəlkə də bu qanunun ən yaxşı ifədə olunmuş formasını bu təsvirdə Siseron təklif etmişdi: "Əslində, həqiqi bir qanun, yəni ədalətli idrak var ki, o da təbiətə uyğundur, bütün insanlara şamil edilir, dəyişməz və əbədidir. O öz əmrləri ilə insanları öz vəzifələrini yerinə yetirməyə çağırır, o öz qadağaları ilə insanları pis əməllərdən qoruyur. Onun əmr və qadağanları həmişə yaxşı insanlara təsir göstərir, pis insanlara isə təsir göstərmir. Bu qanunu insanın yaratdığı qanunvericliklə qüvvədən salmaq heç vaxt mənəvi cəhətdən ədalətli ola bilməz. Onun fəaliyyətlərinə hər hansı məhdudiyyətlər qoyulmasına heç vaxt icazə vermək olmaz. Onu tam ləğv etmək isə mümkün deyil".
Kosmik quruluşun özündən qidalanan ədalətin fundamental və ya ən ali prinsipləri toplusu beləliklə, qüvvəyə mindirilmiş, pozitiv qanun əsasındə dayanmış amil kimi görünür. Ədalətin və mənəviyyatın məhz bu ən ali aksiomatik prinsıpləri idi ki, onlar qanunun təməli kimi, on ikinci əsrdə Seylzberili Condan, on üçüncü əsrdə Müqəddəs Tomas Akınasdan, on beşinci əsrdə Kuzalı Nikolasdan tutmuş, on altıncı əsrdəki, Vindiciae Contra Tyrannos və on yeddincı əsrdə Hüqo Qrotiusun əsərləri qədər təbiət qanunu ənənəsini inkişaf etdirmək üçün göstərilmiş sonrakı bütün cəhdlərdə mühüm rol oynamışdı.
Kilsə xadimlərinin təbiət qanunu nəzəriyyəsini qəbul etməsi antik dövrün sonunda yaranmış xristianlığı yeni sivilizasiya dünyagörüşünə uyğunlaşdırmaq üçün onun bəzi fundamental prinsipləri uyğunlaşdırılmışdı: konkret və ümumi konturlarında təbiət qanunu barədə xristian dünyagörüşü özünün stoik sələflərinin baxışları ilə çox şeyi bölüşsə də, xristianlığın 8 yeni xilaskar doktrinalarına nisbətdə təbiət qanununun fundamental statusunda hiss olunacaq bir fərq var idi. Xristianlığa daxil edildikdən sonra təbiət qanununun ibtidaı doktrinasında baş vermiş ən mühüm dəyişiklik onun "təbiətsizləşdirilməsi"' idi. Təbiət qanununun mənbələri artıq dünyanın işlərində rolu olan bir amil kimi deyil, İlahi iradənin subyekti kimi görünürdü. İbtidai təbiət qanunu doktrinası onun eyni dərəcədə həm əşyaların təbii quruluşundan, həm də insanın öz idrakından (əslində, stoiklərin ifadəsi ilə desək, hər ikisinin ideal vəhdətindən) meydana çıxdığı halda, xristiansayağı ifadəsində təbiət qanunu İlahi quruluşun transendental hökmünə tabe edilmişdi. Doqquzuncu əsirdə yaşamış Benediktin Radbertusun müşahidə etdiyi kimi, "Allahın qanunları əşyaların təbiətindən asılı deyil. Amma əşyaların təbiəti haqqında qanunlar Allahın qanunlarından meydana gəlir". Təbiət qanununun bir kökünün İlahi taledə mövcud olması fikri Siseron kimi mütəfəkkirlər arasında qəbul olunsa da, xristian dünyagörüşünün radikal dərəcədə transendental mənbələri və təbiət qanununun özü arasındakı münasibətlərə yeni bir iyerarxik anlam gətirdi. Bu fərqin sosial təzahürləri imperiyanın movcud olan təsisatlarına kilsənin davam edən nisbi laqeydliyində hiss olunurdu.
A.Seliqman yazır ki, bununla belə, orta əsrlərdə, stoik və patristik prinsipləri dəyişərək, tomistik etika dövlətin mövcud olan təsisatları ilə təbiət qanununun hökmləri arasında daha güclü bir münasibət yaratdı. Müqəddəs Tomas Akinasın fikrincə, təbiət qanunu baxımından düşünülmüş olan şeylər - cəmiyyətin təsisatları, özəl mülkiyyət, quldarlıq, patriarxal ailə - və xristian mənəviyyatının düşünülmüş şeyləri arasında bir əlaqə var idi ki, bu əlaqəyə əvvəlki kilsə təfəkkürlərində rast gəlinmirdi. Əslində, Akinasın fikrincə, dövlət və onun siyasi təsisatları insan mənəvi quruluşunun təbii ifadəsi (və əslində, onun təcəssümü) kimi yaradılmışdı.
Bu tomistik etikanın en böyük nailiyyəti o idi ki, xəfif bir toxunma ilə xristian sivilizasiyasında təbiət və mərhəmət arasındakı uzunmüddətli ziddiyyəti müəyyənləşdirdi. Aristotelin idrak ideyalarını və neoplatonik mistisizmi birləşdirməklə onların barışması üçün bir vasitə yaratdı. Bir tərəfdən, tomistik sistemin birləşdirilmiş etikası idrakı və təbiət qanununu xristian mənəvi dünyagörüşünün həyata keçirilməsinə doğru atılmalı olan zəruri addımlar kimi müəyyənləşdirdi. Digər tərəfdən, o, onların İlahi mərhəmətin dini mərasimlərə aid, ruhanilik və sirli aləminə tabe olan vəziyyətlərini saxladı. Tomistik sistemdə İlahi qanun nə təbiət qanununa (və ya mövcud siyasi quruluşa) zidd idi, nə də onu ləğv edirdi, əksinə, ona əlavə olmağa göndərilmişdi. Nəticədə, siyasi quruluşun, dövlətin məqsəd və əməlləri İlahi qanunu, xristianlığın mənəvi dəyərlərini yaymaq üçün bir-birilə möhkəm bağlanmışdı.
On altıncı əsrin sonu və on yeddinci əsrlər təbiət qanununun dirçəlişini müşahidə etdilər ki, bu da mütləq hakimiyyət quruluşunun həmin dövlətdə (ya hökmdarda, ya da xalqda) kralların İlahi hüquqa malik olması və ona müqavimət göstərmək hüquq ilə bağlı qitədə aparılan böyük debatlar kontekstində baş vermişdi. Bunların hamısı reformasiyanın ilkin çağırışlarına və mütləq siyasi mərkəzlərin yaranmasına cavabda öz əksini tapmışdı. Bundan əvvəlki dövrdə, Bartolus, Alsiato və Salamonio kimi hüquqi-humanistlərin ifadə etdiyi hüquqi doktrinalar təbiət qanununun uyğunluğuna fikir verməməyə və hüquqlar nəzəriyyəsini ius gentium və ya pozitiv qanuna əsaslandırmağa meyilli idilər. İus naturale"ni insan varlığının "prisosial" (heyvanlara aid olan) mərhələsinə qədər kiçildərək, hüquqi-humanistlər vətəndaş cəmiyyətini təşkil edən qarşılıqlı öhdəliklərə əsas kimi "ius gentium"un vacibliyini vurğuladılar. Bu ənənə çərçivəsində hər hansı ədalətsiz hökmdara qarşı müqavimət göstərmək hüququ sosial həyatın özəyində duran müqavilə elementləri (və yalnız müqavimət halında isə, onların ləğv olunması) formasında əks olunmuşdu.
Müəllifin fikrincə, həm mütləq siyasi mərkəzlərin, həm də reformasiya dilinin yaranması ilə mütləq hakimiyyət və kral idarəetməsinə müqavimətlə bağlı məsələlər ciddi surətdə dəyişdi. Qeyri-xristian hökmdara qarşı müqavimətin qanuniləşdirilməsi (və ya lənətlənməsi) problemin həm hugenot, həm də ingilis kalvinist siyasi nəzəriyyəsinin, eləcə də əks reformasiyanın tomistik baxımdan dirçəlişinin əsasını təşkil etmişdi. Əslində, humanist perspektivlərin təsirinə məruz qalmış olan birinci nəzəriyyədə təbiət qanunu ənənəsi köklü surətdə dəyişmişdi. İngiltərədə yaşamış Corc Bukanan və Yohannes Altusius kimi reformatorların fikrincə, təbiət qanunu nəzəriyyəsi hüquqlara əsəslanaraq, hiss olunan siyasi səbəblər üzərində inkişaf etmişdi və buna görə də teologiya və yurisprurdensiyanın məhdudiyyətlərindən azad olmuşdu. Müəyyən mənada bu yozum qüvvəyə mindirilmiş, pozitiv qanunun təbiət qanunundan yüksək sayan həmin humanist perspektivin bir davami idi (həqiqətən də Alsiatonun institutunda oxumuş Beza və Morni kimi ilk hugenot reformatorlar əıdalətsiz hökmdara qarşı müqavimetin müdafiə olunmasında təbiət qanunundan istifadə etməmişdilər). Təbiət qanununu ədalətli idrak, müqavilə və fərdin razılığı prinsipləri əsasında səmərələşdirilməsi, öz növbəsində, təbiət qanununun müasir anlamdakı nəzəriyyəsinin" "banisi" olan Hüqo Qrotius metodiki baxımdan daha da təkmilləşdirildi.
Qrotiusun fıkirlərində demək olar ki, təbiət qanununun xristianlıqdan əvvəlki məfhumlarına, yəni təbiət qanununun apokalipsisə deyil, idraka əsaslandığı ideyaya bir qayıdış var. Teoloji mülahizələrdən və təbiət qanununun bundan alınan təsdiqini istər kilsənin yazılı əsərləri və ya səlahiyyəti baxımından inkar edərək, Qrotius təbiət qanununun aliliyini rasional aksiomlar üzərində qurdu, özü də hər bir kəs tərəfındən (xüsusən də katoliklər və protestantlar tərəfindən) anlaşıla biləcək riyazi tənliklərə oxşar qaydada. On yeddinci əsrin əvvəllərində - "De juri belli ai pacis" ilk dəfə 1625-ci ildə nəşr olunmuşdu - təbiət qanununun mənbələrini Allaha istinad etmədən müəyyənləşdirmək təsəvvürə gətirilmədiyi bir halda, Qrotiusda təbiət qanununun prinsipləri ilə Allahın iradəsi arasındakı münasibət orta əsrlərin siyasi nəzəriyyəsindən çox fərqlidir.
Təbiət qanunu ədalətli idrakın elə bir hökmüdür ki, ona əsasən, rasional təbiətlə ahəngdə olub-olmamasına baxmayaraq, hər bir əməldə mənəvi əsas və ya mənəvi ehtiyac xüsusiyyəti var. Və nəticə etibarilə belə bir əməl təbiətin yaradıcısı olan Allah tərəfindən ya qadağan edilir, ya da rəğbətlə qarşılanır.
A.Seliqman yazır: "Artıq qeyd olunduğu kimi, təbiət qanununa və ədalətli səbəb hökmünə Allahın razılıq verməsi hər hənsı təşkiledici deyil, törəmə prinsipdir. Bu fikir Qrotiusun bu sözlərində daha aydın ifadə olunur: "Allahın özü də iki dəfə ikinin dördə bərabər olmasını dəyişə bilmədiyi kimi, ziyankar olan şeyi də pis olmamağa məcbur edə bilməz". Beləliklə, biz Hüqo Qrotiuslə birgə təbiət qanunu ənənəsinin konseptuallaşmasının elə bir yeni dövrünün əvvəlindəyik ki, orada dünyəvi-insani idrakla Tanrının iradəsi arasındakı münasibətlər mənəvi quruluşun mənbələri baxımından ciddi bir istiqamət dəyişikliyinə məruz qalır.
Təbiət qanunu ənənəsi vətəndəş cəmiyyəti ideyası kimi tanıdığımız sosial təfəkkürün həmin sahəsinin inkişafı üçün lazım olan əsası təmin edirdi. Onun davam edən uyğunluğu on səkkizinci əsrdə də, təkcə on üç müstəmləkənin irəli sürdüyü, ingilis tacından müstəqil olmaq arqumentləri ilə deyil, həm də bizi maraqlandıran məsələlərə yaxın olan həmin dövrdə Şotlandiya universitetlərində tədris edilən fundamental, intellektual ənənələrdən biri kimi də hiss olunurdu. Şotland maarifçiliyi ila əlaqələndirdiyimiz və vətəndaş cəmiyyəti ideyasının müasir anlamının yaranmış olduğu mənəvi fəlsəfə ənənələri təbiət qanunu barədə mülahizələrdə və Siseronun, Qrotiusun, Puffendorfun və Barberirakın əsərlərindəki fikirlərə hopdurulmuşdu.
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2014.- 13 sentyabr.- S.15.