Hegelin vətəndaş cəmiyyəti və hüquqi dövlət konsepsiyasının müasir əhəmiyyəti

 

 

 

Klassik alman fəlsəfəsinin və dünya fəlsəfi fikrinin ən görkəmli nümayəndəsi Hegel özünün fəlsəfi siyasi-hüquqi və ideyaları ilə fəlsəfədə, politologiyadahüquq sahəsində əsl inqilabi çevriliş etmiş dahilərdən biridir.

A.Seliqmanın fikri bu mənada xüsusi maraq doğurur: "Hegelin köməyi ilə qarşılıqlı dönmənin bu modeli, əlbəttə, mənəvi hisslər və ya təbii rəğbətlərdən tam kənara çıxan şərtlər baxımından postulat kimi qəbul olunub. Əslində, qarşılıqlı tanınma ilə icmanın əsası hər bir konkret fərdin məxsusi istəkləri (həyatdan ləzzət alma, xoşbəxtlik və hüquqi status) ilə təsir edən ümumbəşəri (azadlıq ideyası) amildir. Hüququn fəlsəfəsi əsərində Hegelin cəhd etdiyi sadəcə şotland maarifçiliyinin təbiət qanunları doktrinalarından kənara çıxmaq deyil, Kantın antinomiyalarını və onlarla birgə kantçı sistemin əsaslandığı ictimai-hüquq və şəxsi -mənəvi dəyərlər arasındakı fərqi aradan qaldırmaqdır. O, bunu elə bir nəzəri forma ilə postulat kimi ifadə etməyə cəhd göstərmişdi ki, o, konkret və ümumbəşəri maraqlar arasındakı fərqləri tanımasına baxmayaraq, onlar "azadlığın həyata keçirilmiş mühiti olan bir hüquq sistemində birləşsin".

Dünyanın konkret işləri ilə "azadlığın" və eynilə də etik həyatın bu cür canlandırılması Kant mənəviyyatın şəxsi sferaya sadəcə "olmalı bir şey" və "icrasız bir şey" kimi kiçildilməsi tənqidinin başlanğıcıdır. Bu tənqidin əsası, Hegelin məxsusi və fərdi amillərin vəhdəti kimi görünən istək məfhumudur. "O, xüsusilə özü-özünə əks olunur və ümumbəşəriliyə qaytarılır, yəni o, fərdçilikdir". Ümumbəşəri (sosial) forma çərçivəsində məxsusi (fərdi) istəyin ifadəsi baxımından Hegelin vətəndaş cəmiyyəti ideyasının əsası kimi çıxış edən məhz bu fərdçilikdir. Bu sonuncu amil həyatın artan canlanmasında qarşılıqlı tanınma ilə nail olunmuş, öncə qeyd olunduğu kimi, əmlak mübadiləsini nəzərdə tutan bir "andır". Özünün inkişaf məntiqində vətəndaş cəmiyyəti məxsusi və ümumbəşəri amillərin hər ikisini səciyyələndirir ki, onların da ən yüksək vəhdəti ilə Hegel ictimai hüquq və şəxsi mənəviyyat arasındakı Kanta məxsus fərqi aradan qaldırmağa ümid bəsləyirdi. Hegelin nəzərində: Şəxsən özü məxsusi məqsədlərinin obyekti olan konkret şəxs istəklərin bütövlüyü, dəyişkənliyi və fiziki ehtiyacların qarışığı kimi, vətəndaş cəmiyyətinin bir prinsipidir. Lakin bu konkret şəxs əsas etibarilə digər konkret şəxslərlə elə əlaqəlidir ki, hər kəs özü-özünü formalaşdırır və digəri - ümumbəşərilik formasında, yəni ikinci prinsiplə özünə məmnunluq hissi tapır.

Vətəndaş cəmiyyətinin bu Hegelsayağı oxunuşunda bir mühüm etiraz hissi var ki, o da öz-özlüyündə Hegelin Marks tənqidinin əsasını təşkil edir. O, ümumbəşəri marağın və ya azadlıq ideyasının canlandığı səhnənin özündədir. Çünki Hegel açıq-aşkar vətəndaş cəmiyyətini dövlətdən ayırsa və vətəndaş cəmiyyətinin daxilində konkret maraq təsirlərinin hərtərəfli təhlilini versə də, vətəndaş cəmiyyəti öz-özlüyündə etik canlanma mühiti deyil. Onun izah etdiyi kimi, vətəndaş cəmiyyəti öz-özlüyündə elə bir mühitdir ki, orada azadlıq ideyası yalnız özünün "abstrakt anında", "daxili zərurət" kimi iştirak edir. "O, etik quruluşun ifratçılığa və itirilməyə bölünmüş yeganə sistemidir". Nə qədər ki, onlar ümumbəşəriliyin konkret deyil, (yalnız abstrakt surətdə) canlandığı həmin "anda" qalır, vətəndaş cəmiyyətini təşkil edən maraqların və siniflərin geterogenliyi Hegelin təfəkküründə son nəticədə özünü məğlub edir.

Məxsusi amil öz-özlüyündə, öz ehtiyaclarını, təsadüfi dəyişkənlikləri və subyektiv istəklərini təmin etməkdə hər istiqamətdə sərbəstlik verdiyi halda, bu təminedilmə prosesində həm özünü, həm də özünün substantiv konsepsiyasını məhv edir... Bu ziddiyyətlərdə və onların mürəkkəbliyində vətəndaş cəmiyyəti özünə bir böyütmə və istək eynəyi almaq, həmçinin onların hər ikisinə xas fizikietik degenerasiyaya uğramağa imkan verir. Bütövlükdə, Hegelin vətəndaş cəmiyyəti ilə bağlı apardığı təhlil əslində, vətəndaş cəmiyyətinin sferası ilə başlayan, lakin onunla tamamlanmayan özünün ümumbəşəri formadakı təcəssümü ilə məxsusi maraqların və eynilə doktrinanın aradan qaldırılması məsələsinə keçir.

Müəllif qeyd edir ki, Hegel üçün, vətəndaş cəmiyyəti və ona xas, bir-biri ilə münaqişə edən fərdi qrup maraqlar kütləsi bir tərəfdən, məxsusilik, digər tərəfdən isə, ümumbəşərilik prinsipini təcəssüm etdirir ki, onlar da yalnız "in status nascendidə" mövcuddur. Vətəndaş cəmiyyəti özünün hər iki qütbündə həqiqi məxsusiliyin və fərdi kimliyin mənşələrini saxlayır, çünki o, "fərdi onu ailə tellərindən qoparır, ailə üzvlərini bir-birinə yadlaşdırır və onları müstəqil şəxslər kimi tanıyır"; həm də korporasiyalar ilə ümumbəşəri amilin yaxınlığını saxlayır ki, o da məxsusi maraqları, ehtiyacları və məmnunluq hisslərini ümumbəşəri, abstrakt hüquqlar kimi təşkil edir. Korporasiyalar məxsusi maraqları ümumbəşəri sosial formalarda birləşdirir və beləliklə, onlar "dövlətin vətəndaş cəmiyyətində basdırılmış ikinci etik köküdür" (birincisi ailədədir). Fərd korporasiyalar ilə icma həyatında iştirak edirbu cür iştiraketmə ilə onun fərdi və konkret istəkləri, ehtiyacları icma (və yaranan ümumbəşəri) formaların tanınması ilə orta mövqe tutur. Korporasiya çalışır ki, qrup maraqlarının təbliği ilə o öz üzvlərinə həm təhlükəsizlik hissi, həm də digər başqa imtiyazlar versin və hər hansı bir quruma, hər bir konkret fərddən kənarda olan bir qrupa aid olmaqüzvlük hissi aşılasın. Bu yolla məxsusilik Hegelin zənnincə, ümumbəşəri amildəki iştirakla özünə qayıdır.

Lakin korporasiya vətəndaş cəmiyyəti çərçivəsindəki müxtəlif qruplarla məhdudlaşır (və əslində, nə müvəqqəti işçilər, nə də  kasıbları, yəni o kəsləri ki, onlar hələ "təbəqə" formasında təşkil olunmayıb və buna görə də hələ bütövlüyün tərkib hissəsi olmayanları əhatə edə bilməz). Hətta bu maraqların bir təmsilçisi kimio, hələ bütövlükdə cəmiyyətin özünü əhatə etmir. Bu məsələ məhz dövlətin səlahiyyəti sahəsindədir və yalnız onun çərçivəsi daxilində azadlıq ideyası və eynilə də etik həyat ideyası tam şəkildə canlanır: "Hər bir kəsə xas olan məxsusi maraqlar vətəndaş cəmiyyətinin çərçivəsi daxilinə düşür və əsl dövlətin ümumbəşəri marağından tamamilə kənarda qalır. Bunların idarə olunması korporasiyaların əlindədir... Lakin məxsusi maraqların bu dairələri mütləq dövlətin daha yüksək maraqlarına tabe edilməlidir".

Mülki orqandan (polisdən) və fərdi və ya qrup maraqlarına xidmət edən korporasiyalardan ümumilikdə bütün insanlara xidmət edən ictimai (və ya siyasi) orqana doğru aparan addım vətəndaş cəmiyyətindəki məxsusi istəklərin son nəticədə mərkəzdənqaçan qüvvəsindən, məxsusi və ümumbəşəri amillərin vəhdətinin əldə olunduğu məkanın - dövlətin mərkəzəqaçan qüvvəsinə doğru addımdır. Burada biz, Kantın fikrinə tam zidd olaraq, məxsusi və ümumbəşəri göstərişləri, özü də şəxsi mənəviyyat mühitində deyil, etik həyat və ya konkret azadlıq olan ictimai bir fəzada birləşdirmək cəhdini görürük. İstəklərin bu birliyi bizi vətəndaş cəmiyyətini təşkil edən bürgerlərin, korporasiyaların və ya təbəqələrin məxsusi maraqlarından uzaqlara, əsl dövlət mühitinə (daha dəqiq desək, dövlət qulluqçuları zümrəsinin təmsil etdiyi ümumbəşəri maraqlar mühitinə) aparmışdır ki, o da ümumbəşəri ideyanın yeganə xüsusiyyətidir.

Hegelin əsərlərinin oxunuşunun bir üsulu, vətəndaş cəmiyyəti ənənəsini anadangəlmə va təbii hisslərdəkindən daha möhkəm bir təməldə yerləşdirərək, onun dönmə və qarşılıqlığını qoruyub saxlamaq cəhdini görməkdir. Həqiqətən də o, vətəndaş cəmiyyətinin qabaqcadan düşünülmüş bir dövlət deyil, tarixi inkişafın obyekti olduğunu məharətlə göstərir. Bundan başqa, onun yeni sintezi qanunilik və mənəviyyat arasındakı, sonuncunu dünyada konkret etik addım mühitindən kənarda qoymuş zəruri (və hyumçu) fərqdən yan keçməyə çalışır. Bu dairənin kvadratını hesablamaq və həm şotland maarifçiliyinin, həm də kantçı nəzəriyyənin dixotomiyalarını aradan qaldırmaqla, Hegel vətəndaş cəmiyyəti konsepsiyasının tam canlanmasını dövlətdə postulat kimi ifadə edərək, bu konsepsiyanın müstəqilliyini də aradan qaldırdı.

A.Seliqmanın fikrincə, Hegellə vətəndaş cəmiyyəti konsepsiyasının özü beləliklə, bir sıra müxtəlif səviyyələrdə transformasiyaya uğrayır. Birincisi, onun mövcudluğu tarixi baxımdan postulat kimi qəbul olunub ki, onun da özü belə (insanın tarixin zərurətlərindən kənarda normativ bir quruluş axtara biləcəyi) hər hansı təbii və yə metatarixi reallığın deyil, tarixi inkişafın bir obyektidir. İkincisi, o, bir-birilə münaqişə aparan məxsusi maraqların, özlərinin özbaşlarına fərdi məxsusiliklərini aradan qaldırıb, ümumbəşərilik (dəyər və ya azadlıq ideyası) qazana bilməyəcəkləri səhnətək dərk olunur. Vətəndaş cəmiyyətinə xas olan münaqişə vətəndaş cəmiyyəti əlaqələrinin özləri üçün son həddə dağıdılır və vətəndaş cəmiyyətinin də yalnız qismən mövcudluğu (korporasiyada) sosial quruluşunsabitliyin hələ qənaətbəxş zəmanəti deyil. Üçüncüsü, vətəndaş cəmiyyəti etikya normativ quruluş kimi, nəhayət, yalnız öz transformasiyası, daha doğrusu, dövlətdəki inkarı (kənarlaşdırılması) ilə "canlanır" ki, burada da dövlət həqiqi etik amilin konkretləşmiş mühitidir. Şotland maarifçiliyinin mütəfəkkirləri üçün şəxsi və ictimai, fərd və cəmiyyət arasındakı problem sayılan məxsusi və ümumbəşəri amillər arasındakı əsl sintez, beləliklə, onların münaqişəsi (vətəndaş cəmiyyətinin) mühitində deyil, ondan kənarda, dövlətdə əldə olunub. Əvvəlki mütəffəkirlərin cəmiyyətin özündə kök saldırmağa çalışdığı, Hyum və Kantın fikirlərinə görə qeyri-mümkün olduğu isbat edilmiş, etik ideal burada cəmiyyətdən dövlətə transformasiya olunub. Burada, cəmiyyətin hər hansı konkret etik xüsusiyyətini saxlamaq cəhdinin özü belə bu cür xüsusiyyətin cəmiyyətdən kənarda və dövlətdə təcəssümünü tapmış idrakın təsirlərində postulat kimi ifadə olunmaqla bitir. Hegelin xilas etmək cəhdində, vətəndaş cəmiyyəti, ən azı klassik anlamda dərk olunduğu halda, yox olur.

Bu Hegelsayağı məntiq nə qədər qəribə görünsə də, ən azı onun mənbələrindən biri (və qeyd olunduğu kimi, biz hegelçi sistemin qısaca izahında maraqlı deyilik) HyumKant təfəkkürü vətəndaş cəmiyyəti ənənəsində postulat kimi ifadə olunmuş daimi çağırış idi. Vətəndaş cəmiyətinin on səkkizinci əsrdəki doktrinası sayılan, özü də təbii rəğbətdə, yəni əxlaqın ictimai mühitdəki təbii təsirlərində, qurulmuş qanunilik və mənəviyyat, ədalət və əxlaq arasındakı fərq yox olmağa başladı. Çünki əgər insan artıq hər hansı ictimai əxlaq və ya mənəviyyatı postulat kimi qəbul edə bilmirsə (və on səkkizinci əsrin sonuna gəldikdə o, təbiət qanunu ənənəsində olduğu kimi, artıq transendent reallıqdan qidalana bilməzdi), bütövlükdə, vətəndaş cəmiyyəti konsepsiyasında yerləşmiş o məfhum, yaradıcı şərtlər artıq etibarsız idi. Hyum, SmitKant (və onların təfəkküründən qidalanan liberal-fərdçilik ənənəsinin hamısı) içərisində "dəyərin" kiçilərək şəxsi sferaya sığındığı və əsas etibarilə fərdi idrak çərçivəsində yerləşdiyi bu fərqi qəbul etmişdi. Bu ənənə daxilində, etik mühit kimi vətəndaş cəmiyyətinin heç bir daxili mənası yoxduronun tənzimləyici və əlaqədar dəyərləri yalnız fərdi azadlıqları müdafiə edib qorumaq üçün oradadır. Burada, etik dəyər öz-özlüyündə cəmiyyətin deyil, konkret bir fərdin səlahiyyət sahəsidir.

Hegelonun ardınca Marks, Hyum və Kantın yaratdığı bu çıxılmaz vəziyyətdən başqa bir çıxış yolu tapmağa çalışırdı, yəni onlar ictimai mühiti etik bir qurum kimi qoruyub saxlamağa çalışırdılar. Hegel üçün bu, gördüyümüz kimi, yalnız vətəndaş cəmiyyətinin dövlətə doğru kənarlaşdırılmasında nail olunmuşdu; Marks üçün, məlum olduğu kimi, o, onlar arasındakı, yəni əsl insan tarixinin başlayacağı inqilabdan sonra baş verməli olan, Hegelə qarşı yönəldilmiş əks fərqləndirmədə mövcud bir tarixi reallıq deyil, gələcək bir çatışmazlıq kimi irəli sürülən, fərqin aradan götürülməsinin özündə idi. Onların hər ikisi, kantçı antinomiyaya tapdıqları müxtəlif həll yollarında klassik tərzdə dərk olunmuş vətəndaş cəmiyyəti ideyasının sonunu qeyd etmişdilər.

A.Seliqman daha sonra yazır: "Əgər Hegel vətəndaş cəmiyyətini dövlətin mövcud etik (ümumbəşəri) qurumuna "çevirirsə", Marks demək olar ki, onu onun özünə çevirir. Lakin əsl həll yolu, içində həqiqi azadlığın əldə, aralarındakı mövcud fərqin gələcək inkarına nail olunacağı, vətəndaş cəmiyyəti, dövlət və insan varlığının gələcək vəhdətindədir. Hegeldən sonra, Marks vətəndaş cəmiyyətinin təbii mənşəyi barədə on səkkizinci əsrin "mif və fantaziyalarını" inkar etdi. O, fəlsəfi baxımdan postulat kimi qəbul olunan müstəqil və tənhalaşdırılmış fərd və onun (və biz Marks və Engelsdə buna nail olmağa başlayırıq) sosial varlığın arasındakı müasir varlığın məcburedici ziddiyyətlərindən agah idi. Marks üçün, on səkkizinci əsr, vətəndaş cəmiyyətinin həmin erası, həm tənhalaşdırılmış fərdi, həm də sosial münasibətlərin ən yüksək səviyyədə inkişaf etmiş formalarını yaratdı. Bu dixotomik reallıq "fərdin təbiət tellərindən ayrılmış kimi göründüyü" "azad rəqabət cəmiyyəti" görüntüsü ilə ziddiyyət təşkil edir. Şotland maafriçiliyinin on səkkizinci əsr fəlsəfəsinin Marks tərəfindən kəskin tənqidi, müasir mövcudluğun hər iki aspektini onun insan təbiətinin mifik və abstraktlaşdırılmış oxunuşuna çevirmək meyilindən irəli gəlir.

SmitRikardonu hələ də bütün ağrılıqları ilə çiyinlərində gəzdirən on səkkizinci əsrin dühaları, həmin on səkkizinci əsrin fərdini bir tərəfdən, feodal cəmiyyətinin dağılmasının, digər tərəfdən isə, on səkkizinci əsrdən etibarən yaranmış yeni məhsuldar qüvvələrin məhsulu, yəni varlığı keçmişə məxsus olan bir ideal kimi nəzərdə tuturdular. Tarixi nəticə kimi deyil, tarixin başlanğıc nöqtəsi kimi. Tarixi baxımdan meydana gəlmiş kimi deyil, təbiət tərəfindən postulat kimi qəbul olunmuş tərzdə, çünki bu fərd insan təbiəti haqda öz ideyasına sadiq qalaraq, təbiətlə ahəngdə idi.

Beləliklə, vətəndaş cəmiyyətinin yaranması barədə özünün verdiyi tarixi açıqlmada və on səkkizinci əsrin fəlsəfi və antropoloji rəvaətlərinin təkzib olunmasında o, Hegelin ardınca gedir.

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 Səs.- 2014.- 16 sentyabr.- S.15.