Hüquqi dövlət və siyasi partiyalar: yaranması və inkişafı

 

 

Vətəndaş cəmiyyətinin və hüquqi dövlətin əsas təsisatlarından biri kimi siyasi partiyalardır. Siyasi partiyalar vətəndaş cəmiyyətində hüquqi dövlət arasında əlaqələndirici vəsilə kimi çıxış edirlər. Siyasi partiyalar XX yüzilin sonlarında dünyanın siyasi mənzərəsinin ayrılmaz ünsürünə çevrilmişlər. Hazırda demək olar ki, bütün ölkələrdə buya başqa sayda siyasi partiyapartiya sistemi fəaliyyət göstərir. Bununla belə, partiyaların yaranması prosesi bu gündavam edir, siyasi nəzəriyyələrdə isə bununla bağlı mübahisələr və fikir ixtilafları bir an da kəsilmir.Politologiyanın xüsusi bir bölməsi partologiya həmin məsələləri öyrənməklə məşğuldur. Politologiyada siyasi partiyaların meydana gəlməsi barədə müxtəlif fikir  mövcuddur. Bəziləri yazırlar ki, siyasət adlanan fəaliyyət növü meydana gələn gündən partiyalar da mövcuddur dəyişən yalnız onların funksiyaları və cəmiyyətin onlara münasibəti olmuşdur.

Kontinental Avropa politoloqları əsas etibarilə belə hesab edirlər ki, partiyalar ümumi seçki hüququnun verilməsi ilə eyni vaxtda meydana gəlmişlər. Onların fikrincə, Fransa inqilabı zamanı yaranmış "klublar", cəmiyyətlər və siyasi qruplar hazırkı partiyaların ilkin nümunələri olmuşlar. Buradan çıxış edən M.Dyuverje təsdiq edir ki, müasir siyasi partiyaların yaranması Qərb demokratiyasının inkişafı ilə bağlıdır.

 Partologiyada daha geniş yayılmış ingilis-amerikan konsepsiyasına görə, hazırkı mənasında siyasi partiyaların tarixi XVII-XVIII əsrlərdən başlanır. Hələ XVII əsrdə siyasi fikirdə belə bir rəy hakim idi ki, bir-biri ilə mübahisə edən partiyalar (onları çox vaxt "fraksiyalar" adlandırırdılar) cəmiyyətin sağlamlığı üçün ziyanlıdırlar, çünki onlar sosial orqanizmin məhsuldar fəaliyyətinin qarşısını almaqla, onu parçalayır və beləliklə dağıdırlar.

"Politologiya" kitabında göstərilir ki, XVII əsrin 70-80-cn illərində İngiltərədə ilk həqiqi partiyaların meydana gəlməsi ilə əlaqədar təşəkkül tapan yeni siyasi reallıq nəzəriyyədə çevriliş etdi. Artıq XVIII əsrin əvvələrində Patterson belə hesab edirdi ki, partiyalar labüdən özlərində xeyir və şəri birləşdirir və bununla da cəmiyyətə sağlam yarış ruhu gətirirlər. O, "fraksiya" termininə qarşı çıxış edərək, cəmiyyətin təbii bir hissəsi olan bu partiyaları linqvistik cəhətdən daha düzgun adlandırmağın vacib olduğunu qeyd edirdi.

Beləliklə, XVII əsrdən başlayaraq, partiyaların yaranması və tarixi təkamülü məsələləri geniş tədqiq olunmağa başlandı. M.Veberin fikrincə, siyasi partiyalar öz inkişafında üç əsas mərhələdən keçmişlər: 1. Aristokratik qruplaşmalar. 2. Siyasi klublar. 3. Kütləvi partiyalar.

Aristokratik qruplaşmalar antik dövrdə Qədim Yunanıstanda və Romada mövcud olmuş, orta əsrlərdə isə İngiltərədə geniş yayılmışlar ("viqilər" və "torilər"), orta əsrlərdə bu qruplaşmalar burjua parlamenti çərçivəsində fəaliyyət göstərən əsas etibarilə dini əlamətinə, yaxud bir-biri ilə rəqabət aparan kral sülalələrinə mənsubiyyətinə əsasən bir-birindən fərqlənən seçki komitələri kimi fəaliyyət göstərirdilər. Onlar seçki komissiyaları üçün pul toplayır, yerli nobilitet (zadəganlar, yanlar) tərəfindən namizədlərə yardım edilməsini təmin edirdilər.

XVIII-XIX əsrlərdə əsas etibarilə həmin aristokratik qruplaşmalardan daha möhkəm ideoloji və təşkilati əlaqələrə malik olan siyasi klublar yarandı. Aristokratik qruplaşmalardan fərqli olaraq, siyasi klubların sosial bazası daha geniş idi, onlara artıq siyasi fəaliyyət meydanına atılmış burjuaziyanın, şəhərlərin orta təbəqələrin nümayəndələri daxil olurdular.

XIX əsrin əvvəllərində Avropada ilk siyasi partiyalar yarandı. Tərkibini kütləviliyi, seçicilərə təsir göstərmək üçün mübarizə və böyük təsir vasitələrilə onlar siyasi klublardan fərqlənirdilər. Mövcud ədəbiyyatda göstərilir ki, burjua cəmiyyətinin əsas siniflərinin siyasi fəallığının artması, vətəndaşların seçki hüquqlarının genişlənməsi, xalqların milli mənlik şüurunun artması və s. siyasi partiyaların formalaşmasına təsir edən başlıca amillər olmuşlar. Bundan əlavə, partiyaların yaranması mülki çəmiyyətin və insanların siyasi şüurunun inkişaf etməsinin nəticəsi olmuşdur. Nəhayət, partiyalar hər bir ölkənin tarixi inkişafının məhsuludur.

Prartiyaların tarixi təkamülü elitar partiyaların kütləvi partiyalara çevrilməsi istiqamətində getmişdir. Belə ki, ilk öncə elitar xarakter daşıyan, nisbətən dar bir qrupun mənafeyini ifadə edən bu partiyalar, geniş xalq kütlələrinin siyasi mübarizəyə qoşulması və bu kütlələri öz tərəfinə çəkmək zərurətinin ortaya çıxması nəticəsində, çox keçmədən kütləvi siyasi təşkilatlara çevrildilər.

 İlk belə kütləvi partiya - "Seçkiləri qeydə almağın liberal yoldaşlığı" - 1861-ci ildə İngiltərədə yaradıldı. Onun ardınca, 1863-cü ildə Almaniyada F.Lassalın "Ümumalman fəhlə ittifaqı" adlı kütləvi fəhlə partiyası meydana gəldi. Sonradan Avropanın demək olar ki, bütün ölkələrində kütləvi siyasi partiyalar yaranmağa başladı. Qeyd etmək lazımdır ki, müasir dövrdə mövcud olan siyasi partiyalardan ancaq İngiltərə mühafizəkarlar partiyası yuxarıda göstərdiyimiz mərhələlərin hamısından keçmişdir. Yerdə qalan partiyalar isə əsasən sonuncu mərhələdə yaranmış partiyalardır.

Belə olduqda, sual ortaya çıxır: müasir partiyalar necə yaranır? I hazırda parlament partiyaları, bir qayda olaraq dünya sivilizasiyası üçün ənənəvi olan sxem üzrə yaranır. Bu prosesdə iki qrup amil iştirak edir: müəyyən bir siyasi istiqamətə mənsub olan deputatları (yaxud yerli hakimiyyət orqanlarındakı nümayəndələri) birləşdirən parlament qrupu və müxtəlif səviyyəli seçki komitələri. Bu iki qrupun bir-biri ilə sıx əməkdaşlığı artıq yeni partiyanın yaranmasından xəbər verir. Partiyanın aşağı orqanları və strukturları isə sonradan yaranır.

 Buya başqa partiyanın parlament partiyasına çevrilməsi isə ümummilli seçkilər nəticəsində baş verir. Hər hansı bir siyasi partiya qanunvericiliyin müəyyən etdiyi sayda deputat mandatına (adətən bu hədd elektoratın 5 faizi qədər müəyyən edilir) sahib olursa, onda o, parlament partiyası olur. Kiçik partiyalar isə bu məqsədə çatmaq üçün adətən koalsiyalarda (ittifaqlarda) birləşməli olurlar.

Partiyaların yaranmasının başqa yolları da vardır. Belə ki, məsələn, tarixdən bizə yaxşı bəlli olan kommunist partiyaları bir qayda olaraq, sosial-demokrat partiyalarının qalıqlarından və yaxud qeyri-leqal şəraitdə fəaliyyət göstərən sui-qəsdçi qruplardan yaranırdılar. Leyborist partiyası, yuxarıda qeyd etdik ki, həmkarlar ittifaqlarının fəaliyyəti nəticəsində yaranmışdır. Xristian- demokrat partiyalarının yaranması isə katolik hərəkatının nəticəsi olmuşdur.

Kliyentel (politologiyada xüsusi şəraiti nəzərə alaraq, partiyadan kənar fəaliyyət göstərən, lakin öz taleyini onunla bağlayan birinci şəxsin ətrafında təşəkkül tapan latent (gizli) siyasi qüvvə) əsasında yaranan partiyalar da vardır. Belə ki, Fransanın ən nüfuzlu partiyalarından biri olan Respublikaya Yardım Uğrunda Birlik məşhur populist general de Qollun kliyenteli ətrafında yaranmışdır. Doğrudur, sonradan partiya ondan uzaqlaşdı, amma buna baxmayaraq, bu günonun ideyalarından fəal istifadə edir.

Partiyanın tərifini verməyə çalışan ilk mütəfəkkir ingilis alimi Byork (XIX əsrin əvvələri) olmuşdur. Onun fikrincə, bu partiya ümumi prinsipləri rəhbər tutan və birgə səylərlə milli mənafeləri təmin etmək üçün birləşən adamlar qrupudur. XIX əsrin I yarısında fransız liberalizminin nümayəndəsi B.Konstan yazırdı ki, partiya eyni siyasi doktrinaların ardınca gedən adamlar yığıncağıdır. Parisdəki Siyasi Elmlər İnstitutunun professoru J.Kermonn "Qərb siyasi rejimləri" (1986) adlı əsərində) göstərir ki, "partiya bir siyasi istiqamətdən olan vətəndaşları, müəyyən məqsədlər üzrə ictimai rəyi səfərbər etmək, hakimiyyət orqanlarında iştirak etmək, ya da hakimiyyət orqanlarını öz tələblərinə nail olmağa doğru yönəltmək üçün birləşdirən mütəşəkkil qüvvədir".

Müasir politologiyanın nüfuzlu simalarından biri olan C.La Palombara (ABŞ) siyasi partiyanın tərifini  vermək üçün onun əsas ünsürlərini sadalamağı məqsədəuyğun hesab edirbu zaman aşağıdakı əsas ünsürləri ayırır: Birincisi, istənilən partiya hər şeydən əvvəl müəyən ideologiyanın, yaxud ən azı dünyayainsana xüsusi baxışın daşıyıcısıdır. İkincisi, partiya siyasətin müxtəlif səviyyələrində insanların kifayət qədər uzunmüddətli birliyi, deməli, başqa sözlə desək, təşkilatdır. Bu mənada, o, kliyenteldən fərqlənən bir təsisatdir, o, milli, regional, lokal, bəzən isə beynəlmiləl ölçüləri olan təşkilatdır; üçüncüsü, partiyanın məqsədi hakimiyyəti ələ almaqonu həyata keçirtməkdir. Şübhə yoxdur ki, çoxpartiyalı sistem şəraitində bir partiya hakimiyyəti ələ əla bilmir. Ona görə də bu çox vaxt koalisiyada yerinə yetirilir; dördüncüsü, hər bir partiya xalqı öz tərəfinə çəkməyə çalışır. Bu mənada, bəzi partiyalar kilsəni xatırladır (yeri gəlmişkən, R.Debre kilsəni "Allahın partiyası" adlandırır).

Digər kütləvi təşkilatlarla müqayisədə siyasi partiyalar: formal təşkilat strukturunun olması, ideoloji xarakter daşıyan birgə hərəkət proqramının işlənib hazırlanması, cəmiyyətin siyasi həyatında iştirak etməyə imkan verən müəyyən statusun olması (bu status müvafiq dövlətin konstitusiyası ilə müəyyən olunur), dövlətdə spesifik yeri xüsusi hüquqi rejimi, müəyyən sosial-sinfi mənafeni ifadə etməsi, sosial bazanın olması və s. ilə fərqlənirlər.

Müasir siyasi partiyaların üç başlıça əlaməti vardır: 1. Cəmiyyətin digər üzvləri ilə münasibətdə müəyyən adamlar qrupunun ayrılması (partiya termini latın dilində "hissə" mənasını verir). 2. Həmin qrupu birləşdirən təşkilatın olması. 3. Qrupun cəmiyyətdən ayrılması ideya platforması əsasında da ola bilər, təşkilat isə həmişə siyasi xarakter daşıyır. Deməli, buradan məlum olur ki, partiyalar ilk növbədə hakimiyyətə sahib olmağa can atır və bunun üçün məhz siyasi vasitələrdən istifadə edirlər.

Deyilənləri yekunlaşdıraraq, siyasi partiya belə tərif vermək olar: "Siyasi partiya kütlələri siyasi cəhətdən sosiallaşdıran və onları siyasətdə iştirak etməyə hazırlaşdıran, siyasi hakimiyyəti ələ almaq, yaxud siyasi münasibətlərdə iştirak etmək məqsədini güdən ideoloji əlaqələr əsasında yaranan könüllü ittifaqdır".

Qərb tədqiqatçısı R.Mixels yazırdı: "Partiya məqsədə nail olmaq vasitəsi kimi yaradılır. Lakin öz-özlüyündə məqsədə çevrilən, öz xüsusi vəzifələri, mənafeləri qayğısına qalan partiya təmsil etdiyi sinifdən özgələşir.." Buna görə də "...sosialistlər qalib gəlsələr də, sosializm qalib gələ bilmir".

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2015.- 10 aprel.- S15.