Vətəndaş cəmiyyəti və hüquqi dövlət konsepsiyaları

 

 

 

Vətəndaş cəmiyyəti və hüquqi dövlət təşəkkül tapdığı dövrdən əvvəl Qərbdə bir çox konsepsiyalarda öz əksini tapan ideyalar sonralar əvvəlcə Qərbdə, sonra isə dünyanın bir çox demokratik ölkələrində reallaşdı.

Bu baxımdan A.Seliqman göstərir ki, ilk baxışdan vətəndəş cəmiyyəti ideyasının bu cür qeyri-müvafiq surətdə istifadə olunmasının, bu konsepsiyanın Şərqi Avropada ilk dəfə səslənməsi dövrü ilə sıx əlaqələri var, çünki hər şeydən əvvəl, 1970-ci illərin sonunda Polşada vətəndaş cəmiyyəti ideyası yenidən baş qaldırmış və siyasi danışıqların mühüm bir hissəsinə çevrilmişdi. Lakin bu ideyanın Polşadakı vacibliyini anlamaq üçün biz mütləq həmin ölkənin faciəvi tarixini də xatırlamalıyıq. 1772, 1793 və 1795-ci illərdə Prussiya, AvstriyaRusiya arasında bölünmüş, on doqquzuncu əsrdəki inqilabları çar Rusiyası tərəfindən yatırılmış, müharibələr arasındakı dövrlərdə qısaca da olsa müstəqilliyin dadını dadmış (Pilzudskinin avtoritar və şəriksiz hökuməti dövründə) və sonra 1939-cu ildən Almaniyanın, 1945-ci ildən sonra isə Sovet İttifaqının təsiri altında qısamüddətli müstəqilliyin dadını hiss etmiş Polşanın müasir dövrdə heç vaxt tam müstəqil dövləti olmamışdı. Buna görə də vətəndaş cəmiyyəti ideyası xarici təsirə qarşı yeganə ideoloji alternativ idi. Burada da biz (sonrakı fəsillərdə bu məsələyə daha ətraflı toxunulacaq) Şərqi Avropada vətəndaş cəmiyyətinin siyasi xarakter daşıdığını, onda transendental (öncə mən buna metaforik tərzdə apokalipsis kimi istinad etmişdim) ölçünün olmadığını görürük ki, bu da vətəndaş cəmiyyəti ideyasının on səkkizinci əsrdəki anlamı üçün zəruri bir xüsusiyyət idi. Elə bu səbəbdən Şərqi Avropada beynəlxalq konfranslar, jurnal məqalələri və teledebatlar üçün populyar mövzu olsa da, sözügedən konsepsiyanın, obrazlı desək, qolu-qanadı kəsilib və buna görə də özünün ibtidai təcəssümünün vacib amili çatışmadığından, onun bugünkü Şərqi Avropanın siyasi debatlarında substantiv dəyəri ilə müqayisədə məntiqi və taktik dəyəri zəifdir.

Buna oxşar dinamikaya, eyni zamanda vətəndaş cəmiyyəti üçün vacib olan ilkin şərtlərdəki boşluğa, Qərbi AvropaŞimali Amerika kontekstlərində də rast gəlmək olar ki, vətəndaş cəmiyyəti ideyası orada da yenidən "kəşf olunmaqdadır". Əslində, Şərqi Avropada hazırda baş verən transformasiyaların özü Qərbi AvropaŞimali Atlantika bloku ölkələrində, xüsusən də Birləşmiş Ştatlarda siyasi addımın və fikrin müvafiq surətdə yenidən qurulmasına uyğunlaşdırılmalıdır. Şərqi və Qərbi Avropa ilə müqayisədə heç vaxt bütöv dövlət konsepsiyası olmayan Birləşmiş Ştatlar ənənəvi olaraq, vətəndaş cəmiyyətinin modeli kimi təqdim olunurdu. Lakin iyirminci əsrin son onilliklərində bu modelin uyğunluğu getdikcə daha çox sual doğurmağa başlayır.

Hətta qəzetlərin səthi oxunuşu belə insanı vətəndaş cəmiyyətinin özəyini təşkil edən fərdi hüquqlarimtiyazlar, ictimai tənzimləmə və şəxsi azadlıqlar kimi məsələlərlə üz-üzə qoyur. İstər biotexnologiyanın istifadəsindən irəli gələn etik dilemmalarVF-GİFT donor tərəfindən verilmiş yumurtalıq, surroqat analıq və ya süni mayalanma), istər müasir tibbi praktikaya qarşı çıxan dini inanclar (Bostondakı "Kristian Sayans" cütlüyünün başına gələn faciəli hadisə), istər korporativ mülkiyyət və bu işdə işçilərin iştirakı haqqında müzakirələr, istərsə də narkotiklərə qarşı qanunların qəbulu, - bütün bunlar o müasir məsələlərdir ki, onlar ictimai və şəxsi amillər arasındakı sərhədlərin mövcud sintezini, fərdi azadlıqlara qoyulmuş hədləri və əsasən də sosial xeyirin müvafiq konseptualizisiyasının fərdi hüquqlara, vəzifələrə və azadlıqlara olan münasibəti barədə suallar doğurur.

Əslində, fərdi amilin sosial baxımdan bütöv amillə getdikcə problematikləşən münasibətini sosial etirazın və onun "bütün hakimiyyət - xalqa" (1960-cı illərə xas idi) şüarından "şəxsi nə varsa, o, siyasidir" (1970-1980-ci illərə xas idi) şüarına dəqiq hiss olunan keçidində görmək olar. Ənənəvi siyəsətin (həm liberal, həm də sosialist intervensiyanın) gözü önündə dalğalanan bu münasibət 1980-ci illərin təsisatçılıq siyasətində getdikcə daha çox məşhurlaşır. O özünü ilk baxışdan xaraktercə siyasi sayılmayan tələblərin irəli sürülməsinə yönəlmiş yeni siyasi hərəkatların sayının artması fenomenində, belə hərəkatların ictimai və şəxsi amillərin sərhədlərinin və əslində, şəxsin özünün də müəyyənləşdirilməsi məsələsi üzrə siyasi iştirakın qeyri-təsisatçı və qeyri-adi vasitələrindən istifadəsində və müxtəlif təsisat sahələrində (səhiyyə, əhalinin rifahı, təhsil imtiyazları və qadının cəmiyyətdə "yerinin" müəyyənləşdirilməsi sahələrində) uzun sürən bir mübarizədə büruzə vermişdir. Bu müxtəlif mövzuları birləşdirən ana xətt dövlətdən asılı olmayan vətəndaş cəmiyyəti sferasını (və ya mülki həyatı) və bununla yanaşı, fərdi mövcudluğun qeyri-adiliyini yenidən bəyan etmək (və çox vaxt yenidən müəyyənləşdirmək) üçün olan narahatçılıqdır.

Bəzi hallarda müasir siyasətin vətəndaş cəmiyyətinin klassik konseptualizasiyasına münasibəti (çox vaxt problematik olan münasibətlər) bir qədər bilərəkdən həyata keçirilir. Bu baxımdan, qadınlar hərəkatı, bəlkə də Qərb siyasi nəzəriyyəsinin əsas prinsiplərini təftiş etmək üçün bilərəkdən başlanmış müasir siyasi hərəkata ən yaxşı misaldır. Qardaşlıq sosial müqaviləsindəki (The Fraternal Social Contract) yazılarında Karol Peytman Qərb siyasi fikrinin təşkiledici (və onun iddia etdiyi kimi gender əsaslı) kateqoriyalarına qarşı belə bir prinsipli çağırışın təsviridir. Digər hallarda klassik siyasi nəzəriyyənin müasir siyəsətə təsiri sosial iştirakçılara və fəallara daha az aydındır (məsələn, "Heyvan Hüquqları Hərəkatı" və ekologiya hərəkatı ilə bağlı misallar ki, burada təbii fenomenlərə - okeanlara, balinalara, ağaclaras. "hüquqlar" verməklə onlar canlandırılır və onlara vətəndaş statusu verilir. Bütün bu misallarda məsələnin mahiyyəti yalnız onların vətəndaş cəmiyyəti konsepsiyası ilə münasibətin siyasi təhlili üçün həm tarixi, həm də analitik bir vasitə kimi qəbul olunduğu halda, düzgün qiymətləndirilə bilər.

Növbəti açıqlamalarımda, vətəndaş cəmiyyəti ideyasının tarixi inkişafını və onun davam edən vacibliyini konseptual aparatın bir hissəsi kimi vurğulamaqla müasir məsələləri anlamaq üçün elə bu cür kontekst vermək ümidindəyəm. Bu əsər həm tematik, həm də xronoloji qaydada təşkil olunub. O, kökləri təbiət qanunu nəzəriyyəsindən qidalanan vətəndaş cəmiyyəti konsepsiyasının inkişafını lap əvvəldən başlayıb, dövlətdən asılı olmayan və bəzən də onunla münaqişəyə girən müstəqil bir qurum şəklinə düşüb təkmilləşdiyi vaxtadək izləyir. Birinci fəsil konsepsiyanın köklərini orta əsrlərdəki xristian təfəkkürünün müəyyən konsepsiyalarından qidalandığını vurğulayaraq, klassik ənənənin əsərlərinə həsr olunub. Vətəndaş cəmiyyəti ideyasının tarixi Con Lokkdan tutmuş şotland maarifçiliyiKarl Marksa qədər on səkkizinci və on doqquzuqcu əsrlərdə vətəndaş cəmiyyəti ideyasına edilən analitik töhfələr və ona xas olan təzadlar baxımından tədqiq edilmişdir.

Bu təhlilin əsas məqsədi vətəndaş cəmiyyəti ideyasının klassik anlamda sosial həyatın etik görüntüsü kimi onun əsas komponentlərinin müəyyənləşdirilməsidir. Belə etməklə, biz bu ideyanın on doqquzuncu əsrdəki demokratiya, vətəndaşlıq və iştirakedici siyasətə dair nəzəriyyələrdəki vacibliyini qiymətləndirə bilmək və ən önəmlisi, vətəndaş cəmiyyətinin müasir dövrlərdəki tətbiqində klassik görüntünün hansı amillərində istifadə oluna biləcəyini nəzərdən keçirmək üçün daha yaxşı imkan əldə edə biləcəyik.

Beləliklə, konsepsiyanın tarixi təkamülü vətəndaş cəmiyyətinin müasir anlamda ilk ifadəsini on səkkizinci əsrin ortalarından on doqquzuncu əsrin ortalarından izləndiyi halda, onun daha konkretya siyasi təcəssümü sonrakı dövrdə radikal surətdə bölündü, çünki bu dövrdən sonra konsepsiya iki eks-istiqamətli xətt boyunca inkişaf etdi. Bunlardan biri (onu post-Hegelmarksist ənənə də adlandırmaq olardı) vətəndaş cəmiyyətinə xas olan ziddiyyətləri və onların həllinin dövlətin siyasi səlahiyyətində olduğunu vurğulayırdı. Bu günə qədər də sosialist təfəkkürünün tarixinə təsir edən və müəyyən mənada onu müəyyənləşdirən də elə bu ənənələrdir ki, indi müasir Şərqi Avropada onunla bağlı fikirlər radikal şəkildə təftiş olunur.

İkinci ənənə - yarandığı əsasa görə onu geniş mənada anqlo-amerikan da adlandırmaq olardı - şotland maarifçiliyinin təfəkküründən qidalanır və cəmiyyətin təbiəti, fərd və dövlət haqqında daha liberal mövqeləri müəyyənləşdirməkdə davam edir. Bu ənənə cəmiyyəti özü-özünü tənzimləyən bir mühit kimi fərdi hüquqların və azadlıqların ali xəzinəsi kimi və dövlətin hücumlarından müdafiə olunmalı bir qurum kimi təsvir edir. Təəccüblü deyil ki, əsasən Durkhaymın əsərlərində əksini tapmış epistomoloji mülahizələr ilə bu ənənə sosioloji ənənənin özünə güclü təsir göstərmişdir. Biz görəcəyik ki, hazırda bu sosioloji ənənə çərçivəsində vətəndaş cəmiyyətinin uyğunluğunu yenidən müəyyənləşdirmək üçün edilən cəhdlər Durkhaymın mirasından yan keçə bilməyəcək və buna görə də fərdin və cəmiyyətin təbiəti haqqında bəzi mülahizələr getdikcə daha çox problematikləşir.

İnsanın və cəmiyyətin təbiəti barədə müxtəlif mülahizələr irəli sürən bu iki ənənə son illərdə Avropatransatlantik siyasi ənənəninin mənbələri ilə məşğul olan mütəfəkkirlər arasında yenidən marağa səbəb olmuşdur. Bir tərəfdən, həm idrakın təsiri (ən azı, idrakın özü), həm də fərdi şüurun müstəqilliyinin (heç olmazsa Dukrhaymın təbirincə, dini mərasimlərə aid olan hissədə) ikili görüntülərindən qidalanaraq, hər iki ənənə özüylə əlavə müəyyənləşdirici xüsusiyyətlər də daşımışdır. Buna görə də ikinci fəsildə hər iki ənənənin idrak və fərd ideyalarına əsaslandığını təhlil etməklə yanaşı, müəyyən mülahizələrlə əsasən həm idrak, həm də fərdə olan inamda transendental sferanın mövcudluğunun qanuniləşmiş olduğu dövrdə, onların on səkkizinci əsrdə təkrarsız qaydada birləşdiyini də təhlil edəcəyik.

Biz görəcəyik ki, vətəndaş cəmiyyətini müəyyənləşdirən ictimai və şəxsi, ümumbəşəri və fərdi mənafelər arasındakı nadir tarazlıq məhz idrakapokalipsisin qoşa sütunları üzərində qorunub saxlanılmışdır. Bu kontekstdə biz vətəndaş cəmiyyəti ideyasının qurulmasında reformasiyanın və asketik protestantlığın mədəni mülahizələrinin vacibliyini vurğulayırıq, xüsusən də Amerika Birləşmiş Ştatlarının da, yəni elə bir cəmiyyətdə ki, o, (düzya səhvən  də olsa) müasir dövrdə nümunə kimi təqdim olunur.

Beləliklə, vətəndaş cəmiyyəti və hüquqi dövlət  ideyalarının həqiqi tarixi - konkret bir mövqedən yazılmış, yəni vətəndaş cəmiyyətinin on səkkizinci və on doqquzuncu əsrlərdə ictimai və fərdi mövcudluğu arasında baş qaldıran ziddiyyətləri aradan qaldıran və onları sintez edən bir vasitə baxımından görünən tarix kimi oxuna bilər. İkinci fəsil daha çox tarixi sosiologiyanın hüdudları çərçivəsində yazılıb. O, bu sintezi mümkün etmiş tarixiMaks Veberin təbirincə, ideal şəraitləri və ya "dünyəvi mexanizmləri" əks etdirməyə cəhd edir. Biz görəcəyik ki, on səkkizinci əsrdə də, elə bu gün də vətəndaş cəmiyyəti üçün Birləşmiş Ştatların paradiqmaya nümunə olması heç də təsadüfi deyildi. Birləşmiş Ştatlardakı fərdi və sosial mövcudluğun müəyyənləşdirilməsinin konkret şərtləri həm vətəndaş cəmiyyəti barədə Avropa ideyasına bir model kimi, həm də nadir tarixi konfiqurasiyanın yeganə nəticəsi kimi təqdim olunur.

Vətəndaş cəmiyyəti barədə on səkkizinci əsrdəki ideyanın on doqquzuncu əsrdəki müzakirələr nəticəsində vətəndaşlığa necə transformasiya etməsi tədqiq edilmişdir. Vətəndaşlığın ideyaları və praktik təcrübələri on səkkizinci əsrin bir qədər amorf və yanlış ideyalarının millət-dövlətin təşkilati və inzibati çərçivəsində formalaşdığı konkret yerlər kimi təqdim olunur. Bu kontekstdə təsisatlanmanın qəribə bir "paradoksu" qeyd olunur ki, vətəndaşlığın hər bir genişlənməsi (istər on doqquzuncu əsrdəki imtiyazlar, istərsə də əlavə hüquqlar barədə son dövrlərdəki ideyalar olsun), vətəndaşlığın və vətəndaş cəmiyyətinin əsaslandığı qarşılıqlığı və icma münasibətlərini zəiflədir. Bu hadisələr klassik (sosioloji), "müasirlik" haqqında son dövrlərdəki müzakirələri və oradakı ictimai və şəxsi sferanın dəyişən tərifləri kontekstində yerləşdirilir. Vətəndaş cəmiyyəti konsepsiyası özünün müxtəlif ifadələrində müasir dünya quruluşunun mühüm cəhətlərinin və onun iyirminci əsrin sonunda dəyişən təbiətini təhlilinin bütün cəhdlərində mühüm rol oynayan amiltək gözə çartır. Görünür, müxtəlif postmodern fəlsəfələrin və "müasirliyin" digər tənqidlər sırasında, o cümlədən idrakın qeyri-adiliyinə olan inamdan qidalanan vətəndaş cəmiyyəti ənənəsinin əsas prinsipləri arasında məcburedici bir ziddiyyət var. Bu ziddiyyət vətəndaş cəmiyyəti ideyasında mərkəzi yer tutan ictimai və şəxsi amillər arasındakı sintezin süqutu baxımından təhlil olunur ki, artıq dəstəklənməsə də, iyirminci əsrin sonunda vətəndaş cəmiyyəti ideyasını sosial nəzəriyyəçilər və fəallar üçün bu cür cəlbedici edə bilməkdədir.

Beləliklə, hazırlanmış nəzəri cəhətdən məlumatlandırılmış tarixisosioloji yanaşmanı davam etdirir, lakin təhlili irəli apararaq on doqquzuncuiyirminci əsrlərə və eyni zamanda müasir dünyada vətəndaşlığın tərifi və tətbiqinə xas olan problemlərinə gətirib çıxarır. A.Sleqman yazır ki, sosial münasibətlərin təsisat forması kimi vətəndaşlığın on əsrdəki anlamı müqayisəli tərzdə tariximüasir perspektivdə təqdim olunur. Vətəndaş cəmiyyətinin Qərbdə və Şərqi-Mərkəzi Avropada vətəndaşlıq kimi müxtəlif təzahür formaları müvafiq cəmiyyətlərin çox fərqli tarixi inkişafı baxımından müqayisə olunur və təzadlaşdırılır. Bu müxtəlifliklər xüsusilə milli birliketnik parçalanma və vətəndaş cəmiyyəti konsepsiyasının müasir dövrdə Şərqi-Mərkəzi Avropadakı hər hansı əhəmiyyət kəsb edən mənasına təsiri baxımından tədqiq olunur.

İsraillə edilən müqayisələr qısa olaraq, cəmiyyətdə inamın şərtləri və hər hansı vətəndaş cəmiyyətinin mümkün olan mövcudluğu arasındakı münasibətin bu fəsilin mərkəzi və təşkiledici mövzusu olduğunu vurğulayır. Sonda bildirilir ki, vətəndaş cəmiyyətinin problemləri istər Qərbdə, istərsə də Şərqi-Mərkəzi Avropada, mahiyyət baxımından cəmiyyətdə inamın yaradılması ilə bağlı problemlərdir. Bundan başqa, Qərbdə və Şərqdə inamın ziddiyyətli tərifləri və meyarları (ümumbəşəri, ümumiya məhdudlaşdırılmış), məxsusi xətlər boyunca vətəndaş cəmiyyətinin hər hansı ideyasının yenidən canlandırılması işində ayrı-ayrı cəmiyyətlərin üzləşdiyi çox müxtəlif problemlər toplusunu izah etmək üçün xeyli cəhd göstərir. Nəhayət, vətəndaş cəmiyyəti bir ideya kimi, daha konkret desək, bir ideal kimi yenidən təşkili üçün müasir dövrdəki (xüsusən də Qərbdə) cəhdləri bu cür mürəkkəbləşdirən müasir, səmərələşdirilmiş və son dərəcə yüksək səviyyədə differensiallaşmış cəmiyyətlərdə inamın hər hansı konkret məna kəsb edən meyarının nəzəriyyə formasına salınmasındakı fövqəladə çətinliklərdir. Şərqi-Mərkəzi Avropada fərqli və bəlkə də bir qədər mürəkkəb maneələr toplusu qalmaqdadır, çünki özəlləşdirməyə və bazar iqtisadiyyatına keçidin törətdiyi sosial parçalanma millət formalaşmasının tarixi şəraiti ilə birgə cəmiyyətdə inam şərtlərinin müəyyənləşdirilməsinə təsir göstərir. Bunlar milli kimliklərin və müəyyən kontekstdə dinin və kilsənin siyasi bir iştirakçı kimi yeni rolunun baş qaldırması baxımından təhlil olunur.

Yekunda Qərbdə və Şərqi-Mərkəzi Avropada vətəndaş cəmiyyəti ideyası ilə bağlı ən son nəzəri (və praktik) mövqelərin bəzilərinə toxunulur. Müxtəlif cəmiyyətlərdə konsepsiyanın siyasi, sosial-elminormativ layihələri, o cümlədən onun müxtəlif təzahürləri arasında mühüm bir fərq qoyulur. Bu fərqlər və onlarla yanaşı, vətəndaş cəmiyyəti ideyasının müasir anlamını təşkil edən çox fərqli amillər mahiyyətcə, hamımızın bölüşdüyü elə bir mirasdır ki, ondan istədiyimiz şeyi hazırlaya bilərik.

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2014.- 26 sentyabr.- S.15.