Vətəndaş cəmiyyətinin və hüquqi dövlətin əsas demokratik prinsiplərini R.Quliyevin fikrincə, belə ifadə etmək olar:

 

    1. İqtisadi azadlıq, müxtəlif mülkiyyət formaları, bazar

münasibətləri.

    2. İnsan və vətəndaşların təbii hüquqlarının qeyd-şərtsiz

tanınması və qorunması.

    3. Qanun və ədalət qarşısında hamının bərabərliyi və

şəxsiyyətin etibarlı hüquqi müdafiəsi.

4. Hakimiyyətin legitimliyidemokratik xarakteri.

    5. Hakimiyyətin bölünməsi və qarşılıqlı fəaliyyətinə

əsaslanan hüquqi dövlət.

6. Siyasiideoloji plüralizm, leqal müxalifətin mövcudluğu,

7. K.İ.V-in müstəqiliyi, fikir, söz, mətbuat azadlığı.

    8. Dövlətin vətəndaşların şəxsi həyatlarına qarışmaması,

onların qarşılıqlı vəzifələri və öhdəlikləri,

9. Sinfi sülh, əməkdaşlıq və milli barışıq.

10. İnsanların layiqli həyat şəraitini təmin edən effektli sosial siyasət.

 

R.Quliyev yazır ki, vətəndaş cəmiyyətində hüquqi dövlətin yeriroluna gəldikdə onu qeyd edə bilərik ki, vətəndaş cəmiyyəti açıq, demokratik, antitotalitar, müstəqil inkşaf edən cəmiyyətdir ki, burada mərkəzi yeri insan, vətəndaş, şəxsiyyət tutur. Vətəndaş cəmiyyəti insanların siyasi yox, başlıca olaraq iqtisadi və şəxsi həyat fəaliyyəti sferasıdır. Burada avtoritar hakimiyyətə, sinfi düşmənçiliyə, totalitarizmə, insanlara qarşı zorakılığa yer yoxdur. Burada əxlaq və humanizim prinsiplrinə, qanunlara, və əxlaqa hörmət edilir. Bu cəmiyyət demokratik rejimdə dövlətlə sıx qarşılıqlı əlaqədə olur, totalitaravtoritar rejimlərdə isə dövlətə qarşı ya aktiv ya da passiv müxalifətdə olur.

R.Quliyev göstərir ki, vətəndaş cəmiyyətinin formalaşması onun həyatının və fəaliyyətinin bir çox tərəflərini dövlətsizləşdirməyi nəzərdə tutur. Lakin bu, o demək deyil ki, onun dövlətə ehtiyacı yoxdur. Sadəcə olaraq burada dövlət necə deyərlər, öz yerini tapmalı və tutmalı, bütün problemlərin həllində totalitar nəzarətdən və cavabdehlikdən əl çəkməli və yalnız o istiqamətə yönəlməlidir ki, orada onun iştrakı qaçılmaz olsun. Xüsusən müdafiə, qanunvericilik, ekologiya, xarici siyasət, büdcə, rabitə, nəqliyyat, vətəndaşların hüquqlarının müdafiəsi sahəsində. Yəni burada dövlət cəmiyyətin xidmətçisi, onun inamlı nümayəndəsi kimi çıxış edir. Qısa desək cəmiyyət dövlət üçün yox, dövlət cəmiyyət üçündür.

R.Quliyevin qeyd etdiyi kimi, inkişaf etmiş vətəndaş cəmiyyətində dövlətin funksiyaları ümumi inkşaf strategiyasının işlənməsinə yönəlmiş olur. Yəni cəmiyyətin sosialiqtisadi inkişafının prioritetlərinin müəyyən edilməsi və əsaslandırılması; vətəndaşların ictimai faydalı fəaliyyətlərinin stimullaşdirılması və onların hüquqlarının, əmlaklarının və şəxsi ləyaqətlərinin qorunması; cəmiyyətin bütün sferalarının demokratikləşdirilməsi; sərhədlərin qorunması və daxili qayda-qanunun təmin olunması. Sonda vətəndaş cəmiyyəti haqqında deyilənlərə yekun vuraraq demək lazımdır ki, bu cəmiyyətin mahiyyəti odur ki, o, hakim elitanın, hakimiyyətin, dövlətin iradəsinin ifadəçisi yox, hər şeydən əvvəl vətəndaşların maraqlarını, tələbatlarını, azadlığını, istəklərini birləşdirir və ifadə edir.

R.Quliyev göstərir ki, vətəndaş cəmiyyəti ideyası Qərb siyasi təfəkkürünün ənənələrində uzun illər mövcud olmuşdur. Onun kökləri xristian dininin təbiət qanunları barədə mülahizələr yürütdüyü dövrlərə qədər gedib çıxdığı halda, şotland maarifçiliyi dövründən başlayan ilk müasir ifadəsi bu ideyanın bərpası haqqında sonrakı zamanlarda aparılan müzakirələrə təkan vermişdir. 1970-ci illərdə dövlət aparatı və polyak fəhlə hərəkatı arasındakı mübarizədə yenidən istifadə olunan bu konsepsiya son illər istər Şərqi və Qərbi Avropada, istərsə də, Amerika Birləşmiş Ştatlarındakı siyasi debatlarda əsas məsələlərdən biri vətəndaş cəmiyyəti ideyasının müasir "dirçəlişində" sözügedən konsepsiya ayrı-ayrı insanlar üçün müxtəlif mənalar kəsb etmişdir. Bəzi mütəfəkkirlər bu konsepsiyanın müxtəlif tarixi mənbələri və ənənələrini onun müasir anlamına uyğun amillərtək vurğulamışlar. Nəticədə alınan təsvir ikimənalı səciyyə daşımışdır. Bu, sadəcə bir anlaşılmazlıq deyil, çünki vətəndaş cəmiyyəti ideyası siyasətin liberal ənənəsi çərçivəsində çalışan mütəfəkkirlər üçün bir cür prinsiplər və praktikalar mənasını verir. Bəlkə də daha önəmli odur ki, vətəndaş cəmiyyəti ideyası Buxarestin, Vilnüsünya Praqanın küçələrində Oksforda, Prinstonda, Çikaqoadaya Torontoda olduğundan bir qədər fərqli şəkildə səslənir.

Bu fərqli nəzəri perspektivlərə və siyasi gündəmdəki məsələlərə baxmayaraq, vətəndaş cəmiyyəti ideyasını bu geniş ictimai mütəfəkkirlər kütləsi üçün cəlbedici edən şey şəxsi və ictimai xeyirin, fərdi və sosial istəklərin güman edilən sintezidir. Beləliklə, vətəndaş cəmiyyəti ideyası bir çoxları üçün sosial quruluşun elə etik idealarını təcəssüm etdirir ki, o, fərdi mənafe və sosial xeyir arasındakı ziddiyyətləri aradan götürməsə də, heç olmazsa, onları barışdırır.

R.Quliyev qeyd edir ki, Azərbaycanın inkişaf meyilində milli   ideya,   vətəndaş  cəmiyyətinin siyasi  etika,   siyasi    dini  dözümlülüyün  tərbiyəsi  sintez şəklində və vəhdət halındadır. Ulu Öndərimiz Heydər Əliyev keçid dövrünün çətinliklərindən danışarkən həm bu dövrdə irəliləyişlərin, həm də maneələrin mövcud olduğunu göstərirdi ki, keçid dövrünün özünün çətinlikləri var. Yeni dövlət qurulur, demokratik proseslər bərqərar olur. Bununla yanaşı, bəzi münaqişələr və başqa hadisələr də ölkə həyatının sürətlə inkişaf etməsinə maneçilik törədir. Ancaq bunların hamısına baxmayaraq, xalqımızın əldə etdiyi nailiyyət ən yüksək qiymətə layiqdir.

R.Quliyev göstərir ki, keçid dövrünün çətinliklərindən biri budur ki, vətəndaş cəmiyyəti və huquqi  dövlət  quruculuğu  prosesində  bazar  iqtisadiyyatı  təkamül yolu ilə ictimai şüurun və mənəviyyatın inkişafı ilə bahəm inkişaf etmir. Əqidə, dünyagörüşü, əxlaqi meyarlar qanunauyğun surətdə dəyişə bilmir, mənəviyyat yeni iqtisadi mühitə uyğunlaşa bilmir. Yeni mənəvi-əxlaqt dəyərlərlə köhnə dəyərlər, mənəviliklə müasirlik arasında tarazlıq yaranmır. Keçid dövründə istər ideoloji, istər iqtisadi və istərsə də mədəni-mənəvi sahələrdə tam irəliləyiş əldə olunmamışdır.

Regionlarda baş verən siyasi, sosial-iqtisadı, mədəni-mənəvi proseslər qlobal fəlsəfi-etik və geosiyasi əhəmiyyət kəsb edir. Bir tərəfdən dünya birliyinə, ümumbəşəri dəyərlərə qovuşmaq kimi mürəkkəb proses, digər tərəfdən postsosialist, postsovet ölkələrin daxilində müstəqillik, yeni keyfiyyətli dövlətçilik, siyasi-ideoloji, sosial-iqtisadi, mənəvi atributlar yaranır. Cəmiyyət və şəxsiyyətin inkişafında fundamental məqamlar baş verir. Keçid dövründə insan varlığının özü ciddi dəyişikliklərə məruz qalır. Keçid dövrü fenomeninin tədqiqi ümummetodoloji - fəlsəfi, siyasi, psixolojietik aspektlərə ayrılır.

Sovet cəmiyyətinin "yenidənqurma" konsepsiyası demokratiya ilə totalitarizm, vətəndaş əxlaqi və totalitar əxlaqın əcayib qovuşuğundan başqa bir şey deyildi. Bu konsepsiya yeni vətəndaş cəmiyyəti əxlaqını deyil, mövcud əxlaqi sistemin təkmilləşdirilməsini tələb edirdi. Müstəqillikdən sonra demokratik dəyərlər, vətəndaş əxlaq normaları, milli dövlət ideologiyası, mənəvi sosial-mədəni dəyərlər bərqərar oldusosial-iqtisadi islahatlar həyata keçirildi. Ateizmdən, dinsizlikdən, islam dəyərlərinə qayıdış baş verdi. İslam mənəvi tərəqqinin mühüm tərkib hissəsi kimi qəbul edildi. Lakin insanların mənəviyyatına xurafatfanatizmin daxil olması kimi mürtəce mənəvi meyillərin yaranması təhlükəsi də meydana çıxdı.

Vətəndaş  cəmiyyəti    hüquqi  dövlət  quruculuğu,  demokratik dəyərlərin   bərqərar   olması   müstəqil   Azərbaycanın   həyata   keçirdiyi başlıca prinsiplərdir. Ulu Öndər Heydər Əliyev bu barədə deyirdi ki, "respublikamızda hüquqi dövlət qurulması, demokratik, sivilizasiyalı cəmiyyət yaradılması, insan azadlığının, söz, vicdan azadlığının, müasir plüralizmin təmin edilməsi çoxpartiyalı sistemin bərqərar olması bizim əvvəldən qəbul etdiyimiz prinsiplərdir".

R.Quliyevin qənaətinə görə, vətəndaş cəmiyyəti  ideyasının yenidən istifadəsi  üçün  müasir dövrdəki cəhdlərin əksəriyyətinin mərkəzində elə bu nöqteyi-nəzər durduğuna görə, fikrimcə, aşağıdakı təhlilin də əsasını elə o formalaşdıracaqdır. Əvvəllər bu nöqteyi-nəzəri mümkün etmiş həm tarixi, həm də fəlsəfi adlandırıla biləcək şərtləri müvafiq surətdə müəyyənləşdirərək, biz onun istər Qərbdə, istərsə də Şərqdə müasir siyasi həyata uyğunluğunun daha məntiqi anlamına nail ola bilərik.

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2014.- 20 sentyabr.- S.15.