18 sentyabrÜzeyir musiqi günüdür

 

 

18 sentyabrÜzeyir musiqi günüdür. Bu mötəbər gün 1995-ci ildən ümummilli lider Heydər Əliyev tərəfindən “Üzeyir musiqi günükimi rəsmiləşdirib. Bu gün Azərbaycan musiqisi əsl çiçəklənmə dövrünü yaşayır. Ölkəmizdə davamlı olaraq keçirilən beynəlxalq musiqi festivalları, müxtəlif müsabiqələr bütövlükdə, Azərbaycan mədəniyyətinin, Azərbaycan musiqisinin daha geniş miqyasda təbliğinə xidmət edir. Dünya musiqi xəzinəsinə parlaq incilər bəxş edən Üzeyir Hacıbəyov Azərbaycanda peşəkar musiqinin banisidir, bəstəkarlıq məktəbinin, musiqili komediya janrının yaradıcısıdır, Şərqdə operanın, operettanın əsasını qoyub, dövlət xorunu, simfonik orkestri yaradıb, dünya musiqi xəzinəsini ölümsüz əsərləri ilə zənginləşdirib. Üzeyir Hacıbəyovun taleyində ən möhtəşəm səhifə birodur ki, bəstəkar Azərbaycan Dövlət himninin müəllifidir. Bu gün Azərbaycan bayrağı məhz həmin himnin sədaları altında dünyanın ən mötəbər salonlarında ucalır, səhərlərimiz, həmçinin bütün tədbirlərimiz bu himnin sədaları ilə başlayır.

 

Üzeyir musiqisinin bənzərsizliyindən və ölümsüzlüyündən, xalqın, dövlətin isə qədirbilənliyindəndir ki, hər il sentyabrın 18-də keçirilən Üzeyir Musiqi Günləri ənənə halını alıb. Həmin gün ölkəmizin hər yerində  bu münasibətlə müxtəlif tədbirlər keçirilir, bu tədbirlərə dünyanın məşhur sənət adamları qatılır. Böyük ÜzeyirinLeyli və Məcnun” operasının yubileyi ölkəmizlə yanaşı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın dəstəyi ilə YUNESKO-da da təntənəli şəkildə qeyd olundu. Türksoy Türkiyədə keçirilən 11-ci Opera günlərini də “Leyli və Məcnun” operasının yüz illiyinə həsr etdi....Son illər Az-n musiqisi özünün ən parlaq dövrünü yaşayır. Dövlət qayğısı, həmçinin Heydər Əliyev Fondunun musiqimizin inkişafı, təbliği, tanıdılması istiqamətində gördüyü işlər böyük uğurlarla nəticələnir. Heydər Əliyev Fondunun layihələri musiqimizin təməl daşı olan muğamı artıq dünya musiqisinə çevirib. Fondun Prezidenti Mehriban Əliyevanın muğamı zirvələrə qaldırması onun mədəniyyətimiz, tariximiz qarşısında möhtəşəm xidmətidir. Məhz Azərbaycanın Birinci xanımının ciddi səyləri nəticəsində muğam YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan edildi. Fondun layihələri sırasında Beynəlxalq Muğam Mərkəzinin inşası mühüm əhəmiyyət kəsb edir. Bu Mərkəz artıq ən mötəbər tədbirlərin məkanına çevrilib. Fondun təşəbbüsü və dəstəyi ilə 2009-cu ildən ölkəmizdə beynəlxalq muğam festivalları keçirilir. Və bu festivallar artıq müstəqil Azərbaycanın mədəniyyət tarixinə parlaq mədəni hadisələr kimi yazılıb.

 

Fondun muğamla bağlı layihələrindən danışarkən, muğam-televiziya müsabiqələrini yaddan çıxarmaq olmaz. 2005-ci ildən keçirilən bu müsabiqələr gənc muğam ifaçılarının aşkar edilməsi və əsl sənətə xidmət etməsi baxımından mühüm önəm kəsb edir.

 

Muğamlarımızla ilə yanaşı, aşıq-ozan sənəti də Fondun diqqət və qayğısı ilə inkişaf edir, dünyada tanınır. Fondun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü, milli təəssübkeşliyi sayəsində ozan-aşıq sənətimiz də YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildi. Azərbaycanın musiqisinin ruhunu əks etdirən Qəbələ Beynəlxalq Musiqi Festivalları da son illər Az-n mədəniyyətinin parlaq hadisələri sırasındadır. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə keçirilən, yaxın-uzaq ölkələri Qəbələ şəhərində birləşdirən festival Azərbaycanın və dünya musiqisinin, mədəni dəyərlərin qorunub saxlanmasında Fondun növbəti addımıdır. 2009-2010-2011-2012-ci illərdə Qəbələdə keçirilən Beynəlxalq Musiqi Festivalları bir həqiqəti də ortaya qoydu: bu festival tarixə Azərbaycan və dünya musiqisinin Qəbələ salnaməsi kimi düşdü. Bu gün Azərbaycan digər bir sıra beynəlxalq festival və müsabiqələrə də uğurla ev sahibliyi edir: Beynəlxalq Şostakoviç, Rostropoviç festivalları, Beynəlxalq Caz Festivalları, “İpək yolu” II Beynəlxalq musiqi festivalları,  Ü.Hacıbəyov, Bülbül kimi dahi bəstəkar və ifaçıların yubileylərinə həsr olunmuş festivallar da Azərvbaycanın mədəniyyətinin inkişafına xidmət edən tədbirlərdir. Ümumbəşəri dəyərlərə dövlət səviyyəsində diqqət dünya ictimaiyyəti tərəfindən də layiqli qiymətini alır. Bu istiqamətdə Prezident İlham Əliyevin və Azərbaycanın 1-ci xanımı Mehriban Əliyevanın apardığı siyasət “Avroviziyakimi qlobal miqyaslı musiqi yarışmasında da nəticə verdi. 2011-ci il mayın 14-də Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı, “Avroviziya – 2011” mahnı müsabiqəsində ölkəmizin qələbəsi, bütövlükdə Azərbaycan dövlətinin, Azərbaycan mədəniyyətinin qələbəsi oldu. Bir il sonra Az-n paytaxtı bu möhtəşəm yarışa yüksək səviyyədə ev sahibliyi etdi. Uzun müddət dünya mətbuatı Azərbaycan musiqisinin möhtəşəmliyindən və dövlətimizin yüksək səviyyədə həyata keçirdiyi ev sahibliyindən yazdı. Üzeyir Hacıbəyov kimi dahilərin sənət dünyası ilə daha da zənginləşən Az-n musiqisi bu gün çiçəklənmə dövrünü yaşayır. Üzeyir bəyin heç vaxt təravətini itirməyən irsi misilsiz sərvətdir. O, bu sərvəti bütün bəşəriyyət üçün qoyub gedib. İnanaq ki, dünyanı dolaşan  bu musiqi  tezliklə bəstəkarın bu səsə həsrət yurdunaQarabağa, Şuşaya da çatacaq. “Üzeyir musiqi gün”ləri Cıdır düzündə keçiriləcək.

 

 Səs.- 2014.- 18 sentyabr.- S.12.