“Jurnalist hakimiyyət və cəmiyyət
arasında körpü rolunu
oynayır”
Müsahibə almağa gedərkən qarşı tərəfi yaxşı araşdırmalıdırlar. Həmsöhbətin
maraq dairəsi nədir, onunla necə səmimiyyət yaratmaq olar və
s. bu kimi məsələlərə diqqət
etmək lazımdır.
Bu cür problemlərlə
adətən sualına
cavab alıb qaçmaq istəyən jurnalistlər qarşılaşırlar.
Bütün müsahiblər ideal olmur. Problemlər hər zaman
olur. Jurnalist də cəmiyyətin
bir hissəsidir.
Cəmiyyət jurnalistə ona
görə minnətdar
olmalıdır ki, o cəmiyyətin yaşantılarını
gələcək üçün
yaşadır. Mətbuat yoxdursa,
bizim gələcəyimiz
də yoxdur. Cəmiyyət də müxtəlif
insanlardan ibarətdir.
Jurnalist də bu cəmiyyətin
bir parçasıdır.
İstənilən ölkədə mətbuatın
yeri və önəmi danılmazdır. Vətəndaşları informasiya ilə təmin etmək, bir çox mövzuda onları maarifləndirmək missiyası
məhz bu sahənin nümayəndələrinə
həvalə olunub.
Bu nöqteyi nəzərdən
yanaşsaq jurnalistika şərəfli və bir o qədər də məsuliyyətli peşədir. Bu peşə təkcə qazanc mənbəyi deyil, eyni zamanda
insanlara istiqamət verən, onlara nəyin doğru, nəyin yalnış olduğunu göstərən,
insanların fikirlərinə
təsir edən bir vasitədir.
İnformasiya əldə etmək və onu bölüşmək
həm bacarıq, həm də peşəkalıq tələb
edir. Demokratik cəmiyyətdə mətbuat və söz azadlığı
KİV nümayəndələrinə bir sıra hüquq
və səlahiyyətlər
verir. Kütləvi informasiya azadlığı
vətəndaşların qanuni
yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən
təminat verilməsinə
əsaslanır. Qeyd etmək
lazımdır ki, yuxarıda sadaladığımız
hallar yalnız kütləvi informasiya vasitələri haqqında
qanunvericilikdə nəzərdə
tutulan hallarda məhdudlaşdırıla bilər.
Qeyd etdiyimiz kimi, jurnalistika ağır və məsuliyyətli işdir. Digərlərində olduğu kimi
bu sahənin də öz çətinlikləri var. Bu sahədə
ən çox tələb olunan obyektivlikdir. Jurnalist rast
gəldiyi hər hansısa bir hadisəni düzgün və dəqiq araşdırdıqdan sonra
yazmalıdır. Burada vacib
şərt odur ki, jurnalist yazısında
heç bir təşkilatın və
siyası qurumun tərəfini tutmamalı,
hər hansı şəxsin maraqlarını
müdafiə etməməlidir.
”Problemlərlə
əsasən jurnalistika
sahəsinə yeni addım atanlar qarşılaşır”
KİV nümayəndələrinin
ən çox qarşılaşdığı problemlərdən biri də hər hansı bir mövzu ilə əlaqədar aidiyyatı
qurumdan və ya səlahiyyətli şəxsdən fikir almaqdır. Bəzən fikir söyləməkdən
boyun qaçıran şəxslər jurnalistlərə
öz peşə vəzifəsini yerinə yetirməkdə çətinlik
yaradırlar. Qanunvericiliyin 8-ci maddəsində KİV nümayəndələrinin
məlumat almaq hüququ maddələrlə
müəyyən olunub.
Kütləvi informasiya
vasitələri cəmiyyətdəki
iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının,
bələdiyyələrin, idarə, müəssisə
və təşkilatların,
ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin
fəaliyyəti barədə
operativ və doğru-dürüst məlumatlar
almaq hüququna malikdirlər. Eyni zamanda KİV-in nümayəndəsi
məlumatı verməkdən
imtina edən dövlət orqanlarından,
bələdiyyələrdən, idarə, müəssisə
və təşkilatlardan,
ictimai birliklərdən,
siyasi partiyalardan və ya vəzifəli
şəxslərdən Azərbaycan
qanunvericiliyinə uyğun
şəkildə şikayət
etmək hüququna malikdir. Lakin bir çox
media nümayəndələri belə bir hüququnun
olduğunda xəbərsizdir.
Bəlkə də, onların
öz hüquq və səlahiyyətlərindən
xəbərsiz olması
vəzifələrini lazımınca
yerinə yetirmələrinə
əngəl olur.
“Zaman-Azərbaycan” qəzetinə müsahibə
verən Mətbuat Şurasının icraçı
katibi Rəhim Hüseynzadə bunun səbəbini təcrübəsizlikdə
gördü. O hesab
edir ki, bu kimi problemlərlə
əsasən jurnalistika
sahəsinə yeni addım atanlar qarşılaşır. Media nümayəndələrinin
öz hüququndan xəbərdar olmalarını
vacib sayan R. Hüseynzadə bunun hər şeyi həll etmədiyini vurğuladı: “Hüquq çox geniş bir anlayışdır. Bir jurnalistin bütün hüquq külliyyatından xəbərdar
olmasını tələb
etmək bir az absurt
olardı. Lakin bununla yanaşı,
jurnalistin özünün
daşımalı olduğu
məsuliyyət var. Bu da
onun gündəlik fəaliyyətinin əsasını
təşkil etməlidir.
Jurnalist
ilk növbədə öz
işinə və hüquqlarına hörmət
tələb etdiyi kimi qarşı tərəfə də eynilə yanaşmalıdır.
Yəni etik prinsiplər onun fəaliyyətinin əsasını təşkil
etməlidir. Bizim peşəkar,
tanınan, ictimai fikrə təsir etməyi bacaran jurnalistlərimiz bu məsələdə kifayət
qədər məsuliyyətlidirlər.
Onlar faktı əldə etmək üçün müəyyən obyektlərə
gedərkən işin
texnologiyasını mənimsədikləri
üçün hər
hansı bir problemlə üzləşmirlər.
Bu mənada “Zaman-Azərbaycan”
qəzetində də
bu cür yazarların böyük qrupunu görürəm.
Onlara hər zaman peşəkarlıq baxımından
hörmətlə yanaşıram.
Jurnalist üzləşdiyi problem zamanı
məsələni şişirtmək
yerinə, onun nəticələrini aradan
qaldırmağa çalışmalıdır.
Jurnalist öz hüququnu bilməlidir. Lakin hesab
edirəm ki, həmsöhbəti ilə
münasibətdə öz
peşəsinin texnikasını
bilən jurnalist hansısa hüquqi müstəvidən söhbət
etməyə ehtiyac duymur”.
”Cəmiyyət
jurnalistə ona görə minnətdar olmalıdır ki, o cəmiyyətin yaşantılarını
gələcək üçün
yaşadır”
”Jurnalist hakimiyyət və cəmiyyət arasında körpü rolunu oynadığından gərək
bu körpü bir qədər kövrək və bir o qədər də möhkəm olsun”, - deyən müsahibimizin sözlərinə
görə, bu gün müsahibə almaq və ya
hüquqlarının pozulması
faktı ilə qarşılaşan jurnalistlər
gənclərdir: “Onlara
məsləhət görürəm
ki, öz üzərlərində işləsinlər.
Müsahibə almağa gedərkən
qarşı tərəfi
yaxşı araşdırmalıdırlar.
Həmsöhbətin maraq
dairəsi nədir, onunla necə səmimiyyət yaratmaq olar və s. bu kimi məsələlərə
diqqət etmək lazımdır. Bu cür problemlərlə adətən sualına cavab alıb qaçmaq istəyən jurnalistlər qarşılaşırlar.
Bütün müsahiblər ideal olmur. Problemlər hər zaman
olur. Jurnalist də cəmiyyətin
bir hissəsidir.
Cəmiyyət jurnalistə ona
görə minnətdar
olmalıdır ki, o cəmiyyətin yaşantılarını
gələcək üçün
yaşadır. Mətbuat yoxdursa,
bizim gələcəyimiz
də yoxdur.
150-200 il bundan əvvəl baş verən hadisələri biz ancaq mətbuat vasitəsilə
öyrənə bilirik.
Cəmiyyət də müxtəlif
insanlardan ibarətdir.
Alim də, müəllim də, fəhlə də, cinayətkar da, öz hüquqlarını
bilməyən insanlar
da bu cəmiyyətin
bir parçasıdır.
Əsl jurnalistika odur ki, cəmiyyətin hər təbəqəsinə
özü təsdiqləyə
və qəbul etdirə bilsin. Bu da hər adamın işi deyil”.
Peşəsindən asılı
olmayaraq hər kəs gördüyü işin sirlərini öyrənməlidir
Jurnalistika
peşəsinin ümumi prinsiplərinə
riayət etmək hər bir mətbuat işçisinin borcudur. Mətbuatı
və jurnalistika elmini
yüksək qiymətləndirən ümumilli
lider Heydər Əliyev hər zaman KİV nümayənlərini müdafiə
etmiş və bu sahənin
inkişafı üçün şərait
yaratmışdır. Hazırda fəaliyyət göstərən
qəzet və jurnallar, radio
və televiziyalar, eyni
zamanda internet
saytları bu inkişafın nümunələridir.
Amma ölkədə söz
və mətbuat azadlığının olması o demək deyil ki, jurnalistlər heç bir fakta əsaslanmadan sadəcə
eşitdiklərini qaynaq götürərək
xəbər hazırlamalıdırlar. Mütəxəssislər
isə bunun səbəbini ixtisaslaşmamaqda
görürlər. Peşəsindən asılı olmayaraq hər kəs gördüyü
işin sirlərini öyrənməli, yeri gəldikdə həmin sahənin mütəxəssisindən
məsləhət almaqdan çəkinməməlidir.
Xəyalə
Sadıqova
Zaman. - 2014.-
20 sentyabr.- S. 13.