Azərbaycan yaxın gələcəkdə
güclü sənaye ölkəsinə
çevriləcək
Müsahibimiz YAP Siyasi
Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının
sədri, iqtisadçı Aydın Hüseynovdur
- Aydın müəllim, yola saldığımız kimi 2013-cü il Azərbaycan iqtisadiyyatı üçün hansı mühüm əlamətdar hadisələrlə yadda qaldı?
- 2013-cü il ölkəmiz üçün çox uğurlu oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar nəticəsində yola saldığımız ildə böyük işlər görülmüşdür, aparılan islahatlar daha da dərinləşmişdir və nəticədə ölkəmizin dinamik inkişafı təmin edilmişdir. Respublikamızda böyük layihələr icra edilmişdir, ölkəmizin beynəlxalq nüfuzu artmışdır. Liberal bazar münasibətlərinə geniş yaradılmış və sahibkarlıq, özəl sektor daha da inkişaf etmişdir. Azad rəqabət şəraiti və biznes mühitinin əlverişliliyinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, milli iqtisadiyyatın diversifikasiyası təmin edilmişdir.Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının qeyd etdiyi kimi Azərbaycan hazırda dünyada ən inkişaf etmiş ölkəyə çevrilmişdir. 2013-cü ildə ümumi daxili məhsul (ÜDM) 5,4 faiz artaraq 51 milyard manata çatıb. Milli məhsulun bu həcmdə artımı dünya miqyasında ən yüksək göstəricilərdən biridir. Ötən il ən inkişaf etmiş Amerika və Avropa ölkələrinin iqtisadiyyatında iqtisadi artım 1-1,5 faiz artıb, yəni, ölkəmiz ÜDM-in artımına görə, ümümdünya göstəricisini bir neçə dəfə qabaqlayır.ÜDM-in çəkisində qeyri-neft sektorunun, sənayenin, kənd təsərrüfatının payı yüksəlməkdə davam edir. Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 9,8 faizdən çox artıb. Ölkədə yeni yaradılan iş yerlərinin sayı 1 milyard 200 min nəfəri ötüb, yoxsullun səviyyəsi 5,3 faizə enib. İqtisadiyyata bu il təxminən 28 milyard dollar investisiya qoyulub ki, onun 18 milyard dollardan çoxu daxili investisiyalardır.2-13-cü ildə Azərbaycan sosial sahədə də mühüm nailiyyətlərə imza atıb. Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən, demək olar ki, bütün strukturlarda əməkhaqqı artırılıb. Bununla da ölkədə orta aylıq əməkhaqqı 430 manata çatıb. Sosial siyasət tədbirlərdən ən mühümü pensiyaların baza hissəsinin artırılaraq 100 manata çatdırılmasıdır. Bundan başqa, yaşayış minimumunun məbləği ölkə üzrə 125 manata, ehtiyac meyarının həddi isə 100 manata çatdırılıb.Azərbaycan Prezidentinin birbaşa siyasi qətiyyəti və təşəbbüskarlığının nətisəcində Ötən il Azərbaycanın milli eneji siyasətində mühüm hadisələr baş verib. 2013-cü ilin iyun ayında isə TransAdriatik qaz kəməri (TAP) layihələrinə dair dövlətlərarası sazişlər imzalandı. " Bunun ardınca layihənin sürətləndirilməsində qərarlı olan tərəflər sentyabrın 18-də “Şahdəniz-2” layihəsinə sanksiya verdilər. Dekabrın 17-də isə "Şahdəniz" yatağının işlənməsi layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişi imzalandı. 2013-cü ildə sahibkarlığa dövlət dəstəyi tədbirləri gücləndirilib, ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarların hüquqlarının etibarlı müdafiəsi ilə bağlı mühüm addımlar atılıb. Bütün bunlar Azərbaycanın inkişaf baxımından yeni mərhələyə qədəm qoyduğunu şərtləndirir.
- Prezident İlham Əliyev ölkəmizin inkişafının daha da güclənməsi üçün bir sıra vəzifələri də qarşıya qoydu…
- Dövlətimizin başçısı bir neçə fundamental məsələyə toxundu. Ölkə iqtisadiyyatının strukturunun təkmilləşdirilməsi, neft-yanacaq kompleksinin yenidən qurulması, qeyri-neft sektorunun çoxşaxəli inkişafının təmin olunması, özəl sektora dövlət dəstəyinin gücləndirilməsi, milli sahibkarlığa ayrılan maliyyə vəsaitinin həcminin artırılması, ölkəmizin ixrac potensialının gücləndirilməsi, sosial infrastrukturun tamamilə yenilənməsi, korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizənin gücləndirilməsi, şəfaflığın artırılması məqsədilə yeni elektron xidmətlərin istifadəyə verilməsi və digər mühüm istiqamətlər üzrə yeni vəzifələr müəyyən olundu.Prezident İlham Əliyev Bakı şəhərinin kəndlərinin, eləcə də regionların sosial-iqtisadi inkişafı ilə bağlı yeni proqramların da hazırlanaraq həyata keçiriləcəyini də əsas tələblərdən biri kimi qarşıya qoydu. Regionlardakı iqtisadi potensialının səfərbər edilərək tam hərəkətə gətrilməsi, qeyri-neft resurslarının istehsalal prosesinə cəlb olunması, müasir tələblərə cavab verən, ixrac potensiallı qeyri-neft sənaye müəssisələrinin yaradılması, innovasiyaların tətbiqinin genişləndirilməsi üçün müvafiq orqanlara tapşırıqlar verdi.
-Prezident İlham Əlıiyevin müvafiq sərəncamına əsasən 2014-cü il “Sənaye ili” elan olundu. Ölkə sənayesinin hazırkı vəziyyətini necə qiymətləndirərdiniz?
- Azərbaycanda sənayeləşmənin inkişaf tarixi ötən əsrin 70-ci illərindən başlayır. Ölkəmizdə postindistrial cəmiyyət quruculuğu modeli Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin hələ birinic hakimiyyəti dövründə Azərbaycan 1970-ci illərdə güclü sənaye iqtisadiyyatın təməli qoyulub. 1969-1982-ci illərdə əlvan metallurgiya sənayesində məhsul istehsalı 2,2-2,5 dəfə artdı.1970-80-ci illərdə respublikanın neft maşınqayırma sənayesi öz inkişafının yeni mərhələsinə daxil oldu, bu sahənin strukturunda ciddi dəyişikliklər baş verdi, strateji müəssisələr yenidən quruldu, yeni istehsal sahələri işə salındı. Bu dövrdə ağır sənayenin sütunu olan Dərin Dəniz Özüllər Zavodunun inşası sənayeləşmənin genişşəbəkəli dayaqlarını formalaşdırdı.Ötən əsrin 1970-1980-ci illərində Azərbaycanın iqtisadi xəritəsinə diqqət yetirsək, sənayenin yüksən inkişafının şahidi olarıq. Məsələn. həmin illərdə təxminən, 200 əlavə yeni sənaye sahəsi daxil oldu. Həmin illərdə respublika ərazisində fəaliyyət göstərən 1005 sənaye müəssisəsindən 531-i ağır sənayenin, 38-i energetikanın, 18-i yanacağın, 12-i metallurgiyanın, 164-ü maşınqayırmanın, 25-i kimya və neft kimyasının, 204-ü yüngül sənayenin, qalanları isə yeyinti sənayesinin payına düşürdü.Ümummilli liderin müstəqil Azərbaycana rəhbərliyi dövründə yeni sənaye strategiyası hazsırlandı və inkişaf etdirildi. Neft sənayesi yenidən quruldu, sənayeləşmənin digər bölmələrinin inkişafına imkan verən mühüm addımlar atıldı. Sənaye potensialının ölkə iqtisadiyyatında milli gəlir baxımından əhəmiyyətli yer tutmasına uzunömürlü baza yaradan kompleks iqtisadi islahatlara start verildi. Beləliklə, 1995-ci ildən başlayaraq sənayedə inkişaf tempi qeydə alındı. 1995-2000-ci illərdə ölkə sənayesi ümumi daxili məhsulda hər il 7-8 faiz artmağa başladı. 2003-cü ildə bu sahədə artım dinamikası 12 faiz təşkil etdi. 2008-ci ildə isə sənaye sektorunda rekord həcmdə - 20 faiz artım əldə olundu və ÜDM-də əsas yer tutdu. Son 10 ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılıb, sənaye məhsulları istehsalının həcmi 2,7 dəfə artıb.Hazırda ölkədə 2000-dən artıq sənaye müəssisəsi vardır ki, onların 200-dən çoxu ağır sənaye bölməsinə aiddir. Bu həhng müəəssisələr sənayenin baza sütunları sayılır. Azərbaycan sənayesinin əsas onurğa sütunu kimi Bakı, Sumqayıt, Gəncə, Daşkəsən, Mingəçevir kimi sənaye zonalarını qeyd etmək olar. Onların arasında “Bakı Stil Kompani”, Gəncə Alüminium Zavodu, Daşkəsəndəki mis və dəmir filizi kombinantları, “DE-TAL” müəssisəsi, Gədəbəydəki Qızıl zavodu, , Dərin Özüllər Zavodu, Bakı Poladtökmə Kombinatı, Qaradağ-Sement, Gəmiqayırma zavodu, Azbentonit və digər müəssisələri, Gilan-Holdinqin sənaye sahələrini, “Qobustan” və digər strateji obyektləri qeyd etmək olar. Bundan başqa. Ötən dövr ərzində Gəncə və Naxçıvanda avtomobil zavodu, Şamaxıda müasir texnologiyalar istehsal edən müəssisələr, Mingəçevirdə bir sıra sənaye müəssisələri istifadəyə verilib.Ötən 10 il sənaye sektorunda yeni müəssisələrin yaradılması da genişlənib. Məsələn, 2003-2013-cü illərdə Regionların İnkişafı Dövlət Proqramı çərçivəsində bölgələrdə 500-ə qədər sənaye müəssisəsi açılıb. Sənaye sektoruna həm də investisiya qoyuluşları da artıb. 2005-ci ildə bu sahəyə 4,1 milyard manat, 2006-cı ildə 4,2 milyard manat, 2007-ci ildə 4,5 milyard manat investisiya qoyulub. Sonrakı hər ildə investisiyların həcmi 500 milyon manat artıb və 2013-cü idə sənayeyə 6 milyard manatdan artıq investisiya yatırılıb. Ümumilikdə, 2005-2013-cü illərdə sənaye sektoruna 45 milyard manata yaxın investisiya qoyulub. İnvestisiyaları 20 milyard manatı xarici, 25 milyard manatı daxili investisiyalardan ibarətdir. Bu, həqiqətən çox böyük rəqəmdir.Hazırda Azərbaycanda ən yüksək əmək haqqı da məhz sənaye bölməsində çalışan işçilərə məxsusdur. Sənayedə orta aylıq əmək haqqı təxminən 650-700 manat təşkil edir. Mədənçıxarma sənayesində işləyənlərin orta aylıq əmək haqqı isə 1300-1400 manat təşkil edir. Sənaye sektorunda hazırda çalışan işçilərin sayı 200 min nəfərdən artıqdır. Bu aqrar sahədən sonra iqtisadi fəal əhalinin əsas cəmləşdiyi sahə hesab oluna bilər.
-Azərbaycan dövləti sənayenin ən mütərəqqi modeli olan texnopark layihələrin həyata keçirməyə başlayıb. Bu modelin əsas hansı üstünlükləri vardır?
- Bu gün dünyada sənayeləşmənin müxtəlif modelləri var, xüsusi iqtisadi zonalar, sənaye şəhərcikləri və sarə. Onların sırasında özünü doğruldan və iqtisadiyyata xüsusi töhfə verən sahə sənaye texnoparkları modelidir. Azərbaycan hazırda yüksək beynəlxalq standartlara cavab verən məhsullar istehsaı edir və onların da əsas bazası texnoparklar hesab olunur. Yəni, sənaye parklarının yaradılması ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın modernləşməsinə, innovativ və elmtutumlu iqtisadiyyatın formalaşmasına, yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsinə, investisiya mühitinin cəlbediciliyinin artmasına, sahibkarlığın dəstəklənməsinə, ölkənin ixrac qabiliyyətinin genişlənməsinə, eləcə də məşğulluq səviyyəsinin yüksəlməsinə əhəmiyyətli təsir göstərən əsas amildir.Dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, 2011-ci ildən başlayaraq dünyada ən mütərəqqi model olan sənaye texnoparklarının yaradılmasına başlanılıb. Bakı, Sumqayıt və Gəncə şəhərlərində texnoparkların yaradılması prosesinə başlanılıb, Mingəçevirdə müasir sənaye kompleksinin yaradılması, sənaye mərkəzlərində rəqabətqabiliyyətli, ixracyönümlü məhsulların istehsalının təşkil edilməsi işləri həyata keçirilməkdədir. 2012-ci ildə Sumqayıt Texnologiyalar Parkı yaradılıb. 2013-cü ildə Sumqayıt Kimya Sənaye və Yüksək Texnologiyalar Parkı yaradılıb. Sənaye Parkına ayrılmış 167,66 hektar ərazi tikinti üçün yer ayrılıb və burada 30-dan artıq iri sənaye obyektlərinin yaradılması nəzərdə tutulub. Sumqayıtdakı bu sənaye texnoparkları bu gün onlarla adda və çox qiymətli, yüksək keyfiyyətli kimyəvi məhsulları dünyanın 30-dan artıq ölkəsinə ixrac etməklə beynəlxalq bazarda özünə layiqli yer tutmuş Azərbaycanın neft-kimya kompleksinin ən müasir texnologiyalar və yüksək məhsuldarlıqlı avadanlıqlar əsasında yenidən qurulması, tələbatın daha yüksək olduğu yeni kimya məhsullarının istehsalına başlanılması istiqamətində aparılan genişmiqyaslı işlər yaxın gələcəkdə ölkəmizin kimya sənayesi məhsullarının istehsal həcmi və keyfiyyəti baxımından dünyanın aparıcı, lider dövlətlərindən birinə çevriləcəyini proqnozlaşdırmağa imkan verir.Bundan başqa, Sumqayıt şəhərində sənaye ilə bağlı digər bir nəhəng layihə - Yüksək Texnologiyalar Parkının yaradılması istiqamətində də işlər davam etdirilir. Bu layihə isə ölkəmizdə İKT sahəsində ilk xüsusi rejimli zona olmaqla elmi araşdırmaların, elmtutumlu texnoloji məhsulların istehsalının əhəmiyyətli dərəcədə artmasına təkan verəcək. Eləcə də Balaxanı Texnologiyalar Parkı ən müasir sənaye obyekti hesab oluna bilər. Burada məişət tullantılarının emalı zavodları ilə yanaşı, iri energetika müəssisələri də yaradılmaqdadır ki, bu da ölkədə enerji sisteminin güclənməsinə səbəb olacaq.Onu da qeyd edim ki, bu proses regionlarda da genişlənməkdədir. Artıq Gəncədə metal (aluminium) məmulatların istehsalı uzrə sənaye şəhərcikləri və digər texnoparkların yaradılması işləri aparılır. Qeyd edək ki, Gəncə-Daşkəsən zonalarında xammal bazasının mövcud olması yeni sənaye müəssisələrinin yaradılmasına əlverişli şərait yaradır. Mingəçevirdə müasir tipli sənaye kompleksinin yaradılması nəzərdə tutulub. Onu da qeyd edim ki, sənaye texnoparklarına xarici investorları cəlb etmək və bu sahəni inkişaf etdirmək məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, 2013-cü il yanvarın 1-dən etibarən sənaye texnoparklarına güzəştli vergi rejimi tətbiq edilib.Vergi Məcəlləsinin 199.7 , 199.8 və 207.3 və 207.4 maddələrinə əsasən sənaye texnoparkları əmlak və torpaq vergisindən azad olunub.
– Aydın müəllim, “Sənaye ili” ölkə iqtisadiyyatına nə verəcək?
- Hesab edirəm ki, “Sənaye ili” çərçivəsində Azərbaycanda güclü sənayeləşmə geniş vüsət alacaq, sənaye xammalı olan əsas iqtisadi rayonlardakı bazanın səfərbər olunaraq iri müəssisələrin yaradılması təmin ediləcək. Ölkəmizdə yeni sənaye sahələri istifadəyə veriləcək. Xüsusilə də, texnoparkların sayının artması Azərbaycanda industrial cəmiyyətin formalaşmasını təmin edəcək. Nəticədə, respublikamıza xarici və yerli investisiyaların axını güclənəcək.Onu da qeyd edim ki, sənaye ilə bağlı tədbirlər “Sənaye ili” başa çatdıqdan sonra da geniş vüsət alacaq, “Azərbaycanda sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı" və "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində yeni sənaye sahələrinin və sənaye parklarının yaradılması, ölkəyə qabaqcıl texnologiyaların gətirilməsi ilə bağlı layihələr həyata keçiriləcək. Sənayenin inkişafı ilə bağlı əsas ssenarilər kimya, texnologiyalar, mis, qızıl, dəmir və filiz kombinatları, alüminium, polad, maşınqayırma, yeyinti və yüngül sənaye obyektlərinin yaradılmasından ibarətdir. Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi sayəsində Azərbaycan regionda güclü sənaye ölkəsinə çevriləcək, ölkənin zəngin valyuta ehtiyatları əlverişli şərait yaranacaq. Bu siyasət yeni iş yerlərinin yaradılması və son nəticədə məşğul əhalinin sayının artımı fonunda insanların sosial rifahının yaxşılaşmasına səbəb olacaq.
yap.org.az
Səs.- 2014.- 15 yanvar.- S.8-9.