Çanaqqala türkün
zəfər tarixidir
"Səs" qəzetində Çanaqqala zəfərinə həsr olunan dəyirmi masa keçirilib
Dünən "Səs" qəzetinin təşkil etdiyi növbəti dəyirmi masa Çanaqqala zəfərinin 100 illiyinə həsr olunmuşdu. Osmanlı imperiyası dövründə baş verən olaylara tarixi baxımdan qiymət vermək, ermənilərin iyrənc, iddialı baxışlarını faktlar əsasında ortaya qoyub əsrlər boyu bir məqsəd və amal yolunda işğalçılıq siyasəti ilə çıxış etmək niyyətlərinə bir daha nəzər salmaq məqsədilə təşkil olunmuş dəyirmi masada "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Hikmət Babaoğlu, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının müdiri, dosent Rəcəb Əliyev, "Səs" İnformasiya Agentliynin icraçı direktoru Vəli Vəliyev və başqaları iştirak edirdilər.
Dəyirmi masanı giriş sözü ilə açan "Səs" qəzetinin əməkdaşı İlham Əliyev tarixin müxtəlif dönəmlərində baş verən olaylara, Osmanlı imperiyası dövründə baş verən hadisələrin mahiyyətinə qısa şəkildə nəzər saldı. O, qeyd etdi ki, mənfur erməni daşnakları neçə illərdir ki, "erməni soyqırımı" iddiaları ilə çıxış edir və bəşəriyyəti inandırmağa çalışırlar ki, guya 1915-ci ildə Osmanlı imperiyasında erməni xalqına qarşı soyqırımı törədilib, nəticədə milyonlarla insan qətlə yetirilib. Həmin uydurma soyqırımının bu il 100 illiyi ilə əlaqədar bədnam qonşularımız, xaricdə fəaliyyət göstərən erməni lobbisi və onların havadarları xüsusilə fəallaşmışlar. Məsələ burasındadır ki, ermənilər tarixi hadisələri saxtalaşdıraraq, öz yalanlarına dünya ictimaiyyətini inandırmaq istəkləri ilə yanaşı, bundan türk dünyasına qarşı bir təzyiq metodu kimi də istifadə edirlər. Əsas məqsəd qonşu dövlətlərin torpaqları hesabına "Böyük Ermənistan" yaratmaqdır.
- Bu və ya digər hadisələr mövcud reallıqları hansı formada əks etdirir və erməni soyqırımı ilə bağlı faktlar və dəlillər bizə nə deyir? Bir tarixçi, tədqiqatçı kimi kimi, əslində, o illərdə hansı hadisələrin baş verməsinə aydınıq gətirməyinizi istərdik.
"SƏS" QƏZETİNİN ƏMƏKDAŞI:
- Bildiyimiz kimi, Türkiyənin şanlı zəfər tarixinə çevrilən Çanaqqala zəfəri dünyaya türk əsgərinin rəşadətini nümayiş etdirib. Bu mübarizədə Türkiyə müttəfiqlərindən gözlədiyi yardımı ala bilmədi. 8 ay davam edən Çanaqqala savaşları hər iki tərəf üçün böyük itkilərə səbəb oldu. İstərdim ki, Çanaqqala savaşı və onun baş verməsi ilə bağlı münasibətlərinizi bildirəsiniz?
RƏCƏB ƏLİYEV:
- İstərdim ki, ilk olaraq bildirim ki, Birinci Dünya müharibəsinin başlanması Türkiyə dövləti, Osmanlı dövləti üçün əlverişli deyildi. XIX əsrin sonunda XX əsrin əvvədlərində Osmanlı dövləti istər iqtisadi, istərsə də hərbi cəhətdən qonşu dövlətlər olan Avropa və Rusiya ilə müqayisədə geri qalan bir dövlət idi. Amma vəziyyət elə gətirmişdir ki, Osmanlı dövlətinin bu müharibəyə qoşulmaması mümkün deyildi. Onun yerləşmiş olduğu hərbi areal, hərbi-strateji baxımdan Birinci Dünya müharibəsinin müqəddartının həllində önəmli idi. Bu baxımdan Türkiyə üçün bu müharibə qaçılmaz idi.
Birinci Dünya müharibəsi ərəfəsində ermənilər Anadoluda silahlı üsyanlara başladılar. Bu, Anadoluda yaşayan müsəlman əhlini qırıb öz məkanlarından çıxarmaq və ermənilərin əhali üstünlüyünü artırmaq məqsədi daşıyırdı. Sözsüz ki, bu silahlı üsyanlarda Rusiyanın, Avropa ölkələrinin, Amerikanın dəstəyi var idi. Ötən əsrin əvvəllərinə qədər Osmanlı imperiyası bu və digər məsələlərin öhdəsindən gələ bilirdi.
BİRİNCİ DÜNYA MÜHARİBƏSİ BAŞLANAN DÖVRƏ QƏDƏR SON 200 İL İSLAM DÜNYASININ TƏNƏZZÜLÜ DÖVRÜDÜR
HİKMƏT BABAOĞLU:
- Çox təəssüf ki, həmin illərdə yaşanılan ictimai-siyasi hadisələr çox sadə deyildi, daha mürəkkəb və ciddi idi. Törədilən hadisələrdən 100 il ötməsinə baxmayaraq, bu gün də həmin məkanda Osmanlı imperiasının bərqərar olduğu siyasi coğrafiyada mənşə etibarilə bizim aid olduğumuz islam coğrafiyasında 100 ildən sonra yenə də oxşar hadisələr baş verir. Yenidən müstəqil aktorların yaradılması prosesi və s. gedir. Qeyd edim ki, Birinci Dünya müharibəsi başlanan dövrə qədər son 200 il islam dünyasının tənəzzülü dövrüdür. Yəni bu illərdə Osmanlı dövləti həm iqtisadi, hərbi, həm də islam ideologiyası baxımdan zəifləyirdi. Bir dövlət olaraq ən çox zəifləməsi isə 1912-13-cü illərdə Balkan müharibəsini yaşamış olması və savaşda uduzması oldu. Bu müharibədə Osmanlı dövləti bütün qüvvələrini itirmiş oldu. Belə bir şəraitdə yaşayan Osmanlı dövlətinin bir il sonra Birinci Dünya müharibəsinə qoşulması gücü xaricində idi. Amma vəziyyət çox gərgin idi. Osmanlı dövləti ilə müharibənin başlanma səbəblərindən biri bu dövləti bölüşdürmək idi. Rusiya boğazları ələ keçirmək, İngiltərə Süveyş kanalı və Hind okeanına yolun təhlükəsizliyi üçün Fələstini ələ keçirmək planını hazırlayır, almanlar Şərqə yiyələnmək məqsədi güdür, italyanlar isə Antalyaya sahib olmaq istəyirdilər. Belə şəraitdə Osmanlı dövləti başa düşdü ki, mütləq müharibəyə qoşulmaq lazımdır. Həmin illərdə Osmanlının daxili işlər naziri Tələt Paşa, müdafiə naziri Ənvər Paşa və başqa diplomatik kropusun nümayəndələri belə qərara gəldilər ki, müharibəyə qoşulmaq mütləqdir.
ÇANAQQALA DÖYÜŞÜNDƏKİ QƏLƏBƏ TÜRKİYƏNİN TARİXİNDƏ ƏHƏMİYYƏTLİDİR
ELMAN NƏSİROV:
- Hikmət müəllimin fikirlərinə qoşularaq bildirirəm ki, müharibəyə osmanlının qoşulması labüd idi. Mən bir qədər tarixə nəzər salmaq istərdim. Tarix bizə göstərir ki, qeyri-dövlətlər erməni xislətinə bələd olduqlarından onlardan istifadə etməyə üstünlük vermişlər. Pyotr deyirdi ki, "onlardan lazımi məqamlarda istifadə etmək olar". Yeri gəlmişkən, onu da deyim ki, Pyotrun özünün vəsiyyəti idi ki, boğazları Türkiyənin əlindən almaq lazımdır. Təbii ki, bu zaman məqsədə çatmaq üçün müxtəlif üsullara əl atmaq məqsədyönlü idi. Ən gözəl üsullardan biri, daxildə dağıdıcı amillərdən istafadəyə önəm vermək idi. Türkiyənin ərazisində məskunlaşmış ermənilər mövcud şəraitdən istifadə etməklə iddialarına doğru hərəkət etmişlər.
Hadisələrin gedişində Rusiya və Avropa ölkələri ideyalarını hərbi yolla gerçəkləşdirməyi deyil, ermənilərin satqınlıq amilindən istifadə edərək, Osmanlı imperiyasını məhv etmək və bundan sonra dünyanı yenidən bölmək niyyətinə çatmaq üçün məhz bu siyasi xəttə önəm vermişlər. Bu, məqbul bir amildir. Ölkə daxilində düşmən olanda daha ağır nəticələrə gətirib çıxarır. Xarici qüvvə ilə mübarizə aparmaq daha asandır. Ermənilər qorxaqlığın və alçaqlığın bir harmoniyası kimi özlərini tanıtmışlar. Xarici qüvvələrin də onlardan qeyd olunan məsələlər üçün istifadə etmələri məqsədəuyğundur. Onların satqınlığı, dönüklüyü nəticəsində Rusiyaya tərəf dönməsi Avropa ölkələrinə meyilliliyi ortaya çıxdı. Amma bir daha deyirəm ki, onların dünyaya tanıtmaq istədikləri genosid siyasəti mövcud deyil. Hadisələrin tarixdə bu cür şişirdilmiş şəkildə yer almasına cəhd edən ermənilər, heç bir sənədə əsaslanmadan fikir yürüdürlər. Buradan bir məsələ meydana çıxır. Bu da ermənilərin dediyi kimidir, yoxsa əksinədir?
Bu fikirlə bağlı Türkiyə rəhbərliyi dəfələrlə Ermənistan rəhbərliyinə müraciət edib. Son danışıqlar nəticəsində belə bir təklif irəli sürüldü ki, birgə komissiya təşkil olunsun və tədqiqatçılar tarixçilərin iştirakı ilə arxiv sənədləri nəzərdən keçirilsin, müəyyənləşdirilsin ki, həmin ermənilər döyüş nəticəsində məhv olmuşlar, yoxsa türk xalqının onlara qarşı olan bir genosidin nəticəsində öldürülmüşlər. Bütün bunlar məntiqə əsaslanmalıdır. Təəssüflər olsun ki, erməni rəhbərliyi bu məsələ ilə bağlı doğru addımlar atmır və Türkiyənin təklifini qəbul etmir. Bunun da yeganə səbəbi ondan ibarətdir ki, əgər komissiya təşkil olunarsa və buna beynəlxalq status verilərsə, bir çox dövlətlərin - bu işdə marağı olan ölkələrin nümayəndələri iştirak edərsə, ortaya çıxarılan amillər onların bu fikirlərini birmənalı olaraq rədd edər. Onların da 1915-ci ildən bu günə qədər bütün dünyaya yaydıqları qondarma genosid siyasətinin mahiyyəti açıla bilər. Odur ki, onların bununla bağlı rəsmi mövqeyi ortaya qoyulmur. Mənim daxilimdə bir əminlik var ki, bu məsələ heç vaxt qeyd olunan müstəvidə müzakirəyə çıxarılmayacaq.
Çanaqqala zəfərinə gəlincə isə bildirim ki, Birinci Dünya müharibəsi başlananda Türkiyə diplomatiyası onun fərqində idi ki, reallıqda iştirakdan yayına bilməyəcəkdi. Məsələnin hərbi-siyasi tərəfinə nəzər yetirsək, görərik ki, həmin dövrdə regionda vəziyyət elə də ürəkaçan deyildi. Osmanlı imperiyası XX əsrin əvvəlində süquta doğru gedirdi. Xaricdə və ölkə daxilində baş verən proseslər Osmanlı dövlətini çökdürür, ölkələr bir-bir əlindən çıxır, gücü zəifləyirdi. Artıq Osmanlı dövlətinin zəifləməsi qaçılmaz olmuşdu və ona görə də digər imperiya qüvvələri onun torpaqlarını öz aralarında artıq bölüşdürmək istəyirdilər.
Çanaqqala zəfəri məhz belə bir vaxtda baş vermişdi. Ona görə də bəzi tarixçilər bu zəfəri Birinci Dünya müharibəsinin məhvərini dəyişdirən qələbə kimi də qiymətləndirirlər. Çünki Çanaqqala zəfəri müharibənin bir neçə il də davam etməsinə səbəb olan mühüm bir hadisə idi.
Çanaqqala döyüşü türk əsgəri öz qəhrəmanlığı, rəşadəti ilə tarix yazdı. Türk əsgərinin yenilməzliyini düşmənlər də öz xatirələrində etiraf ediblər. Osmanlı ordusunda ən yüksək rütbəli zabitdən sıravi əsgərə qədər hamısı eyni ruh yüksəkliyi ilə döyüşmüş, ya şəhid, ya qazi olmuşlar.
İstənilən halda İttifaq dövlətləri Çanaqqala boğazını keçə bilmədilər. Onların əsas qayəsi imperiyanın paytaxtı İstanbul şəhərinə gedən yolu açmaq, bütün Anadolu torpaqlarını işğal etməklə türkün buradakı varlığına son qoymaq idi. Lakin bu istəklərinə nail ola bilmədilər. Osmanlı ordusunun qətiyyətlə müqavimət göstərməsi, daha sonra əks-hücuma keçərək düşmən ordu birləşmələrini darmadağın etməsi bir daha təsdiqlədi ki, nə qədər dünya var, türklər Anadoluya hakim olacaqlar. Tarixdə 16 imperiya qurmuş, 40-dək dövlət yaratmış bir millətin iradəsini qırmaq, onu kölə vəziyyətinə salmaq mümkün deyil. Bunu Çanaqqala döyüşləri də təsdiq etdi.
Çanaqqala döyüşündəki qələbə sonralar Türkiyənin tarixi üçün böyük rol oynadı. Çanaqqalada 250 minlik itkilər olsa da, Türkiyə dünya müharibəsində mövcudluğunu qoruyub saxladı.
Birinci Dünya müharibəsində və daha sonra Qurtuluş Savaşında böyük hünərlər göstərən Türkiyə ordusu bu gün də özünün yüksək döyüş qabiliyyəti ilə diqqəti cəlb edir. Təsadüfi deyil ki, Türkiyə Silahlı Qüvvələri özünün döyüş hazırlığına görə Avropa ölkələri arasında birinci, NATO-da isə dünyanın supergücü olan ABŞ-dan sonra ikinci yeri tutur. Türkiyə iqtisadiyyatı da son illərdə xeyli güclənmiş və dövlət iqtisadi gücünə görə dünya ölkələri arasında qabaqcıl yerlərdən birinə yüksəlmişdir.
Çanaqqala döyüşün əhəmiyyətin nəzərə alıb Türkiyə dövləti məhz aprelin 24 -də qondarma erməni soyqırımı tarixində Çanaqqala zəfərini qeyd etmyə çalışır. Türkiyə dövləti bununla bağlı dünyanın 102 dövlətinə dəvət məktubu göndərib. Bunu eyni günə təsadüf etməsinin simvolik mahiyyəti var. Azərbaycan Prezident Cənab İlham Əliyev Türkiyəyə səfəri zamanı Türkiyə Prezident Ərdoğana xüsusi təşəkkürünü bildirdi.
(Ardı var)
Nəzakət
ƏLƏDDİNQIZI
Səs.- 2015.- 16 aprel.- S.8-9.