Çanaqqala türkün zəfər tarixidir

 

    

     "Səs" qəzetində Çanaqqala zəfərinə həsr olunan dəyirmi masa keçirilib

     (Əvvəli ötən sayımızda) 

    

     "Səs" qəzetinin təşkil etdiyi növbəti dəyirmi masa Çanaqqala zəfərinin 100 illiyinə həsr olunmuşdur. Osmanlı imperiyası dövründə baş verən olaylara tarixi baxımdan qiymət vermək, ermənilərin iyrənc, iddialı baxışlarını faktlar əsasında ortaya qoyub əsrlər boyu bir məqsəd və amal yolunda işğalçılıq siyasəti ilə çıxış etmək niyyətlərinə bir daha nəzər salmaq məqsədilə təşkil olunmuş dəyirmi masada "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Hikmət Babaoğlu, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Elman Nəsirov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Türk və Şərqi Avropa xalqları tarixitarixin tədrisi metodikası kafedrasının müdiri, dosent Rəcəb Əliyev, "Səs" İnformasiya Agentliynin icraçı direktoru Vəli Vəliyev və başqaları iştirak edirdilər.

     Dəyirmi masanı giriş sözü ilə açan "Səs" qəzetinin əməkdaşı İlham Əliyev tarixin müxtəlif dönəmlərində baş verən olaylara, Osmanlı imperiyası dövründə baş verən hadisələrin mahiyyətinə qısa şəkildə nəzər saldı. O, qeyd etdi ki, mənfur erməni daşnakları neçə illərdir ki, "erməni soyqırımı" iddiaları ilə çıxış edir və bəşəriyyəti inandırmağa çalışırlar ki, guya 1915-ci ildə Osmanlı imperiyasında erməni xalqına qarşı soyqırımı törədilib, nəticədə milyonlarla insan qətlə yetirilib. Həmin uydurma soyqırımının bu il 100 illiyi ilə əlaqədar bədnam qonşularımız, xaricdə fəaliyyət göstərən erməni lobbisi və onların havadarları xüsusilə fəallaşmışlar. Məsələ burasındadır ki, ermənilər tarixi hadisələri saxtalaşdıraraq, öz yalanlarına dünya ictimaiyyətini inandırmaq istəkləri ilə yanaşı, bundan türk dünyasına qarşı bir təzyiq metodu kimi də istifadə edirlər. Əsas məqsəd qonşu dövlətlərin torpaqları hesabına "Böyük Ermənistan" yaratmaqdır.

     Buya digər hadisələr mövcud reallıqları hansı formada əks etdirir və erməni soyqırımı ilə bağlı faktlar və dəlillər bizə nə deyir? Bir tarixçi, tədqiqatçı kimi, əslində, o illərdə hansı hadisələrin baş verməsinə aydınlıq gətirməyinizi istərdik.

      

     ÇANAQQALA QƏLƏBƏSİ TÜRKİYƏNİN ƏRAZİ BÜTÖVLÜYÜ, MÜSTƏQİLLİYİ ÜÇÜN APARILAN İSTİQLAL SAVAŞININ KULİMİNASİYA NÖQTƏSİ İDİ

    

     - ELMAN NƏSİROV:

    

     - Qeyd etdiyimiz kimi, Çanaqqala döyüşü Birinci Dünya müharibəsi əsnasında 1915-1916-ci illər arasında Osmanlı dövləti ilə Antanta dövlətləri arasında baş verən dəniz və quru döyüşüdür. İttifaq dövlətləri Osmanlı dövlətinin paytaxtı İstanbulu alaraq boğazların idarəsini ələ keçirmək, Rusiyayla etibarlı bir qida və hərbi ticarət yolu açmaq, alman müttəfiqlərindən birini zəiflətmək məqsədləri ilə ilk hədəf olaraq Çanaqqala boğazına girmişlər. Ancaq hücumları müvəffəqiyyətsiz olmuşiki tərəfin də çox ağır itkilər verməsiylə ittifaq dövlətləri geri çəkilmişlər. Bu döyüş məhv olma vəziyyətində olan bir ölkənin möhtəşəm qələbəsi kimi olaraq əfsanələşib, hər vətəndaşın xatirəsində qalmışdır. Bir millətin gücünü ortaya çıxararaq nələr edə biləcəyini göstərmiş olan bu döyüş türk qurtuluş döyüşünə də təsir etmişdir. Türkiyə Cümhuriyyəti qurulduqdan sonra ingilis və fransız donanmalarının geri çəkilməyə məcbur edildiyi gün, 18 mart Çanaqqala şəhidlərini Anma Günü olaraq elan edilmişdir. Müttəfiqlər üçün isə bu döyüş, əsgəri bacarıqsızlıq və fəlakət simvolu olaraq sayılmışdır.

     Əldə edilən Çanaqqala zəfəri ilə Osmanlı gələcək Türkiyə Cümhuriyyətinin işğalının qarşısını aldı və öz mövcudiyyətini saxlaya bildi. Amma hazırda Ermənistan uydurma bir soyqırımının ətəyindən yapışaraq bu hadisəni siyasi bir aksiya kimi keçirməyə çalışır. Vaxtilə Osmanlı imperiyasına arxadan zərbə vuran, ona xəyanət edən və ruslarla birgə Osmanlıya qarşı döyüşən ermənilərin ölkə daxilində bir ərazidən digər bir əraziyə köçürülməsini soyqırımı kimi qeyd etmək absurddur.

     Çanaqqala döyüşləri müharibələr tarixinə özünün misilsiz adını yazmışdır. Bu savaşlar nəticəsində türklər dünyaya öz döyüş əzmlərini sübut etmişlər. Min illik döyüş təcrübəsi olan böyük türk millətinin Birinci Cahan müharibəsindəki zəfəri bu ulusun bir daha yenilməz olduğunu təsdiqləmiş oldu. Bu qalibiyyət savaşın taleyində əhəmiyyətli dönüş yaratmışdır. Çanaqqala döyüşləri, əsrimizin ən böyük döyüşlərindən biridir. Birinci Dünya müharibəsini qalib şəkildə bitirmək istəyən düşmən dövlətlər gəmiləri ilə Çanaqqala boğazını keçib İstanbulu almaq istəyirdilər. Osmanlı ordusu ingilis və fransız donanmalarına qarşı Çanaqqala boğazında aylarla sürən silsilə dəniz və quru döyüşləri aparmışdır. 250.000 türk əsgərinin şəhid olduğu bu döyüşlər nəticəsində düşmən donanmaları ağır itkinlər verərək geri çəkilmişlər. Çanaqqala qələbəsi Türkiyənin öz ərazi bütövlüyü, müstəqilliyi üçün aparılan istiqlal savaşının kuliminasiya nöqtəsi idi. Məhz bu qələbə nəticəsində Türkiyə öz müstəqilliyini təmin edə bildi.

    

     "SƏS" QƏZETİNİN ƏMƏKDAŞI:

    

     - MƏLUMDUR Kİ, OSMANLI DÖVLƏTİ 21 AVQUST 1914-Cİ İLDƏ ALMANİYA İLƏ MÜQAVİLƏ İMZALAMIŞDI. BUNA SƏBƏB NƏ İDİ?

    

     RƏCƏB ƏLİYEV:

     - Məndən əvvəl çıxış edənlər bildirdilər ki, Türkiyənin bu müharibədə iştirakı qaçılmaz idi. Osmanlı dövlətinə strateji baxımdan Almaniyanın marağı danılmazdır.

     Birinci Dünya müharibəsinin başlamasının ardınca Osmanlı dövləti əvvəl Antanta dövlətləri ilə birlikdə olmaq istəsə də, Rusiyanın bu vəziyyətə soyuq yanaşması Osmanlını Almaniyaya doğru istiqamətləndirdi və 2 avqust 1914-cü ildə edilən gizli bir anlaşma ilə alman-türk ittifaqı dəqiqləşdi. Müharibə getdikcə özünə daha çox tərəfdar toplayırdı. Osmanlı imperiyasına yönəlmiş gizli planlaranlaşmalar həddən artıq çirkin xarakter almağa başlamışdı.

     Birinci Dünya müharibəsində Aralıq dənizində Almaniyanın uğursuzluğu və Osmanlı dövləti ilə Almaniya arasında bağlanmış müqavilə gizli saxlanılırdı. Buna səbəb böyük dövlətlərin diqqətini bundan yayındırmaq idi. Bu müqavilənin gizli saxlanması qeyd etdiyim uğursuzluqÇanaqqla boğazı ilə bu əraziyə hərbi donanma keçirməsi idi ki, müqaviləni şərtləri də gizli saxlanılırdı.

     Bildiyiniz kimi, bu müqavilədən dərhal sonra səfərbərlik başlamışdı. Aralıq dənizidə ingilis donanması qarşısından geri çəkilən alman ağır kreyserlərinin admiral Sukonun rəhbərliyi ilə 10 avqust 1914-ci ildə Çanaqqala boğazını keçərək İstanbula girmələri böyük bir gərginlik yaratmışdı. Alman donanmasına məxsus bu gəmilərin boğazdan keçməsinə icazə vermək döyüş səbəbi sayılacaqdı. Ancaq Osmanlı dövləti, bu gəmilərin Almaniyadan satın alındığını açıqlayaraq gərginliyi təxirə salmışdır. Almaniya rus limanlarına qarşı istifadə edilmək üçün iki böyük silahını Aralıq dənizindən keçirərək, Qara dənizin yaxınına atmış oldu. 1914-ci il 27 oktyabrda Qara dəniz sahillərindəki rus limanlarını bombalamaları səbəbindən Rusiya İmperatorluğu və Birləşmiş Krallıq, Osmanlı dövlətinə müharibə elan etdi.

      Artıq bu müqaviləni gizli saxlamaq mümkün deyildi. Osmanlı dövləti əsas müttəfiq kimi bu müharibədə iştirakçıya çevrildi.

    

     İNGİLTƏRƏ, FRANSA VƏ ÇAR RUSİYASI DİGƏR MÜSƏLMAN XALQLARINA ÖRNƏK OLA BİLƏCƏK BİR DÖVLƏT GÖRMƏK İSTƏMİRDİLƏR

    

     HİKMƏT BABAOĞLU:

    

     - Osmanlının ərazisi İtaliya, Rusiya, Fransabaşqa dövlətlər tərəfindən bölünmüşdür. Böyük Britaniya da daşışıqlar aparırdı. Burada əsas məqsəd islam dinin pozmaq idi ki, Britaniya diplomatiyası da bu baxımdan maraqlı qərar qəbul etdi. Peyğəmbərimizin (ə.s.) aid olduğu Haşimi sülaləsindən indiki İordaniya Kralı Abdullanın ulu babasını danışıqlara cəlb etdilər. Ona "biz sənə burada böyük islam krallığı quracağaq və türklərdən imtina et" deyildi. Paralel olaraq Fransa diplomatiyası ermənilərlə danışıqlıqlar aparırdı. Eyni zamanda ruslar da ermənilərlə danışıqlar aparırdı. Ermənilər bu cəbhədə fəal mövqedə idilər. Çünki ermənlər Osmanlıda sadiq millət adlandırılırdı. Onlara etibar edilirdi. Erməni millətindən olan paşalar da var idi. Osmanlı dövlətinin maliyyə işlərinə baxan şəxs erməni idi. Bu mərhələdə Rusiya ilə danışıqlar aparan ermənilər provaslav xristanlığını qəbul etdilər. Birinci Dünya müharibəsində Türkiyənin məğlubiyyəti ermənilərə öz mənfur niyyətlərini reallaşdırmaq üçün geniş imkanlar vermiş oldu. Türkiyəni parçalamaq üçün real şərait yaranmışdı. İngiltərə, Fransa çar Rusiyası digər müsəlman xalqlarına örnək ola biləcək bir dövlət görmək istəmirdilər. Türkiyə ərazisi hesabına qondarma bir erməni dövləti yaratmaq cəhdi həmin məqsəddən irəli gəlirdi. Müharibədən sonra ermənilərin müstəqil Ermənistan dövləti yaratmaq müraciətlərinə cavab olaraq ingilis, fransız, rus yunan təmsilçiləri bir araya gələrək yeni Ermənistan dövlətinin hüdudlarını müəyyənləşdirməyə çalışmış, hətta onun gələcək ərazisinin konturlarını da cızmışdılar.

     1915-ci ildə rusların fransızların köməyi ilə ermənilər oradakı islam əhalisinə qarşı soyqımı torətdilər. Deməli, erməni soyqırımı məsələsi bununla bağlıdır. Bu gün 1915-ci ildə guya baş vermiş erməni soyqırımı ilə bağlı Türkiyəni ittiham edənlər ermənilərin işğalçılıq siyasətini görməzliyə vuranlardır.

       1915-ci il soyqırımı kürdlərin, larzları, türkmənlərin, çeçenlərin,  çərkəzlər başqalarının soyqırımıdır. Ermənilərin müəslmanlara qarşı soyqırımıdır. Andranikin Qubada Lənkəranda törətdiyi soyqırımı hamıya məlumdur. Bu hadisənin qurbanları içərisində ölkəmizdə yaşıyan etnik quruplar da olub. Qeyd edim ki, Çanaqqala zəfərini yüzilliyin 24 aprel tarixinə keçirilməsi böyük əhəmiyət malikdir. Çanaqqala zəfərinin çox böyük əhəmiyyətini nəzərə alıb aprel ayının 24-də Türkiyə dövləti bu zəfər tarixinin 100 illiyin qeyd etməyə hazırlaşır.

     

          ELMAN NƏSİROV:

    

     - Vurğulayaq ki, Çanaqqala zəfərinə həsr olunmuş tədbirdə bütün türkdilli ölkələr iştirak edəcək. Dünyanın 102 dövlətinin rəhbərlərinə müraciətlər edilib. Bu, siyasi əhəmiyyətə malikdir. Bir məqamı diqqətə çəkmək istəyirəm ki, Çanaqqala döyüşündə ağır vəziyyətdə olan Türkiyə dövləti qalib çıxıbsa, demək, istənilən situasiyada bu dövlət qalib ola bilər. Tarixdən bəllidir ki, iki halda dövlətə qarşı təzyiqlər güclənmiş olur. Bir zəif olanda, bir də güclənmiş olanda. Bu gün Türkiyənin güclənməsi dünya dövlətlərin narahat edir. Bildiyiniz kimi, bu yaxınlarda Roma Papası I Fransisk Romadakı Müqəddəs Pyotr kilsəsində ənənəvi mərasimdəki çıxışında qondarma erməni soyqırımı haqqında bəyanatla çıxış etdi. 1915-ci il olaylarını XX əsrin ilk soyqırımı adlandıran Papa baş verənlərdən təəssüfünü dilə gətirib. Bu arada Roma Papasının aprelin 24-də İrəvanda keçiriləcək anım mərasimə qatılacağı da məlum olub. Papanın qondarma erməni soyqırımı ilə bağlı səsləndirdiyi fikirlər və xüsusilə də onun İrəvana səfəri bütün türk dünyasında, xüsusilə də Türkiyə və Azərbaycanda ciddi narazılığa səbəb olub. Tarixdə heç bir zaman türklər ermənilərə qarşı heç bir soyqırımı törətməyiblər tam əksinə ermənilər həm Anadoluda, həm də Azərbaycan torpaqlarında 20-ci əsrin əvvəllində və sonunda türk insanına qarşı soyqırımlar törədiblər. Roma Papasının yalanları dəstəkləməsi, amma gerçəkləri görmək istəməməsi təəssüf doğurur. Xocalı Soyqırımı ilə bağlı bir dəfə də açıqlama vermədiyi halda, 20-ci əsrin əvvəllərində olmayan bir soyqırımı haqqında danışır.

    

     RƏCƏB ƏLİYEV:

       

     - Araşdırmalar onu sübut edir ki, ermənilər tərəfindən başlananmilyondan çox türkün qətliamı ilə nəticələnən uydurma "erməni genosidi"nin əsas məqsədi Türkiyədə bütövlükdə hakimiyyəti ələ keçirmək, bu, mümkün olmadıqda isə bu ölkə ərazisinin böyük bir hissəsində erməni dövləti yaratmaq olmuşdur. I Dünya müharibəsi dövründə baş vermiş erməni xəyanətinin gizli niyyətlərini pərdələyən Qərbin xristian dövlətləri, sadəcə olaraq müsəlman Türkiyə Cümhuriyyətinin beynəlxalq nüfuzuna zərbə vurmaqla dünya ictimaiyyətində "qatil türk" obrazı yaratmaq üçün bütün ideoloji vasitələrdən istifadə etmişdir. Qeyd etmək lazımdır ki, sovet höküməti yetmiş il müddətində xalqımızdan Türkiyə ilə bağlı həqiqətləri gizlətmiş və onu ört-basdır etməyə çalışmışdır. Xüsusilə, erməni millətçi ekstremistlərinin dinc türk əhalisinə qarşı məkrli planları, törətdikləri qanlı qətliamları və Türkiyənin əleyhinə olan fəaliyyətləri barədə həqiqətlərin təhrif edilməsi nəticəsində yalan, əsası olmayan soyqırımı iddiaları qabardılmışdır. Bu problemin müxtəlif aspektləri tədqiqatçılar tərəfindən geniş şəkildə araşdırılsa da, ermənilərin soyqırımı iddiaları və Türkiyə əleyhinə olan fəaliyyəti sistemli şəkildə öyrənilməmiş və ayrıca tədqiqat predmetinə çevrilməmişdir.

     Son illər qondarma "erməni soyqırımı" istiqamətində həm Azəbaycan, həm də Türkiyə tarixçiləri tərəfindən aparılmış tədqiqatlar nəticəsində "ermənilərin soyqırımı" iddiasının tamamilə cəfəng təbliğat istiqaməti olduğu sübut olundu. Məhz bu baxımdan Osmanlı imperiyası ilə bağlı tarixi həqiqətlərin dərindən öyrənilməsi və dünya ictimaiyyətinə olduğu kimi çatdırılması olduqca vacib əhəmiyyət kəsb edir. Türk dünyasının tarixi qədimdir. Bu tarixi, Çanaqqala zəfərini tədqiq edib daha mükəmməl əsərlər yazılmalıdır.  

      

     Nəzakət ƏLƏDDİNQIZI 

Səs.- 2015.- 17 aprel.- S8-9.