Əsərləri dünyada ən çox səslənən bəstəkar
Xalq artisti Arif Məlikovun ad günüdür. Axşam.az-ın məlumatına görə,
1933-cü ildə anadan
olan bəstəkar-rəssamın
81 yaşı tamam olur. A.Məlikov Bakıda dünyaya
göz açıb.
1958-ci ildə Üzeyir
Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını
bəstəkarlıq sinfi
üzrə bitirib. Dövlət
mükafatı laureatı
(1986), Azərbaycan Milli
Elmlər Akademiyasının
müxbir (2001) və həqiqi (2014) üzvüdür.
A.Məlikov “Sehirli xalat”, “Axırıncı aşırım”, “Qərib
cinlər diyarında”,
“Doğma sahillər” və s. məşhur filmlərə musiqi bəstələyib. Xalq artisti “Məhəbbət əfsanəsi”, “Ölümdən
güclü”, “Yer üzündə iki nəfər”, “Əlibaba və qırx quldur”, “İki ürək dastanı”, “Yusif və Züleyxa”
baletlərinin, “Dalğalar”
operettasının müəllifidir.
Səs.- 2014.- 13 sentyabr.-S.12